ilqar Məmmədov
məhdudlaşdırıcı təsiri hüquqi dövlətin mövcud ola bilməsi üçün
mühüm şərtdir.
Hüquqi dövlət ideyasının inkişaf etməsində mühüm rolu olmuş
fəlsəfi-hüquqi təlimlərin bir çox müddəaları müasir dövrdə də öz elmi
və praktiki əhəmiyyətini qoruyub saxlamaqdadır. Sosial ədalətin
bərqərar edilməsi, insanın qorxudan və ehtiyacdan azad şəkildə
yaşaya bilməsini təmin edən sosial şəraitin yaradılması, insanın
ayrılmaz hüquq və azadlıqlarının dövlət tərəfindən tanınaraq təmin
edilməsi kimi tələblər həmin təlimlərin demək olar ki, məğzini təşkil
edir. Bu cür tələblər indi də bütün bəşəriyyət üçün aktualdır. Onlar
həm də insanın dövlətə olan inamını ifadə edir. O mənada ki, sosial
ədalətin, azadlığın, sosial-iqtisadi yüksəlişin təmin edilməsi yalnız
dövlətin hüquqa əsaslanan məqsədyönlü fəaliyyətinin nəticəsi kimi
qəbul edilir. Bu məsələlərdə dövlətin rolu inkar edilmir, əksinə əsas
diqqət onun üzərində cəmləşir. Beləliklə, xalqa xidmət edə bilən
dövlətin özü yüksək dəyərə çevrilir.
Hüquqi dövlət konsepsiyasının XX əsrdə inkişafı hüquqi dövlət
prinsiplərinin getdikcə daha çox dövlətin konstitusiyasında öz əksini
tapması ilə xarakterizə olunur. XX əsrin ikinci yarısından etibarən,
hüquqi dövlət nəzəriyyəsi ədalətli dövlət quruculuğunun mücərrəd
konsepsiyasından demokratik dövlətlərin konstitusiyasında öz
tətbiqini tapan nəzəri sistemə çevrilmişdir. Həmin proses ilk əvvəl
Avropa ölkələrində özünü göstərmişdir. Sosializm düşərgəsinin və
SSRİ-nin dağılmasından sonra bu proses həmin məkanda yaranan
yeni dövlətlərdə də başlamışdır.
§ 2. MÜASİR HÜQUQİ DÖVLƏTİN ƏSAS ƏLAMƏTLƏRİ
Despotizmə,
tiraniyaya,
avtokratiyaya,
hakimiyyət
nümayəndələrinin özbaşınalığına qarşı mübarizədə təşəkkül tapmış
hüquqi dövlət ideyası mahiyyətcə bir-birinə yaxın olan müxtəlif
konsepsiyalar vasitəsilə inkişaf etdirilərək insanın cəmiyyətdə azad
yaşaya bilməsi və dövlətin insana xidmət etməsi ideyasının
gerçəkləşməsi istiqamətində böyük nailiyyətlərin əldə olunma
600
Dövlət və hüquq nəzəriyyəsi
sına gətirib çıxarmışdır. Çətin mübarizə şəraitində formalaşan və
ictimai həyatın ədalətli siyasi formasına çevrilən hüquqi dövlətin özü
isə demokratiya və insan hüquqları ilə bərabər, müasir dövrün ən ali
dəyərlərindən birinə çevrilmişdir. Hüquqi dövlət ideyası bir neçə əsrlik
inkişaf tarixi ərzində daha rasional şəkilə düşməklə bərabər, həm də
real olan həyati tələblərə uyğunlaşmışdır. Hüquqi dövlət İdeyasının
İnkişafı prosesində meydana gələn ayrı-ayrı nəzəriyyələrin, təlimlərin
real həyatın sınağından keçməsi, bu ideyanın faktiki münasibətlər
müstəvisində realist- cəsinə qiymətləndirilməsinə təkan vermişdir. Bir
neçə əsrlik təcrübənin ümumiləşdirilməsi, həmçinin bu təcrübənin
elmi təhlili isə hüquqi dövlətin əsas prinsiplərin, vacib əlamətlərin,
dəyişilən və dəyişilməyən tərəflərinin dərindən öyrənilməsi üçün
əlavə imkanlar yaratmışdır.
Ümumiyyətlə, hüquqi dövlətin mövcud ola bilməsi üçün dövlət,
insanın ayrılmaz hüquqlarını tanımalı və onlara təminat verməli
(humanitar-hüquqi komponent), hüququn və hüquqi qanunların alillyi
təmin edilməli (normativ-hüquqi komponent), dövlət hakimiyyəti
sisteminin hüquqi təşkili hakimiyyətlərin bölünməsi prinsipi əsasında
həyata keçirilməlidir. Bunlar hüquqi dövlətin institusional-hüquqi
komponentləri hesab olunur. Bir-biri ilə sıx əlaqəsi olan bu
komponentlərin faktiki münasibətlərdə gerçəkləşməsi üçün dövlət
rejimi demokratik olmalıdır. Buna görədir kl, hüquqi dövlət ideyası
dövlət və hüququn dualizmi üzərində qurulur və hüququn prioritet
hesab edilməsi ilə tamamlanır. Hüquqi dövlət ideyasının hüququ ali
dəyər kimi qəbul edən ümumfəlsəfi təsəvvürlərlə əsaslandırılmasının
hüququn prioritet hesab edilməsinə böyük təsiri var və bu cür
əsaslandırma həmişə olduğu kimi, indi də yüksək qiymətləndirilir.
V.İ.Vlasovun yazdığı kimi, hüququn prioritetliyi aşağıdakı
amillərlə bağlıdır: a) ictimai həyata və dövlət həyatına aid məsələlərin,
ilk növbədə, konstitusiya səviyyəsində həll edilməsi; b) ümumbəşəri,
mənəvi-hüquqi dəyərlərin (humanizm, ədalət və s.), hüququn
formal-tənzimləyici dəyərlərinin (normativlik, hamının qanun
qarşısında bərabər olması, qanunun ümumməcburiliyi
601
ilqar Məmmədov
və s.) və hakimiyyətin legitimiiyinin bir-biriiə uyğuniaşdırılması; v)
döviət orqanları tərəfindən verilən qərarların ideoloji-hüquqi cəhətdən
əsasiandırıimasının zəruriliyi; q) hüququn həyata keçməsi üçün forma
və proseduraların (konstitusiya və qanunların, maddi və prosessual
təminat sisteminin və s.) olması.''
Belə olan halda, hüququn təməlində duran insan hüquqları
hüquqi dövlətin kvintessensiyasına çevrilir və fərdin dövlət tərəfindən
müdaxiləsinə yol verilməyən azadlıq sahəsini yaradır. Beləliklə,
hüquqi qanunlar həm sosial planda insan azadlığının dərəcəsini
müəyyənləşdirir, həm də dövlətin özünüməhdudlaş- dırma
mexanizmini yaradır. Hər bir cəmiyyətdə bu azadlığın (yəni hüquqda
ifadə olunan azadlığın) məzmunu və xarakteri, həcmi, subyektləri və
tətbiq olunma sahələri cəmiyyətin özünün inkişaf səviyyəsi ilə
müəyyənləşir. Bu baxımdan, azadlıq nisbi hadisədir. O mənada ki,
azadlıq hər bir konkret ictimai-tarixi şərait çərçivəsində natamam
olduğundan insan cəmiyyəti tərixən inkişaf etdikcə məzmunca
dəyişilmələrə məruz qalır, inkişaf edir, həcmcə genişlənir və daha
əhatəli olur. Ancaq azadlıq nisbi olmaqla bərabər, həm də mütləqdir.
Yəni azadlıq ali dəyər və prinsip kimi çıxış etməklə mütləq dəyərə,
son nəticədə cəmiyyətin, dövlətin təkamül kriteriyasına çevrilir.
Çünki, insan azadlığı həyatın əzəli və əbədi ruhi-mənəvi başlanğıcı
olmaqla
fərdin
şəxsiyyətə
çevrilməsinin
əsasında
durur.
N.Berdyayevlə razılaşa bilərik ki, individium naturalist və sosioloji
kateqoriya olmaqla «növ prosesində doğulur və təbiət dünyasına
mənsub olur. Şəxsiyyət isə ruhi-mənəvi və etik kateqoriyadır, atadan
və anadan yox, ruhən doğulur. Şəxsiyyət təbiət deyil, azadlıqdır, o
ruhdur.(...) Onu hansısa bir bütövlüyün, tamın tərkib hissəsi kimi
qəbul etmək olmaz, o təbii və sosial nizama özündəməqsəd və ali
dəyər olmaq iddiası ilə daxil olur».2
Hüquqi dövlətdə hüquq və azadlıqlarla bərabər, insan şəxsiyyəti
də əsas dəyər kimi götürülür. Hüquq və azadlıqların təmin
' Власов В.И. Теория государства и права. 8. 207. ^Бердяев
Николай. Дух и реалъност. М., 2003, з. 482.
602
Dostları ilə paylaş: |