Dövlət və hüquq nəzəriyyəsi
podu olan dövlətin güclü olması üçün şah «xalqın işindən qafil olmalı,
açıq və gizli məsələləri bilməli, xalqın halına qalmalı, uzun əlləri
qısaltmalı, zalımın zülmünün qarşısını almalıdır».^ Həmin
təsəvvürlərə və müvafiq düşüncə tərzinə görə, dövlətin mövcud ola
bilməsi üçün hökmdar pərakəndəliyi, dərəbəyliyi aradan qaldırmaq
qabiliyyətinə və iradəsinə malik olmalıdır. Dövlətin özü sülalənin
hakimiyyəti ilə eyniləşdirilirdi. Odur ki, Nizaməlmülk «Allah-taala bu
dövləti öz görkəmi və mərhəməti xatirinə qiyamətə qədər mühafizə
etsin» deyərkən, Səlcuq sultanlarının hakimiyyətini nəzərdə tuturdu.
Bu cür eyniləşdirmə təbii ki, yalnız şərq dövlətlərinə deyil, demək olar
ki, qeyri- məhdud monarxiyanın hakimi olduğu quruluşların
hamısında olmuşdur. B.A.Kİstyakovski də yazır ki, mütləq
monarxiyalarda dövlət monarxın hakimiyyəti və ya hakimiyyətdə olan
şəxslə eyniləşdirilir və XIV Lüdovikin «dövlət mən özüməm» deməsi
bunun monarxın özü tərəfindən etiraf olunması deməkdir.
Qədim yunanlar və Romalılar dövləti ümumi rifahın, ədalətin
təminatçısı hesab edirdilər. Lakin nə yunanlar, nə də ki, Romalılır
dövləti monarxın hakimiyyəti ilə eyniləşdirmirdilər (təbii ki, bu hal
əsas etibarilə respublika dövrünə aiddir). Yunanların və Romalı- ların
siyasi-hüquqi təsəvvürlərinə görə, dövlət vətəndaşlar tərəfindən
formalaşdırılan və onların maraqlarına xidmət göstərən hakimiyyəti
ifadə edir. Təsadüfi deyil ki, dövlət mənasında işlədilmiş «respublika»
sözü «xalqın, kütlənin işi» mənasını verir. Yaşadığı dövrün
siyasi-hüquqi təsəvvürlərindən çıxış edən və bu təsəvvürlərin
inkişafında heç də az rolu olmayan Siseron dövləti ümumi maraqlara
malik olan və hüquq məsələlərində xüsusi razılığa gələrək bir-birilə
əlaqələnən çox sayda insanın (xalqın) işi, xalqa məxsus fəaliyyət
sahəsi
kimi
izah
etmişdir.
İntibah
dövrünün
görkəmli
mütəfəkkirlərindən olan N.Makiavelli də belə hesab edirdi ki, əsl
dövlətin təməlində ümumi rifahın təmin edilməsi marağı durur.
^Əbu Əli Həsən İbn Əli Xacə Nizaməlmülk. Siyasətnamə. Bakı,
1987, s. 35.
159
ilqar Məmmədov
Jan Boden, Tomas Hobbs, Con Lokk və yeni dövrün digər
mütəfəkkirləri «ədalət və xeyir», «ümumi sülh və təhlükəsizlik»,
«şəxsi maraqların tarazlaşdırılması və razılaşdırılması» kimi
anlayışlardan çıxış etməklə dövlətin nə olduğunu izah etməyə
çalışırdılar. Onlar həm də ümumi rifaha xidmət edə biləcək
hakimiyyət forması barədə düşünürdülər.
Dövlət haqqında xüsusi biliklərin formalaşması, dövlətin hüquqi
aspektdən çıxış edərək öyrənilməsi və elmi-nəzəri fikirlərin bu
istiqamətdə inkişaf etməsi müasir dövlətin formalaşması prosesi ilə
müşayiət olunmuşdur. Qərb sivilizasiyasında pozitiv şüurun (ifadə
Oqyust Konta məxsusdur) şüurun teoloji və metafizik fazalarını dəf
etməsi ictimai inkişafın yeni paradiqmasının- azadlıq, mülkiyyətin
toxunulmazlığı, bərabərlik və s. bu kimi ideyaların formalaşmasına
ciddi təsir göstərməklə müasir mənada başa düşdüyümüz dövlət
ideyasının və müvafiq siyasi- hüquqi biliklərin inkişaf etməsinə səbəb
olmuşdur. Artıq hansısa mühüm cəhətinə, elementinə və ya daha
əhəmiyyətli hesab edilən bəzi xüsusiyyətlərə əsaslanaraq dövlət
haqqında təsəvvür yaratmaq bəsit görünürdü. Şerşeneviçin yazdığı
kimi, bu proseslər dövlətin izahı üçün onun əlamətlərinin müəyyən-
ləşdirilməsinin vacibliyi qənaətini doğurmuş, həmçinin də dövlətin
əlamətlərinin müəyyənləşdirilməsi məsələsinin metodoloji vəzifə kimi
başa düşülməsinə gətirib çıxarmışdır. Dövlətin nə olduğunu izah
etmək
üçün
onun
elementlərinin,
əlamətlərinin
müəyyənləşdirilməsini vacib hesab edən B.A.Kİstyakovskiy yazır ki,
dövlət hüququ ilə bağlı olan elm sahəsi xalqın ictimai və iqtisadi
təşkilatlanmasını öyrənmir və bunu digər elmlərin-siyasi iqtisadın,
sosiologiyanın və dövlət haqqında olan sosial təlimlərin ixtiyarına
buraxır. «Xalqın iqtisadi və sosial cəhətdən deyil, yalnız hüquqi
baxımdan təşkilatlanması dövlət hüququnun predmetini təşkil edir.
Hər bir dövlət də zəruri olaraq üç tərkib hissədən: xalqdan, malik
olduğu ərazidən və hakimiyyət orqanlarından ibarətdir. Həmin tərkib
hissələr isə bir tam olan dövlətdə qırılmaz şəkildə bir-birinə bağlıdır.
Elm, konkret reallığı ifadə edən bu hissələrin hər birini digərlərindən
təcrid etməklə ayrı-
160
Dövlət və hüquq nəzəriyyəsi
lıqda, yəni bir-bir tədqiq edir. Dövlətin tərkib hissələrinə onun
elementləri deyilir və onlar haqqında olan təlimləri əhatə edən bölmə
dövlətin elementləri haqqında təlimlər hesab edilir. Müxtəlif dövrlərdə
də bu elementlərdən müəyyən biri dövlətin vacib əlaməti hesab
edilmişdir.(...) Dövlət hüququ dövlətin elementlərini konkret olaraq
onların hər birinə xas olan mürəkkəblik və müxtəliflik çərçivəsində
deyil, yalnız hüquqi cəhətdən öyrənir».”'
B.İ.Çiçerin eyni yanaşmadan çıxış edərək yazırdı ki, dövlət
xalqın ittifaqıdır, öz yurisdiksiyası altında olan əraziyə malikdir və bu
ərazidə eyni qanunlar qüvvədədir. Dövlət vasitəsilə xalq hüquqi
şəxsə çevrilir və bunun əsas məqsədi ümumi rifaha nail olmaqdan
ibarətdir. Rusiyalı hüquqşünas və dövlətşünas alimlər təbii ki, bu fikri
Qərb alimlərindən, mütəfəkkirlərindən əxz edərək inkişaf etdirmişlər.
Misal üçün, alman hüquqşünası R.Mol dövləti müəyyən ərazi
çərçivəsində və vahid ali hakimiyyət altında xalqın birgə yaşayışının
təşkili kimi izah edirdi. L.Dyuqi isə dövlət anlayışının düzgün başa
düşülməsi üçün onun dörd elementinin nəzərə alınmasını vacib
hesab edir və həmin elementləri aşağıdakı kimi açıqlayır: 1) İnsan
fərdlərlnin cəmi; 2) müəyyən ərazi; 3) hakimiyyətin suverenliyi; 4)
hökumət.
Beləliklə, nəzəri biliklərin inkişafı dövlətin nə və necə bir hadisə
olduğunu izah etmək üçün vacib əlamətlərinin müəyyənləş-
dirilməsini zəruri etmişdir. Odur ki, müxtəlif müəllifələrin əsərlərinə
müraciət edərkən hər birinin həmin əlamətlərə toxunduğunu
müşahidə edirik. Təbii ki, bu halda da müəyyən fərqli görüşlərlə
rastlaşırıq, ancaq bu fərqlənmələr əksər halda məsələnin
mahiyyətinə toxunmur, yəni əlamətlərin nəzərə alınmasının
vacibliyini inkar etmir. Başa düşmək olur ki, həmin fərqlənmələr daha
çox əlamətlərin tərkibi, hansının daha vacib olması məsələləri ilə
bağlıdır. Bu istiqamətdə inkişaf etmiş nəzəri fikrin təhlili və sadalanan
əlamətlərin ümumiləşdirilməsi belə bir nəticə doğurur ki, dövlət bütün
cəmiyyəti, öz ərazisi daxilində yaşayan bütün
'Кистяковский Б.А.
Философия и социология права. Санкт-
Петербург, 1998,
S.
451.
161
Dostları ilə paylaş: |