76
piyada keçə bilmir. Ona görə də bəydən xahiş edir
ki, onu da çayın o biri tayına keçirsin, Gənc oğlan
deyir:
- A bəy, deyəsən, yenə də Kürün kürlüyü tutub.
Həsənqara bəy başını qaldırıb deyir:
- Bala, babalarımız havayı deməyib ki, qatıra
qulun gəlməz, Kürə körpü... Rəvayətə görə, Ko-
roğlu, bax o görünən Yelləquş dağında dəliləri ilə
məskən salıbmış. Qırat hər Kürü sıçrayıb keçəndə
dal ayağının nalının biri suya düşərmiş. Bundan
narahat olan Koroğlu bir çobandan bu çayın adını
soruşub öyrənir. Sonra üzünü burula-burula axan
mavi sulara tutub deyir:
- Ay Kür, sən kür, mən kür, bizimki tutmaz.
Koroğlu dəlilərini başına yığıb başqa səmtə
üz tutur.
Bəylə gənc oğlan xeyli söhbət edirlər. Sonra
bəy cavan oğlanı da atın tərkinə alıb çaydan
keçirdir.
Oğlan bəyin sözlərindən və xoş münasi-
bətindən mütəəssir olub deyir ki, bəy, sənin at-
larını mən oğurlayıb dəyər-dəyməzinə satmışam.
Bir də oğurluq etsəm, qoy bu Kür mənə qənim
olsun.
Gənc dizi üstə çökür, bəy onu qaldırır və
qolunu onun boynuna salır:
-Qalx, bala, kişi diz çökməz. Bu andan sonra
sənə yaraşan bir atda bağışlayıram. Üstəlik qoyun-
quzu da, mal-qara da....
77
Di getdik!
“Kür qənim olsun” hekayəsinin dili və məz-
munu sadə və xalq dilinə çox yaxındır. Hekayəni
diqqətlə oxuduqda bəylik dövrünün, kişilik timsalı
gəlib gözlərimizin önündən keçir. Bəyin özünü
sadə, ağıryana aparması gənc oğlanı məcbur edir
ki, etdiyi oğurluğu etiraf etsin və bəd əməlini başa
düşsün. Bəy isə oğrunu cəzalandırmaq əvəzinə ona
at, qoyun-quzu, mal-qara da bağışlamağa söz verir.
Bu gözəl tərbiyə üsuludur. Tərbiyəvi möv-
zuda yazılmış bu hekayə ibrətamizliyi ilə oxucu-
ların qəlbində özünə yer tapa bilir.
Atalar yaxşı deyib: - Yaxşılığa yaxşılıq hər
kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir.
Maraqlıdır ki, Sədnik müəllimin hekayələri
sonluqda bir atalar sözü ilə uzlaşır.
Sovet rejimi qurulduqdan sonra “Kulak” adı
altında minlərlə soydaşımızı güllələdirlər və yaxud
da Orta Asiya respublikalarına sürgün etdilər. Bu
ədalətsiz quruluşun ədalətsiz qanunları Sədnik
müəllimin yaradıcılığından da yan keçməyib. O,
“Həsrətlər qovuşdu” sənədli hekayəsində dövrün
ictimai-siyasi eybəcərliklərini səmimi hisslərlə
qələmə almışdır. Adət-ənənəsinə sadiq qalaraq
Azərbaycan təbiətinin, onun sirli-sehrli qalalarının
yad edilməsini də unutmur. Oğuz elinin Xaçmaz
bölgəsinin gözəlliklərini vəsf edir, Filfili dağı, Fil-
fili qalası, Pirpalıd dağının adını çəkir.
78
Məhəmməd axarlı-baxarlı Xaçmaz kəndində
böyüyüb boya-başa çatmışdı. Məhəmməd böyü-
dükdən sonra dünyagörüşü artır, adamlara münasi-
bəti dəyişir və Şəkər xanımla evlənir.
Kəndin qoca, cavan, qız və gəlinlərinin uzaq
qonşu kəndə dəyirmana dən aparması ona ağır
gəlir. Həyat sirdaşı Şəkərlə, oğlu Məcnunla və
Əzizlə məsləhətləşdikdən sonra dəyirman tikməyi
qəti şəkildə qərara alır və kəndə məxsus bir də-
yirman tikir. Hamı Məhəmmədin bu xeyirxah işini
alqışlayır.
Şura höküməti qurulduqdan sonra tuthatut
başlayır. “Kulak” adı ilə el-obanın sayseçmə
adamlarını ya gülləyirlər, ya da sürgünə göndə-
rirlər. Kimin 2-3 inəyi, bir neçə danası var imişsə
düşmən damğası vurulur və sürgün edilir. Bəd-
xahlar Məhəmmədin dəyirmanı olduğunu deyirlər
və 1933-cü ildə o, Qazaxıstana sürgün olunur.
Məhəmməd orada İsmayıl adlı pirani bir qocaya
rast gəlir. O, xırda ticarətlə məşğul olurmuş,
Məhəmmədi də öz yanına işə götürür. Onun düz-
lüyü, əli təmizliyi və qoçaqlığı İsmayıl kişinin xo-
şuna gəlir. Bir gün Məhəmmədə deyir ki, gəl səni
evləndirim. Məhəmməd gözləri dolmuş halda
Vətəndə körpə, məsum balalarının qaldığını, yur-
dunun onu qınayacağını dilə gətirir. Məsləhət-
ləşmədən sonra iki körpə qızı olan Züleyxa adlı
qadınla evlənir. Məhəmməd kişi Züleyxanın qızla-
rını öz qızı hesab edir. Züleyxa da Məhəmmədin
79
vətənində qalan balaları haqqında düşünür. Mə-
həmmədin Züleyxadan Qüdrət adlı oğlu dünyaya
gəlir. Məhəmməd təsəllisini Qüdrətdən alır. Xaç-
mazda qalan balaları haqqında həmişə fikirləşir.
Şəxsiyyətə pərəstişə son qoyulduqdan sonra
Məhəmməd vətənə qayıdır. Arvadı Şəkər nənəni
və övladlarını sağ-salamat görüb sevinir. Bir neçə
gün keçdikdən sonra övladlarından dəyirmanın
işləyib-işləmədiyini soruşur. Deyirlər ki, sən sür-
günə gedəndən sonra dəyirman işləmir. Kimin nə
hünəri var idi ki, xalq düşməninin dəyirmanını işə
salsın. O, dəyirmanını yenidən işə salır. Deyirlər
ki, bu dəyirman sənin başına oyun açdı. Sən yenə
də inadından dönmürsən. Məhəmməd kişi deyir:
- Yox, bala, yox! Dəyirmansız kənd olmaz.
Kim isə yaxşı deyib:
Məndən sənə yaxşı öyüd,
Öz dənini özün üyüt.
Camaat deyir ki, bu dəyirman bu qocanın ba-
şına nə oyunlar gətirdi. O, yenə də dəyirmanı işə
salır. Kim isə kənardan dedi ki, Məhəmməd Qurd-
lar nəslindəndir. Onlara Qurdlar deyərlər. Ayağın-
dan assan da dediklərini edəndirlər.
Məhəmməd kişinin dəyirmanı işə düşdü, çax-
çaxın səsi yenə də eşidildi. Atalar yaxşı deyib ki,
su gələn arxdan bir də gələr.
Dostları ilə paylaş: |