Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə52/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   48   49   50   51   52   53   54   55   ...   205

ilqar Məmmədov 

salınan siyasi hakimiyyət olmasına xüsusi önəm verirlər. Onlar belə 

hesab  edirlər  ki,  dövlət,  hakimiyyətin  hüquqla  bağlı  olduğu  və 

məhdudlaşdırıldığı dərəcədə dövlətdir. 

Müasir  hüquq  ədəbiyyatında  libertar  nəzəriyyənin  mövqeyi 

getdikcə  möhkəmlənməkdədir.  Libertar  konsepsiya  hal-hazırda 

nəzəriyyəçilər  tərəfindən  aktual  konsepsiyalardan  biri  kimi  qəbul 

edilir. 


Dövlətin izah edilməsində klassik yanaşmadan çıxış edənlər onu 

üç  element:  ərazi,  əhali  və  siyasi  hakimiyyət  elementləri  əsasında 

şərh etməyi daha düzgün və məqsədəuyğun hesab edirlər. Klassik 

yanaşmadan  çıxış  edən  tədqiqatçıların  fikrincə,  dövlət  ərazidən, 

əhalidən  və  siyasi  hakimiyyətdən  ibarət  bir  quruluşdur.  Dövlət  və 

hüquq nəzəriyyəsində də bu yanaşmaya daha çox üstünlük verilir. 

Müasir qərb elmində maraqla qəbul olunan yanaşmalardan biri 

də  texniki-kibernetik  yanaşmadır.  XX  əsrin  60-cı  illərindən  ABŞ-da 

inkişaf  etmiş  texniki-kibernetik  yanaşma  postindustrial  cəmiyyətin 

inkişaf  tendensiyalarının  nəticəsi  hesab  olunur.  Pos-  tindustrializm 

nəzəriyyəçiləri postindustrial cəmiyyətin inkişafını texnoloji təkamüllə 

və  elmi  biliklərin  xüsusi  inkişafı  ilə  əlaqələndirirlər.  Bu  İsə,  öz 

növbəsində,  başqa  bir  nəzəriyyənin-informa-  slon  cəmiyyət 

konsepsiyasının İnkişaf etməsinə səbəb olmuşdur. 

Texniki-kibernetik yanaşma dövləti sistem nəzəriyyəsinə uyğun 

olaraq fəaliyyət göstərən abstrakt bir sistem, yəni bir maşın kimi izah 

edir. Bu yanaşma sinfi və ümumsosial məsələləri tamamilə kənarda 

qoyur. 


İnformasion  cəmiyyət  konsepsiyası  «informasiyanı  istehsal 

proseslərində  və  istehsal  vasitələrində  özünə  yer  alan  substansiya 

klml  yox,  birbaşa  istehsaldakı  qüvvənin  özü  kimi»’^  şərh  edir. 

Nəticədə  də,  dövlət  İnformasiyanın  çıxış-qayıdış  əlaqələrini  əks 

etdirən sistem kimi izah edilir. Bu konsepsiyaya görə, infor- 

*

 



* Новая постиндустриалиая волна на западе. Антология. М., 

1999, 


S. 

37.


 

156 


Dövlət və hüquq nəzəriyyəsi 

masiya daxil olduqdan sonra reseptorlarda dəyişikliklərə məruz qalır, 

daha  sonra  İdarəetmə  ilə  bağlı  qərarlar  qəbul  edilir  (misal  üçün, 

qanunların  və  digər  aktların  qəbul  edilməsi  və  s.).  Yeni 

informasiyaların  qəbul  edilməsi  nəticəsində  isə  növbəti  dövriyyə 

başlayır. 

Beləliklə, dövlətin nə olduğunu izah etmək, mahiyyətini açmaq 

üçün  yaradılmış  bütün  bu  konsepsiyalar  və  onların  əsasında  duran 

yanaşmaları təhlil edərkən məlum olur ki, bu cür müxtəliflik mürəkkəb 

fenomen  olan  dövlətə  aid  hadisələrdən  hansısa  birinə  və  ya  bu 

hadisələrdən bir qisminə daha çox diqqət verilməsi, digər hadisələrin 

isə kölgədə qalmasından irəli gəlir. Kelzenin özü bu problemlə bağlı 

yazırdı kl, «dövlət» anlayışının nə məna verdiyini müəyyənləşdirərkən 

yaranan  çətinlik  və  mürəkkəblik  bu  terminin  izah  edilməsi  zamanı 

həddindən çox hadisənin nəzərə alınması və onların hamısının dövlət 

hadisələri kimi qəbul edilməsi İlə daha da artmışdır. Bununla bərabər, 

həmin  termin  bəzən  çox  geniş  mənada,  bir  sıra  hallarda  İsə  dar 

mənada işlədilir kl, bu da öz növbəsində əlavə çətinliklər yaradır. 

Nəzərə  almalıyıq  ki,  ümumbəşəri  planda  dövlət,  cəmiyyətin 

sadədən mürəkkəbə doğru İnkişafına uyğun olaraq obyektlvləş- mlş, 

İnkişaf etmişdir. Dövlətin inkişafı bütövlükdə ictimai inkişafla əlaqəli 

olmuş və bu prosesə daim dəyişən sosial, mədəni, mənəvi, dini, milli 

və digər faktorlar ciddi təsir göstərmişdir. Dövlətin inkişafı ilə bərabər 

onun  məqsəd  və  vəzifələrində,  hakimiyyətin  təşkili  və  həyata 

keçirilməsinin üsul və vasitələrində, strukturunda və funksiyalarında 

da  dəyişikliklər  baş  vermişdir.  Buna  müvafiq  olaraq  da  dövlət 

haqqında, onun cəmiyyətdəki rolu, təyinatı haqqında təsəvvürlər də 

dəyişmişdir.  Müasir  mənada  başa  düşdüyümüz  dövlət  də  tədricən 

formalaşmış, bu prosesin gedişində dövlət institutlarının şaxələnməsl 

və təkmilləşməsi baş vermişdir. Bütün bu proseslər və mürəkkəbliklər 

isə  təbii  ki,  həm  də  dövlət  haqqında  təsəvvürlərin,  baxışların 

bir-birindən fərqlənməsinə təsir göstərmiş, müəyyən məhdudlaşdırıcı 

amillər  isə  dövlət  haqqında  yaradılan  nəzəriyyələrdə  natamamlığın, 

birtə-  rəfliliyln  yaranmasına  səbəb  olmuşdur.  V.N.Xropanyuk 

tanınmış 

157 



ilqar Məmmədov 

hüquqşünas  alim  Şerşeneviçin  fikrinə  istinadən  yazır  ki,  dövlətə 

verilən tərifdə tarixi gerçəklik və dövlətin bütün tarixi təzahür formaları 

nəzərə alınmalı və bu tərif dövlət nədir sualına cavab verə bilməlidir. 

Odur ki, dövlət anlayışı üzərində düşündüyümüz zaman onu müasir 

reallığa  uyğun  dərk  etməklə  yanaşı  sivilizasiyanın  ən  mühüm 

nailiyyətlərindən  olan  bu  fenomenin  tarixi  inkişafının  bütün 

dövrlərində  özünə  yer  almış  dayanıqlı  və  sabit  xüsusiyyətlərini, 

əlamətlərini  də  nəzərə  almalıyıq.  Həmin  xüsusiyyətlərin  və 

əlamətlərin  nəzərə  alınması  tarixi  inkişafın  müxtəlif  mərhələlərində, 

ayrı-ayrı  regionlarda  mövcud  olmuş  kütləvi  siyasi  hakimiyyəti  daha 

obyektiv və hərtərəfli şəkildə xarakterizə etməyə, dövlət hadisəsinin 

vacib  cəhətlərinin,  onun  özünə  im-  manent  olan  xassələrin 

müəyyənləşməsinə,  dövləti  digər  təşkilatlardan  fərqləndirməyə  və 

ümumbəşəri  kontekstdə  açıqlanmasına  imkan  yaradır.  Onların  bir 

çoxu  siyasi-hüquqi  fikir  tarixinin  ayrı-ayrı  dövrlərində  formalaşmış 

təlimlər,  konsepsiyalar  tərəfindən  üzə  çıxarılmışdır.  Bəziləri 

siyasi-hüquqi  fikrin  inkişafının  ilk  mərhələlərindən  öyrənilməyə 

başlanmış  və  həmişə  diqqət  mərkəzində  olmuş,  bəziləri  isə  yalnız 

müəyyən dövrlərdə aktuallaş- mışdır. 

Məsələn,  ümumi  rifahın  və  ədalətin  təmin  edilməsi  hələ  lap 

qədim  dövrlərdən  dövlətin  əsas  cəhətlərindən  biri  hesab  olunur. 

Dövlət  hakimiyyətinin  zəifi  güclünün  zorundan,  yetimi,  dulu, 

köməksiz vəziyyətdə olanları ədalətsizlikdən qorumaq üçün mövcud 

olması ilə bağlı təsəvvürlər bütün cəmiyyətlərdə özünə yer almışdır. 

Lakin  ədaləti  təmin  etməyə  təyinatlı  olan  hakimiyyətin  təşkili  və 

ədalətin təmin edilməsi mexanizmi məsələsinə münasibət hər yerdə 

və hər zaman eyni olmamışdır. Qədim dövrlərdə və orta əsrlərdə şərq 

ölkələrində  belə  təsəvvür  edilirdi  ki,  cəmiyyətdə  ədalətin  təmin 

edilməsi  birbaşa  hökmdarın  iradəsindən  asılıdır.  Bu  cür  təsəvvürlər 

şərq  ölkələrinin  bir  çoxunda  ictimai  şüurdan  hələ  də  tam 

silinməmişdir.  Səlcuq  sultanlarının  vəziri  olmuş  Nizaməlmülk  uzun 

əsrlər  boyu  formalaşmış  ənənələrdən,  təsəvvürlərdən  çıxış  edərək 

yazırdı  ki,  dövlət  də,  rəiyyət  də  yalnız  şahındır  və  ona  məxsusdur. 

Anarxiyanın, özbaşınalığın anti- 

158 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə