ilqar Məmmədov
olunmaqla qeyri-bərabər olanlar arasında hakimiyyət-tabeçilik
münasibətləri yaratmış, iqtisadi xarakterli münasibətlər və hadisələr
də həmin münasibətlərin təsir istiqamətində inkişaf etmişdir. Dövlət,
mülkiyyət və siniflər cəmiyyət üzvlərinin müəyyən bir qisminin
digərləri üzərində həyata keçirdiyi zorakılıqlar nəticəsində
yaranmışdır.
L.Qumploviç yaşamaq uğrunda mübarizəni ictimai inkişafa təsir
edən əsas faktor hesab edir və bu mübarizənin ictimai planda İnsan
birlikləri, qrupları arasında aparılan mübarizə kimi ifadə olunduğunu
göstərir. O, hesab edir ki, müəyyən bir tayfanın bir başqa tayfanı və
ya bir neçəsini işğal etməsi və zorakılıqlar törətməsi nəticəsində
dövlətin bir-birinə zidd olan elementlərinin vəhdəti yaranır. Yəni
dövlətdə hakimiyyətdə olan qrupla ona tabe olanlar, qalib gələnlə
məğlub edilənlər, ağalar və qullar bir araya gətirilir, onların hamısı bir
siyasi sistemdə birləşir. Beləliklə də, dövlət təbii olaraq, yəni insan
qruplarının zorakılığa. İşğalçılığa meylli olması və bu səbəbdən
törədilən zorakılıqlar nəticəsində bir tayfanın digərləri üzərində
hakimiyyətini təmin edən təşkilata çevrilmişdir. L.Qumploviç irqlər
arasındakı fərqi İnsan qruplarının bir-birilə mübarizə aparmasının
əsas səbəbi kimi izah etməklə yanaşı, həmin konfliktləri həm də
maddi tələbatların və İstəklərin təmin edilməsinə yönələn hərəkətlərlə
də bağlayır. O, İqtisadi motivləri də İctimai inkişafı, həmçinin də
dövlətin inkişafını şərtləndirən əsas amillərdən biri hesab edir.
Qumploviçin fikrincə, ayrı-ayrı qəbilələr, tayfalar arasında baş
verən müharibələr zamanı əgər əvvəllər məğlub olan tərəf məhv
edilirdisə, sonradan qalib gələn tərəf İqtisadi maraqlardan çıxış
edərək onları qul kimi işlətməyə üstünlük vermişdir. Dövlətin
təşəkkülündən sonra öz dövlətini təşkil edən tayfalar arasındakı
müharibələrə dövlət daxilində müxtəlif sosial qruplar arasında baş
verən konfliktlər də əlavə olunmuş və zorakılıq bu İstiqamətdə də
inkişaf etmişdir. Beləliklə, Qumplovlç zorakılığı «sosial təkamülün kor
qüvvələri» sırasına daxil olan təbii və qlobal hadisə kimi xarakterizə
edir. O, hesab edir ki, zorakılıq mahiyyətcə güclünün zəiflər üzərində
hakimiyyəti klml təzahür
144
Dövlət və hüquq nəzəriyyəsi
olunur. Ayrıca fərd isə öz ixtiyarından asılı olmadan gün işığı, zəlzələ,
qabarma və çəkilmə kimi təbiətin qarşısıalınmaz qüvvələri ilə
razılaşdığı kimi dövlətə tabeçiliyi ilə də razılaşmalıdır.
Qumploviç hüququn yaranmasında həlledici rolu dövlətə aid
edir. O, hesab edir ki, cəmiyyətin dövlətəqədərki mərhələsində hüquq
olmamışdır. Mənəvi əsası olan dəyərlər, normalar dövlət hakimiyyəti
tərəfindən qanunlarda möhkəmləndirilməklə hüquqa çevrilmişdir.
Beləliklə, hüquq zahirən dövlət hakimiyyətinin müəyyənləşdirdiyi
qaydaların təcəssümünə çevrilir; daxilən isə onun tükənməz mənbəyi
olan mənəviyyatla tamamlanır. Bununla bərabər, Qumploviç hesab
edir ki, hüquq, sadəcə, dövlət hakimiyyəti üçün bir vasitədir və o,
insanın «ayrılmaz hüquq- ları»nı da ehtiva etmək yolu ilə mövcud ola
bilməz. Bu məsələdə insanın başqa bir seçim etməsi mümkün deyil.
Yəni həyat elə qurulub ki, anarxiyanın olmaması üçün dövlət
olmalıdır. Dövlət isə hakimiyyət deməkdir. Bu hakimiyyətin təmin
edilməsi üçün də dövlət hüquqdan bir vasitə kimi istifadə edir.
K.Kautskinin fikrincə, vəhşi tayfalarla yüksək mədəniyyətə malik
olan cəmiyyətlərin qonşuluq etdiyi yerlərdə həm mübahisəli ərazilər
uğrunda müharibələr, həm də qənimət ələ keçirmək üçün edilən
yürüşlər mütəmadi hadisəyə çevrilmişdir. Hətta bir qism barbar
tayfaları üçün qənimətlər əldə etmək yolu ilə yaşamaq adi həyat
tərzinə çevrimişdir. Qalib gələn tərəf məğlub olanları özünə tabe
etməklə və onların ərazisini işğal etməklə bərabər, həm də onları öz
maraqları üçün istismar etmiş, nəticədə də bu qruplar cəmiyyətin
ayrı-ayrı təbəqələrinə çevrilmişdir. Dövlət isə, məcburetmə aparatı
kimi meydana gəlmişdir.
Marksist (tarixi-materialist) nəzəriyyə.
Bu nəzəriyyəyə görə,
dövlət iqtisadi faktorların təsiri ilə, yəni ictimai əmək bölgüsü, əlavə
məhsulun və xüsusi mülkiyyətin meydana gəlməsi və cəmiyyətin
bir-birinə zidd maraqlar daşıyıcısı kimi çıxış edən siniflərə bölünməsi
nəticəsində yaranmışdır. Hüquq da dövlətlə bərabər, onunla qarşılıqlı
əlaqədə, eyni tarixi mərhələdə və eyni səbəblərdən meydana
gəlmişdir. Göstərilən nəzəriyyənin əsas müddəaları daha geniş və
dolğun şəkildə F.Engelsin «Ailənin,
145
ilqar Məmmədov
xüsusi mülkiyyətin və dövlətin mənşəyi» adlı əsərində öz əksini
tapmışdır. Dövlətin yaranması məsələsinin tədqiq edilməsində
amerikalı etnoqraf, tarixçi L.-Q.Morqanın F.Engelsə böyük təsiri
olmuşdur. F.Engels tarixi materializmdən və sinfi yanaşmadan çıxış
edərək Morqanın fikirlərini dövlət və hüququn meydana gəlməsi
haqqında tarixi materialist konsepsiyaya uyğunlaşdırmışdır. Daha
sonralar Lenin özünün «Dövlət haqqında» adlı mühazirələrində
K.Marksın və F.Engelsin fikirlərini inkişaf etdirmişdir.
Tarixi materialist nəzəriyyənin əsas nümayəndələrindən biri kimi
tanınan və bu gün artıq bir çoxları tərəfindən sevilməyən Lenin yazır:
«Tarix göstərir ki, insanlar üzərində məcburiyyət tədbirlərinin həyata
keçirilməsini təmin edən bir aparat kimi dövlət cəmiyyətin siniflərə
bölündüyü zaman meydana gəlmişdir. Yəni cəmiyyət müxtəlif
qruplara elə bölünmüşdür ki, bunun nəticəsində onlardan biri daim
digər qruplardan olan insanların əməyini istismar etmişdir. Yaranan
dövlət iqtisadi cəhətdən hakim sinfin təşkilatı, bu sinfin mənafelərini
müdafiə və mühafizə edən məcburetmə aparatı kimi çıxış etmişdir».”'
Göründüyü kimi, marksistlər dövlətin sinifli cəmiyyətin
formalaşması prosesində yarandığını və iqtisadi cəhətdən hakim
sinfin təşkilatı, bu sinfin mənafelərini müdafiə edən məcburetmə
aparatı olduğunu iddia edirlər. Marksistlərin fikrincə, dövlət yarandığı
ilk dövrlərdən iqtisadi cəhətdən hakim sinfin dövləti olmuş və bu
aparat siyasi hakimiyyətə sahib olan sinifə məzlum sinifi əzmək və
istismar etmək imkanı vermişdir.
Marksistlərə görə, yuxarı səviyyədə dövlət hakimiyyətilə
tamamlanan siyasi və hüquqi üstqurum «real bazislə», yəni istehsal
münasbətləri ilə şərtlənir və müəyyənləşir. Marks yazırdı ki, istehsal
münasibətlərinin, mübadilənin və istehlakın inkişafının hər bir
mərhələsi müvafiq ictimai quruluşu, ailənin, sosial təbəqələrin və
siniflərin müəyyən təşkilatlanma tərzini doğurur, siya-
I Теория государства и права. Хрестоматия. Т. 1. М., 2001, s.
150
.
146
Dostları ilə paylaş: |