“Zədələnmə və peşə xəstəliklərinin əsas səbəblərini təsvir edir”
İstehsalat zərərçəkmələri və peşə xəstəliklərinin əsas səbəbləri nədir?
İstehsalat zərərçəkməsinin əsas səbəblərindən olan texniki və təşkilati səbəblərinə
nələr daxildir?
Bioloji zərərli amillər dedikdə nə nəzərdə tutulur?
Bioloji maddələr neçə qrupa bölünür?
Psixoloji yorğunluq nədir?
İstehsalatda təcrübəsizlik və ehtiyatsızlıqdan yaranan zərərlər haqqında nə deyə
bilərsiniz?
3.3.1. İstehsalatda zədələnmə səbəblərinin qarşısını almaq üçün müəyyən tədbirlər görür
Zədələnmələrin qarşısının alınması tədbirləri
İş yerində iş sağlamlığı və təhlükəsizliyi baxımından özünün sağlamlığını pozacaq
və bədən bütövlüyünü təhlükəyə soxacaq yaxın, təcili və həyati bir təhlükə ilə
qarşı-qarşıya qalan işçi, iş sağlamlığı və təhlükəsizliyi heyətinə müraciət edərək
vəziyyətin təsbit edilməsini və lazımlı tədbirlərin alınmasını tələb edə bilər.
İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısını almaq məqsədilə
aşağıdakı tədbirlərin görülməsi və həyata keçirilməsi lazımdır:
Şəkil 3.15 Bədbəxt hadisə zamanı xəsarət alanın hündürlükdən düşürülmə qaydaları
45
1.
İşçilərin müvafiq qaydada təlimatlandırılması;
2.
Görüləcək işin xüsusiyyətlərinə görə işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi;
3.
Maşınlar üzərində yazıların və təhlükəli iş yerlərinin hasarlanmasının təşkili;
4.
İş yerlərində fırlanan hissələrin olması ilə əlaqədar yerlərdə mühafizə örtüklərinin və
çəpərləmənin qoyulması;
5.
Təhlükənin xəbərdarlığı məqsədi ilə əyani təbliğat vasitələrindən (plakatlardan, yazılardan)
istifadə etmək;
6.
Fərdi mühafizə vasitələrindən və qoruyucu ləvazimatlardan istifadə etmək;
7.
Avtomatik açma qurğularından, siqnal sistemindən və uzaqdan işarə vasitələrindən istifadə
etmək;
8.
Elektrik avadanlıqlarının gövdəsinin yerlə birləşdirilmə konturu və sıfırlama sistemini
tələbata uyğun təmin etmək;
9.
Qüvvədə olan əmək mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın
təhlükəsizliyi tələblərini müntəzəm olaraq təbliğ etmək;
10.
İşçi yerlərini və istehsalat proseslərini elmi əsaslara uyğun təşkil etmək və s. lazımdır.
Şəkil 3.16 Təbii fəlakət. Zəlzələ
Zərərli və təhlükəli istehsal amilləri ilə əsas mübarizə tədbirlərinə işıqlanmanın, istilik sisteminin
təkmilləşdirilməsi, istehsal məkanlarının ventilyasiyası, xüsusi paltarların olması aiddir.
Təhlükəsiz iş şəraitinin tətbiqinin səmərəliliyinin hesabatının nəticələri və travmatizmin,
xəstələnmələrin iqtisadi nəticələri hər il mütəxəssislərlə müzakirə olunmalı, nəticədə buraxılan
nöqsanlar aradan qaldırılmalı və gələcəkdə əmək mühafızəsi tədbirlərini daha səmərəli planlaşdırmağa
zəmin yaradılmalıdır.
Titrəyişdən müdafiə - titrəyişi normada saxlamaq, əmək şəraitini yaxşılaşdırmaq, titrəyişli
xəstəliyin profilaktikası üçün çox vacibdir. Titrəyişdən müdafiə üsulları, vasitələri kollektiv və fərdi növə
ayrılır. Kollektiv müdafiə daha səmərəli sayılır. Titrəyişdən müdafiə əsasən aşağıdakı üsullarla həyata
keçirilir:
- titrəyişin titrəmə mənbəyinin aktivliyini azaltmaq;
- səsboğucu və vibroizoləedici qurğulardan istifadə etməklə titrəməni azaltmaq;
- titrəmə uducudan istifadə etməklə örtük etmək, titrəməni dalğalandırmaq;
- titrəmə izolyasiyası mənbəyilə müdafiə olunan obyekt arasında əlavə qurğu yerləşdirmək
(vibroizolyator);
- texniki və təşkilati tədbirlər kimi texnoloji prosesi avtomatlaşdırmaq və məsafədən idarə
etmək;
- titrəyişli işlərdə çalışan işçilərin həkim təyinatı üzrə kompleks profilaktik tədbirləri həyata
keçirmək;
- titrəmənin fərdi mühafizə vasitələrindən (xüsusi altlıq oturacaq, əlcəklər, ayaqqabılar) istifadə
etməklə azaldılması;
- titrəməni yaradan alətlərlə işlədikdə lazımi bilik verən təlimatlardan istifadə etmək tövsiyə
olunur.
46
Şəkil 3.17 Titrəyiş zamanı nə etmək lazımdır
İstehsalat riskindən müdafiə - təhlükəli işlərin görülməsində əmək şəraitinin pisləşməsinə səbəb
olan təhlükəli fiziki amildir. Riskin dərəcəsi artdıqda təhlükə daha tez yarana bilir. Bunu nəzərə alaraq
işəgötürənlər riskləri qiymətləndirməli, işçilərin sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün praktiki
tədbirlər görməlidirlər.
Elektrik cərəyanından müdafiə - insanı elektrik cərəyanı vurduqda ilk növbədə həmin elektrik
qurğusunu və yaxud xəttini şəbəkədən ayırmağa çalışmaq lazımdır. Əgər bu mümkün deyilsə zərərçəkəni
cərəyandaşıyıcı hissələrdən ayırmaq lazımdır. Zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırmaq üçün
onun paltarından (əgər qurudursa və zərərçəkənin bədənindən aralanırsa), məsələn pencək və paltonun
ətəyindən, ətrafdakı metal əşyalarla və ya paltarla örtülməyən bədən hissələrinə toxunmamaq şərti ilə
tutmaq olar. Zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırdıqda mümkün qədər bir əllə hərəkət etmək
məsləhətdir. Zərərçəkəni bu hissələrdən ayırmaq çətindirsə, bu zaman naqili quru ağac dəstəyi olan
balta ilə və digər izolyasiya olunmuş alətlə kəsib qırmaq lazımdır. Bu zaman yalnız dielektrik əlcəklə və
rezin çəkmələrlə işləmək lazımdır.
Şəkil 3.18 Elektrik cərəyanı vurduqda
Kimyəvi amillərdən müdafiə - kimyəvi maddələrlə işləyən işçilərin mühafizəsi müxtəlif üsullarla
həyata keçirilir. Bir sözlə təcavüzkar maddələrlə işləyən bütün işçilər xüsusi iş paltarları və əlcəklərlə
təmin edilməlidirlər. Turşu və qələvilərin gözə düşməsindən qorunmaq üçün qoruyucu eynəklər tətbiq
etmək lazımdır. Sulfat turşusunu həll edən zaman mütləq nazik kolbaya soyuq su əlavə edərək
dayanmadan qarışdırmaq vacibdir. Suyun üzərinə sulfat turşusunu tökmək qadağan edilir.
Ümumiyyətlə kimyəvi zərərli maddələrin istehsalçıları və həmin maddələrdən istifadə etməklə
istənilən məhsul istehsalı ilə məşğul olan mülkiyyətçilər, işəgötürənlər yerli özünü idarəetmə orqanları
47
kimyəvi maddələrdən gələ biləcək təhlükəyə qarşı qabaqlayıcı tədbirlər görməlidirlər və onların buna
qarşı xüsusi proqramları olmalıdır.
Bioloji amillərdən müdafiə - bioloji zərərli istehsalat amilləri müxtəlif istehsalat sahələrində çox
geniş yayılmışdır. İnsanların böyük əksəriyyəti təsəvvür edə bilməzlər ki, mövcud istehsalat və yaxud
digər xəstəliklər zərərli bioloji amillərin təsiri nəticəsində əmələ gəlmiş peşə xəstəlikləridir və həmçinin
çox geniş yayılmış, lakin arzu olunmaz bir amildir.
Şəkil 3.19 Zəhərlənmə
Bu zərərli bioloji maddələrdən qorunmaq üçün ondan uzaq olmaq və yaxud onun təsirini
buraxıla bilən həddə qədər azaltmaq lazımdır. Eləcə də istehsalat əməliyyatlarının mexanikləşdirilməsi,
avtomatlaşdırılması, izolyasiyası, hermetizasiyası insanların bioloji amillərdən zərər çəkməsini azaldır.
Digər tərəfdən də bu tədbirləri həyata keçirmək nəticəsində, bu işlərin görülməsində iştirak edən
insanların sayı azalır. Şəxsi gigiyena, fərdi mühafizə vasitələrindən, xüsusi geyim (kombinezon, papaq,
əlcək), respirator, mühafizə mazı, yuyucu toz, əl yuyan vaxtı yoluxma əleyhinə vasitələrdən istifadə
etmək vacibdir.
Psixofizioloji amillərdən müdafiə - bu qrupa aid olan zərərli istehsalat amilləri fiziki və əsəbi
yüklənmədən ibarət olmaqla insan orqanizminə təsir edir. İstehsalat şəraitində təsiredici kimi kompleks
zərərli və təhlükəli istehsalat amili kimi mövcuddur. İş yerində faktiki zərərli və təhlükəli amillərin
səviyyəsini müxtəlif cihazların köməyi ilə müəyyən etmək olar. Belə cihazlardan səs-küy ölçən
(şumamer), vibroqraf, termometr, anomometr, qazanalizator, lyuksmetr və s. göstərmək olar. Bu
cihazlarla istehsalatda olan zərərli amillər ölçüldükdə əgər zərərli və təhlükəli amillərin səviyyəsi qəbul
olunmuş normadan yuxarıdırsa, onda müvafiq qarşısıalınmaz tədbirlər görülməlidir.
Şəkil 3.20 Hər bir cəmiyyətin ümumi təhlükəsizliyi məsələsi fonunda
uşaqların qorunması və sağlam böyüdülməsi mühüm əhəmiyyət kəsb edir
48
3.3.2. Tələbələr üçün fəaliyyətlər
İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması haqqında esse yazın.
Zərərli və təhlükəli istehsal amilləri ilə əsas mübarizə tədbirləri barəsində müzakirə
təşkil edin.
“Valideynlərinizdən iş yerlərində titrəyişdən hansı müdafiə üsullarından istifadə
etdikləri” haqqında müsahibə götürün və təhlil edib nəticə çıxarın.
Kimyəvi amillərdən hansı üsullarla müdafiə olunmalıdır?- sualı ətrafında müzakirə
təşkil edin.
Psixofizioloji amillərdən qorunmaq üsullarını təsnif edin.
3.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: |