ilqar Məmmədov
Feodal münasibətlərində ziddiyyətlərin dərinləşməsi yeni,
mütərəqqi münasibətlərin yaranmasına gətirib çıxarmışdır. Bunun
nəticəsində Avropada azad işçilərin əməyinə əsaslanan yeni istehsal
münasibətləri inkişaf edərək kapitalist (burjua) dövlətinin meydana
gəlməsinə səbəb olmuşdur. Həmin tip dövlətin yaranması tarixdə
böyük iz qoymuş burjua inqilabları ilə müşayiət olunmuşdur.
Mülkiyyətin və şəxsiyyətin toxunulmazlığı, insanların azadlığı və
bərabərliyi ideyaları əsasında yeni inkişaf xətti götürən kapitalist
dövlətləri son 2-3 əsr ərzində bir neçə inkişaf mərhələsindən keçərək
müasir demokratik hüquqi dövlətlərə çevirilmişdir. Bütün bu dövr
ərzində kapitalist dövlətlərinin inkişafı sakit axarda getməmiş, əksinə
geniş kütlələrin öz hüquqlarını tələb etməsi, yeni yaranmış siniflər
arasında ziddiyyətlərin və toqquşmaların baş verməsi, əzilən kütlənin
hakimiyyət qarşısında tələblərlə çıxış etməsi kimi narahat hadisələrlə
müşayiət olunmuşdur.
Kapitalist tipli dövlətin inkişafının gərgin dövründə iqtisadi- sosial
problemlərin həlli variantı kimi meydana gələn sosialist dövləti
nəzəriyyəçilər tərəfindən dövlətin ayrıca bir tipi kimi xarakterizə
olunur. Bu tip dövlətin ideoloji əsasını K.Marksın, F.Engelsin,
V.Leninin irəli sürdüyü ideyalar təşkil edir. Dövlətin sosialist tipi
müəyyən müddət inkişaf etdikdən sonra kapitalist dövlətləri ilə
rəqabətdə uduzaraq süquta uğramışdır. Sosialist tipli dövlətin
inkişafında həlledici rolu SSRİ oynamışdır.
Həmin tip dövlətin yaranmasının məqsədi və təyinatı ilə bağlı
nəzəri proqnozların bir çoxu həyata keçməmişdir, istehsal
vasitələrinin milliləşməsi gözlənildiyi kimi, insanların özlərini onların
sahibi kimi hiss etməsinə, xüsusi mülkiyyətin təqibə məruz qalması
isə insanlardakı xüsusiçiliyə meylin aradan qaldırılmasına gətirib
çıxarmamışdır, insanın insan tərəfindən istismarı dövlətin total
istismarı ilə əvəz olunmuşdur. Dövlət hakimiyyətinin həyata
keçirilməsində xalqın iştirakı faktiki olaraq heçə endirilmiş, insanların
elan olunmuş şəxsi hüquq və azadlıqları elə formallıq səviyyəsində
də qalmışdır.
Müasir nəzəriyyəçilərin bir çoxu göstərilən dövlət tipləri ilə
yanaşı keçid tipli dövlətlərdən də bəhs edirlər. Nəzəriyyəçilərin
204
Dövlət və hüquq nəzəriyyəsi
fikrincə, keçid dövləti dövlətin inkişafının bütün dövrlərində mövcud
olmuşdur. Bu tip dövlət konkret olaraq dövlətin bir tipdən başqasına
keçdiyi zaman aralıq bir tip kimi özünü göstərir. Keçid tipli dövlətlərdə
əksər hallarda daxili ziddiyyətlər çoxalır, hadisələrin mürəkkəb
şəkildə inkişafı baş verir. Bu isə, onların yaranma şəraiti ilə bağlıdır.
Belə ki, onlar müxtəlif xarakterli sosial titrəyişlər, radikal tarixi
dəyişikliklər nəticəsində meydana gəlir və bir çox hallarda özündə
dövlət-hüquq materiyasının, həmçinin sosial materiyanın gələcək
inkişafının bir neçə mümkün variantını ehtiva edir. Bu cür vəziyyət,
cəmiyyətdə
sosial
və
siyasi
əsasların
zəifləməsindən,
qeyri-müəyyənlik şəratinin yaranmasından irəli gəlir.
Tanınmış hüquqşünas alim A.B.Vengerov isə dövlətin göstərilən
tiplərinə şəhər-dövləti tipini də əlavə edir. O, dövlətçiliyin məhz
dövlətin şəhər-dövləti tipindən başladığını əsaslandırmağa çalışır.
A.B.Vengerov göstərir ki, müxtəlif tarixi dövrlərdə, dünyanın müxtəlif
bölgələrində şəhər-dövləti dövlətin üç tipinin: qədim və orta əsr
dövrlərində Afro-asiya bölgəsində dövlətin Asiya (şərq) tipinin, qədim
dövrdə Aralıq dənizi hövzəsində antik dövlət tipinin və erkən orta
əsrlər dövründə german tayfalarının və slavyanların yaratdığı feodal
dövlət tipinin inkişafına təkan vermişdir. Beləliklə, o, şəhər dövlətini
protodövlət kimi xarakterizə edərək şərq tipli dövlətin ondan sonra
yarandığını sübut etməyə çalışır.
Müasir dövlət və hüquq nəzəriyyəsində dövlətin tipologiyasının
maraqla qarşılanan bir kriteriyası da sivilizasiyalar kriteriya- sıdır.
Hətta müəlliflərdən bəziləri bunu dövlətin tipologiyasının iki
kriteriyasından biri, yəni ictimai-iqtisadi formasiya kriteriyasının
yeganə alternativi hesab edirlər. Bu kriteriyanın elmdə ciddi
qarşılanmasında alman filosofu və kulturoloqu O.Şpenqlerin, filosof
K.Yaspersin, ingilis tarixçisi və filosofu A.Toynbinin və bir sıra başqa
mütəfvəkkirlərin mühüm rolu olmuşdur.
Həmin yanaşmada dövlətin tipinin maddi faktorlardan çox
mədəni faktorlar əsasında müəyyənləşdirilməsinə üstünlük verilir.
Sivilizasion yanaşmanın tərəfdarları göstərirlər ki, «siviiiza-
205
ilqar Məmmədov
siyalar» və «sivilizasiya» kateqoriyalarını bir-birindən fərqləndirmək
lazımdır. Belə ki, elmdə «sivilizasiya» kateqoriyası «barbarlıq»
anlayışına qarşı qoyulur və primitiv cəmiyyətlərin oturaq
mədəniyyətdən, şəhər mədəniyyətindən fərqləndirilməsi üçün
istifadə edilir. Sivilizasion yanaşmada isə məhz ikinci kateqoriya, yəni
«sivilizasiyalar» anlayışı əsas götürülür. Bu halda müəyyən inkişaf
səviyyəsinə çataraq mədəni bütövlüyə çevrilən cəmiyyətlərin
özünəməxsus cəhətləri və onların «bətnində» yaranan dövlətlərin
ümumi cəhətləri və xüsusiyyətləri nəzərə alınır. Buna əsasən də
dövlətlər müxtəlif tiplərə bölünür. Həmin yanaşmanın təməlində belə
bir fikir durur ki, hər bir cəmiyyət «öz spesifikliyi, həmçinin ayrı-ayrı
sahələrin (iqtisadiyyatın, siyasətin, hüququn, sosial və mədəni
sahələrin, ideologiyanın, dinin, adət və ənənələrin) qarşılıqlı əlaqəsi
və təsiri baxımından özü ilə bir bütövlüyü-sivilizasiyanı ifadə edir.
Cəmiyyətin ayrı-ayrı komponentləri arasında yaranan qarşılıqlı əlaqə
üsullarından, məqsədindən və digər xüsusiyyətlərdən, tarixi
mövcudolma müddətindən asılı olaraq sivilizasiyalar müxtəlif tiplərə,
növlərə bölünə bilər. Sivilizasiyaların bu cür bölgüsü onların bütün
komponentlərinə, o cümlədən dövlət və hüquqa da sirayət olunur.
Odur ki, sivilizasiyaların əsas tiplərinin müəyyənləşdirilməsi çətin
olsa da, bu, tarixə və müasir cəmiyyətə bəlli olan bütün konkret
dövlətlərin və hüquqi sistemlərin tiplərə bölünməsinə imkan
yaradır».’’
Həmin yanaşmaya görə, sivilizasiya geniş əhatəli mədəni
bütövlükdir. Misal üçün, Vallerştayn sivilizasiyanı ənənələrin, ictimai
strukturların və mədəniyyətin tarixi bütövlük İfadə edən unikal
kombinasiyası kimi xarakterizə edir. S.Hantinqton isə sivilizasiyanı
«ən yuxarı səviyyədə duran mədəni bütövlük» hesab edir. Onun
fikrincə, sivilizasiya öz mədəniyyətləri olan müxtəlif bölgələri, etnik
qrupları, millətləri, dini qrupları əhatə edə bilir və ən yüksək səviyyədə
duran mədəni birlik kimi çıxış edir. Ondan üstə duran başqa mədəni
birlik olmur. Qərb millətlərinin hər biri öz mədəniyyətinə görə
digərindən fərqlənir, lakin bu-
’ Сырых
B.M. Теория государства и права. S. 519-520.
206
Dostları ilə paylaş: |