43
Hər hansı hərəkəti yerinə yetirən əzələlər beyinin müxtəlif hərəkətverici mərkəzlərindən idarə
olunur. Bir çox adamlarda bu mərkəzlərin fəaliyyəti kifayət qədər uyğunlaşdırılmamış gedir, nəticədə
mürəkkəb kombinə edilmiş hərəkətlərdən ibarət olan əməliyyatları yerinə yetirərkən işçidə bəzi
uyğunsuzluqlar müşahidə olunur, vaxtaşırı işçi özünü itirir, bəzi hərəkətləri arada buraxır. Belə hallarda
hərəkətin uyğunsuzluğu diqqətdə olan qüsurlarla düz gəlir.
Uzlaşdırılmamış (koordinasiya) hərəkətlərə yol verən işçilərin bədbəxt hadisələrin ehtimalı olan
işlərdə
işləməsi məqsədəuyğun deyildir, müəyyən hallarda həmin işçiləri başqa işə keçirirlər.
Yüngülxasiyyət, öz hərəkətinə laqeyd, hadisələrə üzdən mühakimə yürüdən, yaddaşı zəif olan işçilər işdə
səhvlərə yol verirlər. Elə insan var ki, öz işinə maraqlı deyil, öz işindən ləzzət almır, müxtəlif hərəkət və
işlərin qəbuluna psixoloji cəhətdən qabiliyyətli deyil. Onun özünü aparması göstərir ki, o, işə inamsızdır,
diqqətliliyi müəyyən məsafədəndir.
Təhlükəsizlik nöqteyi-nəzərincə insan öz marağına və qabiliyyətinə uyğun iş seçməlidir. Digər tərəfdən
kollektivdə yaradıcı iş əhval ruhiyyəsi olmalıdır ki, digərinin fəaliyyətinə mənfi təsir göstərməsin.
Təcrübəsizlik - iş yerində işçinin bütün hərəkətlərinə təsir edir,
işin tempinə, ritminə və
intensivliyinə mane olur. Təcrübəsiz işçi işdə müəyyən dayanmalar və maneələr çıxdıqda tez qərar çıxara
bilmir, tez yorulur, işin təhlükəliliyini artırır və hər dəqiqə təhlükə yarana bilir. Elmi əsaslarla ixtisasın
artırılması əmək məhsuldarlığını eyni zamanda işin təhlükəsizliyi etimadını da artırır.
Şəkil 3.10 Qəza
Ehtiyatsızlıq - adi bir səhv bədbəxt hadisə ilə nəticələnir. Bunun qarşısını almaq üçün ixtisaslı
baxım və düşüncəli intizam yaradılmalıdır.
Yorğunluq - orqanizmdə
müxtəlif qüsurlardan baş verir, bədəndə patoloji dəyişikliklərdən
yaranır. Yorğunluqdan qaçmaq üçün istirahət etmək, müalicəyə getmək və yaxud başqa işə keçmək olar.
İş zamanı yorğunluq
təkcə zəif adamlarda olmur, belə hallar normal insanlarda da baş verir. Bu
yorğunluq mürəkkəb fizioloji proseslərdə baş verir.
Psixoloji yorğunluq - mərkəzi sinir sisteminin yüklənməsindən yaranır.
Şəkil 3.11 Yorğunluq
Şəkil 3.12 Psixoloji yorğunluq
44
3.2.2. Tələbələr üçün fəaliyyətlər
İstehsalat zərərçəkmələri və peşə xəstəliklərinin əsas səbəbi nədir?- bu sual ətrafında
müzakirə təşkil edin.
Peşə xəstəliyinin psixofizioloji səbəbini təsnif edin.
İş zamanı bioloji maddələrin təsirindən orqanizmdə yaranan peşə xəstəlikləri haqqında
esse yazın.
Bioloji maddələrin risk qrupları haqqında müzakirə aparın.
Təcrübəsizlikdən yaranan təhlükəni rollu oyunlardan istifadə edərək göstərin.
“Yorğunluq və ehtiyatsızlıqdan əmələ gələn bədbəxt hadisələr” haqqında debat təşkil
edin.
3.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: