Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
134
135
Atının alnında ulduzu olan,
Nədəndir çapmırsan bizim ellərə?!
Görürsən – çoxdandır intizardayam
Yəqin qayıtmazsan bizim ellərə?! (s.125)
Qız oğlanı gecə-gündüz gözləyir, onun bütün düşün c si,
fikirləri, baxışları uzaqlara boylanır. O, nə qədər sev gili si nin
dalınca yollara baxırsa, oğlan ondan uzaqlaşır. Qız başa dü-
şür ki, artıq o, heç vaxt qayıtmayacaq.
«Nazuk nəğməsi»ndə də şeirin ritmikası və into na siyası
eyni hiss və əhval- ruhiyyə yaradır. Nəğmənin aşa ğı dakı
sətirlərinə müraciət edək:
Bu dörd igiddən hanısı,
Öz özlüyündə qoçaq.
Amma hamıdan daha çox,
Mənimki qamətli – görür Allah.
Dərə-daşlar içində,
Gizlənmişəm gör nə vaxt.
Bura gələnlər içində,
Mənimki yoxdur heyhat.
O, qoçaq gəlməyincə,
Üzümdə yaşdan yer yox.
Görünür, bi hicranın
Əzəli var – sonu yox. (s.127)
Qarşımızda məhəbbət lirikasının yaxşı nümunələrin dən
biridir. Bu lirik şeir dərin fikir, hiss, mənəvi zənginlik, aydın
temperament nümunəsidir. Qız öz sevgilisini daim tərifləyir
və bilir ki, o, digər cigitlərdən ən güclüsü, qəddi-qamətlisi,
onun xilaskarıdır. Lakin qəlbində oğlanın ondan ayrılması və
geri qayıtmaması qorxusu və həyəcanı da vardır.
Öz sevgilisi
üçün həsrət çəkən qız fikirləşir ki, onların bu vüsalının «əvvəli
olsa da, sonu yoxdur”.
Digər bir «İpək və məxmərə bürünmüşəm» şeir-nəğmə-
sində ailə mövzusuna müraciət olunur. Burada qaraqalpaq
həyatının feodal-patriarxal dövrü və əxlaq normaları öz
əksini tapır ki, bu dövrdə qızlara ərə verilən zaman başlıq
məsələsinə nəzər salınır. Sevgililərin ayrılması, onların ürək
ağrıları, hissləri, həyəcanları haqqında qaraqalpaqların
çoxsaylı lirik mahnıları mövcuddur. «İpək və məxmərə
bürünmüşəm» şeirindən fraqmentə nəzər salaq:
İpək, məxmər geyinmişəm,
Qollarımda bazubənd.
Evim böyük, ərim qoca,
Özüm evdə, ürəyimsə bilməm harda.
Evim böyük – səadətim yox,
Hər gün sübh tezdən qalxıram.
Öz evimdə mən nökərəm
On dörd yaşımdan da çox. (c. 131)
Burada qızın dözülməz qüssə, kədəri, qəmi, onun
gücsüzlüyü, gənc qızın qoca kişiyə ərə verilməsi və onun
daxili mənəvi aləminin genişliyi əksini tapır. Ondörd yaşlı qız
öz qoca ərinin evində məxmərə, ipəyə bürünüb, qollarında
bazubəndlər olsa da, qəlbində tamamilə başqa məkandadır.
Qızın özünün bu böyük, zəngin evdə qul sayılması da adi
görünür, çünki o, burada əsir kimi sanki zəncirdə saxlanılır,
hiddətli ərindən həddindən artıq qorxur. Lakin bu gənc qadın
daim
öz sevgisini, xoşbəxtliyini qorumağa çalışır. Onun üçün
xoşbəxtlik heç də zər-zibada deyil.
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
136
137
Xalq nəğmələri şeir-musiqi folkloruna aiddir. Bu
tipli nəğmələr əksər hallarda insanın hiss, həyəcan, ürək
çırpıntıları ilə bağlı olur. Digər mərasim nəğmələrindən fərqli
olaraq onların ifası heç də mərasimin gedişi çərçivələri ilə
şərtlənmir: onlar praktik olaraq həmişə və hər yerdə oxunur.
Bununla belə onların ifasında müxtəlif məhdudiyyətlər də
vardır. Bəzi lirik nəğmələr ənənəyə uyğun olaraq ya yolda,
ya məhsul yığımında müxtəlif yerlərdə ifa olunurdu. Elə
lirik nəğmələr də vardır ki, onlar gənc oğlanlar və qızlar,
sevgililər tərəfindən ifa olunurdu.
Lakin nə bunlarda, nə də
digərlərindəki məhdudiyyətlər nəğmələrin janr mahiyyətinə
xələl gətirmir.
«Lirik nəğmə» termini bu nəğmələrin poeziyanın lirik
növünə aid olduğunu göstərir. Bununla bağlı V.Q.Belinski
yazırdı: «Epik poeziya elə obrazları və mənzərələri ifadə edir
ki, burada lirik poeziya obrazları və şəkilləri insan təbiətinin
obrazsız və formasız hisslərinin ifadəsi üçün istifadə edir».
3
Lirik folklor nəğmələri insanın daxili aləmini açır, onları
özünəməxsus şəkildə əks etdirir, bunu heç də ədəbi lirikadakı
kimi etmir. Xalq nəğməsinin lirik mahiyyətinin spesifikasını
vaxtilə N.Q.Çernışevski belə müəyyənləşdirmişdir. Xalq
nəğməsi hər bir insanın hisslərinə uyğun gəlməlidir. Əks
təqdirdə o bütün xalqa gərəksiz olardı.
4
Lirik mahiyyət
nəğmənin poetik məz mu nunun və formasının spesifikasını
müəyyənləşdirir.
Lirik qəhrəman qaraqalpaq xalq nəğmələrində feodal cə-
miy yətində yaşayan sadə adamlardır,
onlar sosial-cəmiyyət
ziddiyyət lərin dən daim əziyyət çəkirlər. Bununla belə
qaraqalpaq xalq nəğmələrinin kökü daha qədim folklor
ənənələrinə gedib çıxır. Xalq poeziyası mərasimlərin əsasında
yaran sa da, digər tip nəğmələrin xüsusiyyət lərini özündə əks
etdirm əmişdir. Onların əsasında lirik nəğmələr həyat gerçəkl-
iyinin təsvirində mərasimlərdən kənara çıxır.
Qaraqalpaq xalq nəğmələri pafosuna görə də rənga rəng-
dir. Onlar üçün emosional əhval-ruhiyyə xarakterikdir. Xalq
nəğmələrində qəmli-kədərli faciəvi nəğmələr («Əziz dost»,
«Məni
tərk etmə, sevgilim», «Sevgilinin həsrəti», «Sevgilim,
nə vaxt qovuşarıq?», «Mən qamətli idim, mən ağüz idim»
, «Qızın nəğməsi»və s.), həm də nikbin ruhlu nəğmələr
(«Mənim sevgilimi yağışda yuma», «Təpiyini yerə döyən
cins at», «Ey uzaqda uçan durna, de», «Sədir-pəhləvan» və
s.) satirik nəğmələr («Pritça», «Molla», «İşan» və s.) vardır.
Qaraqalpaq nəğmələrində gənc sevən oğlanla qız arasındakı
münasibətlər adətən işıqlı, daha yüksək tonla əks olunur,
əksər hallarda qızın kədərli sevgisi haqqında,
xəyanət
haqqında söhbət açılır. Məsələn, nəğmələrin birində deyilir:
Məndən üz döndərdin, baş alıb getdin,
Mən yanına gəldim – sən sevinmədin.
Bir sözünlə qəlbim ovundurmadın,
Oğrun baxışı da mənə çox gördün. (s.136)
Bununla belə lirik nəğmələrin təsnifatı onlardakı hiss və
həyəcanların ifadə olunmasına görə poetik məzmunun yalnız
bir tərəfini əks etdirir.
Qaraqalpaq xalq nəğmələri mövzusuna və personajla-
rın mövzudan asılılığına görə də çoxcəhətli və rəngarəngdir.
Onlar gerçəkliyin bir çox tərəfləri ilə bağlıdır. Qaraqalpaq
xalq nəğmələri real gerçəkliyi təsvir etməklə, əsasən sadə
xalqın ailə-məişət həyatı ilə sıx əlaqədədir.
Onlarda öz doğma sevgilisindən kənarlaşdırılıb zorla sev-
mədiyi kişiyə verilmiş qızın şikayəti,
vətən həsrəti, doğma aulu
və evi haqqında düşüncələr əksini tapır. Nəğmə qəh rə ma nı kişi
olduqda onun sevgilisi haqqında geniş düşüncələri verilir.
Nəğmələrin lirik qəhrəmanlarının ortaya çıxan çox-
saylı problemlər sıra sında onların şəxsi ailə həyatında,