Dövlət və hüquq nəzəriyyəsi
§ 4. DÖVLƏTİN VƏ HÜQUQUN ƏMƏLƏ GƏLMƏSİ HAQQINDA
NƏZƏRİYYƏLƏR
Təxminən son 3 min ili əhatələyən bir dövr ərzində dövlət və
hüququn əmələ gəlməsi haqqında müxtəlif nəzəriyyə və
konsepsiyalar meydana gəlmişdir. Onlar həm fəlsəfə və elm
tərəfindən, həm də dini təlimlər tərəfindən yaradılan nəzəriyyələrdir.
ictimai elmlərin, o cümlədən, hüquq elmlərinin İnkişaf etməsi
nəticəsində bir elm sahəsi kimi formalaşmış dövlət və hüquq
nəzəriyyəsi həmin konsepsiyaların, nəzəriyyələrin öyrənilməsinə və
təhlilinə xüsusi əhəmiyyət verir. Dövlət və hüquq nəzəriyyəsi dövlətin
və hüququn meydana gəlməsi haqqında nəzəri fikirləri çeşidləyir,
təsnifləşdirir və müxtəlif nəzəriyyələri bir-birindən fərqləndirən
cəhətləri və belə bir mürəkkəbliyin yaranma səbəblərini təhlil edir.
Tədqiqatçılar dövlət və hüququn meydana gəlməsi haqqında
nəzəriyyələrin, təlimlərin çox olmasının və bir- birindən
fərqlənməsinin bir sıra səbəblərini açıqlayır.
Tədqiqatçıların açıqlamasına görə, dövlət və hüququn əmələ
gəlməsi proseslərinin adekvat şəkildə öyrənilməsi və dərk edilməsi
ilə bağlı yaranan obyektiv çətinliklər birinci səbəbdir. Dövlət və
hüququn yaranması proseslərini öyrənməyə çalışan tədqiqatçıların,
mütəfəkkirlərin mövqeyində subyektiv maraqların və yanaşma
tərzinin öz əksini tapması ikinci səbəbdir. Hər bir nəzəriyyənin, təlimin
yarandığı dövrün, cəmiyyətin və həmin dövrdə və ya cəmiyyətdə
siyasi-hüquqi düşüncənin, elmin inkişaf səviyyəsinin hadisələrin
adekvat dərkinə məhdudlaşdırıcı təsir göstərməsi üçüncü səbəbdir.
Dördüncü səbəb isə dövlət və hüququn yaranması və İnkişaf etməsi
prosesini əks etdirən hadisələrin müəyyən dərəcədə onlarla əlaqəsi
olan digər hadisələrlə dolaşıq salınması və məqsəddən uzaqlaşma
halları ilə bağlıdır.
Qədim dövrlərdən başlayaraq dövlətin, hüququn necə
yaranması və onların hansı məqsədlərə xidmət etməsi, mahiyyəti və
təyinatı haqqında irəli sürülən müxtəlif mülahizələr, verilən izahlar,
müəyyən maraqlara xidmət edən konsepsiyalar, təlimlər
129
ilqar Məmmədov
həmin hadisələrlə bağlı siyasi-hüquqi görüşlərin inkişafı ilə bərabər
ictimai-siyasi proseslərin tarixi axarına də ciddi təsir göstərmişdir.
Belə ki, həmin təlimlərin, konsepsiyaların yaratdığı təsəvvürlər,
ictimai şüura aşıladığı ideyalar, dəyərlər əsasında müəyyən xarakterli
hakimiyyət-tabeçilik münasibətləri, ictimai və hüquqi münasibətlər
meydana gəlmişdir. Onların yaratdığı ideallar və ideyalar naminə
inqilablar baş vermiş, insanlar məhv edilmiş, bir ictimai quruluş ləğv
edilərək başqası ilə əvəz edilmişdir. Həmin konsepsiyaların bəziləri,
həmçinin ictimai tərəqqiyə səbəb olmuş, cəmiyyətin, dövlətin və
hüququn inkişafına təkan vermişdir.
Bu sahədə dövlət və hüquq nəzəriyyəsi üçün vacib olan məsələ
həmin nəzəriyyələrin, konsepsiyaların nə dərcədə obyektiv olduğunu
və ciddi elmi tələblərə cavab verdiyini müəyyənləşdirmək, onların
müqayisəli təhlilini aparmaq, yaranma səbəblərini aşkarlamaqdır.
Buna görə də, dövlət və hüquq nəzəriyyəsi elm sahəsi kimi onlara, ilk
növbədə, obyektivlik, elmilik baxımından qiymət verir, onların müasir
elm üçün yararlılığını müəyyənləşdirməyə çalışır. Ali məktəblərdə
tədris olunan bir fənn kimi isə «dövlət və hüquq nəzəriyyəsi» bu
konsepsiyaların, nəzəriyyələrin əsas müddəalarını ümumiləşdirərək
öz auditoriyasına çatdırır. Təbii ki, göstərilən ümumiləşdirmə zamanı
əsas konsepsiya və nəzəriyyələrə daha çox diqqət verilir, həmçinin
eyni məzmunlu bir çox təlimlər ümumiləşdirilir və bir konsepsiya kimi
təqdim olunur. Belə ümumiləşdirmə xırdalıqlara varmadan həmin
konsepsiyaların, nəzəriyyələrin müvafiq tələblər səviyyəsində
işıqlandırılmasına imkan yaradır.
Teoloji nəzəriyyə.
Dövlətin və hüququn yaranması ilə bağlı
irrasional təsəvvürlər inkişaf edərək teoqonik (mifoloji), teoqo-
nik-kosmoloji, antropomorfik-kosmoloji, daha sonralar isə teoloji
dünyagörüşün tərkib hissəsinə çevrilmişdir. Qədim Misirdə,
Mesopotamiyada, Çində, Yunanıstanda və s. ölkələrdə həmin
təsəvvürlərin ictimai şüura göstərdiyi təsir nəticəsində dövlət
hakimiyyəti, ictimai münasibətləri tənzimləyən və insanların,
cəmiyyətin həyatında mühüm rol oynayan normalar sakral məzmuna
130
Dövlət və hüquq nəzəriyyəsi
və xarakterə malik olan hadisələr kimi qəbul edilmişdir. A.F.Çer-
dantsevin fikrincə, qeyd edilən mənada sakrallaşdırma, bir sıra
hallarda, hətta yeni dövlətlərin yaranmasına yaxından təsir göstərən
mühüm faktorlardan birinə çevrilmişdir.
Qədim Misirdə həmin təsəvvürlərin təsiri ilə fironun şəxsiyyəti
ilahiləşdirilmiş və o, tanrıların törəməsi kimi qəbul edilmişdir. Qədim
çinlilərin təsəvvürüncə, «imperator Göy kimi hər şeyi özündə gizlədir,
hər şeyi özü ilə əhatələyir və günəş kimi hər şeyin üzərinə işıq salır.
Çin yazısında «hökmdar» işarəsi üfiqi xətlə kəsişən üç şaquli xətlə
ifadə olunmaqla o dövrün şərhinə görə göyün, yerin və insanın
əlaqəsi mənasını verirdi»."* Qədim çinlilər göyü yer üzərində
hakimiyyəti öz oğluna-imperatora vermiş antropomorfik ilahi qüvvə
hesab edirdilər. Babil hökmdarı Hammurapi isə öz hakimiyyətini
Babilistanın əsas tanrısı hesab edilən Mardukun iradəsi ilə
«leqallaşdırırdı». Göy Türklərin ka- ğanı (xaqanı) olmuş Bilgə Kağan
daş abidə üzərindəki yazılarında Göy Tanrının İstəyi ilə türk elinin
(Göy Türk dövlətinin) başında durmasından, dağılmış xalqı vahid bir
eldə (dövlətdə) toplamasından və türk törəsinə (hüquqi xarakterli
normaları da əhatələyən normativ tənzimləyicilər sistemi) uyğun idarə
etməsindən söz açır.
İudaizmdən, Xristianlıqdan və İslam dinindən irəli gələn
siyasi-hüquqi təlimlər əsl mənada teoloji təlimlərdir. Teoloji
nəzəriyyələrin inkişafı və siyasi-hüquqi münasibətlərə güclü təsir
göstərməsi, daha çox, orta əsrlər dövrünə təsadüf edir. Avropada
xristian dininin ehkamları qədim yunan fəlsəfəsinin təsirinə məruz
qaldığından müasir filosoflar yazırlar: «xristian teologiyası yunan
fəlsəfəsinin davamı olmuş və onun spesifik müşahidəçilik idealını da
özündə qoruyub saxlamışdır».2
Xristian dininin ortodoksal təlimlərində Aristotelin və Platonun
siyasi-hüquqi baxışları dini ehkamlara uyğunlaşdırılmaqla
* Малявин B.B.
Китайская цивилизация. M., 2000, s.
208.
2 Гурина Мишель.
Философия. M., 1998, s. 75.
131
Dostları ilə paylaş: |