Dövlət və hüquq nəzəriyyəsi
dur. Həmin dövlətlərdə hakimiyyətin həyata keçirilməsi xalqın işi kimi
qəbul edilirdi. Hakimiyyət bir əldə cəmləşmir, ayrı-ayrı orqanlar
müstəqil fəaliyyət göstərirdi. Onların bir-birilə əlaqəsi də obyektiv
olaraq müəyyənləşmiş proseduralar, normalar əsasında qurulurdu.
Lakin buna baxmayaraq, həmin dövlətlərdə dövlət orqanlarının təşkili
və fəaliyyəti formal olaraq hakimiyyətlərin bölünməsi prinsipinə
əsaslanmırdı. Əsas götürülən prinsip xalqın hakimiyyəti prinsipi,
dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsində vətəndaşların
iştirakı ideyası idi.
Hakimiyyətlərin bölünməsi ideyası Avropada burjua inqilabları
dövründə formalaşmış və davamlı şəkildə inkişaf edərək
siyasi-hüquqi münasibətlərə təsir göstərmişdir. Bunun nəticəsində də
müasir tipli dövlət meydana gəlmiş, hakimiyyətlərin bölünməsi
prinsipi isə bütün dünyada dövlət mexanizminin təşkili və fəaliyyətinin
ən mühüm prinsiplərindən birinə çevrilmişdir. Bu barədə irəlidə geniş
şəkildə danışacağımızdan öncə demokratik mərkəzçilik prinsipləri
(hakimiyyətlərin bölünməsi prinsipini rədd edən ümumxalq
hakimiyyəti
konsepsiyası)
əsasında
dövlət
mexanizminin
strukturunun qurulması üsuluna diqqət yetirək.
Demokratik mərkəzçilik prinsipləri (hakimiyyətlərin bölünməsi
prinsipini rədd edən ümumxalq hakimiyyəti konsepsiyası) əsasında
dövlət mexanizminin strukturunun qurulması üsulunu tətbiq edən
dövlətlərdən biri də keçmiş SSRİ dövləti olmuşdur. Vaxtilə K.Marks
burjua parlamentarizmini tənqid edərkən parlamentin özünün qəbul
etdiyi qanunların həyata keçirilməsi prosesinə təsir göstərə
bilməməsini neqativ hal kimi qiymətləndirmişdir. O, hakimiyyətlərin
bölünməsi prinsipini burjua dövlətinin prinsipi hesab edərək proletar
dövlətində dövlət orqanlarının fəaliyyətinin başqa prinsipə
əsaslanmasının vacib olması qənaətinə gəlmişdir. Həmin prinsipə
görə, qanunverici orqan həm qanunları qəbul edən, həm də real
olaraq onları icra edən orqan kimi fəaliyyət göstərməlidir. Lenin
həmin prinsipin realizə olunmasına aydınlıq gətirərək yazırdı ki,
proletar dövlətində parlamentarilər özləri işləməli, qəbul etdikləri
qanunları özləri də
405
ilqar Məmmədov
icra etməli, bunun həyatdakı nəticəsini özləri yoxlamalı, seçiciləri
qarşısında da bilavasitə özləri cavab verməlidirlər.''
Bolşeviklər Rusiyada sovet hakimiyyətini bərqərar etdikdən
sonra yeni dövlət mexanizmi bu prinsipə əsaslanan «Sovetlər
sistemi» konsepsiyasına uyğun qurulmuşdur. Beləliklə, «proletar
dövlətinin» nümayəndəli orqanları həm qanunlar verən, həm də
onları icra edən «işlək korporasiyalar» kimi təşkil olunmuşdur. Dövlət
mexanizminin göstərilən qaydada təşkili SSRİ-də xalq deputatları
Sovetlərinin-SSRİ Ali Soveti, müttəfiq respublikaların Ali Sovetləri,
muxtar respublikaların Ali Sovetləri, diyar, vilayət xalq deputatları
Sovetləri, muxtar vilayətlərin və muxtar mahalların xalq deputatları
Sovetləri, rayon, şəhər, şəhərlərdə rayon, qəsəbə və kənd xalq
deputatları Sovetlərindən ibarət dövlət hakimiyyəti orqanlarının vahid
sisteminin təşkil olunmasına gətirib çıxarmışdır. Bu sistemin əsasında
duran
konsepsiyaya
görə,
nümayəndəli
orqanlar
dövlət
hakimiyyətinin ali və yerli orqanlarından ibarət olmaqla bütün
səviyyələrdə xalqın hakimiyyətini reallaşdırmağa xidmət etməlidir.
SSRİ-də icraedici-sərəncamverici orqanlar kimi fəaliyyət
göstərən dövlət idarəetmə orqanları dövlət hakimiyyəti orqanları
(yəni sovetlər) tərəfindən yaradılırdı. Dövlət hakimiyyətinin ali icra və
sərəncam orqanı SSRİ Nazirlər Soveti, yəni SSRİ hökuməti idi.
Müttəfiq respublikalarda, həmçinin də muxtar respublikalarda buna
müvafiq olaraq həmin respublikaların Ali Soveti tərəfindən təşkil
edilən, bu orqan qarşısında məsul olan və ona hesabat verən,
sessiyalararası müddətdə isə Ali Sovetin Rəyasət Heyətinə tabe olan
Nazirlər Soveti fəaliyyət göstərirdi. SSRİ- də yerli xalq deputatları
Sovetlərinin öz ərazisi daxilində icra və sərəncam fəaliyyətini həyata
keçirən icraiyyə komitələri yerli dövlət idarə orqanları kimi fəaliyyət
göstərirdi. Yerli dövlət idarə orqanının ikili tabeliyi vardı. Belə ki,
həmin orqan həm onu seçən Sovetə, həm də yuxarı sərəncam və
icra orqanına tabe idi.
Cbipbix B.M. TeopHH
rocy/iapcTBa
H
npaBa.
S. 54.
406
Dövlət və hüquq nəzəriyyəsi
Xalq deputatları Sovetləri xalq nəzarəti orqanlarını da təşkil
edirdi. Onlara rəhbərliyi isə SSRİ Ali Sovetinin təşkil etdiyi SSRİ Xalq
Nəzarəti Komitəsi həyata keçirirdi. SSRİ qanunvericiliyinə əsasən,
xalq nəzarəti orqanlarının təyinatı dövlət planları və tapşırıqlarının
yerinə yetirilməsinə nəzarət etməkdən, dövlət intizamının pozulması
hallarına, yerliçilik, işə yalnız öz idarəsinin mənafeyi baxımından
yanaşmaq təzahürlərinə, təsərrüfata qarşı göstərilən qayğısızlığa və
israfçılığa, süründürməçiliyə və bürok- ratizmə qarşı mübarizə
aparmaqdan, dövlət aparatı işinin təkmilləşməsinə köməklik
göstərməkdən ibarət idi.
SSRİ-də dövlət hakimiyyəti bütünlüklə Sovetlər sisteminə
məxsus olduğundan Sovet hakimiyyəti tərəfindən yaradılan digər
orqanlar dövlət hakimiyyəti orqanları hesab olunmurdu. Həmin
orqanların funksionerləri, misal üçün, hakimlər və ya prokurorlar eyni
zamanda Sovetlərin deputatı da ola bilərdilər. Belə təsəvvür edilirdi
ki, bu halda qanunvericilik işində iştirak edən qanun icraçıları qəbul
etdikləri və həyata keçirməli olduqları qərarların keyfiyyətinin
qayğısına daha çox qala bilərlər.
Qeyd etməliyik ki, reallıq göstərilən bu formal-nəzəri
konstruksiyadan xeyli fərqli idi. Belə ki. Ali Sovetin təşkil etdiyi icra-
sərəncam strukturu dövlət hakimiyyətinin həyata keçirilməsində daha
fəal rol oynamış, mühüm siyasi qərarlar Sov. İKP rəhbərliyi tərəfindən
qəbul edilmiş və bütün strukturlar həmin qüvvəyə tabe olmuşdur.
SSRİ-də dövlət mexanizmini özünə tabe etmiş Kommunist
partiyası rəsmi səviyyədə dövlətin, onun orqanlarının inkişafının əsas
perspektivlərini müəyyənləşdirən, dövlət aparatının başlıca
vəzifələrini və onların yerinə yetirilməsi yollarını göstərən rəhbər
qüvvə elan olunmuşdur. Bütün hakimiyyət faktiki olaraq Sov. İKP-na
məxsus olmuşdur. Dövlət aparatı fəaliyyətinin nəzəri əsaslarına görə,
həmin partiya dövlət orqanlarının işini ümum- dövlət vəzifələrinin
yerinə yetirilməsinə doğru yönəldir, dövlət aparatı quruluşunun,
həmçinin də onun fəaliyyətinin forma və metodlarnının
təkmilləşdirilməsi yollarını göstərir, dövlət orqanla- rındakı bütün
imkanların sosialist dövlətinin funksiya və vəzifələrinin yerinə
yetirililməsi istiqamətində reallaşmasını təmin edir.
407
Dostları ilə paylaş: |