Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə34/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
134
135
Atının alnında ulduzu olan,
Nədəndir çapmırsan bizim ellərə?!
Görürsən – çoxdandır intizardayam
Yəqin qayıtmazsan bizim ellərə?! (s.125)
Qız oğlanı gecə-gündüz gözləyir, onun bütün düşün c si, 
fikirləri, baxışları uzaqlara boylanır. O, nə qədər  sev gili si nin 
dalınca yollara baxırsa, oğlan ondan uzaqlaşır. Qız başa dü-
şür ki, artıq o, heç vaxt qayıtmayacaq. 
«Nazuk nəğməsi»ndə də şeirin ritmikası və  into na siyası 
eyni hiss və  əhval- ruhiyyə yaradır. Nəğmənin aşa ğı dakı 
sətirlərinə müraciət edək: 
Bu dörd igiddən hanısı,
Öz özlüyündə qoçaq.
Amma hamıdan daha çox,
Mənimki qamətli – görür Allah.
Dərə-daşlar içində,
Gizlənmişəm gör nə vaxt.
Bura gələnlər içində,
Mənimki yoxdur heyhat.
O, qoçaq gəlməyincə,
Üzümdə yaşdan yer yox.
Görünür, bi hicranın 
Əzəli var – sonu yox. (s.127)
Qarşımızda məhəbbət lirikasının yaxşı nümunələrin dən 
biridir. Bu lirik şeir  dərin fikir, hiss, mənəvi zənginlik, aydın 
temperament nümunəsidir. Qız öz sevgilisini daim tərifləyir 
və bilir ki, o, digər cigitlərdən  ən güclüsü, qəddi-qamətlisi, 
onun xilaskarıdır. Lakin qəlbində oğlanın ondan ayrılması və 
geri qayıtmaması qorxusu və həyəcanı da vardır. Öz sevgilisi 
üçün həsrət çəkən qız fikirləşir ki, onların bu vüsalının «əvvəli 
olsa da, sonu yoxdur”.
Digər bir «İpək və məxmərə bürünmüşəm» şeir-nəğmə-
sində ailə mövzusuna müraciət olunur. Burada qaraqalpaq 
həyatının feodal-patriarxal dövrü və  əxlaq normaları    öz 
əksini tapır ki, bu dövrdə  qızlara  ərə verilən zaman başlıq 
məsələsinə nəzər salınır. Sevgililərin ayrılması, onların ürək 
ağrıları, hissləri, həyəcanları haqqında qaraqalpaqların 
çoxsaylı lirik mahnıları mövcuddur. «İpək və  məxmərə 
bürünmüşəm»  şeirindən fraqmentə  nəzər salaq:
İpək, məxmər geyinmişəm,
Qollarımda bazubənd.
Evim böyük, ərim qoca,
Özüm evdə, ürəyimsə bilməm harda.
Evim böyük – səadətim yox,
Hər gün sübh tezdən qalxıram.
Öz evimdə mən nökərəm
On dörd yaşımdan da çox. (c. 131) 
Burada qızın dözülməz qüssə, kədəri, qəmi, onun 
gücsüzlüyü, gənc qızın qoca kişiyə  ərə verilməsi və onun 
daxili mənəvi aləminin genişliyi əksini tapır. Ondörd yaşlı qız 
öz qoca ərinin evində  məxmərə, ipəyə bürünüb, qollarında 
bazubəndlər olsa da,  qəlbində tamamilə başqa məkandadır. 
Qızın özünün bu böyük, zəngin evdə qul sayılması da adi 
görünür, çünki o, burada əsir kimi sanki zəncirdə saxlanılır, 
hiddətli ərindən həddindən artıq qorxur. Lakin bu gənc qadın 
daim öz sevgisini, xoşbəxtliyini qorumağa çalışır. Onun üçün 
xoşbəxtlik heç də  zər-zibada deyil.


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
136
137
Xalq nəğmələri  şeir-musiqi folkloruna  aiddir. Bu 
tipli nəğmələr  əksər hallarda insanın  hiss, həyəcan, ürək 
çırpıntıları ilə bağlı olur. Digər mərasim nəğmələrindən fərqli 
olaraq onların ifası heç də  mərasimin gedişi çərçivələri ilə 
şərtlənmir: onlar praktik olaraq həmişə və hər yerdə oxunur. 
Bununla belə onların ifasında müxtəlif məhdudiyyətlər də 
vardır. Bəzi lirik nəğmələr ənənəyə uyğun olaraq ya yolda, 
ya məhsul yığımında müxtəlif yerlərdə ifa olunurdu. Elə 
lirik nəğmələr də vardır ki, onlar gənc oğlanlar və  qızlar, 
sevgililər tərəfindən ifa olunurdu. Lakin nə bunlarda, nə də 
digərlərindəki məhdudiyyətlər nəğmələrin janr mahiyyətinə 
xələl gətirmir.
«Lirik nəğmə» termini bu nəğmələrin poeziyanın lirik 
növünə aid olduğunu göstərir. Bununla bağlı V.Q.Belinski 
yazırdı: «Epik poeziya elə obrazları və mənzərələri ifadə edir 
ki, burada lirik poeziya obrazları və şəkilləri insan təbiətinin 
obrazsız və formasız hisslərinin ifadəsi üçün istifadə edir».
3
 
Lirik folklor  nəğmələri insanın daxili aləmini açır, onları 
özünəməxsus şəkildə əks etdirir, bunu heç də ədəbi lirikadakı 
kimi etmir. Xalq nəğməsinin lirik mahiyyətinin spesifikasını 
vaxtilə  N.Q.Çernışevski belə müəyyənləşdirmişdir. Xalq 
nəğməsi hər bir insanın hisslərinə uyğun gəlməlidir.  Əks 
təqdirdə o bütün xalqa gərəksiz olardı.
4
  Lirik mahiyyət 
nəğmənin poetik məz mu  nunun    və formasının spesifikasını  
müəyyənləşdirir.
Lirik qəhrəman qaraqalpaq xalq nəğmələrində feodal cə-
miy yətində yaşayan sadə adamlardır, onlar sosial-cəmiyyət 
ziddiyyət lərin dən daim əziyyət çəkirlər. Bununla belə 
qaraqalpaq xalq nəğmələrinin kökü daha qədim folklor 
ənənələrinə gedib çıxır. Xalq poeziyası mərasimlərin əsasında 
yaran sa da, digər tip nəğmələrin xüsusiyyət lərini özündə əks 
etdirm əmişdir. Onların əsasında lirik nəğmələr həyat gerçəkl-
iyinin təsvirində  mərasimlərdən kənara çıxır. 
Qaraqalpaq xalq nəğmələri pafosuna görə də rənga rəng-
dir. Onlar üçün emosional əhval-ruhiyyə xarakterikdir. Xalq 
nəğmələrində  qəmli-kədərli faciəvi nəğmələr («Əziz dost», 
«Məni tərk etmə, sevgilim», «Sevgilinin həsrəti», «Sevgilim,  
nə vaxt qovuşarıq?», «Mən qamətli idim, mən ağüz  idim» 
, «Qızın nəğməsi»və s.), həm də nikbin ruhlu nəğmələr 
(«Mənim sevgilimi yağışda yuma», «Təpiyini yerə döyən 
cins at», «Ey uzaqda uçan durna, de», «Sədir-pəhləvan» və 
s.) satirik nəğmələr («Pritça», «Molla», «İşan» və s.) vardır. 
Qaraqalpaq nəğmələrində gənc sevən oğlanla qız arasındakı 
münasibətlər adətən işıqlı, daha yüksək tonla əks olunur, 
əksər hallarda qızın kədərli sevgisi haqqında, xəyanət 
haqqında söhbət açılır. Məsələn, nəğmələrin birində deyilir:
Məndən üz döndərdin, baş alıb getdin,
Mən yanına gəldim – sən sevinmədin.
Bir sözünlə qəlbim ovundurmadın,
Oğrun baxışı da mənə çox gördün. (s.136) 
Bununla belə lirik nəğmələrin təsnifatı onlardakı hiss və 
həyəcanların ifadə olunmasına görə poetik məzmunun yalnız 
bir tərəfini əks etdirir.
Qaraqalpaq xalq nəğmələri mövzusuna və personajla-
rın mövzudan asılılığına görə də çoxcəhətli və rəngarəngdir. 
Onlar  gerçəkliyin bir çox tərəfləri ilə bağlıdır. Qaraqalpaq 
xalq nəğmələri real gerçəkliyi təsvir etməklə,  əsasən sadə 
xalqın ailə-məişət həyatı ilə  sıx  əlaqədədir. 
Onlarda öz doğma sevgilisindən kənarlaşdırılıb zorla sev-
mədiyi kişiyə verilmiş qızın şikayəti, vətən həsrəti, doğma aulu 
və evi haqqında düşüncələr əksini tapır. Nəğmə qəh rə ma nı kişi 
olduqda onun sevgilisi haqqında geniş düşüncələri verilir.
Nəğmələrin lirik qəhrəmanlarının  ortaya çıxan çox-
saylı problemlər sıra sında onların  şəxsi ailə  həyatında, 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə