Dövlət və hüquq nəzəriyyəsi
si-hüquqi üstqurumu yaradır. Bu nəzəriyyəyə görə, sinifli cəmiyyətdə
dövlətin sinfi baxımdan neytral rola malik olması mümkün deyil.
Hüquq İsə hakim sinfin mənafeyinə, məqsədlərinə xidmət
etməklə bütöv cəmiyyət səviyyəsində məcburi qüvvəyə malik ictimai
münasibətlərin tənzimləyicisi rolunu oynayır. Hakim sinif öz iradəsini
ümumməcburi etməsi üçün buna müəyyən bir hüquqi forma verir və
bu məqsədlə də məhz dövlət institutlarından istifadə edir.
F.Engels hesab edir ki, cəmiyyətdə baş verən siniflərarası
ziddiyyətləri həll etdiyinə görə dövlətin böyük ictimai-tarixi əhəmiyyəti
var. Onun fikrincə, bir-birinə zidd maraqların daşıyıcısı olan siniflər
arasında baş verən konfliktlərin şiddətlənərək cəmiyyəti məhv
etməməsi üçün cəmiyyətin üzərində dura biləcək qüvvəyə ehtiyac
yaranır. Həmin bu qüvvə cəmiyyətin özündən doğaraq onun
fövqündə durur və qarşıdurmanı müəyyən çərçivədə saxlayır.
Beləliklə, dövlət və hüquq nisbətən müstəqil hadisəyə çevrilməklə,
həm də cəmiyyətin İqtisadi strukturuna əks təsir göstərir.
Marksizmə görə, dövlət və hüquq əbədi deyil, keçici xarakterli
hadisələrdir. Siniflər ictimai inkişafın müəyyən bir mərhələsində
yarandığı kimi, bu inkişaf nəticəsində də itib gedəcəklər. Siniflərin itib
getməsilə zəruri olaraq dövlət də öz funksiyasını itirəcək və
«cəmiyyət istehsalçıların azad və bərabər assosiasiyası kimi təşkil
olunmaqla
tarixi
baltalayanları
qədim
əşyalar
muzeyinə
yollayacaqdır»."'
Psixoloji nəzəriyyə.
Psixoloji nəzəriyyənin inkişafına XIX- XX
əsrlərin qovşağında müstəqil elm sahəsi kimi formalaşan psixologiya
elminin böyük təsiri olmuşdur. A.V.Zorkinin yazdığı kimi, sosiologiya
elmində psixologizmin (Tard, Vundt) naturaliz- mi və biologizmi
(Spenser) üstələməsi bu nəzəriyyənin genişlənməsi üçün qnoseoloji
əsas rolunu oynamışdır. XX əsrin əvvəllərində Petrajitskinin
«Mənəviyyat nəzəriyyəsi ilə əlaqədə
История политических учений. Часть 2. M., 1978, s. 158-159.
147
ilqar Məmmədov
hüquq və dövlət nəzəriyyəsi» adlı əsərində hüquqi hadisələrin dərk
edilməsi üçün sosioloji yanaşmadan çox psixoloji yanaşmaya
üstünlük verməsi bütün Avropada maraqla qarşılanan elmi bir
hadisəyə çevrilmişdir.
Petrajitski belə hesab edir ki, hüququn kökü insan psixikasın-
dadır və buna görə də o, fərdi psixologiyanın xüsusi bir hadisəsi kimi
öyrənilməlidir. Petrajitski psixi elementlərin bir növü kimi qəbul etdiyi
emosiyaları iki qrupa: mənəvi (etik) və hüquqi emosiyalara ayırır.
Beləliklə də, göstərir ki, mənəvi emosiyalar daxili imperativlər kimi
çıxış edir. Hüquqi emosiyalar isə ikitərəfli olur. Birincisi, nələrisə
etməyə borclu olmaq hissidir və bu hiss ətraf- dakıların hər bir
insandan müəyyən öhdəliklərin yerinə yetirilməsini tələb edə bilmək
ixtiyarında olması düşüncəsinin formalaşması ilə müşayiət olunur,
ikincisi isə hər bir fərdə başqalarına münasibətdə o hüququ verir. Bu
halın özü isə hüquqi emosiyalara iddialılıq, yəni atributivlik
xüsusiyyəti qazandırır. Nəticədə də, emosiyalardakı atributivlik insanı
kənar şəxslərə qarşı iddialı edir və bu iddia əsasında da insanın «öz
hüququ» düşüncəsi yaranır. Mənəvi normalar isə yalnız birtərəfli və
imperativdir. Petrajitski bunu izah etmək üçün yazır ki, hər hansısa bir
şəxs sədəqə verərkən heç də düşünmür ki, sədəqə verdiyi şəxsin,
dilənçinin ondan nəsə tələb etmək hüququ var. O, bunu özü-
özündən, daxili tələbə əsasən, mənəvi emosiyalarla təəssürat-
lanmaqla etmiş olur. Hüquqi emosiyalar isə bundan tamamilə
fərqlidir. Bu halda insan hansısa bir hərəkəti edərkən düşünür ki,
buna başqasının hüququ var. Yəni başqasının ondan bunu tələb
etmək hüququna malik olmasını qəbul edir və beləliklə də,
emosiyalar atributiv-imperativ xarakter daşıyır. Petrajitski yazır:
«Dövlət və ya ümumilikdə ictimai hakimiyyət nə iradədir, nə də ki,
güc. Dövlət, ümumiyyətlə, real olan bir şey yox, emosional
fantazmdır, yəni məhz müəyyən insanlara aid edilən və bu cür
təsəvvür edilən hüquqların xüsusi bir növüdür. Emosional
proyeksiyaların-müxtəlif şəxslərə məxsus hakimiyyətlərin və ya,
başqa sözlə desək, hüquqi psixika tərəfindən bu şəxslərə aid edilən
hakimiyyətlərin əsasında duran real hadisələr müvafiq
148
Dövlət və hüquq nəzəriyyəsi
hüquqi tipli emosional-intellektual təəəssüratlanmalardan: bir halda,
insanlara başqa şəxslərdən-qullardan, nökərlərdən, övladlardan,
nəsildə kiçik olanlardan, təbəələrdən və s. əmrlərə, göstərişlərə tabe
olacaqları, onların müxtəlif xarakterli tənbeh tədbirləri ilə, cəzalarla
razılaşacaqları gözləntisini verən impera- tiv-atributiv xarakterli
düşüncədən və halətdən; ikinci halda isə insanların öz ağalarına,
valideyinlərinə, rəhbərliyə tabe olmalarını və kənardan gələn əmr
xarakterli və başqa bu cür davranışlara etiraz etmədən yuxarıdakı
avtoritetlərə aid qaydalardan və onların özlərinə münasibətdə tətbiq
edilməsini elə o cür olmalıdır kimi qəbul etmələrini ehtiva edən
imperativ-atributiv xarakterli düşüncədən və halətdən irəli gəlir».
Psixoloji nəzəriyyənin gəldiyi nəticələrdən biri də o idi ki, ictimai
qaydanın yaradılmasında hüququn rolu mənəviyyatdan, mənəvi
dəyərlər və ölçülər sistemindən üstündür. Belə ki, hüquqi
emosiyalardakı aktiv etik motivasiyalar mənəviyyatdakı passiv
motivasiyaları üstələyir və ictimai münasibətlərə, insanların
davranışına daha güclü təsir göstərir.
Beləliklə də, Petrajitski tarixə məlum olan hüquq düşüncəsinin,
hüququn dərkedilməsinin müxtəlif tiplərini, növlərini əhatə- ləyə bilən
hüququn universal bir formulasını tapmağa cəhd etmişdir.
V.N.Xropanyukun yazdığı kimi, insanın təşkilatlanmış, nizama
salınmış birlik daxilində yaşamasına olan psixoloji tələbatının,
həmçinin də, kollektivdə yaranan qarşılıqlı münasibətlərə zərurət
hissinin təsdiqlənməsi ilə bağlı olan bu nəzəriyyənin elmi-nəzəri
əhəmiyyəti böyükdür.
Müasir nəzəriyyəçilərin fikrincə, Petrajitski hüquq nəzəriyyəsini
dar hüquqi ehkamçılıqdan azad etmiş və bu baxımdan da hüququn
nəzəri yöndən tədqiqi üçün yeni imkanlar və üfüqlər açmışdır.
Bununla bərabər, psixoloji nəzəriyyənin qüsurları da açıqlanır. Müasir
tədqiqatçıları psixoloji nəzəriyyəni tənqid edərkən ən çox diqqət
verdiyi məsələlərdən biri də, bu nəzəriyyənin hüququ formal-pozitiv
hadisə kimi öyrənməməsi ilə bağlıdır.
' Теория государства и права. Хрестоматия. Т. I. S. 265-266.
149
Dostları ilə paylaş: |