Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   27   28   29   30   31   32   33   34   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarında icbari sığorta olunanlar və onların iqtisadi fəaliyyət 
növləri üzrə kateqoriya və risk qruplarını seçir” 

Müəssisədə bədbəxt hadisələr neçə qrupa bölünür? 

İstehsalatla əlaqədar olmayan bədbəxt hadisələrə nə daxildir? 

İstehsalatla əlaqədar olan bədbəxt hadisələr hansılardır? 

Bədbəxt hadisələr zamanı zərərçəkmiş işçilərə müavinətləri və onların müalicəsinin 
tam dəyərin kim tərəfindən ödənilməlidir? 

Risk nədir? 

Riskin qiymətləndirilməsi və azaldılması dedikdə nəyi başa düşürsünüz? 


54 
Təlim nəticəsi 4: Əmək gigiyenası haqqında bilir 
4.1.1. Əmək gigiyenası haqda ümumi bilgiləri və inkişafının əsas mərhələlərini izah edir 

Əmək gigiyenası haqqında ümumi məlumat 
Gigiyena - insan orqanizminə xarici mühit amillərinin təsirini, həmçinin 
sağlamlığın necə saxlanılması və yaxşılaşdırılmasını öyrənən elmdir.
Gigiyenanın əsas məsələsi şəraitin yaradılması ilə tədbirlərin 
hazırlanmasıdır: 
- işin və istirahətin düzgün təşkili; 

xəstəliklərin qarşısının alınması; 

qidalanmanın düzgün təşkili; 

insan orqanizminə ətraf mühitin kimyəvi, fiziki və bioloji amillərin təsirinin qarşısının 
alınması və neytrallaşdırılması. 
Gigiyena elmi bir neçə bölmədən ibarətdir: 

qidalanma gigiyenası; 

uşaq və yeniyetmələrin gigiyenası; 

əməyin gigiyenası; 

kommunal təsərrüfatın gigiyenası. 
Şəkil 4.1 Şəxsi gigiyena 
Əməyin gigiyenası - gigiyena elminin bu sahəsi istehsal sferasının və əmək prosesi şəraitinin 
insan orqanizminə təsirini öyrənir və işçilərin sağlamlığının saxlanılmasına, onların əmək qabiliyyətinin 
artırılmasına və əmək məhsuldarlığına yönəldilir. əmək prosesinin yanlış təşkili zamanı bütün bu amillər 
əmək qabiliyyətinə mənfi təsir göstərir və peşə xəstəliklərinin yaranmasına səbəb ola bilər. 
Əmək şəraitinin yaxşılaşmasına bu şəkildə nail olmaq olar: 
- elektrik qızdırıcılı modul avadanlığın yeni növünü tətbiq etmək; 
- istehsal otaqlarının sorucu-buraxıcı ventilyasiya ilə təchiz edilməsi; 
- soyuducu aparatları və ventilyasiyanı səssiz mühərriklə təchiz etmək; 
- sexdaxili nəqliyyatın təkəri üçün rezin təkərlər istifadə etmək; 
- yelçəkən yox, havanın istiliyini saxlayan pərdələr quraşdırmaq;
- işçiləri lazım olan sayda sanitar geyim və xüsusi ayaqqabı ilə təmin etmək.


55 
Şəkil 4.2 İş yerində sanitar gigiyena qaydalarına riayət 
İş yerində sanitar gigiyena qaydalarına əməl etmək, istər müştərinin, istərsə də özümüzün 
sağlamlığımız üçün əsas şərtdir. İş yeri işıqlı, geniş və havası təmiz olmalıdır. 
Əmək gigiyenasının əsas məqsədi zəhmətkeşlərin sağlamlığının təmin olunmasına və onlar üçün 
ən əlverişli əmək şəraiti yaradılmasına yönəldilmiş sanitariya-gigiyena və müalicə-profilaktika 
tədbirlərini hazırlamaqdan ibarətdir. 
Əməyin gigiyenası əməyin təşkilini, istirahəti onun forma və üsullarını, əmək fəaliyyəti 
prosesində orqanizmin vəziyyətini, işçinin hərəkətlərinin xarakterini və xüsusiyyətini, iş vaxtı insan 
bədəninin vəziyyətini, əmək alətləri və vasitələrinin, işlədilən xammalın, prosesin texnologiyasının, 
istehsalat mühitinin fiziki, kimyəvi və bioloji amillərinin, əmək proseslərinin və mühitin müxtəlif 
şəraitinin işçiyə fizioloji təsirini öyrənir.
İstehsalat sanitariyası işçilərə zərərli 
istehsalat amillərinin təsirinin qarşısını alan 
təşkilatı, gigiyenik və sanitariya-texniki tədbirlər 
sistemidir. 
İstehsalat 
sanitariyası 
aşağıdakı 
məsələləri həll edir: 
1. İstehsalat mühitinin müxtəlif amillərinin 
optimal nisbətlərinin təyin edilməsi. 
2. Hər bir zərərli istehsalat amili üçün buraxıla 
bilən normaların təyin edilməsi, onların 
qanuniləşdirilməsi və düzgün tətbiqinə 
müntəzəm nəzarət olunması. 
3. Həm işçinin özü, həm də ətrafdakılar üçün işin 
təhlükəsiz aparılmasının təmin edilməsi. 
4. Elm və texnikanın müasir nailiyyətləri əsasında 
əməyin sağlamlaşdırılması üçün konkret 
tədbirlərin tərtib edilməsi. 
5. İşləyənləri istehsalatın əlverişsiz amillərindən qorumaq üçün texniki vasitələrin tətbiqi və onların 
təsirini azaltmaq üçün təşkilati-profilaktik tədbirlərin görülməsi. 
6. Əmək şəraitinin sağlamlaşdırılması üçün planlaşdırılan və görülən tədbirlərin səmərəliliyinin təyini 
üsullarının işlənib hazırlanması. 
 
 
 
 
Şəkil 4.3 Bərbər salonunda təmizlik işləri


56 
 
4.1.2. Tələbələr üçün fəaliyyətlər 

Gigiyena haqqında esse yazın. 

Valideynlərinizdən əməyin gigiyenası haqqında müsahibə götürün və təhlil aparın. 

İş yerlərində sanitar-gigiyena qaydalarına əməl edilməsinin vacibliyi haqqında 
müzakirə təşkil edin.
4.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə