Samitlərin tələffüzü ilə bağlı qaydalar.
Azərbaycan dilindəki kar və cingiltili samitlərin bir qismi heç də həmişə yazıldığı kimi
tələffüz olunmur.
1) B samiti
a) B samiti çoxhecalı sözlərin sonunda karlaşır: kitab-kitap, corab-corap,məktəb -
məktəp
2) C samiti
a) C samiti sözün sonunda karlaşır: çəkic, dinc, kərpic və s.
3) D samiti
a) D samiti sözlərin sonunda karlaşır: bulud, armud. həsəd, bulut,
b) Təkhecalı sözlərdə karlaşır: dörd-dört, kənd-kənt
4) Ğ samiti
a) ğ samiti sözün ortasında kar samitdən əvvəl x səsinə keçir. Bagça- baxça: ağça, -
axça
5) t samiti
a) t samiti kar samitdən sonra gələndə cingiltili tələffüz olunur. dəftər-dəfdər, dəstə-
dəsdə
6) v samıti
a) alınma sözlərdə karlaşır: avtomat-aftomat
7) Z samiti
a) Z samiti təkhecalı sözlərin sonunda kar samitdən sonra gəldikdə karlaşır: məhz-
məhs, ləfz-ləfs
Bəzi məqamlarda bir səsin başqa birisinə təsir edərək öz məxrəcinə salması səs
uyuşması kimi , assimilyasiya kimi göstərir: məndən-mənnən
Bəzi hallarda isə bir səs öz cinsindən olana təsir edərək onun səslənməsini dəyişdirir
ki, buna dissimilyasiya deyilir: qararmaq-qaralmaq, hammal-
hambal. Eləcə də
danışıq zamanı söz daxilində yanaşı gələn samitlərin öz yerini dəyişməsi metateza
hadisəsi kimi özünü göstərir: yanlış-yalnış ,süfrə-sürfə. Samitlə başlanan , samitlə
bitən alınma sözlərdə sözün əvvəlinə və yaxud sonuna sait səs artırılır. Bu hadisəyə
proteza
deyilir: stəkan-istəkan. r samiti ilə başlayan bir sıra alınma sözlərin
əvvəlinə artırılır: Rza-irza, Rəhim-irəhim.
Sözdən bu və ya digər səsin düşməsinə isə eliziya (səs düşümü ) deyilir :fənn-
fən(n)+lər-fənlər, sirr-sir(r)+lər -sirlər: Əli Əsgər-Ələsgər
Abbreviatürlərin tələffüzü ilə bağlı qaydalar.
Baş hərflərdən ibarət mürəkkəb qısaltmalar aşağıdakı şəkildə yazılır və tələffüz
olunur:
1) Səslərin adı ilə :YAP-Yeni Azərbaycan partiyası , ABŞ-Amerika Birləşmiş Ştatları
2) Hərflərin adları ilə MSK(emseka)-Mərkəzi Seçki Komissiyası , MDB(emdebe)-
Müstəqil Dövlətlər Birliyi
3) Bütöv şəkildə tərkibindəki sözlərlə oxunanlar: DYP-Dövlət Yol Polisi, AMEA-
Azərbaycan Milli Elmlər Akademiyası , KİV-kütləvi informasiya vasitələri
Dostları ilə paylaş: |