ilqar Məmmədov
MÖVZU:
DÖVLƏT ANLAYIŞI, ƏLAMƏTLƏRİ VƏ TİPLƏRİ
§ 1. DÖVLƏT ANLAYIŞI
Dövlətin yarandığı ilk dövrlərdən başlayaraq indiyə kimi insanlar
onun nə olduğunu dərk etməyə çalışırlar. İntellektual axtarışların
bütün dövrləri ərzində dövlətin necə hadisə olması barədə müxtəlif
konsepsiyalar, təlimlər yaranmışdır. İctimai-mədəni mühitin
yetişdirdiyi siyasi-hüquqi təsəvvürlər, elmin müvafiq inkişaf səviyyəsi
bu konsepsiyaların hər birinə öz təsirini göstərmişdir. Dövlətin özü
tarixən inkişaf etdikcə onun barəsində təsəvvürlər də dəyişilmişdir.
Hər bir xalqın dövləti necə adlandır- masının özü də həmin
təsəvvürlərlə əlaqəli olmuşdur. Misal üçün, qədim yunanlar dövlət
haqqında danışarkən «polis», «po- litea», romalılar isə «respublika»,
«civitates» anlayışlarından istifadə edirdilər. Məşhur alman
hüquqşünası G.Yellinekin yazdığı kimi, qədim yunanların
təsəvvürüncə, «vətəndaş icması» dövlətlə eynidir. «Romalıların
siyasi terminologiyası da həmin tipə aiddir. Dövlət sivitas-dır, yəni
tam hüquqlu vətəndaşların icmasıdır...»’' Tarixdə, həmçinin imperiya,
krallıq, knyazlıq, el (qədim türklərdə), xilafət və s. istilahları da dövlət
mənasında işlədilmiş və onların hər birinin semantik məkanına
siyasi-hüquqi, ictimai-mədəni xarakterli faktorlar ciddi təsir
göstərmişdir. Dövlət haqqında müasir təsəvvürlərə uyğun olan bir
termin (lo stato) isə ilk dəfə İtaliyada işlədilmişdir. XVI əsrin
əvvəllərindən etibarən artıq «stato» sözü hər bir dövlətə aid olan bir
termin kimi qəbul edilirdi. Həmin termin müəyyən ərazini əhatə edən
siyasi hakimiyyət, həmçinin də həmin hakimiyyəti təmin edən
mexanizm mənasını verir. XVI-XVII əsrlərdə bu termin fransız, ingilis
və alman dillərinə də keçmişdir.
'Еллинек Георг.
Общее учение о государстве. S.149.
150
Dövlət və hüquq nəzəriyyəsi
Qeyd etdiyimiz kimi, tarix boyu dövlət haqqında bir-birindən fərqli
konsepsiyalar yaranmış və həmin konsepsiyalar müxtəlif
yanaşmalara əsaslanmışdır. Həmin konsepsiyaların bir qismi müasir
dövrün reallıqları baxımından, həmçinin müasir elmi tələblərə cavab
vermədiyinə görə öz əhəmiyyətini itirmişdir. Lakin elə konsepsiyalar
və yanaşmalar var ki, onlar indi də aktual hesab edilir.
R.T.Muxayev yazır ki, Avropanın siyasi-hüquqi fikir tarixinə
nəzər yetirdikdə, dövlətin bir-birindən fərqli iki obrazı ilə qarşılaşırıq.
Bir obraza görə, dövlət insanlar üçün firavan həyatın yaradılması
məqsədinə xidmət edən kollektivliliyin xüsusi bir növü kimi, ikincisinə
görə isə, daha çox ictimai hakimiyyətin, vəzifələrin və bürokratik
sistemin məcmusu kimi başa düşülür. Birinci obrazla bağlı olan
ənənələr Aristotelin yaradıcılığında da özünə yer almışdı. Bu cür geniş
mənada başa düşülən dövlət obrazına İ.Kantın əsərlərində də rast
gəlinir. Kantın fikrincə, dövlət (civitas)-hüquqi qanunlara tabe olan
çoxsaylı İnsan birliyidir, ikinci obrazla bağlı fikirlər isə, əsas etibarilə,
XVI-XVII əsrlərdən başlayaraq inkişaf etmişdir. Bu dövrdə
«suverenlik» anlayışının elmi dövriyyəyə salınması dövlətin başqa cür
şərhinə səbəb olmuşdur. Politologiya elminin, müstəqil hüquq
elmlərinin formalaşması ilə dövlətin fəaliyyətini təmin edən
elementlərə xüsusi maraq yaranmış, suverenliklə bağlı təsəvvürlər də
bura əlavə edilmişdir. Beləliklə də, formal-funksional əlamətlər
əsasında dövlət obrazı yaradılmışdır. Lakin onu da qeyd etməliyik ki,
bu cür fərqlənmə müəyyən mənada nisbi xarakter daşıyır. Yəni hər iki
obrazın ənənələri və bu ənənələrlə bağlı olan təsəvvürlər qəti şəkildə
bir-birindən təcrid olunmamışdır. Bu iki ümumi obraz daxilində də
müxtəlif konsepsiyalar formalaşmış və inkişaf etmişdir.
Dövlət haqqında teoloji görüşlər qədim dövrlərdən formalaşmış,
müəyyən dövrlərdə və regionlarda şəriksiz, yeganə əsas- landırıcı
ideya, konsepsiya hesab edilmişdir. Orta əsrlərdə Avropada və İslam
Şərqində də dövlət ideyası teoloji təsəvvürlərlə sıx bağlı idi.
Hal-hazırda isə bu görüşlər Vatikanda, iran İslam
151
ilqar Məmmədov
Respublikasında, bir sıra ərəb ölkələrində aktualdır. Nepal, Butan
kimi dövlətlərdə də, nisbətən az dərəcədə olsa da, öz təsirini
göstərməkdədir.
Teoloji yanaşmaya görə, siyasi hakimiyyət Tanrının iradəsindən
irəli gəlməklə ilahi hökmün həyata keçirilməsinə xidmət etməlidir.
Hakimiyyətin məqsədi isə ilahi hökmə əsaslanan ədaləti bərqərar
etməkdən və insanların, xalqın rifahını təmin etməkdən ibarətdir.
Teoloji yanaşma müxtəlif dinlər üzrə çeşidli xətlərə ayrılır. Onları
birləşdirən ən ümumi cəhət Tanrının iradəsinin dövlət hakimiyyətinin
mənbəyi kimi qəbul edilməsi ilə bağlıdır.
Dövlət haqqındakı təsəvvürlərin, biliklərin dolğunlaşmasına
böyük təsir göstərmiş və hal-hazırda da aktuallığını saxlayan
yanaşmalardan biri sosioloji yanaşmadır. Bir çox təlimlər, məktəblər
məhz bu yanaşmadan çıxış edirlər. Hətta marksist konsepsiya da bu
yanaşmaya əsaslanır.
Sosioloji yanaşmaya görə, dövlət ictimai hadisə olduğundan və
cəmiyyətə immanent proseslərdən irəli gəldiyindən elə bu kontekstdə
də təhlil edilməlidir. Buna görə də, dövlət hakimiyyətin
məzmunundan asılı olmadan bütövlükdə cəmiyyətdə siyasi
hakimiyyətin təşkili ilə eyniləşdirirlir və bu hadisəyə təsir edən ictimai
amillər diqqət mərkəzində saxlanılır. Odur ki, dövlət qanunlar
vasitəsilə hakimiyyətin həyata keçirilməsindən daha çox, hakimiyyət
və tabeçilik münasibətləri kimi başa düşülür. Sosioloji yanaşmanın
bütün variantları üçün xas olan ümumi cəhət dövlətin hüquqi
təbiətinin yetərincə nəzərə alınmaması və daha çox güc tətbiqetmə
aparatı kimi izah edilməsi ilə bağlıdır. Beləliklə, dövlət mahiyyətcə
təşkilatlanmış
məcburiyyət
tədbirlərinin
hayata
keçirilməsi
mexanizmilə, bir sözlə siyasi güclə eyniləşdirilir.
Müasir nəzəriyyəçilərin fikrincə, sosioloji konsepsiyalarda dövlət
hadisələri təhlil edilərkən hüquq hadisələri kifayət qədər nəzərə
alınmır. Bir sıra hallarda isə hüquqi gerçəklik, ümumiyyətlə,
diqqətdən kənarda qalır. Qərbin elmi mərkəzləri tərəfindən
dövlətşünaslıq probleminin politoloji istiqamətdə öyrənilməsi bunun
əsas səbələrindən biri hesab olunur.
152
Dostları ilə paylaş: |