52
təcrübi həll və müdaxilə yollarını hazırlayır, onun icra edilməsi və qiymətləndirilməsinə rəhbərlik edir.
Hər bir təhlükə üçün riski dəyərləndirmək, zədələrin baş vermə ehtimalını və onun nə qədər
ciddi olmasını hesablamaq deməkdir. Kimsə yaralanarsa:
təhlükə tam olaraq aradan qaldırıla bilərmi?
riskə nəzarət edilə bilərmi?
bütün işçi qüvvəsini mühafizə etmək üçün qoruyucu tədbirlər görülə bilərmi?
İşçiləri kollektiv qoruyucu vasitələrlə uyğun formada nəzarət edilə bilməyən risklərdən
qorumaq üçün fərdi mühafizə vasitələrinə ehtiyac varmı?
Mövcud olan ehtiyat tədbirlərinin uyğunluğunu (məs. iş yerinin dizaynı, nəqliyyat yolları, işarələr
və s.) və iş yerində təhlükəsizlik və sağlamlıqla bağlı hansı əlavə tədbirlərin görülə biləcəyinin
mümkünlüyünü nəzərdən keçirmək risklərin dəyərləndirilməsinə zəmin yaradar.
Şəkil 3.27 Risk və iş
Risk qiymətləndirməsini bitirdikdən sonra üstünlük dərəcələrinə
görə profilaktik tədbirlər
siyahısı hazırlamaq, sonra da işçilər və onların nümayəndələrini prosesə cəlb edərək tədbir görmək
lazımdır. Fəaliyyət profilaktik tədbirlərdən ibarət olmalıdır (ilk növbədə, baş verən xəsarəti və ya xəstəliyi
dayandırmaq), amma hər hansı davamlı xəsarətin ciddiliyini azaltmaq üçün görülən tədbirlər də
nəzərdən keçirilməlidir.
Profilaktik tədbirlərin bir hissəsi kimi bütün işçilərin uyğun məlumat və təlim almasını təmin
etmək vacibdir. Müəyyən edilmiş təhlükələr və risklər, eləcə də ən çox riskə məruz qalan qruplar və
əziyyət çəkdikləri xəsarət növləri, iş yerində təhlükəsizlik və sağlamlıqla bağlı tədbirlər barədə dolğun
məlumat verilməli və xüsusi
təhlükələrin və risklərin, həmçinin onların təsirinin qarşısını almaq üçün
tədbirlər görülməlidir. Profilaktik tədbirləri nəzərdən keçirərkən aşağıdakılara baxmaq lazımdır:
iş yeri;
iş avadanlığı (məs. nəqliyyat vasitəsi);
işçi;
iş rəhbəri;
Görülmüş işi təhlil etmək və iş yerində olan nəqliyyat vasitələrinin olmasından irəli gələn
təhlükələri müəyyən etmək (məs. nəqliyyat vasitəsinin geri hərəkəti, yükvurma və yükboşaltma
əməliyyatları) vacibdir. Təsadüfən zərər verə biləcək bir təhlükə olduğunu unutmamaq lazımdır, risk
təhlükənin təsiri nəticəsində yaranan zədələnmənin mümkünlüyüdür.
Nəqliyyat qəzalarına səbəb ola biləcək amillərdən bəziləri bunlardır:
ağır
hava şəraitinə məruz qalma;
kələ-kötür yollar;
vaxt azlığı;
müxtəlif podratçıların işçilərinin sahədə olması
İşçilərlə və onların nümayəndələri ilə danışıqlar aparmaq, onları riskin qiymətləndirilməsi
prosesinə cəlb etmək və riski azaltmaq üçün görülən işlər haqqında bilgiləndirmək işçilərdə özünə inam
hissini artırar. Problemi həll etmək üçün digər yanaşma, aidiyyəti olan hər kəslə son anda aradan
qaldırılmış və ya kiçik qəzalara səbəb olmuş amilləri araşdırmaq və müzakirə etməkdir. Bu tədbirlər iş
prosedurlarında, iş mühitində və hətta gələcək risklərin qarşısını almaq üçün işçinin rəftarında nələrin
53
yaxşılaşdırıla bilməsi ilə bağlı fikirlərə gətirib çıxara bilər. Risklərin qiymətləndirilməsi müvafiq təlim və
təcrübə sahibi olan şəxs tərəfindən həyata keçirilməlidir. Fiziki və psixofizioloji amillərə dair
cihaz və
alətlər vardır ki, onlardan istifadə etməklə problemin həlli yollarını müəyyən etmək olar. İşçilərlə və
onların nümayəndələri ilə danışaraq, onları riskin qiymətləndirilməsi prosesinə cəlb etmək və riski
azaltmaq üçün nə edilməli olduğunu işçilərə izah etmək lazımdır.
Şəkil 3.28 Neft sahəsində risklə üzləşən mütəxəssislər
3.4.2. Tələbələr üçün fəaliyyətlər
Müəssisədə bədbəxt hadisələr baş vermə şəraitinə, xüsusiyyətinə və vəziyyətinə görə
neçə qrupa bölünür?-sualı ətrafında debat təşkil edin və təhlil aparın.
İstehsalatla əlaqədar olmayan hadisələr haqqında müzakirə təşkil edin.
Yüksək təhlükə şəraitində işləyən və istehsalatda bədbəxt hadisələrdən zərərçəkən
işçilərin icbari sığorta olunması haqqında esse yazın.
Əmək qabiliyyətini itirmiş işçilərə müavinətlərin ödənilməsi haqqında suallarınızı evdə
valideynlərinizdən soruşun və əldə etdiyiniz nəticəni sinifdə müzakirə edin.
Risklərin qiymətləndirilməsi və riskin azaldılması haqqında debat təşkil edin.
3.4.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: