28
Otaq, bina və tikililər
normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vasitələri ilə təmin
edilməlidirlər.
Yanğın baş verdikdə onu birinci görən şəxs təcili olaraq 101 və ya 112 nömrəli telefonlara zəng
vurub yanğından mühafizə hissəsinə xəbər verməli, telefonla danışan şəxs yanğın yerinin düzgün
ünvanını söyləməlidir.
Yanğın baş verən zaman dərhal insanların
köçürülməsini həyata keçirmək, sonra isə mövcud
olan vəsaitlərlə (odsöndürən, qum, su və s.) yanğını söndürməyə
başlamaq lazımdır. Döşəməyə və ya torpaq üzərinə az miqdarda
dağılmış yanan mayeni söndürmək üçün ən sadə və asan vasitə
qumdur. Qum istini udaraq yanan maddəni bir qədər soyudur və
bununla birlikdə yanma üçün lazım olan oksigenin ora keçə
bilməsini çətinləşdirir. Yadda saxlamaq lazımdır ki, yanğın
zamanı quru qumdan istifadə edilməlidir.
Belə olmasa o
yumurlanacaq və bununla da onun odsöndürmə qabiliyyəti
itəcəkdir.
Köpük yaradan kimyəvi tərkibli yanğın söndürücülərin
tərkibində olan kimyəvi maddələr hava ilə təmasa girdikdə
karbonat anhidridi əmələ gəlir ki, o da yanan maddənin üzərini
pərdə kimi örtür. Bundan başqa köpüyün maye hissəsi buxarlanır
və istiliyi udaraq yanacağı soyudur. Onlardan maşınların və
texnikanın olduğu yerdə istifadə etmək olmaz.
Toz şəkilli maddələr olan yanğın söndürücülərin
tərkibində natrium bikarbonat var. O,
havada olan oksigenin
yanan maddəyə çatmasına mane olur. İstənilən halda istifadə
edilə bilər. Amma yadda saxlamaq lazımdır ki, yerə səpilmiş
tozları səliqəli təmizləmək lazımdır. Bu tip yanğın söndürücülər
həm effektivliyinə, həm
də qiymətinə görə sərfəlidir, maşında
rahat gəzdirilir. Amma nəzərə almaq lazımdır ki, bu cür yanğın söndürücülərdən qapalı yerlərdə istifadə
etdikdə tənəffüs orqanlarına zərər vurmaq olar.
Şəkil 2.6 Elektrik avadanlıqlarından istifadə zamanı diqqətli olun
Şəkil 2.5 Yanğın siqnalizasiya sistemi
29
2.2.2. Tələbələr üçün fəaliyyətlər
Evdə valideynlərinizdən onların iş yerlərində yanğın təhlükəsizliyi üçün olan
yanğınsöndürmə vasitələrindən istifadə qaydaları haqqında müsahibə götürün və təhlil
edin.
Yanğın təhlükəsizliyinin əsas faktorları haqqında müzakirələr aparın.
İstehsalatda yanğın baş verən zaman nə etmək lazımdır? - bu mövzu ətrafında debat
təşkil edin.
2.2.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
Dostları ilə paylaş: