57
Təhlükəli və zərərli istehsal faktorları bu qruplara bölünür: fiziki, kimyəvi, bioloji, psixofizioloji.
Fiziki amillər qrupuna havanın yüksək dərəcədə çirklənməsi, iş yerində havanın aşağı və yuxarı
temperaturda olması, yüksək səs, ultrasəs, vibrasiya, statik elektrik, ultrabənövşəyi şüalanma və digər
faktorlar daxildir.
Kimyəvi təhlükəli və zərərli amillər aşağıdakı altqruplara bölünür:
-
İnsan orqanizminə təsir xarakterindən asılı olaraq: ümumi toksiki, qıcıqlandıran, kanserogen,
reproduktiv fəaliyyətə təsir göstərən və s.
-
İnsan orqanizminə daxil olmasından asılı olaraq; nəfəs yolları vasitəsi ilə qida sistemindən, dəri
örtüyündən təsir edən.
-
İstehsalın bioloji təhlükəli və zərərli amillərinə təsirləri nəticəsində travma və ya xəstəliklər
əmələ gətirən mikro və makroorqanizmlər daxildir. Bunlar - bakteriyalar,
viruslar, göbələklər,
birhüceyrəlilər, bitki və heyvanlardır
Şəkil 4.5 Bakterioloji analiz
Psixofiziki təhlükəli və zərərli amillər fiziki və ruhi-əsəbi yüklənmələr qruplarına bölünür. Fiziki
yüklənmələr statik, dinamik, hipodinamik ola bilər.
Əsəbi-fiziki yüklənmələr, əqli gərginlik, əməyin
monotonluğu, emosional yüklənmələr.
İstehsalatda hava nadir hallarda təbii tərkibə malik olur. Bir çox
texnoloji proseslər zərərli
maddələrin ayrılması ilə müşayiət olunur: toz, qaz, buxarlar.
İnsan orqanizminə təsirin dərəcəsinə görə bütün zərərli maddələr 4 sinfə bölür:
1-ci - fövqəladə təhlükəli maddələr;
2-ci - yüksək təhlükəli maddələr;
3-cü - orta təhlükəli maddələr;
4-cü - az təhlükəli maddələr.
Mexanizatorların işlədiyi yerlərdə, toz, neft məhsullarının buxarları, qazlar və zəhərli kimyəvi
preparatların və gübrələrin aerozolları ola bilər.
Heyvandarlar - onların işçi zonasının havası
orqanik tozla, ammonyakla, hidrogen sulfidlə və
başqa təhlükəli maddələrlə doldurulmuş ola bilər.
Bəzi zərərli maddələr onunla
təhlükəlidir ki, müəyyən konsentrasiya partlayış üçün təhlükəli
qarışıqlar yarada bilər. Belə qarışıqlara - ammiak buxarı, benzin, orqanik tozun çox növləri aiddir.
İşçi zonanın havasında zərərli maddələrin konsentrasiyası kimi xəstəliklər və ya sağlamlıq
vəziyyətində kənarlaşmalar doğurmayan maddələr hesab olunur.
İnsan üçün təhlükəli və kənd təsərrüfatında tətbiq edilən həmçinin buxar və qazların təhlükəsi
mövcuddur - neft məhsulları, laklar, boyalar, turşular, qələvilər. İnsan orqanizminə düşən zəhərin bir
hissəsi tənəffüs yolları ilə çıxır.
58
Şəkil 4.6. Qəssab işi
4.2.2.Tələbələr üçün fəaliyyətlər
İstehsalın zərərli amilləri haqqında esse yazın.
İnsan orqanizminə təsir edən zərərli maddələr neçə qrupa bölünür?- sualı ətrafında
müzakirə təşkil edin.
Aşağıdakı üsuldan istifadə edərək “Təhlükəli və zərərli istehsal faktorları”nı qeyd edin.
Sxem 4.1
4.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: