Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Qiymətləndirmə meyarının adı”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   28   29   30   31   32   33   34   35   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Qiymətləndirmə meyarının adı” 

Gigiyena deyəndə nə başa düşürsünüz? 

Gigiyena elmi neçə bölmədən ibarətdir? 

Əmək gigiyenası nədir? 

Əmək gigiyenasının əsas məqsədi nədən ibarətdir? 

İstehsalat sanitariyası hansı məsələləri həll edir?
4.2.1. Zərərli və təhlükəli faktorların təsnifatını təsvir edir 

İstehsalın təhlükəli və zərərli amilləri
Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına cavab vermirsə və 
işçilərin sağlamlığına zərərli təsir göstərirsə, belə mühit zərərli mühit sayılır. 
Zərərli istehsalat təsirlərə qeyri-kafi meteoroloji şərait, xoşagəlməyən 
işıqlanma, radioaktiv şüalanmasının və elektromaqnit sahələrinin mövcudluğu, 
istehsalatda olan toz, zərərli buxarlar, qazlar, səs, vibrasiyalar və nəhayət 
bədəndə yaranan ümumi fiziki gərginlik (məsələn, əzələlərin artıq yüklənməsi, əsəblərin həddən artıq 
gərilməsi və s.) aiddir.
Şəkil 4.4 Aşpazın iş yerində gigiyenik qaydalar 
Zərərli istehsalat şəraitinə həmçinin akkumulyator sexlərindəki və elektrik qaynaq işlərini 
göstərmək olar. Bu cür işlər, kəskin peşə xəstəliklərinə (zəhərlənmə, böyük dozada şüalanma və s.) səbəb 
olur.
İstehsalatda işçilərin normal işini təmin edən texniki sənədlərdə işlərin təhlükəsiz yerinə 
yetirilməsi üçün kompleks tədbirlər (çəpərlər, mühafizə vasitələri, istehsalat təlimatları və s.) nəzərə 
alınır. 


57 
Təhlükəli və zərərli istehsal faktorları bu qruplara bölünür: fiziki, kimyəvi, bioloji, psixofizioloji. 
Fiziki amillər qrupuna havanın yüksək dərəcədə çirklənməsi, iş yerində havanın aşağı və yuxarı 
temperaturda olması, yüksək səs, ultrasəs, vibrasiya, statik elektrik, ultrabənövşəyi şüalanma və digər 
faktorlar daxildir.
Kimyəvi təhlükəli və zərərli amillər aşağıdakı altqruplara bölünür: 
-
İnsan orqanizminə təsir xarakterindən asılı olaraq: ümumi toksiki, qıcıqlandıran, kanserogen, 
reproduktiv fəaliyyətə təsir göstərən və s. 
-
İnsan orqanizminə daxil olmasından asılı olaraq; nəfəs yolları vasitəsi ilə qida sistemindən, dəri 
örtüyündən təsir edən. 
-
İstehsalın bioloji təhlükəli və zərərli amillərinə təsirləri nəticəsində travma və ya xəstəliklər 
əmələ gətirən mikro və makroorqanizmlər daxildir. Bunlar - bakteriyalar, viruslar, göbələklər, 
birhüceyrəlilər, bitki və heyvanlardır
Şəkil 4.5 Bakterioloji analiz 
Psixofiziki təhlükəli və zərərli amillər fiziki və ruhi-əsəbi yüklənmələr qruplarına bölünür. Fiziki 
yüklənmələr statik, dinamik, hipodinamik ola bilər. Əsəbi-fiziki yüklənmələr, əqli gərginlik, əməyin 
monotonluğu, emosional yüklənmələr. 
İstehsalatda hava nadir hallarda təbii tərkibə malik olur. Bir çox texnoloji proseslər zərərli 
maddələrin ayrılması ilə müşayiət olunur: toz, qaz, buxarlar. 
İnsan orqanizminə təsirin dərəcəsinə görə bütün zərərli maddələr 4 sinfə bölür: 
1-ci - fövqəladə təhlükəli maddələr; 
2-ci - yüksək təhlükəli maddələr; 
3-cü - orta təhlükəli maddələr; 
4-cü - az təhlükəli maddələr. 
Mexanizatorların işlədiyi yerlərdə, toz, neft məhsullarının buxarları, qazlar və zəhərli kimyəvi 
preparatların və gübrələrin aerozolları ola bilər. 
Heyvandarlar - onların işçi zonasının havası orqanik tozla, ammonyakla, hidrogen sulfidlə və 
başqa təhlükəli maddələrlə doldurulmuş ola bilər. 
Bəzi zərərli maddələr onunla təhlükəlidir ki, müəyyən konsentrasiya partlayış üçün təhlükəli 
qarışıqlar yarada bilər. Belə qarışıqlara - ammiak buxarı, benzin, orqanik tozun çox növləri aiddir. 
İşçi zonanın havasında zərərli maddələrin konsentrasiyası kimi xəstəliklər və ya sağlamlıq 
vəziyyətində kənarlaşmalar doğurmayan maddələr hesab olunur. 
İnsan üçün təhlükəli və kənd təsərrüfatında tətbiq edilən həmçinin buxar və qazların təhlükəsi 
mövcuddur - neft məhsulları, laklar, boyalar, turşular, qələvilər. İnsan orqanizminə düşən zəhərin bir 
hissəsi tənəffüs yolları ilə çıxır.
 


58 
Şəkil 4.6. Qəssab işi 
4.2.2.Tələbələr üçün fəaliyyətlər 

İstehsalın zərərli amilləri haqqında esse yazın. 

İnsan orqanizminə təsir edən zərərli maddələr neçə qrupa bölünür?- sualı ətrafında 
müzakirə təşkil edin. 

Aşağıdakı üsuldan istifadə edərək “Təhlükəli və zərərli istehsal faktorları”nı qeyd edin. 
Sxem 4.1 
4.2.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə