Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə138/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   134   135   136   137   138   139   140   141   ...   205

ilqar Məmmədov 

görə,  hökumət  öz  proqramını  həyata  keçirmək  üçün  parlamentdən 

ordonanslar  yolu  ilə  məhdud  bir  müddət  üçün  qanunvericilik 

sahəsinə  aid  olan  tədbirlərin  həyata  keçirilməsinə  icazə  ala  bilir. 

İtaliya  Respublikasının  qanunvericiliyində  də  qanunvericilik 

səlahiyyətinin  təmsilçiliyə  verilməsi  ilə  bağlı  normalar  mövcuddur. 

ABŞ-da, RF-da və s. ölkələrdə də bu institutdan istifadə olunur. 

Qanunvericilik  səlahiyyətinin  təmsilçiliyə  verilməsi,  əsasən, 

normativ  aktın  daha  tez  hazırlanması,  parlamentin  yükünün 

azaldılması,  həmçinin  səlahiyyətlər  sistemində  mümkün  ola  bilən 

potensial  kolliziyaların  qarşısının  alınması  ilə  bağlıdır.  Parlamentdə 

işin  çoxluğu  ilə  əlaqədar  olaraq  çətinliklər  yarandığına  görə 

hökumətə, ayrı-ayrı nazirliklərə, digər qurumlara bu və ya digər aktın 

hazırlanması,  qəbul  edilməsi  həvalə  edilir  və  əksər  hallarda  onlar 

müəyyən  olunmuş  müddət  ərzində  parlament  tərəfindən  təsdiq 

olunduqdan sonra qüvvəyə minir. Misal üçün, AFR-də həmin aktlar 

parlamentin müvafiq daimi komissiyasına təqdim edilir və bu barədə 

parlamentin plenar iclasında hesabat verilir. 

Onu da qeyd etməliyik ki, «nümayəndəli orqan»la «qanunverici 

orqan»  eyni  mənalı  anlayışlar  deyil.  Belə  ki,  qanunverici  orqandan 

başqa  digər  nümayəndəli  orqanlar  da  mövcuddur.  Məsələn,  yerli 

özünüidarəetmə  orqanları  nümayəndəli  orqandır,  lakin  onlar  dövlət 

hakimiyyəti orqanı hesab edilmir və qanunvericilik səlahiyyətinə də 

malik deyillər. 

Müasir  demokratik  hüquqi  dövlətlərdə  qanunverici  orqan  kimi 

fəaliyyət göstərən parlament xalqın suveren iradəsini ifadə edən ali 

ümumxalq  təmsilçiliyi  orqanıdır.  Yəni  əhalinin  bəyənərək  seçdiyi 

şəxslərin parlamentdə özünə yer almasına, müxtəlif sosial qrupların, 

təbəqələrin  öz  nümayəndələri  vasitəsilə  bu  orqanda  təmsil 

olunmasına  görə  qanunverici  orqan  təmsilçilik  funksiyasını  yerinə 

yetirir,  həmçinin  qəbul  etdiyi  qanunlar  vasitəsilə  xalqın  iradəsinin 

təmsilçiliyini həyata keçirir. 

Parlamentlər,  adətən,  birpalatalı  və  ikipalatalı  olur.  Ancaq 

istisnalar da var. Misal üçün, XX əsrdə 80-cı illərin sonu, 90-cı illərin 

əvvəllərində Cənubi Afrika Respublikasında (1994-cü ildə 

414 



Dövlət və hüquq nəzəriyyəsi 

Müvəqqəti  konstitusiyanın  qəbul  olunmasına  qədər)  parlament  üç 

palatadan ibarət idi. Lakin faktiki olaraq onlardan blri-ölkə əhalisinin 

Avropa mənşəli insanlardan İbarət olan qisminin nümayəndələrindən 

təşkil  olunan  palata  əsl  dövlət  orqanı  kimi  fəaliyyət  göstərirdi. 

Yuqoslaviyada həmin əsrin 70-ci illərində parlament beş palatadan 

təşkil  olunmuşdu.  Bəzi  Afrika  ölkələrində  isə  qəbilə-tayfa 

başçılarından ibarət xüsusi palatalar mövcuddur. Həmin palataların 

səlahiyyəti müəyyən məsələlər (adət-ənənələr, mədəniyyət və s. bu 

kimi məsələlər) üzrə tövsiyələr verməklə məhdudlaşır.'' 

Parlamentin  birpalatalı  və  ya  ikipalatalı  struktura  malik  olması 

onun formalaşdırılmasına da təsir göstərir. Birpalatalı parlamentlərin 

formalaşması,  bir  qayda  olaraq,  birbaşa  seçkilər  yolu  İlə  həyata 

keçirilir.  İkipalatalı  parlamentlərin  əksəriyyətində  bu  qayda  aşağı 

palataya aiddir. Yuxarı palatanın formalaşma qaydası İsə müxtəlifdir. 

Məhz  buna  görə,  İkipalatalı  parlamentlərin  formalaşması  daha 

mürəkkəb hadisədir. 

ikipalatalı parlamentlərdə yuxarı palatanın formalaşdırılması- nın 

əsas üsulları aşağıdakılardır. 

1.

 



Yuxarı  palatanın  dolayı  və  ya  çoxpilləli  seçkilər  yolu  ilə 

formalaşması.  Bu  üsul  Fransada  təcrübədən  keçirilən  üsuldur. 

Fransada  yuxarı  palatanın-Senatın  üzvləri  parlamentin  aşağı 

palatasının deputatlarından, baş şuraların üzvlərindən və muni- sipal 

məsləhətçilərdən  İbarət  olan  seçicilər  kollegiyası  tərəfindən  9  il 

müddətinə  seçilirlər.  Beləliklə,  321  senatordan  ibarət  olan  Senat 

dolayı seçkilər yolu ilə formalaşır. 

2.

 



Yuxarı  palatanın  birbaşa  seçkilər  yolu  İlə  formalaşması.  Bu 

seçkilər  aşağı  palatanın  formalaşdırılması  üçün  tətbiq  olunan 

sistemdən  fərqlənir.  İtaliyada,  ABŞ-da,  Avstriyada  yuxarı  palata  bu 

cür formalaşır. Misal üçün, ABŞ-da Senatın (yuxarı palatanın) üzvləri 

seçilərkən müəyyən dərəcədə proporsionalizm elementləri də daxil 

olmaqla majoritar sistem tətbiq olunur. Aşağı palata İsə proporsional 

sistem əsasında formalaşır. 

' Чиркин B.E. Современное государство. S.321 

415 



ilqar Məmmədov 

3.

 



Təyinetmə  yolu  ilə  yuxarı  palatanın  təşkil  olunması.  Bu 

qaydadan ən təmiz şəkildə Kanadada və Almaniyada istifadə edilir. 

Məsələn, Kanadada yuxarı palatanın üzvləri (senatorlar) baş nazirin 

təqdimatı əsasında general-qubernator tərəfindən təyin olunur. 

4.

 

Yuxarı  palatanın  formalaşmasının  ənənəvi  feodal  üsulu. 



Böyük  Britaniyada  parlamentin  yuxarı  palatası-Lordlar  palatasının 

təşkil olunma qaydasını buna misal göstərə bilərik. Lordlar palatasına 

üzv  olmaq  zadəgan  tituluna  sahib  olmaqdan  asılıdır.  Lordlar 

palatasının  üzvlərindən  1195  nəfəri  hersoqlar,  markizlər,  qraflar, 

baronlar və vikontlardır. Onlar parlamentin perləridirlər. Palatanın 11 

üzvü-hüquqşünas-lordlar  isə  yüksək  hakim  vəzifəsində  olmuş  və 

yaxud  bu  vəzifəni  tutan  şəxslərdən  seçilərək  təyin  olunur.  Həmin 

hüquqşünaslar  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  işində 

lordlar palatasına köməklik göstərirlər. 

5.

 



Yuxarı  palatanın  təşkil  olunmasının  qarışıq  üsulu.  Bu  üsul 

seçkililik, təyinetmə və varislik elementlərinin bir araya gətirilməsi ilə 

bağlıdır. İrlandiyada, Belçikada parlamentin yuxarı palatası məhz bu 

cür qarışıq üsulla formalaşır.'' 

ikipalatalı  parlamentlərin  əksəriyyəti  federativ  dövlətlərdə 

mövcuddur.  Federativ  dövlətlərdə  yuxarı  palata  federasiya 

subyektlərinin  maraqlarını  təmsil  edir,  ikipalatalı  parlamentə  malik 

olan  unitar  dövlətə  Böyük  Britaniyanı  misal  göstərə  bilərik. 

Ümumiyyətlə  isə,  unitar  dövlətlərdə  parlament  birpalatalıdır. 

Azərbaycan  Respublikası  da  unitar  dövlətdir  və  onun  parlamenti- 

Azərbaycan Respublikasının Milli Məclisi bir palatadan ibarətdir. 

Parlamentin  fəaliyyətinin  əsas  istiqamətlərindən  danışarkən 

belə deyə bilərik: 

-  parlament  qanunvericilik  fəaliyyəti  ilə  məşğul  olur,  yəni 

qanunlar  qəbul  edir  və  onun  qəbul  etdiyi  qanunlar  ictimai 

münasibətləri  tənzimləyən  əsas  normativ  hüquqi  akt  olmaqla 

cəmiyyətdəki  münasibətləri  nizama  salır,  sabitləşdirir  və 

proqnozlaşdırıla bilən vəziyyətə gətirir; 

' Глазунова Н.И. Система государственного управления. S. 179-180. 

416 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə