Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə27/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Fonetik diialektizmlər


Dialektizm qeyei-ədəbi dil ünsürləri hesab edilən söz, ifadə, səs xüsusiyyəti və qrammatik formalarıdır. Dialektizmlərdə şivə və ləhcələrin müxtəlif xüsusiyyətləri əks olunduğu üçün bunların aşağıdakı növləri var: fonetik dialektizmlər, qrammatik və lüğəvi dialektizmlər
Fonetik dialektizm şivənin ədəbi dildən fərqli olan müəyyən fonetik xüsusiyyəti əks etdirilir. Dahilər yaradan ey böyük ana, Şeirimin hər sözü alqışdır sana. Burada sənə əvəzinə sana işlənmişdir.
  1. Çoxmənalı sözlər və omonimlərin fərqi+ 46. Omonimlər və onların tipləri


Omonimlər səs tərkibi etibarı ilə eyni, mənaca müxtəlif olan sözlərdir. Lakin dildə eyni səs tərkibinə malik olan, lakin müxtəlif məna ifadə edən sözlərin yalnız bir qrupu omonimlərdir, digər qrupu isə çoxmənalı sözlərdir. Buna görə də omonimləri çoxmənalı sözlərdən fırqləndirən iki cəhətə fikir vermək lazımdır:

  1. Omonimlər həm fonetik tərkibinə görə, həm də leksik mənasına görə müstəqil sözlərdir. Müstəqil mənalı sözlər cümlədəki yerindən, tərkibindən asılı olmayaraq təklikdə bu və ya digər mənanı ifadə edir.

  2. Eyni səs tərkibli sözlərin ifadə etdiyi mənalar arasında semantik əlaqə olmadıqda həmin söz omonim, müəyyən əlaqə olduqda isə çoxmənalı hesab olunur. Omonimlər dilin özündə olan sözlərdən müxtəlif yollarla yaradılır, bəzən də başqa dillərdən keçən sözlər hesabına omonimlik qazanır. Məs.: gün, göy, ox, qızıl və s. kimi sözlər mənanın dəyişməsi hesabına, ağı (ağu), axmaq (əhməq), ağıl (əql), dava (dəva) sözləri əsrlər keçdikcə, o (ol) öz səs tərkibinin dəyişməsi hesabına, çay,xor, til, dil, dağ, qaz, bağ sözləri alınma sözlər hesabına omonimlik qazanmışdır. Omonimlər çoxmənalılıqdan fərqli olaraq müstəqil mənada işlənir: qol (insanın qolu) – qol (çayın qolu)-qol (tərəzinin qolu) bu anlamda onlar məcazi mənaya malikdir və polisemantik mahiyyət daşıyır. Qol sözünün müstəqim mə-nası ilə futbolda işlədilən qol isə çoxmənalı deyil, omonim sayılır.


Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə