Dövlət və hüquq nəzəriyyəsi
edilməsi isə dövlətin hüquqa bağlı olmasını ehtiva edir. Bu isə öz
növbəsində hüquqi qanunun aliliyini, demokratizmi, xalqın
suverenliyini, hakimiyyətlərin bölünməsini, dövlətin və şəxsiyyətin
qarşılıqlı məsuliyyətini, dövlət orqanlarının fəaliyyətində aşkarlıq,
siyasi və ideoloji plyuralizm prinsiplərinin həyata keçirilməsini,
demokratik qaydada təşkil olunan ədalət mühakiməsini həyata
keçirən məhkəmə orqanlarının müstəqil fəaliyyətini və vətəndaşların
hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiə formalarının
olmasını zəruri edir. Alman alimi A.Albrext hüquqi dövlət
nəzəriyyəsini aşağıda göstərilən əsas məsələlərlə bağlayır: dövlətin
fəaliyyətinin konstitusiyada təsbit olunan hüquqi qanunlar vasitəsilə
tənzimlənməsini tələb edən konstitusionalizm; bir-biri ilə konfliktdə
olan və bir-birinə qarşılıqlı təsir göstərən müxtəlif qüvvələrin dövlətə
çəkindirici təsir göstərməsini təmin edə biləcək plyuralizmin siyasi
sistemin strukturunda özünə yer alması; dövlətin siyasi sistem
daxilində ali hakimiyyəti inhisara alması; cəmiyyətin dövlət aparatı
üzərində nəzarətinə imkan yarada bilən ictimai rəylə dövlət arasında
institutlaşdırılmış əks əlaqələrin mövcudluğu; hüquq və qanunlara
riayət olunmasını dövlət tərəfindən təmin etməyə yönələn maddi və
formal rasio- nallaşma; maraqların dövlət hakimiyyəti qarşısında
müdafiəsi və dövlət idarəçiliyinə məhkəmə nəzarəti.
A.Albrext kimi, bütün digər tədqiqatçılar da hüquqi dövləti
konstitusion quruluşla əlaqələndirirlər. Təbii ki, bu halda hüquqi
dövlət heç də konstitusion dövlətlə eyniləşdirilmir. Konstitusiyanın
mövcudluğu hələ dövlətin hüquqi dövlət olması demək deyil. Totalitar
dövlətin də konstitusiyası var, lakin onu hüquqi dövlət hesab etmək
gülünc olardı. Odur ki, konstitusion quruluş deyərkən, dövlətin
hüquqla və xüsusi institutlar vasitəsi ilə məhdudlaşdırılması prinsipinə
söykənən demokratik konstitusiyanın olması, o cümlədən, həmin
konstitusiyanın tələblərinin dövlət orqanları, müəssisələri və ictimai
münasibətlərin digər subyektləri tərəfindən müvafiq şəkildə həyata
keçirilməsi başa düşülür. Hüquqi dövlətin konstitusiyası vasitəsi ilə
dövlətin fəaliyyət formaları və mexanizmi, həmçinin vətəndaşların
hüquqla təmin
603
ilqar Məmmədov
olunan
azadlıqlarının
hüdudları
dəqiq
müəyyənləşdirilir,
konstitusiyanın özü isə, birinci növbədə, dövlət tərəfindən təmin
edilir, real həyatda və münasibətlərdə onun canlı olması hiss olunur.
Yəni hər yerdə hiss olunur ki, dövlətin nəhəng gücü, məhz hüququn
istifadəsinə verilmişdir.
XX əsrin ikinci yarısından etibarən hüquqi dövlətlə sosial
dövlətin eyniləşdirilməsinə meyl güclənmişdir. İfrat individualizm və
klassik liberalizm ideyalarının böhrana uğraması nəticəsində sosial
dövlət ideyasının inkişaf etməsi ikinci nəsil insan hüquqlarının
yaranmasına gətirib çıxarmışdır. Bu nəsildən olan sosial- iqtisadi
hüquqlar fərdin sosial-iqtisadi rifahının dövlət tərəfindən təmin
edilməsinə, dövlətin vətəndaş cəmiyyətinə daha aktiv təsir
göstərməsi yolu ilə sosial bərabərsizliyin neqativ təzahürlərinin
neytrallaşdırılmasına, sosial ədalətin bərqərar edilməsinə xidmət
edir. İkinci nəsil insan hüquqlarının tələbinə görə, dövlətin öz
vətəndaşları qarşısında bir sıra sosial xarakterli vəzifələri var. Həmin
vəzifələrə zəiflərə və kasıblara yardım göstərilməsi, işsizlərin işlə
təmin edilməsi, vətəndaş işləmədiyi müddətdə isə onun müvafiq
yaşayış səviyyəsinə təminat verilməsi, ailənin və analığın qayğısına
qalınması, hər kəsin sağlamlığının qorunması və tibbi yardım ala
bilməsi və s. aiddir.
Beləliklə, insanın ehtiyacdan qurtulması istiqamətində dövlətin
aktiv şəkildə fəaliyyət göstərməsi azad insan şəxsiyyətinin
formalaşmasının yeni bir mərhələsini və dövlətlə fərd arasında
münasibətlərin yeni pozitiv parametrlərini doğurmuş, ikinci nəsil
insan hüquqlarının dövlət tərəfindən təmin edilməsi beynəlxalq
ictimaiyyətin və beynəlxalq hüququn vacib tələblərindən birinə
çevrilmişdir. XX əsrin 60-cı illərində artıq bir sıra inkişaf etmiş
demokratik dövlətlər təkmil sosial dövlətə çevrilmişdir. Almaniyada
hüquqi
dövlət
quruculuğu
təcrübəsini
və
İkinci Dünya
müharibəsindən sonrakı dövrdə bu ölkədə baş verən siyasi- hüquqi
islahatları
buna
misal
göstərə
bilərik.
AFR-in
müasir
konstitusiyasında birbaşa göstərilir ki, bu dövlət sosial hüquqi
dövlətdir və sosial dövlətçilik, hətta qanunverici tərəfindən də
toxunulmazdır. AFR-in dövlət nəzəriyyəsinə görə, sosial dövlət
604
Dövlət və hüquq nəzəriyyəsi
çilik dövlətin məqsədinin müəyyənləşdirici əsaslarındandır. Alman
hüquqşünaslarının əksəriyyəti belə hesab edir ki, ictimai və iqtisadi
münasibətlər
sahəsində
yaranan
ziddiyətləri
yumşaltmaq,
hamarlamaq və insanlar üçün layiqli həyat şəraiti yaratmaq sosial
hüquqi dövlətin mühüm vəzifəsidir. Hüquqşünaslar və dövlətşünaslar
sosial dövlət kimi AFR-in məqsədlərinin üç əsas istiqamətini
müəyyənləşdirirlər:
-
maddi təhlükəsizlik (təhlükəsizlik);
-
fərdi təhlükəsizlik (azadlıq);
-
ictimai həmrəylik (ictimai bağlılıq).
Həmin təsəvvürə görə, siyasi qərarlar qəbul edən hər bir dövlət
orqanının başlıca vəzifəsi sosial dövləti konkretləşdirməkdən
ibarətdir. Bununla da, konstitusiya səviyyəsində qurulan sosial dövlət
hakimiyyətin həyata keçirilməsi müstəvisində konkretləşir və
dəqiqləşir.
Sosial dövlət özünün prinsiplərini, məqsəd və vəzifələrini hüquqi
dövlətçilik formasında həyata keçirməklə insan hüquqlarını daha da
genişləndirir və hüquq normalarına daha ədalətli məzmun
qazandırmış olur ki, nəticədə də, cəmiyyətin özü daha çox
humanistləşir. E.A.Lukaşevanın sözləri ilə desək, hüquqi dövlətlə
sosial dövlət antltezalar olmayıb, insan hüquqlarının prioritetliyini
tanıyan dövlətin inkişaf dialektikasını ifadə edir. Onu da qeyd
etməliyik ki, dövlətin cəmiyyətdəki sosial rolu məsələsi siyasi və
hüquqi məsələ olduğu kimi, bir o dərəcədə də mənəvi məsələdir.
Hüquqi dövlət sosial dövlət olmaqla insanları həm dövlətdən,
hakimiyyət nümayəndələrindən, məmurlardan, həm də bir-birindən
azad edir. O mənada ki, insan ehtiyac içində yaşamaqdan, acından
ölməkdən, qocaldıqda, kimsəsiz və əlil olduqda baxımsız qalmaqdan,
yaşayış üçün minimum tələbatları güclə ödəməkdən ötrü çeşidli
formalarda özünü göstərən istismara razı olmaq məcburiyyətindən və
s. bu kimi təhlükələrdən, həmçinin həmin neqativ amillər səbəbindən
bu və ya digər məsələdə şəxsiyyətinə və ləyaqətinə mənfi təsir
edəcək dərəcədə başqasından asılı olmaqdan qurtulmuş olur. Bunun
nəticəsində isə dövlət, həm də sosial ədalət prinsipini yeni
keyfiyyətdə həyata keçirmək səviyyəsinə yüksəlir.
605
Dostları ilə paylaş: |