37
Təlim nəticəsi 3: İstehsalat zədələnmələrinin növlərini, yaranma səbəblərini bilir və müvafiq
tədbirlər görməyi bacarır
3.1.1. İstehsalat zədələnmələrinin növlərini və səbəblərini izah edir
İstehsalat travmatizmi və əsas səbəbləri
Müəssisənin təsərrüfat
sahələrinin xüsusiyyətlərindən,
zərərli və təhlükəli
amillərindən asılı olaraq işçilərdə yaranan müxtəlif
növ travmalar üç növə
bölünür: istehsalat travması, peşə xəstəliyi və peşə zəhərlənməsi.
İstehsalat travması. Qəfil xarici təsir nəticəsində
insan orqanizmində
toxumaların ani olaraq zədələnməsi və ya üzvlərin öz fizioloji funksiyasını
dəyişməsi travma adlanır. Travmalar, adətən təhlükəli amillərin insana qısa müddətli təsiri nəticəsində
baş verir. “Travma” – yunan sözü olub, zədələnmə, xəsarət alma, əzilmə, qırılma və s. mənasında işlədilir.
İstehsalatda əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində mexaniki zədələnmədən, elektrik
cərəyanının
təsirindən, kimyəvi zəhərlənmədən
radioaktiv şüalanmadan,
qeyri-normal əmək
şəraitindən alınmış zədə istehsalat zədəsi və bədbəxt hadisə adlanır.
Şəkil 3.1 İş yerində travma
Peşə xəstələnmələri. Əmək prosesində əmələ gələn zərərli istehsalat amillərinin işçinin
orqanizminə uzun müddət təsiri onun sağlamlığının pozulmasına səbəb olur. Bununla müəyyən iş üçün
səciyyəvi olan zərərli istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik – peşə xəstəliyi yaranır.
Dostları ilə paylaş: