Rəna, təmir, mədən, qəbul, təsir, və s.
5) İ saiti
a) Alınma sözlərdə uzun tələffüz olunur. nizə, zinət.
b) Azərbaycan dilinə məxsus bir neçə köməkçi söz üzün tələffüz olunur: idi, imiş,
ikən, ilə
c) Qoşa i saiti ilə yazılan sözlərdə i uzun tələffüz olunur.
d) Bədii (bədi) : təbii (təbi)
e) Fars dilindən alınmış bi-önşəkilçi sözlərdə i uzun tələffüz olunur: bixəbər, biçarə,
6) O saiti
a) O saiti alınma sözlərdə uzun tələffüz olunur: filoloq, qeoloq, texnoloq
b) Rus dilindən keçən sözlərdə o saiti a kimi tələffüz olunur: komanda-kamanda,
orkestr-arkestr
7) Ö saiti
a) Ö saiti V samitindən əvvəl gəldikdə v samitinin düşməsi hesabına uzun tələffüz
olunur: mövsüm, -
mö:süm, növbə -nö:bə
b) Yeni əlifba islahatından sonra əvvəllər apastrofla yazılan ərəb mənşəli sözlərdə ö-
səsi uzun tələfüz olunur: mötərizə , mömin
8) U saiti
a) U saiti alınma sözlərdə uzun tələffüz olunur. Füzulu, Səbuhi, ümumi
9) Ü saiti
a) Ü saiti sual bildirən sözlərdə sual ədatı işlənmədikdə uzanır: Sən gördün?
Qonaqları ötürdün?
b) Bir sıra sözlərdə qısa tələffüz olunur: tüfəng, bütün, qüsur
Dostları ilə paylaş: