DALĞALI. Rayonun Nabran İƏV-də qəsəbə. Hidronim mən -
şəli düzəltmə oykonimdir. Xəzər dənizinin ləpədöyən sahilində
yerləşdiyi üçün belə adlandırılmışdır.
DƏDƏLİ. Rayonun eyniadlı İƏV-də kənd. Mənbələrdə oykon-
imin əsl adının Ərəbdədəli olduğu bildirilir. Sonralar oykonimin
tərkibindəki ərəb sözü düşmüşdür. Mənbələrdə dədəlilərin
ərəbdədəli tayfasına mənsub olması haqqında məlumat var.
XVIII əsr rus hərbi qulluqçusu P.Q.Butkovun Qafqaz tarixi
haqqında topladığı materiallarda Dədəli kəndinin adı çəkilir.
Rusların və İran hakimlərinin Azərbaycandakı zülmünə qarşı
mübarizə aparan və dövlət müstəqilliyinə cəhd göstərən Müşkür
mahalının Dədəli kənd sakini Hacı Davud haqqında bu dövrün
tanınmış səyyahı Lopuxin də məlumat verir. Hacı Davud 1728-ci
ildə Krit adasında əsirlikdə ölmüşdür.
Ağsu və Füzuli rayonlarının ərazisindəki eyniadlı oykonimlərin
də ərəbdədəli tayfası ilə əlaqəli olduğu qeyd olunur.
DİGAHOBA. Kənd Köhnə Xudat İƏV-nə daxildir. Oykonim
Digah (kənd adı) və oba sözlərindən ibarət olub “Digah kəndinin
obası, digahlılara məxsus oba” mənasındadır. Yaşayış məntəqəsi
kimi XIX əsrin ortalarından mövcuddur. Digah sözü tat dilindəki
di (kənd) və gah (yer) sözlərindən ibarət olub “kənd yeri, yurd”
mənasındadır. Digahoba kollektivləşmə illərindən sonra daimi
yaşayış məntəqəsinə çevrilmişdir.
DOSTLUQ. Nabran yaxınlığında kiçik qəsəbə. 1965-ci ildə 6
№-li balıq vətəgəsi yanında salınmış və rəmzi olaraq belə
adlandırılmışdır. Burada əvvəl balıqçılıqla məşğul olan ailələr
məskunlaşmış, sonra yaşayış evləri artmışdır. Dostluq Turizm
üçün ən əlverişli ərazilərdəndir.
58
DÜZTAHİROBA.
Üçkomponentli antroponim mənşəli
oykonimdir. Rayonun Yalama İƏV-də yerləşir. Oykonim düz
(düzənlik), Tahir (şəxs adı) və oba komponentlərindən ibarət olub
“düzdə yerləşən Tahirin obası” mənasındadır. Dağlıq ərazilərdən
gəlmiş ailələrin məskunlaşması nəticəsində daimi yaşayış
məntəqəsinə çevrilmişdir.
ƏBİLYATAQ. Rayonun Niyazoba İƏV-də kənd. Oykonim Əbil
(şəxs adı) və yataq komponentlərindən ibarət olub “Əbilin yataq
yeri, Əbilə məxsus yataq (mal-qara saxlanılan yer)” mənasındadır.
Əvvəllər Quba rayonunun Giləzi kəndinə məxsus yataq olmuş və
sonralar daimi yaşayış məskəninə çevrilmişdir.
ƏHMƏDOBA. Rayonun eyniadlı İƏV-də kənd. Oykonim
Əhməd (şəxs adı) və oba komponentlərindən ibarət olub, “Əhmədə
məx sus oba” mənasındadır. Oba sonralar daimi yaşayış mən tə -
qəsinə çevrilmişdir.
ƏRƏB. Rayonun Qalağan İƏV-də kənd. Yaşayış məntəqəsi
özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının
başlanması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o
cümlədən, Azərbaycana xeyli ərəb tayfaları köçürülmüşdür.
Mənbələrin məlumatına görə təkcə xəzər-ərəb müharibələri
dövründə Hişam ibn Mərvan 731-ci ildə Şimal sərhədlərini qoru-
maq üçün Azərbaycanda Şamdan (Suriyadan) gəlmiş 40 min ərəb
ailəsi yerləşdirmişdi. Ərəblərin Azərbaycana köçürülməsi sonralar
kütləvi hal almışdı. Gələn ərəblərin əksəriyyəti Şam, Mosul,
Yəmən, Kufə, Bəsrə və başqa ərazilərdən idi. XIX əsrin əv -
vəllərinə aid mənbələrə görə Zaqafqaziyadakı ərəb komponentli
toponimlərin 29-dan 19-u Bakı quberniyasında idi. M.Vəliliyə
görə, vaxtilə Azərbaycanı fəth edib, burada sakin olmağa başlamış
ərəblər tamamilə türkləşmişlər (51, 54). Oykonim ərəblərin iz
buraxdığı kəndlərdəndir.
59
Ağdaş, Laçın, Masallı rayonlarında eyniadlı oykonimlər qeydə
alınmışdır. Ümumiyyətlə, Azərbaycanda 15-dən çox “ərəb” kom-
ponentli oykonim mövcuddur.
ƏZİZLİ. Oykonim 1992-ci ilə qədər Aranovka adlanırdı. Kənd
Müskür İƏV-də yerləşir.
FƏRZƏLİOBA. Köhnə Xudat İƏV-də kənd. 1917-ci ildə Hacı
Fərzəlioba variantında qeydə alınmışdır. Oykonim Fərzəli (şəxs
adı) və oba komponentlərindən ibarət olub “Fərzəlinin obası,
Fərzəliyə məxsus oba” mənasındadır. Sonralar bu oba daimi
yaşayış məntəqəsinə çevrilmişdir.
GƏNCƏLİ. Müşkür İƏV-də kənd. Quruluşca düzəltmə oykon-
imdir. Bu oykonim Gəncə (şəhər adı) və mənsubluq bildirən -li
şəkilçisindən düzəlib, “Gəncədən olanlar” mənasındadır. Gəncəli
yaşayış məntəqəsinin Səfəvilər dövründə (1514-cü ildən –
Çaldıran döyüşündən sonra) yaranması güman edilir. Mənbələrdə
bu yaşayış məntəqəsini Gəncə şəhərindən köçüb gəlmiş ailələrin
saldığı göstərilir. Eyniadlı kənd Salyan rayonunun Çuxanlı İƏV-
də də mövcuddur. M.Kaşqarinin əsərlərindəki bilgilərə əsasən
Gəncək türk qəbilələrindən birinin adıdır. Professor R.Tağıyeva
məlumat verir ki, qıpçaq qrupu dillərindən fərqli olaraq, oğuz
qrupu türk dillərində bir çox hallarda söz sonundakı -k, -q səsləri
düşür və söz əvvəlində kar samitlərin cingiltiləşməsi meyli
güclənir (28, 157). Deməli, Gəncə sözü Gəncək tayfasının adı ilə
əlaqədardır. Bəzi tədqiqatçılar isə Gəncə sözünü “xəzinə” kimi
mənalandırır.
GÖDƏKLİ. Rayonun Alekseyevka İƏV-də kənd. Gödəkli
oykoniminin mənbələrdə qədim türk tayfası olan Xələclərin
gödəkli tirəsinin adı ilə bağlı olduğu göstərilir. XX əsrin
əvvəllərində Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş
60
Dostları ilə paylaş: |