ilqar Məmmədov
Tədqiqatçılardan bəziləri müqavilə nəzəriyyəsini təbii hüquq
nəzəriyyəsi ilə eyniləşdirir. Bunun səbəbi isə hər iki nəzəriyyənin eyni
mütəfəkkirlər tərəfindən inkişaf etdirilməsi, oxşar müddəalardan çıxış
etməsi və onların hər ikisində də bir-birinə yaxın nəticələrin əldə
olunması ilə bağlıdır. Lakin müəlliflərin bir qismi, o cümlədən
professor M.N.Marçenko bu cür eyniləşdirmə ilə razı deyil.
M.N.Marçenkonun fikrincə, həmin nəzəriyyələr arasında müəyyən
fərqlər var və buna görə də onlar bir-birindən ayrı şəkildə nəzərə
alınmalı və öyrənilməlidir. Belə ki, ictimai müqavilə nəzəriyyəsində
əsas
diqqət
dövlət
hadisələrinə
yönəldilir.
Təbii-hüquq
nəzəriyyəsində isə, əsasən hüququn mənşəyi, yaranması və
mahiyyəti ilə bağlı məsələlərə diqqət verildiyindən onu daha çox
hüququn əmələ gəlməsi haqqında nəzəriyyə adlandırmaq olar.
M.N.Marçenko, həmçinin göstərir ki, dövlət və hüquq hadisələri
arasında üzvi əlaqəlilik olduğundan dövlətin yaranması haqqında
nəzəriyyənin
hüququn
yaranması
haqqında
nəzəriyyədən
fərqləndirilməsi şərti xarakter daşıyır. Lakin buna baxmayaraq, belə
bir fərqlənmə diqqətdən kənarda qalmamalıdır. Bunlarla bərabər, o
da nəzərə alınmalıdır ki, müqavilə nəzəriyyəsi təbii hüquq
nəzəriyyəsindən irəli gəlmiş, onun əsasında inkişaf etmişdir.
ictimai müqavilə nəzəriyyəsinin nümayəndələri dövlətin əmələ
gəlmə səbəblərini dövlətdən əvvəlki dövrdə insanların təbii
vəziyyətindən doğan hallarla əlaqələndirirlər. Lakin həmin
mütəfəkkirlərin hamısı insanların təbii vəziyyətini heç də eyni cür izah
etmirlər. Misal üçün. Tomas Hobbs göstərir ki, ilk dövrlərdə, yəni təbii
vəziyyətdə olarkən insanlar hər şeyə münasibətdə bərabər
hüquqlara malik idilər. Ancaq bu bərabərlik, həm də onların bir-birinə
zərər yetirmək imkanlarının da bərabər olması demək idi. Çünki insan
eqoist bir varlıq olduğundan onun təbiətində başqasına etimad
göstərməmək, şöhrətpərəstlik, paxıllıq etmək, başqasında olanları
özü üçün arzulamaq, qorxu kimi xüsusiyyətlər var. Bu səbəbdən də
təbii vəziyyətdə və ya şəraitdə insanlar arasında düşmənçilik,
amansız mübarizə labüd olmuşdur. Yəni təbii şəraitdə «insan insana
canavardır»
və
«insanlar
bir-birinə
qarşı
müharibə
vəziyyətindədirlər».
138
Dövlət və hüquq nəzəriyyəsi
Con Lokkun fikrincə isə, dövlətin yaranmasına qədərki dövrdə,
yəni təbii vəziyyətdə insanlar yalnız öz iradəsindən asılı olmuş və
kiminsə başqasından artıq nəyəsə malik olmasını istisna edən
bərabərlik hökm sürmüşdür. Odur ki, insanların bu vəziyyətdə
yaşaması «hamının hamıya qarşı müharibə» şəraitində olması demək
deyildi.
Jan Jak Russo təbii vəziyyəti bəşəriyyətin «qızıl dövrü» hesab
edir və həmin dövrdə insanların azad və bərabər olduqlarını göstərir.
Onun fikrincə, insanların təkmilləşmək imkanlarına və qabiliyyətinə
malik olması, həmçinin əxlaqın getdikcə pozulması əvvəllər mövcud
olmuş bərabərliyin itirilməsinə səbəb olmuşdur, insan nələrisə
yaratmaqla və əmək alətlərini təkmilləşdirməklə bərabərsizliyin
artmasına rəvac vermişdir. Russo yazır: «Kim ki, müəyyən bir ərazini
çəpərləyərək «bu mənimdir» demiş və bu sözlərə inanan kifayət
qədər sadəlövh insan tapa bilmişdir, o da vətəndaş cəmiyyətinin
təməlini qoymuşdur. Əgər torpağa basdırılmış dirəkləri çıxardıb və ya
qazılmış arxı doldurub sonra da qışqıraraq «bu yalançıya qulaq
asmayın, siz torpağın yetişdirdiyi məhsulun hamı üçün olduğunu, özü
isə ayrılıqda heç bir kəsin olmadığını unutsanız məhv olacaqsınız»
deyən bir şəxs tapılsaydı, həmin şəxs bəşəriyyəti nə qədər
cinayətlərdən, qətllərdən, müharibələrdən, bədbəxtliklərdən və
dəhşətlərdən qurtarmış olardı».’^
İnsanların təbii vəziyyətdən uzaqlaşmasını və dövlətin
yaranmasını T.Hobbs bütün digər hisslərdən üstün olan ölüm
qorxusu və özünü qoruma instinkti ilə, həmçinin təbii şüurun yaratdığı
imkanlarla, yəni hər bir kəsin öz əməllərinin nəticəsi haqqında düşünə
bilməsi ilə bağlayır. Onun fikrincə, fundamental təbii qanun insanların
sülhə can atması və yaşayışın bu şəraitdə tənzimlənməsi təiəbini
doğurmaqla özünümüdafiənin və sülhün tələb etdiyi dərəcədə hər bir
kəsin öz hüquqlarından imtina etməsi zərurətini yaratmışdır. Bunun
nəticəsində də imtina edilən həmin hüquqlar müqavilə yolu ilə
müəyyən bir şəxsə və ya şəxslərdən ibarət qrupa verilmiş, insanlar
isə müqavilədən irəli gələn öhdə-
Pycco !®!aK. TpaKTarbi. M., 1998, s. 106.
139
ilqar Məmmədov
ükləri yerinə yetirməyə borclu olmuşlar. İnsanların həmin
müqavilədən irəli gələn öhdəlikləri icra etməsi təbii qanunun özünün
tələbi olmaqla ədalətin mənbəyi və əsası kimi çıxış edir. T.Hobbs təbii
qanunu təbii hüquqdan fərqləndirir və bu fərqi, vəzifənin, öhdəliyin
azadlıqdan fərqləndirilməsi kimi başa düşür.
T.Hobbsun fikrincə, təbii qanunların olması sülhün və
təhlükəsizliyin yaradılması üçün kifayət deyil. İnsanların təbii
qanunlara riayət etməsini onları qorxu içində saxlaya bilən və onların
fəaliyyətini ümumi mənafelərin xidmətinə yönəldən hakimiyyət təmin
edə bilər. Müqavilə nəticəsində insanların Leviafana-suve- renə
verdiyi səlahiyyətə görə o, öz gücü və yaratdığı qorxu hesabına
sabitliyi, təhlükəsizliyi təmin edir. T.Hobbsun yaradıcılığını tədqiq
edən alimlər göstərirlər ki, o, dövlətin əsas funksiyasını
qeyri-müəyyənliklərlə və təhlükələrlə dolu olan bu dünyada insan
həyatı üçün maksimal dərəcədə təhlükəsizliyin təmin edilməsində
görür. Bu funksiyanın həyata keçməsi isə, yalnız süve- renin mütləq
hakimiyyəti
vasitəsilə
mümkündür.
T.Hobbs
insanların
birgəyaşayışındakı zərərli hadisələrin baş verməsini qeyri- məhdud
hakimiyyətlə deyil, güclü hakimiyyətin olmaması ilə əlaqələndirir.
Müasir qərb tədqiqatçıları onun fikirlərindən belə nəticə çıxarırlar ki,
insanlar arasında baş verən konfliktlərin doğurduğu bəlalardan,
pisliklərdən uzaqlaşmağa can atan bu filosof insan həyatının
təhlükəsizliyinin təmin edilməsi naminə azadlığı qurban verməklə
tiraniyaya bəraət qazandırır.”'
T.Hobbs məsələyə bu cür yanaşdığına görə, tədqiqatçılar
C.Lokkun dövlət haqqındakı fikirlərini onun nəzəriyyəsinə qarşı
yönəlmiş reaksiya kimi də qiymətləndirirlər. Tyudor Cons yazır ki,
C.Lokkun fikirləri anarxiyadan çox diktatura qorxusunu ifadə edir.
«C.Lokka görə, ali hakimiyyət dövlətə və ya krala deyil, öz
hüquqlarını parlamentə və hökumətə həvalə etməklə bu hüquqların
həyata keçməsinin müvafiq üsulunu seçmiş xalqa bağlıdır».2
'Поупкнн Ричард, Строл Аврум.
Философия. Москва-
Санкт-Петербург, 1997, s. 120.
2 Tudor Jones. Modern politikal thinkers and ideas: an historical
introduction. New York, 2002, s. 21-22.
140
Dostları ilə paylaş: |