ilqar Məmmədov
yanaşı, sillogizm metodundan və «dialektika»dan da istifadə
olunmuşdur. Bunun nəticəsində mühakimələr ciddiləşmiş və
ardıcıllaşmış, həmçinin ziddiyyətlərin bir çoxu aradan qaldırılmış və
nəzəri yöndən təkmilləşmə baş vermişdir. B.Rassel yazır ki, orta
əsrlər dövründə xristian ehkamlarının müzakirə olunması təhlükəli
hesab etmədiyi məsələlərin müzakirəsinə qətiyyətlə və azad surətdə
müraciət olunduğuna görə sxolastika daxilində, müəyyən çərçivədə,
dövlətlə bağlı sərbəst- mühakimələrə əsaslanan dini-nəzəri təlimlər
formalaşmışdır.^
XII-XIII əsrlərdə Avropada geniş yayılmış «iki qılınc» təlimində
deyilir ki, kilsənin əsasını qoyanların iki qılıncı olmuş və onlar həmin
qılınclardan birini qınına qoyaraq özlərində saxlamış, ikincisini isə
dünyəvi hakimiyyəti həyata keçirmək üçün hökmdarlara vermişdir.
Ona görə ki, sıyrılmış qılıncdan istifadə etmək, qanlı qılıncı tutmaq
kilsəyə yaraşmaz. Odur ki, insanlar üzərində hökm etmək hüququ
hökmdarlara, məhz kilsə tərəfindən verilmiş və hökmdarların özləri
də kilsənin qulluqçularıdırlar.
XIII əsrdə Roma Papasının həm siyasi, həm də ruhani
hakimiyyətinin qüdrətli olduğu dövrdə bu hakimiyyətin ideoloji əsası
olan katolik teologiyası dominikan ordenini təmsil edən rahib Foma
Akvinskinin yaradıcılığı nəticəsində fəlsəfi-nəzəri yöndən xeyli inkişaf
etmişdir. Dövlətin yaranması və inkişafını dünyanın tanrı tərəfindən
xəlq edilməsinin analogiyası hesab edən F.Akvinski Aristotelin
siyasi-hüquqi görüşlərindən bəhrələnərək dövlət haqqında dini təlim
yaratmışdır. O, Papa hakimiyyətinin və monarxiya üsul-idarəsinin
tərəfdarı kimi çıxış edərək monarxiyanın iki növünü: mütləq və siyasi
monarxiyaları fərqləndirirdi. Onun özü bunlardan ikincisinə, yəni
siyasi monarxiyaya üstünlük verirdi. F.Akvinski öz seçimini belə
əsaslandırırdı ki, siyasi monarxiya olan yerdə feodallar, «kilsə
knyazları» xüsusi rola malik olur və hökmdarlar qanundan asılı
vəziyyətdə hakimiyyəti həyata keçirirlər.
'Рассел Бертран.
История западной философии. Новосибирск,
1997, 5. 408.
132
Dövldt və hüquq nəzəriyyəsi
F.Akvinskinin
fikrincə,
hakimiyyətin
özünün
mahiyyəti
hakimiyyət-tabeçilik münasibətlərindən və həmin münasibətləri
tənzimləyən qaydalardan irəli gəlir. Bu cür münasibətlər
iyerarxiyasında tabeetmə və idarəetmə səlahiyyətinə malik olan
şəxsin iradəsi aşağı təbəqələrin həyatının idarə olunmasına yönəlir.
Göstərilən bu qayda Tanrı tərəfindən müəyyənləşdiyindən,
hakimiyyətin özü də Tanrının verdiyi nizam kimi təzahür olunur. Bu
səbəbdən də həmin hakimiyyət insanlar üçün əhəmiyyətlidir, xeyirlidir
və səmərəlidir. Hakimiyyətdən sui-istifadə edilməsi, hökmdarın
hakimiyyəti düzgün üsullarla həyata keçirməməsi Tanrının
qanunlarını, katolik kilsəsinin qaydalarını pozmaq deməkdir. Bu isə,
həmin hökmdarın hakimiyyətdən kənarlaşdırıl- masını legitimləşdirir.
Lakin Tanrının iradəsinə zidd gedərək tirana çevrilən hökmdarın
həmin əməllərinə görə hakimiyyətdən məhrum edilməsi işində son
sözü kilsə deməlidir.
Foma Akvinski hesab edirdi ki, bütün qanunların ümumi
subordinasiya daxilində bir-birilə əlaqəsi var. Onların üzərində isə
kainatı idarə edən ilahi şüurun ümumi prinsipləri, universal normaları
durur və digər qanunlar, ilk növbədə, əbədi qanunun insan şüurunda
inikası kimi təzahür olunan təbii qanun ilahi şüurun həmin universal
normalarından yaranır. Təbii qanun yer üzərində insan həyatının
qorunmasına və insan nəslinin artırılmasına, həqiqət axtarışına, insan
ləyaqətinə hörmət edilməsinə xidmət edir. Bu qanunun ictimai
həyatda konkretləşməsi (pozitiv) qanunlar vasitəsilə həyata keçir.
F.Akvinski xristian dininin ehkamlarından çıxış edərək göstərirdi
ki, ilahi qanunlar insanlara İncil vasitəsilə verilmişdir, ilahi qanunun bu
cür aşkarlanması onunla bağlıdır ki, insan şüurunun məhdudluğu
onlara həqiqət barəsində düzgün təsəvvür yaratmağa mane olur. Bu,
həm də onunla bağlıdır ki, insanların yaratdığı (pozitiv) qanun şəri
məhv etmək gücündə deyil.
Xristian teologiyasının nəhənglərindən olan bu rahibin yaratdığı
hüquq konsepsiyasının əsasında etik təsəvvürlər və tələblər durur. O,
ekvivalentlik prinsipinə uyğun olaraq hüququn əsasında duran ədaləti
hər bir kəsə ona aid olanın verilməsi ilə əlaqələndirir.
133
ilqar Məmmədov
F.Akvinski katolik kilsəsinə göstərdiyi xidmətlərinə görə
sonradan müqəddəslər sırasına daxil edilmiş və onun yaratdığı
sxolastik nəzəri təlim «katolisizmin yeganə həqiqi fəlsəfəsi» elan
edilmişdir.
Orta əsrlər dövründə islam dünyasında dövlət və hüquq
hadisələri ilə bağlı təlimlər iki əsas istiqamətdə: normativ-hüquqi və
etik-fəlsəfi istiqamətlərdə inkişaf etmişdir. Normativ-hüquqi xarakterli
təlimlər demək olar ki, yad təsirlərə məruz qalmadan dini-hüquqi
təsəvvürlər əsasında inkişaf etmişdir. Fəlsəfi-etik təlimlərin
inkişafında isə dini ideologiya ilə yanaşı yunan fəlsəfəsinin işləyib
hazırladığı kateqoriyaların, ənənələrin mühüm rolu olmuşdur. Nəzəri
fikrin bu istiqamətdə inkişaf etməsində Əbu əl- Nəsr əl-Fərabi, İbn
Sina, İbn Rüşd, İbn Flaldun kimi məşhur mütəfəkkirlərin rolu
böyükdür. Lakin normativ-hüquqi xarakterli təlimlərin orta əsr islam
cəmiyyətində siyasi-hüquqi münasibətlərə elə bir ciddi təsiri
olmamışdır.
islam dövləti konsepsiyası əsasən normativ-hüquqi təlimlər
vasitəsilə inkişaf etdirilmişdir. Fləmin təlimlərin siyasi-hüquqi
münasibətlərə də ciddi təsiri olmuşdur. Bu təlimlər əsasən iki böyük
təriqət: sünni və şiə təriqətlərinin ehkamlarına uyğun olaraq
bir-birindən fərqlənmiş və həmin təriqətlər əsasında da fərqli
qaydalar, siyasi-hüquqi münasibətlər formalaşmışdır. Bu baxımdan,
dövlət və din başçısı məsələsində həmin təlimlərin ifadə etdiyi iki
fərqli yanaşmanı nəzərdən keçirə bilərik. Sünni təriqətindən irəli
gələn təlimlərə görə, dövlət və din başçısı kimi tanınan xəlifə
hakimiyyəti irsi yolla əldə etmir və ya özündən əvvəlki xəlifə
tərəfindən bu vəzifəyə təyin edilmir. Xəlifəliyə namizəd olan şəxslə
ümmətin nümayəndələri arasında müqavilə bağlanır və həmin şəxs
xəlifə seçilir. Bu yolla hakimiyyətə gələn xəlifənin dövlət idarəçiliyini
məsləhətləşmə yolu ilə həyata keçirməsi onun qarşısında duran əsas
tələblərdən biri kimi çıxış edir.
Şiə təriqətindən irəli gələn təlimlərə görə isə, imamət (yəni islam
dövləti) Məhəmməd peyğəmbərin «yer üzərindəki missiyasının
davamı» olmaqla «ilahi qanunlar»a uyğun formalaşmış dövlətdir.
Suverenlik yalnız Allaha məxsusdur və müsəlmanları
134
Dostları ilə paylaş: |