Dövlət və hüquq nəzəriyyəsi
İmam idarə etməiidir. imam müsəiman icması tərəfindən seçii- mir, o
Peyğəmbərin varisi kimi müsəimaniarı idarə edir.
Sünni təriqətinə söykənən təiimlərə görə, xəiifə mütləq
hakimiyyətə malik deyil. Şiə təriqəti ilə bağlı təlimlərdə isə İmamın
sakrallaşdırılmış mütləq hakimiyyətə malik olduğu göstərilir və
imamların şəxsiyyəti muqəddəsləşdirilir.
Hər iki təriqətə aid təlimlərin əsrlər boyu islam dünyasında baş
verən siyasi-hüquqi proseslərə çox ciddi təsiri olmuşdur.
L.R.Syukiyaynenin yazdığı kimi, ümumilikdə, həmin təlimlərin hamısı
teokratik xarakterli islam dövlətinin əsas məqsədinin, islamın bütün
göstərişlərinin həyata keçirilməsi üçün müəyyənləşmiş həyat
tərzininin bərqərar edilməsi ideyasından çıxış etmişdir.’^
Patriarxal nəzəriyyə.
Patriarxal nəzəriyyəyə görə, dövlət
ailələrin böyüməsi, bir icmada birləşməsi nəticəsində yaranmışdır.
Dövlətin özü də ailəyə oxşar bir quruluş hesab edilir. Həmin
nəzəriyyənin nümayəndələrindən bəziləri dövlət başçısının
hakimiyyəti ilə ailə başçısının hakimiyyəti arasında analoji cəhətlərin
olduğunu göstərirlər. Aristotel, Konfutsi, R.Filmer, İ.Mixay- lovski
patriarxal nəzəriyyənin ən görkəmli nümayəndələridir.
Aristotelin fikrincə, bir neçə ailənin ünsiyyətindən bir kənd
yaranır ki, bunu həm də ailə koloniyası adlandırmaq olar. Bir çox belə
koloniyanın birliyindən yaranan cəmiyyət isə dövləti formalaşdırır.
Məşhur yunan filosofu yazır ki, dövlətin «hansı elemetlərdən ibarət
olduğunu aydınlaşdırarkən, ilk əvvəl, ailənin təşkilindən söz etməliyik.
Belə ki, hər bir dövlət ayrı-ayrı ailələrin birliyindən yaranır».2 O
göstərir ki, hər bir ailə dövlətin, insanlar isə ailələrin tərkib ünsürləri
olduğundan ailədəki tərbiyə və idarəçiliklə dövlət daxilindəki tərbiyə
və idarəçilik arasında əlaqə və uyğunluq var. Odur ki, dövlətin tərkib
elementləri və dövlət daxilində iqtisadi həyat tədqiq edilərkən, ilk
öncə ailəni təmsil edən elementlər, onlar arasındakı münasibətləri
xarakterizə
' Сюкияйиеп Л.Р.
Мусульманское право. M., 1986, s.lO.
2
Аристотель.
Сочинения. Т. 4. M., 1984, s. 380.
135
ilqar Məmmədov
edən xüsusiyyətlər, həmçinin də ailə təsərrüfatı öyrənilməlidir. Lakin
qeyd olunanlardan o nəticə çıxarılmamalıdır ki, Aristotel dövlətin
yaranmasını yalnız ailələrin birləşməsi ilə əlaqələndirir və başqa
faktorları, amilləri nəzərə almır. Əsərlərindən göründüyü kimi o, ilk
növbədə, ailəni dövlətin nüvəsi kimi təsəvvür edir.
Çin mədəniyyətinə və mentalitetinə, həmçinin minilliklər boyu
çinlilərin ictimai-siyasi həyatına çox böyük təsir göstərmiş müdrik
Konfutsi (onun adının təmiz deyilişi Kun Syudur) patriar-
xal-paternalist konsepsiyanı inkişaf etdirən mütəfəkkirlərdən
olmuşdur. Konfutsi Qədim Çin mədəniyyətində özünə geniş yer almış
ənənəvi baxışlardan çıxış edərək dövləti böyük ailəyə, dövləti idarə
edən hökmdarın hakimiyyətini isə ailə başçısının hakimiyyətinə
bənzətmişdir. Onun «ailəsində» və «dövlətində» insanlar bərabər
deyillər. Konfutsinin və onun davamçılarının yaratdığı təlimin
əsasında, məhz atanın oğula münasibəti məsələsi durur. Bu
məsələni, yəni hökmdarın hakimiyyəti ilə atanın ədalətli hakimiyyəti
arasında uyğunluğun olması məsələsini tədqiq edən V.P.Vasilyev
yazır: «Atanın hüquqları o qədər təbiidir ki, onu heç kəs şübhə altına
da almır. Yəni heç kim bu hüquqlardan sui-istifadə edilməsi barədə
düşünmür».’'
Məsələyə bu mövqedən yanaşan Konfutsi hökmdarın təbəəsinə
olan münasibətini atanın öz oğluna münasibətinə bənzər şəkildə şərh
edir. Bu münasibətlərdə vacib olan məsələ oğulun ataya qulluq
göstərməsi, buyruğunda durması, təbəənin isə hökmdara tabe və
sədaqətli olması ilə bağlıdır. Konfutsinin fikrincə, böyüklərə və
valideynlərə hörmət edən və tabe olan şəxslər arasında böyüklərə
qarşıçıxma halları çox az olur. Odur ki, böyüklərə qarşı çıxmayanların
qarışıqlıq, ixtişaş yaratması da mümkün deyil.
Bunu, Konfutsinin despotik idarəçiliyi tərənnüm etməsi kimi başa
düşmək düzgün deyil. Əksinə, o, mənəviliyi bütün münasibətlərin
təməli hesab edərək siyasi gerçəkliyi və münasibətləri
Конфуций.
Я верю в древность. М., 1995, s. 243.
136
Dövlət və hüquq nəzəriyyəsi
də mənəvi-əxlaqi ölçülərlə dəyərləndirirdi. Məhz bu cür yanaşmadan
çıxış edərək Konfutsi deyirdi ki, hökmdar-hökmdar, təbəə - təbəə, ata
- ata, oğul isə oğul olmalıdır. Yəni hökmdar hökmdarlıq qabiliyyətinə
və ləyaqətinə, təbəə sədaqətliliyə və müvafiq məziyyətlərə, ata atalıq
xüsusiyyətlərinə, mənəviyyatına, oğul isə oğulluq keyfiyyətinə,
əxlaqına sahib olmalıdır. Konfutsi təbəələrin əsas məziyyətlərini
hökmdara tabe olmaq, «böyüklərə» hörmətlə yanaşaraq onların
göstərişlərinə əməl etməkdə görürdü.
XVII əsrdə Böyük Britaniyada yaşayıb-yaratmış R.Fİlmer isə kral
hakimiyyətinin mütləqiiyini əsaslandırmağa çalışırdı. O, «Patriarxiya
və ya kralın təbii hakimiyyəti» adlı əsərində beiə bir fikri müdafiə
edirdi ki, güya kralların hakimiyyəti öz başlanğıcını insanların əcdadı
olmuş Adəmin hakimiyyətindən götürür və krallar onun varisləridirlər.
R.Fİlmerin fikrincə, dövlətin yaranmasının əsasında bir çoxlarının
göstərdiyi kimi ictimai müqavilə durmur. Yəni dövlət heç də azad və
bərabər olan insanların öz aralarında bağladıqları müqavilə, saziş və
ya ümumi razılaşma əsasında yaranmamışdır. Hökmdar isə bu
vəzifəyə təyin edilmir, seçilmir və təbəələr tərəfindən hakimiyyətdən
uzaqlaşdırıla bilməz.
R.Fİlmer əsaslandırmağa çalışırdı ki. Adəmin hakimiyyəti onun
övladları arasından ən böyük olana, daha sonra isə bu qaydada
davam etməklə son nəticədə krallara keçmişdir. Bu mütəfəkkirin
qənaətincə, təbəələr kralın övladları kimidir və onu devirmək
səlahiyyətinə və ya hüququna malik ola bilməzlər. Beləliklə də,
monarxın hakimiyyəti Adəmdən irəli gəldiyindən bu hakimiyyət
insanların yaratdığı qanunlardan kənardı və onlara tabe deyil.
İctimai müqavilə nəzəriyyəsi.
İctimai müqavilə nəzəriyyəsi
XVİİ-XVIII əsriərdə Avropada yaranmış və H.Qrotsi, T.Hobbs,
C.Lokk, J.J.Russo, D.Didro, P.Hoibax və digər mütəfəkkirlər,
maarifçilər tərəfindən inkişaf etdiriimişdir. Bu nəzəriyyəyə görə,
dövlət ümumi maraq və mənafelər əsasında meydana gələn ictimai
müqavilənin məhsuludur.
137
Dostları ilə paylaş: |