Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə57/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   53   54   55   56   57   58   59   60   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

dan başqa, müxtəlif dövlət müəssisələrində çalışan kadrlar da dövlət 

mexanizminin fəaliyyətini təmin edirlər. Həmin kadrlara mədəniyyət, 

elm,  təhsil,  səhiyyə,  istehsal  və  xidmət  sahələri  üzrə  fəaliyyət 

göstərən dövlət müəssisələrinin işçiləri aiddir, inzibati aparatın sosial 

və iqtisadi proseslərə ciddi təsir göstərməsi, bu aparatın qanunverici 

və məhkəmə hakimiyyətlərinə münasibətdə muxtarlığa malik olması, 

həmçinin bir sıra hallarda bu və ya digər sahələr və məsələlər üzrə 

siyasi  kursun  formalaşması  və  həyata  keçirilməsi  ilə  bağlı 

hakimiyyətə  təsir  göstərməsi  anonim  hakimiyyət  kimi  başa  düşülən 

«bürokratik  dövlət»  anlayışının  yaranmasına  səbəb  olmuşdur. 

«Bürokratiya» bir neçə mənada, həmçinin neqativ mənada işlədilsə 

də, bu hadisə müasir dövlətin ayrılmaz elementinə çevrilmişdir. Maks 

Veber  müasir  dövlətin  yaranması  və  inkişafını  məhz  bürokratik 

aparatın  formalaşması  ilə  əlaqələndirirdi.  Tanınmış  sosioloqun 

fikrincə,  irsən  ötürülən  feodal  hakimiyyətinin  və  silki  quruluşun 

doğurduğu qaydaların neqativ təzahürlərinin aradan qaldırılmasında 

bürokratik  aparatın  heç  də  az  rol  oynamamış,  kapitalizmin  və 

bürokratiya-  nın  qarşılıqlı  əlaqəsi  müasir  dövlətin  inkişafına  səbəb 

olmuşdur. 

inkişaf  etmiş  müasir  dövlətdə  inzibati  aparat  daimilik 

xüsusiyyətinə malikdir, yəni daim fəaliyyət göstərir. Seçkilər zamanı 

aparılan  mübarizədən,  parlamentdə  siyasi  qüvvələrin  tutduğu 

mövqedən birbaşa asılı olan dövlət hakimiyyətinin ali orqanlarından 

fərqli olaraq, İnzibati aparat siyasi zirvədə baş verən dəyişikliklərdən 

bir o qədər də asılı deyil. Bu aparatda çalışan məmurlar parlamentin 

buraxılmasından, 

növbədənkənar 

seçkilərdən, 

hökumət 


böhranlarından asılı olmadan öz işlərini görməkdə davam edir və ali 

siyasi vəzifəli şəxslərin dəyişilməsi, onların da vəzifədən getməsinə, 

inzibati  aparatın  böhran  vəziyyətinə  düşməsinə,  personalın  kütləvi 

şəkildə yeniləşməsinə səbəb olmur. 

V.İ.Vlasovun  yazdığı  kimi,  bütün  cəmiyyəti  əhatələyən  kütləvi 

hakimiyyət dövlət orqanlarında təcəssüm olunur və dövlət mexanizmi 

vasitəsilə  dövlət  hakimiyyətinə  çevrilir,  transformasiya  olunur. 

Hakimiyyət real olaraq məhz dövlət orqanlarına, dövlətin 



171 


ilqar Məmmədov 

vəzifəli  şəxslərinə  məxsus  olur.  Bundan  əlavə,  dövlət  hakimiyyəti 

dövlət mexanizmini təşkil edən müvafiq dövlət orqanlarının vasitəsilə 

və yaxud aktiv iştirakı ilə leqallaşdırılır (qanuniləşdiri- lir), yəni hüquqi 

formada əsaslandırılır və möhkəmləndirilir. 

Odur ki, leqallıq həm də dövlət hakimiyyətinin əlamətlərindən biri 

kimi çıxış edir. Hakimiyyətdə olan qüvvə hakimiyyətə həm leqal, həm 

də qeyri-leqal yolla gələ bilər. Lakin dövlət hakimiyyətinin özü leqal 

olur.  Yəni  öz  fəaliyyətində  qanunlara  əsaslanır.  Onun  subyektləri 

yuridik cəhətdən möhkəmləndirilmiş hüquq və vəzifələrə malik olur. 

V.Çirkin  yazır  ki,  dövlət  hakimiyyətinin  leqallaşdırılması  onun 

yaradılmasının,  təşkilinin  və  fəaliyyətinin  qanuni  əsasa  malik 

olduğunu elan etmək, təsdiqləmək deməkdir. Müasir dövrdə dövlət 

hakimiyyətinin  leqallaşması,  əsasən  referendum  yolu  ilə  qəbul 

edilmiş  konstitusiya  vasitəsilə  həyata  keçirilir.  Leqalaşdırma, 

həmçinin xalqın təşkil etdiyi təsis yığıncağı tərəfindən konstitusiyanın 

qəbul  edilməsi  yolu  ilə  həyata  keçirilir.  Misal  üçün,  1947-ci  ildə 

İtaliyada, 1996-cı ildə İsə Ukraynada bu cür hadisə baş vermişdir. 

Leqallıq,  hakimiyyətin  hüquqi  əsasa  malik  olmasının  və  bu 

əsasda  fəaliyyət  göstərməsinin  formal  cəhətdən  təsdiqlənməsi 

deməkdir. Buna görə də, hərbi çevrilişlər, dövlət çevrilişləri, inqilablar 

baş  verən  zaman  yeni  hakimiyyət,  ilk  növbədə,  müvəqqəti  aktlar 

qəbul  etməklə  öz  fəaliyyətinin  leqal  əsaslarını  yaratmağa  çalışır. 

1917-1918-cl  illərdə  Rusiyada  Bolşeviklər  tərəfindən  elan  edilmiş 

«Oktyabr  dekretləri»,  XX  əsrin  altmışıncı  illərində  Misirdə  Naser 

tərəfindən müvəqqəti konstitusiyanın elan edilməsi, həmin əsrin 70-ci 

illərində  Həbəşistanda  hərbi  şura  tərəfindən  elan  edilən 

proklamasiya  və  s.  buna  misal  göstərilir.  İnqilabi  və  ya  fövqəladə 

rejimin mülki rejimə çevrilməsi prosesində konstitusiya qəbul edilir, 

rejimin  başçısı  isə  həmin  konstitusiya  ilə  müəyyənləşmiş  dövlət 

başçısı  postuna  seçilir.  Bununla,  leqalaşma  da  tamamlanır  və 

hakimiyyətin  leqallığının  daimi  əsası  yaradılır.  Asiya,  Afrika,  Latın 

Amerikası ölkələrinin tarixi bu cür hadisələrlə zəngindir. 

Dövlət hakimiyyətinin, dövlət orqanlarının və onların fəaliyyətinin 

leqallaşdırılması konstitusiyadan əlavə, başqa hüquqi 

172 



Dövlət və hüquq nəzəriyyəsi 

aktlar,  yəni  qanunlar,  prezidentin  fərmanları,  hökumətin  qərarları, 

məhkəmənin  qərarları  (misal  üçün.  Konstitusiya  Məhkəməsinin 

qərarları)  və  s.  aktlar  vasitəsilə  də  təmin  edilir.  Dövlət  mexanizmi 

elementlərinin və dövlət hakimiyyəti subyektlərinin fəaliyyəti, onların 

bir-birilə münasibəti qanunlarla tənzimlənir. Buna əsasən də, onların 

hüquq və vəzifələri legitim hesab olunur. İ.N.Homerovun yazdığı kimi, 

həmin  legitimlik  hakimiyyət  subyektlərinin  öz  şəxsi  keyfiyyətlərinə 

əsaslanan  legitimlikdən  fərqlənir.  Bu  halda  legitimlik  əsas  etibarilə 

dövlət hakimiyyətinin, onun subyektlərinin, həmçinin bu subyektlərin 

hüquq və vəzifələrinin əhəmiyyətliliyinə olan inamla bağlıdır. İnsanlar 

cəmiyyətin üzvlərindən müəyyən bir qisminin dövlət hakimiyyətindən 

müəyyən  məqsədlər  üçün  istifadə  etməsinin,  hakimiyyəti  həyata 

keçirməsinin,  həmçinin  xüsusi  qaydada  müəyyənləşmiş  qanunların 

və  digər  normativ  hüquqi  aktların  (hüquq  normalarının) 

əhəmiyyətliliyinə  inanırlar.  Beləliklə,  İ.N.Homerov  göstərir  ki,  dövlət 

mexanizminin  elementlərinin,  dövlət  hakimiyyəti  subyektlərinin, 

bütövlükdə  dövlət  hakimiyyətinin  legitimliyi  cəmiyyət  üzvlərinin 

qanunların əhəmiyyətliliyinə olan inamına bağlıdır.’^ 

Dövlət  qulluğunda  çalışan  şəxslərin  fəaliyyətinin  normativ 

hüquqi  aktlar  və  ya  hüquqi  əhəmiyyətli  qaydalar  vasitəsilə 

tənzimlənməsinin  kökləri  qədim  dövrlərə  gedib  çıxır.  Misal  üçün. 

Qədim  Misirdə  məmurların  fəaliyyətini  tənzimləyən  qanunlar  və 

müvafiq  instruksiyalar  mövcud  idi.  Analoji  normalar  Qədim 

Hindistanda,  Qədim  Çində  və  s.  dövlətlərdə  də  mövcud  olmuşdur. 

Çində tarix boyu məmurların müvafiq normalara və instruk- siyalara 

uyğun  fəaliyyətinə  xüsusi  diqqət  verilmişdir.  Qədim  Yunan  filosofu 

Platonun  qanunun  qüvvədə  olmadığı  və  kiminsə  hakimiyyətindən 

asılı olduğu yerdə dövlətin tez bir zamanda məhvə məhkum olduğunu 

söyləməsi onun həmin hadisəyə xüsusi əhəmiyyət verdiyinə dəlalət 

edir.  Dövlət  hakimiyyətinin  le-  qallığı  qanunlar  və  digər  normativ 

hüquqi aktlar vasitəsilə real- 

*

 

* Гомеров И.Н. 



Государство и государственная власть. М., 2002, S. 

524. 


173 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə