Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“ İstehsalat səs-küylərinin təsnifatını şərh edir”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“ İstehsalat səs-küylərinin təsnifatını şərh edir” 

İstehsalatda səs nədir? 

Səs-küyü ölçən cihaz hansıdır və onun vahidi nədir? 

Uzunmüddətli səs-küydə işləmək insan orqanizmində hansı funksiyaların pozulmasına 
səbəb ola bilər? 

Səs-küydən yaranan zərərlər hansılardır? 
5.2.1. İşçilərin orqanizminə səs-küylərin təsirini izah edir 

İşçilərin orqanizminə səs-küyün təsiri 
Şiddətli səs-küyün təsirindən yalnız qulaqda (ağrı, karlıq) deyil, digər orqanlarda 
və bütün bədəndə patoloji hallar (qıcolma, iflic, yorğunluq, yaddaşın zəifləməsi, 
huşun itməsi və s.) törəyir.
Həkimlərin fikrincə, gecə səs-küyü insan orqanizminin 
fiziki və psixi təsirinə qarşı müdafiə qabiliyyətini zəiflədir, onlarda yorğunluq 
yaradır və bədənin digər xəstəliklərə qarşı müqavimətini azaldır, ürək-damar 
xəstəliklərinin geniş yayılmasına səbəb olur. Səsin təsir effekti genetik və orqanizmin əldə etdiyi 
xüsusiyyətlərdən asılıdır. Bəzi adamlar səsə qarşı xüsusi hissiyyata malikdir. Fasiləsiz yüksək səs qan 
təzyiqinin qalxmasına, ürək döyüntüsünün qısalmasına, qan damarlarının daralmasına, qanın əzələlərə, 
beyinə və digər orqanlara verilməsinin 
güclənməsinə səbəb olur.
Beyin qabığına daxil olan səs zamanı 
qıcıqlanma orada gedən əsəb proseslərini 
dəyişdirir. Əgər səs çox güclü olarsa və ya uzun 
müddət təsir göstərərsə, beyin qabığının 
hüceyrələrində həddindən artıq həyəcan 
başlayır. Bu zaman əsəb hüceyrələrinin iş 
fəaliyyətinin 
hüdudu 
pozulur 
və 
bu 
hüceyrələrin 
qıcıqlandırmaya 
cavab 
reaksiyasının 
xarakteri 
dəyişir. 
Nəzarət 
olunmayan səs insanın dərk etmə fəaliyyətinə 
böyük ziyan vura bilər, onun həyəcanını artırar, 
vəzifəsini yerinə yetirərkən strategiyasını 
dəyişə bilər, ona diqqəti azalar.
Küydən müdafiə - istehsalatda işləyən 
əhalinin 
küyün 
xoşagəlməz 
təsirindən 
müdafiəsi məqsədilə istehsal müəssisələrinin 
planlaşdırma, 
tikilməsində 
və 
istismarı 
etaplarında, maşın və avadanlıqların quraşdırılması zamanı kompleks olaraq təşkilati, texniki və tibbi 
tədbirlər görülməlidir. 
Səs-küyün normallaşması - onun insan orqanizmə zərərli təsiri ilə mübarizənin əsas tədbirdir, 
istehsalat sahəsində və iş yerində səs-küyün səviyyəsinin yol verilən norması çoxsaylı tibbi araşdırmalar 
və tədqiqatların nəticələrinə əsaslanır. Bu tədqiqatlar əsasında istehsal şəraiti şərtlərində olan insana 
uzun müddətli təsiri onun sağlamlıq vəziyyətində təhlükə yaranmasına səbəb olmayan səs-küyün son 
səviyyəsi müəyyən edilmişdir. 
İşləyən maşın və mexanizmlərdə səs-küyün başlıca mənbəyi diyirlənmə podşipnikləri, dişli və 
zəncir ötürücüləri, tarazlanmayan fırlanan hissələrdir. 
Səs-küylə mübarizədə fırlanan detalların balanslaşdırılmasının dəqiqliyinin artırılması böyük 
əhəmiyyətə malikdir. 
Şəkil 5.4 Səs-küyün başa təsiri 


66 
Həmçinin səs-küylə mübarizədə səs-küy mənbəyinin səs izolyasiyası və səsboğanların 
quraşdırılması metodu ilə aparıla bilər. 
Xüsusi səs-küylü qurğuların izolyasiyası üçün səsəksetdirən ekranlardan istifadə olunur. 
Şəkil 5.7 Müxtəlif baş ağrıları ola sahələr 
5.2.2.Tələbələr üçün fəaliyyətlər 

Şiddətli səs-küyün təsirindən yaranan zərərlər haqqında esse yazın. 

Küydən müdafiə məqsədilə görülən tədbirlər barəsində müzakirə təşkil edin. 

İşləyən maşın və mexanizmlərin səs-küy mənbəyi olan hissələri haqqında debat təşkil 
edin. 
5.2.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə