Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə53/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   49   50   51   52   53   54   55   56   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

podu olan dövlətin güclü olması üçün şah «xalqın işindən qafil olmalı, 

açıq  və  gizli  məsələləri  bilməli,  xalqın  halına  qalmalı,  uzun  əlləri 

qısaltmalı,  zalımın  zülmünün  qarşısını  almalıdır».^  Həmin 

təsəvvürlərə və müvafiq düşüncə tərzinə görə, dövlətin mövcud ola 

bilməsi  üçün  hökmdar  pərakəndəliyi,  dərəbəyliyi  aradan  qaldırmaq 

qabiliyyətinə  və  iradəsinə  malik  olmalıdır.  Dövlətin  özü  sülalənin 

hakimiyyəti ilə eyniləşdirilirdi. Odur ki, Nizaməlmülk «Allah-taala bu 

dövləti öz görkəmi və mərhəməti xatirinə qiyamətə qədər mühafizə 

etsin» deyərkən, Səlcuq sultanlarının hakimiyyətini nəzərdə tuturdu. 

Bu cür eyniləşdirmə təbii ki, yalnız şərq dövlətlərinə deyil, demək olar 

ki,  qeyri-  məhdud  monarxiyanın  hakimi  olduğu  quruluşların 

hamısında  olmuşdur.  B.A.Kİstyakovski  də  yazır  ki,  mütləq 

monarxiyalarda dövlət monarxın hakimiyyəti və ya hakimiyyətdə olan 

şəxslə eyniləşdirilir və XIV Lüdovikin «dövlət mən özüməm» deməsi 

bunun monarxın özü tərəfindən etiraf olunması deməkdir. 

Qədim  yunanlar  və  Romalılar  dövləti  ümumi  rifahın,  ədalətin 

təminatçısı  hesab  edirdilər.  Lakin  nə  yunanlar,  nə  də  ki,  Romalılır 

dövləti  monarxın  hakimiyyəti  ilə  eyniləşdirmirdilər  (təbii  ki,  bu  hal 

əsas etibarilə respublika dövrünə aiddir). Yunanların və Romalı- ların 

siyasi-hüquqi  təsəvvürlərinə  görə,  dövlət  vətəndaşlar  tərəfindən 

formalaşdırılan  və  onların  maraqlarına  xidmət  göstərən  hakimiyyəti 

ifadə edir. Təsadüfi deyil ki, dövlət mənasında işlədilmiş «respublika» 

sözü  «xalqın,  kütlənin  işi»  mənasını  verir.  Yaşadığı  dövrün 

siyasi-hüquqi  təsəvvürlərindən  çıxış  edən  və  bu  təsəvvürlərin 

inkişafında heç də az rolu olmayan Siseron dövləti ümumi maraqlara 

malik olan və hüquq məsələlərində xüsusi razılığa gələrək bir-birilə 

əlaqələnən  çox  sayda  insanın  (xalqın)  işi,  xalqa  məxsus  fəaliyyət 

sahəsi 

kimi 


izah 

etmişdir. 

İntibah 

dövrünün 

görkəmli 

mütəfəkkirlərindən  olan  N.Makiavelli  də  belə  hesab  edirdi  ki,  əsl 

dövlətin təməlində ümumi rifahın təmin edilməsi marağı durur. 

^Əbu Əli Həsən İbn Əli Xacə Nizaməlmülk. Siyasətnamə. Bakı, 

1987, s. 35. 

159 



ilqar Məmmədov 

Jan  Boden,  Tomas  Hobbs,  Con  Lokk  və  yeni  dövrün  digər 

mütəfəkkirləri  «ədalət  və  xeyir»,  «ümumi  sülh  və  təhlükəsizlik», 

«şəxsi  maraqların  tarazlaşdırılması  və  razılaşdırılması»  kimi 

anlayışlardan  çıxış  etməklə  dövlətin  nə  olduğunu  izah  etməyə 

çalışırdılar.  Onlar  həm  də  ümumi  rifaha  xidmət  edə  biləcək 

hakimiyyət forması barədə düşünürdülər. 

Dövlət haqqında xüsusi biliklərin formalaşması, dövlətin hüquqi 

aspektdən  çıxış  edərək  öyrənilməsi  və  elmi-nəzəri  fikirlərin  bu 

istiqamətdə inkişaf etməsi müasir dövlətin formalaşması prosesi ilə 

müşayiət  olunmuşdur.  Qərb  sivilizasiyasında  pozitiv  şüurun  (ifadə 

Oqyust  Konta  məxsusdur)  şüurun  teoloji və  metafizik  fazalarını  dəf 

etməsi  ictimai  inkişafın  yeni  paradiqmasının-  azadlıq,  mülkiyyətin 

toxunulmazlığı,  bərabərlik  və  s.  bu  kimi  ideyaların  formalaşmasına 

ciddi  təsir  göstərməklə  müasir  mənada  başa  düşdüyümüz  dövlət 

ideyasının və müvafiq siyasi- hüquqi biliklərin inkişaf etməsinə səbəb 

olmuşdur.  Artıq  hansısa  mühüm  cəhətinə,  elementinə  və  ya  daha 

əhəmiyyətli  hesab  edilən  bəzi  xüsusiyyətlərə  əsaslanaraq  dövlət 

haqqında  təsəvvür  yaratmaq  bəsit  görünürdü. Şerşeneviçin  yazdığı 

kimi, bu proseslər dövlətin izahı üçün onun əlamətlərinin müəyyən- 

ləşdirilməsinin  vacibliyi  qənaətini  doğurmuş,  həmçinin  də  dövlətin 

əlamətlərinin müəyyənləşdirilməsi məsələsinin metodoloji vəzifə kimi 

başa  düşülməsinə  gətirib  çıxarmışdır.  Dövlətin  nə  olduğunu  izah 

etmək 


üçün 

onun 


elementlərinin, 

əlamətlərinin 

müəyyənləşdirilməsini vacib hesab edən B.A.Kİstyakovskiy yazır ki, 

dövlət  hüququ  ilə  bağlı  olan  elm  sahəsi  xalqın  ictimai  və  iqtisadi 

təşkilatlanmasını  öyrənmir  və  bunu  digər  elmlərin-siyasi  iqtisadın, 

sosiologiyanın  və  dövlət  haqqında  olan  sosial  təlimlərin  ixtiyarına 

buraxır.  «Xalqın  iqtisadi  və  sosial  cəhətdən  deyil,  yalnız  hüquqi 

baxımdan  təşkilatlanması  dövlət  hüququnun  predmetini  təşkil  edir. 

Hər  bir  dövlət  də  zəruri  olaraq  üç  tərkib  hissədən:  xalqdan,  malik 

olduğu ərazidən və hakimiyyət orqanlarından ibarətdir. Həmin tərkib 

hissələr isə bir tam olan dövlətdə qırılmaz şəkildə bir-birinə bağlıdır. 

Elm, konkret reallığı ifadə edən bu hissələrin hər birini digərlərindən 

təcrid etməklə ayrı- 

160 



Dövlət və hüquq nəzəriyyəsi 

lıqda,  yəni  bir-bir  tədqiq  edir.  Dövlətin  tərkib  hissələrinə  onun 

elementləri deyilir və onlar haqqında olan təlimləri əhatə edən bölmə 

dövlətin elementləri haqqında təlimlər hesab edilir. Müxtəlif dövrlərdə 

də  bu  elementlərdən  müəyyən  biri  dövlətin  vacib  əlaməti  hesab 

edilmişdir.(...)  Dövlət  hüququ  dövlətin  elementlərini  konkret  olaraq 

onların  hər  birinə  xas  olan  mürəkkəblik  və  müxtəliflik  çərçivəsində 

deyil, yalnız hüquqi cəhətdən öyrənir».”' 

B.İ.Çiçerin  eyni  yanaşmadan  çıxış  edərək  yazırdı  ki,  dövlət 

xalqın ittifaqıdır, öz yurisdiksiyası altında olan əraziyə malikdir və bu 

ərazidə  eyni  qanunlar  qüvvədədir.  Dövlət  vasitəsilə  xalq  hüquqi 

şəxsə  çevrilir və  bunun  əsas  məqsədi  ümumi  rifaha  nail olmaqdan 

ibarətdir. Rusiyalı hüquqşünas və dövlətşünas alimlər təbii ki, bu fikri 

Qərb alimlərindən, mütəfəkkirlərindən əxz edərək inkişaf etdirmişlər. 

Misal  üçün,  alman  hüquqşünası  R.Mol  dövləti  müəyyən  ərazi 

çərçivəsində və vahid ali hakimiyyət altında xalqın birgə yaşayışının 

təşkili  kimi  izah  edirdi.  L.Dyuqi  isə  dövlət  anlayışının  düzgün  başa 

düşülməsi  üçün  onun  dörd  elementinin  nəzərə  alınmasını  vacib 

hesab  edir  və  həmin  elementləri  aşağıdakı  kimi  açıqlayır:  1)  İnsan 

fərdlərlnin  cəmi;  2)  müəyyən  ərazi;  3)  hakimiyyətin  suverenliyi;  4) 

hökumət. 

Beləliklə, nəzəri biliklərin inkişafı dövlətin nə və necə bir hadisə 

olduğunu  izah  etmək  üçün  vacib  əlamətlərinin  müəyyənləş- 

dirilməsini  zəruri  etmişdir.  Odur  ki,  müxtəlif  müəllifələrin  əsərlərinə 

müraciət  edərkən  hər  birinin  həmin  əlamətlərə  toxunduğunu 

müşahidə  edirik.  Təbii  ki,  bu  halda  da  müəyyən  fərqli  görüşlərlə 

rastlaşırıq,  ancaq  bu  fərqlənmələr  əksər  halda  məsələnin 

mahiyyətinə  toxunmur,  yəni  əlamətlərin  nəzərə  alınmasının 

vacibliyini inkar etmir. Başa düşmək olur ki, həmin fərqlənmələr daha 

çox  əlamətlərin  tərkibi,  hansının  daha  vacib  olması  məsələləri  ilə 

bağlıdır. Bu istiqamətdə inkişaf etmiş nəzəri fikrin təhlili və sadalanan 

əlamətlərin ümumiləşdirilməsi belə bir nəticə doğurur ki, dövlət bütün 

cəmiyyəti, öz ərazisi daxilində yaşayan bütün 

'Кистяковский  Б.А. 

Философия  и  социология  права.  Санкт- 

Петербург, 1998, 

S. 

451. 


161 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə