Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Əmək prosesinin xüsusiyyətlərindən və rejimindən asılı olan zərərləri



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   31   32   33   34   35   36   37   38   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Əmək prosesinin xüsusiyyətlərindən və rejimindən asılı olan zərərləri
kateqoriyalara (qruplara) bölür” 

İstehsalat proseslərində yaranan zərərli və təhlükəli amillərin insan orqanizminə təsiri 
neçə qrupa bölünür? 

İstehsalatın bəzi sahələrində işlədikdə (rənglərlə, lakla və s.) sanitariya-gigiyena 
qaydalarına riayət olunmadıqda dəridə hansı xəstəliklər yarana bilər? 

Tənəffüs yollarına və dəri örtüyünə təsir edən amillər haqqında nə deyə bilərsiniz? 


64 
Təlim nəticəsi 5: İstehsalat səs-küylərinin və titrəyişlərin insan orqanizminə təsirini bilir 
5.1.1. İstehsalat səs-küylərinin təsnifatını şərh edir 

İstehsalat səs-küyləri haqqında anlayış  
Səs-küy gücünə və tezliyinə görə müxtəlif sahələrin heç bir qayda qanununa tabe 
olmayan qarışığıdır. Səs-küyün mənbəyi bərk, maye və qaz mühitlərində yerli 
təzyiqi dəyişdirən və ya mexaniki rəqs yaradan istənilən prosesdir. Əmək 
şəraitini pisləşdirən təhlükəli və zərərli istehsalat amillərindən olan səs-küy 
istehsalatda daha çox yayılan təhlükə mənbələrindən biridir və o fiziki amillərə 
aiddir. Səs-küyün səviyyəsi “səs-küy ölçənlə” (şumamer) ölçülür və ölçü vahidi DB-dir (desibel).
Bütün dünyada əsas diqqət ağır və hərbi sənaye işçilərinə yönəlmişdir. Ancaq təcrübə 
göstərmişdir ki, inşaat, nəqliyyat, kənd təsərrüfatı və dağ-mədən işlərində də işçilər səs-küyə məruz 
qalırlar. 
Səs - elastik mühit vasitəsi ilə ötürülən cismin 
hərəkətinin dalğavarı təkanlarıdır - qaz, hava, maye, 
bərk cisimlər. Uzun müddətli səs-küy insanda baş 
ağrısına, başgicəllənməyə səbəb olur, həmçinin əsəb 
və ürək-damar sistemi xəstəliyinə, ağır eşitmənin 
inkişafına və orqanizmdə həzm yolunun və mübadilə 
proseslərinin funksiyalarının pozulmasına gətirib 
çıxara bilər. 
Daimi səs-küy şəraitində işləyən şəxslərdə tez 
yorulma, psixi reaksiyaların sürətinin azalması, 
yaddaşın zəifləməsi müşahidə olunur. Bundan başqa, 
səs-küy 
diqqətin, 
dəqiqliyin 
hərəkətlərin 
uyğunlaşdırılması konsentrasiyasını pozur, təhlükə 
səsi və işıq siqnallarının mənimsəmə qabiliyyətini 
pisləşdirir və buna görə travmatizmin artmasına imkan 
yaradan zərərli amildir.
İnsan qulağı 16-20000 Hz tezliyində səsi qəbul 
edir, insan qulağı infrasəsləri (16 Hz az) və ultrasəsləri 
(20000 Hz çox) qəbul etmir. 
İnsanın eşitmə aparatının müxtəlif tezlikli 
səslərə həssaslığı müxtəlifdir. Bunun üçün səsin 
ucalığını ölçən daha bir ölçü vahidi - fon daxil 
edilmişdir. 
Adətən səs-küy, müxtəlif intensivliyin və 
tezliyin səslərinin müxtəlif mənbələri eyni zamanda hərəkət etməsi ilə formalaşır. Səs-küyün insana 
təsirinin fiziki qiymətləndirilməsinin rahatlığı üçün onu tezliklərə ayırırlar: aşağı tezliklər (300 Hz-a 
qədər), orta tezlikli (300-800 Hz) və yüksəktezlikli (800 Hz-dan yuxarı). 
Səs-küy 8 saatlıq iş günündə onun səviyyəsi 5dBA-dan çox dəyişdiyi zaman daimi hesab edilir. 
Səviyyəsi zamanla fasiləsiz dəyişən daimi olmayan səs-küy tərəddüdlü adlandırılır. Əgər səs-küyün 
səviyyəsi, dəyişərək, fon səs-küyü səviyyəsinə qədər kəskin düşürsə, onda o fasiləli adlanır. 
5.1.2.Tələbələr üçün fəaliyyətlər 

Evdə valideynlərinizdən işlədikləri istehsalat sahələrində yaranan səs–küy haqqında 
müsahibə alın və əldə etdiyiniz nəticələri sinifdə müzakirəyə qoyun. 

Daimi səs-küy şəraitində işləyən şəxslərdə hansı hallar baş verə bilər?-bu sual ətrafında 
müzakirə təşkil edin. 

Uzun müddətli səs-küyün insanda yaratdığı ağrılar haqqında müzakirə təşkil edin.
Şəkil 5.1. Təmizləmə işləri
Şəkil 5.2. Səs küyün təsiri


65 
5.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə