1. XVII-XVIII əsrlərdə Koreyanın sosial-iqtisadi və siyasi vəziyyəti



Yüklə 26,29 Kb.
tarix28.04.2023
ölçüsü26,29 Kb.
#107579
növüMühazirə
M 9 Koreya yeni dovrde


Mühazirə_9
KOREYA
(yeni dövrdə)
Plan
1. XVII-XVIII əsrlərdə Koreyanın sosial-iqtisadi və siyasi vəziyyəti
2. Koreya XIX əsrdə
3. Tonxaklar üsyanı və onun nəticələri
4. Koreya Yaponiya işğalı dövründə

Ədəbiyyat:


1. Xarici Asiya və Afrika ölkələrinin yeni tarixi. Bakı.,1996
2. Бедняк И.Я. и др. Очерки новой истории Японии (1640-1917). М.,1958
3. Василевская И.И. Колониальная политика Японии в Корее накануне аннексии (1904-1910). М.,1975

1. XVI əsrdə Koreya feodal ölkəsi idi. Bütün torpaqlar dövlət torpaqları hesab edilirdi. Burada xüsusi torpaq sahibliyi sistemi də mövjud idi. Koreyada torpaq sahibliyinin aşağıdakı əsas növləri vardı: 1)saray torpaqları. Saray torpaqlarını becərən kəndlilər torpaq vergisini ümumdövlət xəzinəsinə deyil, saray idarəsinə verirdilər. Beləliklə, dövlət torpaqlarının çox hissəsindən vergiləri kral öz xeyrinə toplayırdı. Bu torpaqlardan alınan gəlirlər kral ailəsinə sərf olunurdu; 2)gəlirləri dövlət və əyalət idarələrinə xərclənən, həmçinin məmurlara maaş verilməısinə sərf olunan torpaqlar. Torpaq sahələri, bunlarda yaşayan kəndlilərlə birləkdə məmurların ixtiyarına verilirdi; 3)monastır torpaqları; 4)feodalların xüsusi torpaqları.


Əsas vergi olan natural torpaq vergisi tədricən pul vergisi ilə əvəz olunurdu. Belə vəziyyət kəndlilər üzərinə feodal istismarının artmasına səbəb oldu. Bu da öz növbəsində üsyanla nəticələndi. 1908-ci ildə Çunçxon və Pukçxon, 1811-ci ildə Konsan qəzalarında üsyan baş verdi.
1811-ci ilin dekabrında Pxenyan əyalətində çox böyük üsyan baş verdi. Üsyana Xon Nen rəhbərlik edirdi. Üsyançıların sırası gündən-günə artaraq 5 min nəfərə çatırdı. Çençenqan çayından şimaldakı bütün ərazilər üsyançıların əlinə keçmişdi. Lakin üsyançılar Ançcu qalasını ala bilmədilər. Bu da üsyanın müqəddəratını həll etdi.1812-ci il aprelin 19-da hökümət qoşunları Ançcu qalasını ələ keçirərək, üsyançıları darmadağın etdi.
1637-ci il müqaviləsinə əsasən koreya mancur Tsin sülaləsindən asılı vəziyyətə düşdü.Çinin «qapalılığı»na son qoyan iri avropa dövlətləri və ABŞ Koreyanın qapılarını xarici ticarət üçün açmağa can atırdı.1816-cı ildə ingilis, 1846 və 1866-cı illərdə fransız, yenə 1866 və 1871-ci illərdə amerikan hərbi gəmiləri Koreyaya gəlmiş, ölkənin zorla açılmasına cəhd göstərilmiş, lakin hökümətin və yerli əhalinin inadlı müqaviməti onları ölkəni tərk etməyə məcbur etmişdi.
ABŞ və Avropanın iri kapitalist dövlətlərinin təcavüzünü dəf edə bilən Koreya arasında Kanxava müqaviləsi bağlandı.Bu ilk qeyri-bərabər müqaviləyə əsasən yaponlar Koreyada eksterritoriallıq hüququ qazanmağla yanaşı, Pusan, Vonsan və İnjxon limanlarını da yapon ticarəti üçün açmağa nail oldular.Bundan sonra,1882-ci ildə ABŞ-la Koreya, 1884-ci ildə isə Rusiya ilə Koreya arasında qeyri-bərabər müqavilə imzalandı.
Koreyada çinpərəst və yaponpərəsət qruplar arasında hakimiyyəti ilə keçirmək uğrunda mübarizə gedirdi.Çinpərəst qruplar «Satetan» yaponpərəst qruplar isə «Toknintan» partiyalarına təmsil olunmuşdular.bu iki qrupun mübarizəsi nəticəsində, 1884-cü il dekabrın 5-də yaponpərəst Kim Ok Kyun höküməti yarandı.Yaponiya Çinin ağır vəziyyətindən istifadə edərək 1885-ci ildə Çinlə Tyantezin müqaviləsini imzalamağa nail oldu.Müqaviləyə görə yaponiya Çinlə yanaşı zərurui olarsa Koreyaya qoşun çıxarmaq hüququ qazandı.
1893-1894-cü illərdə Koreyada «Tonxak» üsyanı baş verdi. Antifeodal xarakteri daşıyan bu üsyan həm də daxili, həm də xarici qüvvələrə qarşı çevrilmişdi.1894-cü ilin mayında üsyan daha geniş vüsət alaraq Koreyanın əyalətlərinin çoxunu əhatə etdi. Hökümət qoşunları üsyanın qarşısını almaqda acizlik göstərirdi. Belə olduqda, 1894-cü ilin iyun ayında məlum sazişə əsasən Çin 1500 nəfərlik, Yaponiya isə 8 min nəfərlik qoşun göndərdi. Lakin bu zaman kəndli ordusu hərbi əməliyyatları müvəqqəti saxladılar. Belə olduqda, Çin Koreya höküməti adından hər iki ölkənin qoşunlarının Koreyadan çıxarılmasını təklif etdi.Yaponiya imtina etdi.
1894-cü il iyulun 23-də Yaponiyanın qoşunları kral sarayını tutdular və elə həmin gün Kim Xon Çcin başda olmaqla yaponpərəst hökümət yarandı.
Müvəqqəti sakitləşmiş kəndli üsyanı yeni vüsətlə başladı.1894-cü ilin setyabrında Koreya ərazisinin dörddə üç hissəsi kəndli ordusunun əlində idi.Yaponlar kəndlilərin əsas qüvvəsinin cəmləşdiyi Seula yürüş edərək onları məğlubiyyətə uğratdılar.1894-cü il dekabrın 9-da üsyanın rəhbəri Jon Bon Jcun Seulda edam edildi.
Yaponiyanın Koreyada mövqeyi möhkəmlənsə də, Koreya uğrunda Yaponiya ilə Rusiya arasında ziddiyyətlər davam edirdi.Lakin 1898-ji ildə Rusiya ilə Yaponiya arasında saziş bağlandı. Bu saziş Yaponiyanın mövqeyinin Koreyada daha da möhkəmlənməsinə xidmət etmiş oldu.
1905-ji il noyabrın 17-də Yaponiya ilə Koreya arasında «Müdafiə haqqında» müqavilə imzalandı. Bu müqavilə ilə Koreya üzərində Yaponiyanın protektoratlığı yaradılırdı. Müqaviləyə əsasən, «Yaponiya hökuməti özünün Xariji işlər nazirliyi vasitəsilə Koreyanın xariji siyasət məsələlərinə nəzarət edəjək, Yaponiyanın xariji dövlətlərdə fəaliyyət göstərən diplomatik nümayəndələri və konsulları eyni zamanda, Koreya vətəndaşlarının və bu dövlətin maraqlarını qoruyajaqdılar. Yaponiya hökuməti Koreyanın xariji dövlətlərlə imzaladığı və hal-hazırda qüvvədə olan müqavilələrin həyata keçməsinə nəzarəti öz üzərinə götürür, əvəzində isə Koreya hökuməti digər dövlətlərlə yalnız Yaponiya vasitəsilə müqavilə bağlayajağını öhdəsinə götürürdü. Yaponiyanın təyin edəjəyi Baş rezident Koreya ilə bağlı diplomatik məsələlərlə məşğul olajaqdı.
Yaponiya digər dövlətləri tez bir zamanda müqavilənin mətni ilə tanış etdi və xariji dövlətlər ( ilk olaraq ABŞ ) öz nümayəndələrini Koreyadan çıxartdılar.
1906-cı ilin fevralında Yaponiya hökuməti Seulda Baş rezident vəzifəsini təsis etdi və geniş səlahiyyətlərlə bu vəzifəyə İto Xirobumi təyin olundu. Onun əsas səlahiyyətlərinə Koreyanın xariji siyasəti ilə bağlı məsələlərin həlli, ölkədə qayda-qanunun qorunmasına nəzarət, Yaponiyanın Koreyadakı hərbi qüvvələrinə göstərişlər vermək, onun vermiş olduğu əmrləri pozanları jəzalandırmaq və hətta həbs etmək və başqa məsələlər daxil idi.
Bununla da Koreya Yaponiyanın xammal əlavəsinə çevrilirdi. Yaponlar Koreyada Ən mühüm sahələri – balina ovlayan vətəgələri, su mədənlərini, dəmir yollarını, rabitə vasitələrini, qızıl mədənlərini inhisara aldılar. Yaponlar Koreyada 1906-jı ildə «Əkinçilik sənaye bankı»nı, 1909-ju ildə isə «Koreya bankı»nı açdılar. Bu bankların yaradılmasından sonra yapon kapitalistləri Koreyanın sənaye və tijarət sahələrinə daha çox nüfuz etməyə başladılar. Bu dövrdə Koreyaya idxal olunan malların 73,7%-ni yapon malları təşkil edirdi (halbuki, bu sırada Çin malları 8,6 %-ə, Avropa və ABŞ malları isə jəmi 7,7%-ə çatırdı ).
Yaponiyanın Koreyada geniş səlahiyyətlər əldə etməsi Koreyanın cənubunda xalq kütlələrinin ciddi narazılığına səbəb oldu və Koreya imperatoru bundan istifadə etmək qərarına gəldi.1907-ci ilin iyununda o, Yaponiya hakimiyyət orqanlarından gizli olaraq iyunun 15-də Haaqada açılmış beynəlxalq konfransa şahzadənin rəhbərliyi altında nümayəndə heyəti göndərdi.İmperator bununla beynəlxalq konfransdan Koreyanın müstəqillik və suverenliyə nail olmasında kömək almaq məqsədi güdürdü. Lakin Koreya nümayəndə heyəti Haaqa konfransına buraxılmadı. Əvəzində isə, Yaponiya hökuməti Koreya imperatorunu taxt-tacdan öz oğlunun xeyrinə imtina etməyə məjbur etdi.
Yaponiya hökuməti Koreya imperatoru ilə 1907-ci il iyulun 24-də yeni bir müqavilə imzaladı.Bu müqaviləyə əsasən Yaponiyanın Koreyadakı Baş rezidenti daha geniş səlahiyyətlər əldə edir və əslində Koreyanın əsl hakiminə çevrilirdi.Koreya hökuməti ölkənin daxilində də bütün məsələlərin həllində Baş rezidentlə hesablaşmalı idi. Hökumət ayrı-ayrı vəzifələrə məmurları Baş rezidentin təqdimatı əsasında Yaponiya təbəələrindən təyin etməli, Baş rezidentin razılığı olmadan yüksək vəzifələrə təyinatı və vəzifədən azad etməyi həyata keçirməməli, o cümlədən xariciləri işə götürməməli idi.
1909-cu il iyulun 12-də Yaponiya ilə Koreya arasında imzalanmış müqaviləyə əsasən Koreyada məhkəmələrə və həbsxanalara rəhbərlik yaponlara verilirdi.
1909-cu ildə Tokioda Baş nazir Katsuranın, Koreyadakı Baş rezident İtonun və Xariji işlər naziri Komuranın iştirakı ilə gizli müşavirə keçirildi. Bu müşavirədə Komura Koreyanın ilhaq edilməsinə dair layihəni təqdim etdi. İto bu layihənin qəbul edilməsinin əleyhinə çıxış etdi. Lakin buna baxmayaraq, 1909-cu il iyulun 6-da Yaponiya hökuməti yaxın zamanlarda Koreyanın ilhaq edilməsi haqqında qərar qəbul etdi.
1910-cu ilin iyulunda Koreyanın Baş rezidenti vəzifəsinə Sone Arasukenin yerinə Hərbi nazir Terauti Seyki təyin edildi.Əslində bu, Koreyanın ilhaq edilməsinə son hazırlıq işləri idi.Koreyaya əlavə jandarmeriya qüvvələri göndərildi, Yaponiyanın hərbi gəmiləri Koreyanı dövrəyə aldı, bir sıra qəzetlər bağlandı.1909-cu il avqustun 16-da Baş rezident Terauti ilə Koreya hökumətinin başçısı Li Van Yon arasında danışıqlar başlandı. 1910-cu il avqustun 22-də Li Van Yon Yaponiya ilə müqaviləni imzaladı.Bu müqaviləyə əsasən, Koreya imperatoru əbədi olaraq Koreya üzərində suveren hüquqları Yaponiya imperatoruna güzəştə gedir. Yaponiya imperatoru bunun əvəzində Koreyanın imperator ailəsinin titullarını saxlayır və onlar üçün müavinətlər təyin edirdi. 1910-cu il avqustun 29-da bu müqavilə dərc edildi və ictimaiyyətin diqqətinə çatdırıldı. Koreya Yaponiyanın general-qubernatorluğu oldu.
Yüklə 26,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə