ilqar Məmmədov
salınan siyasi hakimiyyət olmasına xüsusi önəm verirlər. Onlar belə
hesab edirlər ki, dövlət, hakimiyyətin hüquqla bağlı olduğu və
məhdudlaşdırıldığı dərəcədə dövlətdir.
Müasir hüquq ədəbiyyatında libertar nəzəriyyənin mövqeyi
getdikcə möhkəmlənməkdədir. Libertar konsepsiya hal-hazırda
nəzəriyyəçilər tərəfindən aktual konsepsiyalardan biri kimi qəbul
edilir.
Dövlətin izah edilməsində klassik yanaşmadan çıxış edənlər onu
üç element: ərazi, əhali və siyasi hakimiyyət elementləri əsasında
şərh etməyi daha düzgün və məqsədəuyğun hesab edirlər. Klassik
yanaşmadan çıxış edən tədqiqatçıların fikrincə, dövlət ərazidən,
əhalidən və siyasi hakimiyyətdən ibarət bir quruluşdur. Dövlət və
hüquq nəzəriyyəsində də bu yanaşmaya daha çox üstünlük verilir.
Müasir qərb elmində maraqla qəbul olunan yanaşmalardan biri
də texniki-kibernetik yanaşmadır. XX əsrin 60-cı illərindən ABŞ-da
inkişaf etmiş texniki-kibernetik yanaşma postindustrial cəmiyyətin
inkişaf tendensiyalarının nəticəsi hesab olunur. Pos- tindustrializm
nəzəriyyəçiləri postindustrial cəmiyyətin inkişafını texnoloji təkamüllə
və elmi biliklərin xüsusi inkişafı ilə əlaqələndirirlər. Bu İsə, öz
növbəsində, başqa bir nəzəriyyənin-informa- slon cəmiyyət
konsepsiyasının İnkişaf etməsinə səbəb olmuşdur.
Texniki-kibernetik yanaşma dövləti sistem nəzəriyyəsinə uyğun
olaraq fəaliyyət göstərən abstrakt bir sistem, yəni bir maşın kimi izah
edir. Bu yanaşma sinfi və ümumsosial məsələləri tamamilə kənarda
qoyur.
İnformasion cəmiyyət konsepsiyası «informasiyanı istehsal
proseslərində və istehsal vasitələrində özünə yer alan substansiya
klml yox, birbaşa istehsaldakı qüvvənin özü kimi»’^ şərh edir.
Nəticədə də, dövlət İnformasiyanın çıxış-qayıdış əlaqələrini əks
etdirən sistem kimi izah edilir. Bu konsepsiyaya görə, infor-
*
* Новая постиндустриалиая волна на западе. Антология. М.,
1999,
S.
37.
156
Dövlət və hüquq nəzəriyyəsi
masiya daxil olduqdan sonra reseptorlarda dəyişikliklərə məruz qalır,
daha sonra İdarəetmə ilə bağlı qərarlar qəbul edilir (misal üçün,
qanunların və digər aktların qəbul edilməsi və s.). Yeni
informasiyaların qəbul edilməsi nəticəsində isə növbəti dövriyyə
başlayır.
Beləliklə, dövlətin nə olduğunu izah etmək, mahiyyətini açmaq
üçün yaradılmış bütün bu konsepsiyalar və onların əsasında duran
yanaşmaları təhlil edərkən məlum olur ki, bu cür müxtəliflik mürəkkəb
fenomen olan dövlətə aid hadisələrdən hansısa birinə və ya bu
hadisələrdən bir qisminə daha çox diqqət verilməsi, digər hadisələrin
isə kölgədə qalmasından irəli gəlir. Kelzenin özü bu problemlə bağlı
yazırdı kl, «dövlət» anlayışının nə məna verdiyini müəyyənləşdirərkən
yaranan çətinlik və mürəkkəblik bu terminin izah edilməsi zamanı
həddindən çox hadisənin nəzərə alınması və onların hamısının dövlət
hadisələri kimi qəbul edilməsi İlə daha da artmışdır. Bununla bərabər,
həmin termin bəzən çox geniş mənada, bir sıra hallarda İsə dar
mənada işlədilir kl, bu da öz növbəsində əlavə çətinliklər yaradır.
Nəzərə almalıyıq ki, ümumbəşəri planda dövlət, cəmiyyətin
sadədən mürəkkəbə doğru İnkişafına uyğun olaraq obyektlvləş- mlş,
İnkişaf etmişdir. Dövlətin inkişafı bütövlükdə ictimai inkişafla əlaqəli
olmuş və bu prosesə daim dəyişən sosial, mədəni, mənəvi, dini, milli
və digər faktorlar ciddi təsir göstərmişdir. Dövlətin inkişafı ilə bərabər
onun məqsəd və vəzifələrində, hakimiyyətin təşkili və həyata
keçirilməsinin üsul və vasitələrində, strukturunda və funksiyalarında
da dəyişikliklər baş vermişdir. Buna müvafiq olaraq da dövlət
haqqında, onun cəmiyyətdəki rolu, təyinatı haqqında təsəvvürlər də
dəyişmişdir. Müasir mənada başa düşdüyümüz dövlət də tədricən
formalaşmış, bu prosesin gedişində dövlət institutlarının şaxələnməsl
və təkmilləşməsi baş vermişdir. Bütün bu proseslər və mürəkkəbliklər
isə təbii ki, həm də dövlət haqqında təsəvvürlərin, baxışların
bir-birindən fərqlənməsinə təsir göstərmiş, müəyyən məhdudlaşdırıcı
amillər isə dövlət haqqında yaradılan nəzəriyyələrdə natamamlığın,
birtə- rəfliliyln yaranmasına səbəb olmuşdur. V.N.Xropanyuk
tanınmış
157
ilqar Məmmədov
hüquqşünas alim Şerşeneviçin fikrinə istinadən yazır ki, dövlətə
verilən tərifdə tarixi gerçəklik və dövlətin bütün tarixi təzahür formaları
nəzərə alınmalı və bu tərif dövlət nədir sualına cavab verə bilməlidir.
Odur ki, dövlət anlayışı üzərində düşündüyümüz zaman onu müasir
reallığa uyğun dərk etməklə yanaşı sivilizasiyanın ən mühüm
nailiyyətlərindən olan bu fenomenin tarixi inkişafının bütün
dövrlərində özünə yer almış dayanıqlı və sabit xüsusiyyətlərini,
əlamətlərini də nəzərə almalıyıq. Həmin xüsusiyyətlərin və
əlamətlərin nəzərə alınması tarixi inkişafın müxtəlif mərhələlərində,
ayrı-ayrı regionlarda mövcud olmuş kütləvi siyasi hakimiyyəti daha
obyektiv və hərtərəfli şəkildə xarakterizə etməyə, dövlət hadisəsinin
vacib cəhətlərinin, onun özünə im- manent olan xassələrin
müəyyənləşməsinə, dövləti digər təşkilatlardan fərqləndirməyə və
ümumbəşəri kontekstdə açıqlanmasına imkan yaradır. Onların bir
çoxu siyasi-hüquqi fikir tarixinin ayrı-ayrı dövrlərində formalaşmış
təlimlər, konsepsiyalar tərəfindən üzə çıxarılmışdır. Bəziləri
siyasi-hüquqi fikrin inkişafının ilk mərhələlərindən öyrənilməyə
başlanmış və həmişə diqqət mərkəzində olmuş, bəziləri isə yalnız
müəyyən dövrlərdə aktuallaş- mışdır.
Məsələn, ümumi rifahın və ədalətin təmin edilməsi hələ lap
qədim dövrlərdən dövlətin əsas cəhətlərindən biri hesab olunur.
Dövlət hakimiyyətinin zəifi güclünün zorundan, yetimi, dulu,
köməksiz vəziyyətdə olanları ədalətsizlikdən qorumaq üçün mövcud
olması ilə bağlı təsəvvürlər bütün cəmiyyətlərdə özünə yer almışdır.
Lakin ədaləti təmin etməyə təyinatlı olan hakimiyyətin təşkili və
ədalətin təmin edilməsi mexanizmi məsələsinə münasibət hər yerdə
və hər zaman eyni olmamışdır. Qədim dövrlərdə və orta əsrlərdə şərq
ölkələrində belə təsəvvür edilirdi ki, cəmiyyətdə ədalətin təmin
edilməsi birbaşa hökmdarın iradəsindən asılıdır. Bu cür təsəvvürlər
şərq ölkələrinin bir çoxunda ictimai şüurdan hələ də tam
silinməmişdir. Səlcuq sultanlarının vəziri olmuş Nizaməlmülk uzun
əsrlər boyu formalaşmış ənənələrdən, təsəvvürlərdən çıxış edərək
yazırdı ki, dövlət də, rəiyyət də yalnız şahındır və ona məxsusdur.
Anarxiyanın, özbaşınalığın anti-
158
Dostları ilə paylaş: |