13
məxsus olmuşdur. Müəllif tərəfindən ilk dəfə olaraq Arazboyu ərazinin dağ-şabalıdı və boz-qəhvəyi
torpaqlarında münbitlik amillərinin taxıl bitiklərinin məhsuldarlığına təsiri və onların korrelyativ əlaqəsi tədqiq
edilmişdir.
Özünün dissertasiya işində MPBabayev (1967) Qarabağ düzü torpaqlarının genetik xüsusiyyətləri ilə yanaşı,
onların keyfiyyət səciyyəsini vermişdir. Tədqiqatçı Ağdam rayonu torpaqlarının aqroistehsal qruplaşmasını
aparmış, onların bonitet şkalasını və torpaqlarının bonitet kartoqramını tərtib etmişdir.
İlk dəfə R.H.Məmmədov (1969, 1981) tərəfindən torpaqların aqrofiziki xassələrinə görə
qiymətləndirilməsinin vahid metodikası təklif olunmuşdur. O, çoxsaylı riyazi hesablamalar nəticəsində torpağın
kimyəvi, fiziki xassələri ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında qarşılıqlı əlaqənin olduğunu
müəyyən etmişdir.
Azərbaycanın cənub-qərb bölgəsi torpaqlarının bonitirovkasının əsas prinsipləri Ş.G.Həsənov (1972)
tərəfindən işlənmişdir.
Q.F.Əliyev (1973) eroziyaya məruz qalmış torpaqları qiymətləndirmək məqsədilə Şahbuz rayonunda,
dağlıq şəraitdə müxtəlif torpaq növmüxtəliflikləri arasında keyfiyyət fərqlərini müəyyən etmişdir.
Yem sahələrinin qiymətləndirilməsi ilk dəfə Q.Ş.Yaqubov (1975) tərəfindən şimal-qərbi Qobustanın qış
otlaqlarında aparılmışdır; nəticədə rayonun bütövlükdə və Şamaxı rayonunun kolxozlarının otlaq sahələrinin
torpaqları qiymətləndirilmişdir.
III mərhələ torpaqların bonitirovkasında müasir mərhələ olub, tədqiqatlarda yeni istiqamətləri özündə
birləşdirir. Bu mərhələdə dissertasiya işləri (Q.Ş.Məmmədov, 1978, A.H.Vəliyev, 1981; F.L.Piriyeva, 1984;
S.M.Hüseynov, 1985; Ə.Ə.Mikayılov, 1986; F.D.Ayvazov, 1989; H.M.Hacıyev, 1990; M.M.Əsgərova, 1990;
K.Ş.Allahverdiyev, 1990; S.R.Tağıyev, 1991) yazılmış, bir sıra tədqiqatlar aparılmış və elmi əsərlər nəşr
etdirilmişdir (Q.Ş.Məmmədov, 1976-1984; Ş.G.Həsənov, Q.Ş.Məmmədov, 1978; Q.Ş.Məmmədov,
S.D.Yaqubova, 1979; N.K.Mikayılov, Q.Ş.Məmmədov, 1978; A.H.Vəliyev, 1979, 1981; N.K.Mikaylov,
Q.Ş.Məmmədov, A.H.Vəliyev, 1979; S.M.Hüseynov, 1984 və b.).
Respublikamızda torpaqların bonitirovkasının indiki mərhələsində səciyyəvi xüsusiyyət faktik materialların
təhlili zamanı riyazi metodların geniş cəlb olunması, TÖS (torpaq örtüyü strukturu) nəzərə alınmaqla ayrı-ayrı
landşaft komplekslərinin qiymətləndirilməsidir.
İlk dəfə Q.Ş.Məmmədov (1976) tərəfindən torpaqların bonitirovkası zamanı bioiqlim potensialının (BİP)
zəruriliyi və əhəmiyyəti göstərilmişdir. Bu onunla əsaslandırılmışdır ki, otlaq sahələrinin yemlilik dəyəri (yemin
keyfiyyəti) iqlim amillərindən asılıdır (Şaşko, 1969, Əyyubov, 1975). Torpaq bonitetinin bioloji məhsuldarlığı və
otlaq sahələrinin müqayisəli dəyərlilik əmsalı müəyyən olunmuşdur. Torpağın yuyulma, şorlaşma,
mədəniləşmə, hidromorfizm və qranulometrik tərkibinə görə təshih əmsalları sistemi təklif olunmuşdur. Bu
təshih əmsallarının tətbiqi ilə otlaq sahələrinin torpaqlarının qapalı bonitet şkalası tərtib olunmuşdur. İlk dəfə
hər fitosenozun potensial imkanını müəyyən edən yem vahidi xəritəsi tərtib edilmişdir. Təbii otlaq sahələrinin
balla qiymətləndirilmiş torpaq istifadəçilərinin xəritəsi tərtib edilmişdir.
Lənkəran vilayətində çay və üzümaltı torpaqların aqroekoloji xüsusiyyətləri, bonitirovkası və onlardan
səmərəli istifadə edilməsi A.H.Vəliyev (1981) tərəfindən öyrənilmiş, torpağın xassələri ilə məhsuldarlığı
arasında əlaqəsi, o cümlədən qranulometrik tərkib, yuyulma dərəcəsi, gilləşməsi, torpağın sıxlığı üçün təshih
əmsalları tapılmış, üzümün məhsuldarlığı ilə torpaqdakı karbonatlar arasında riyazi asılılıq müəyyən
olunmuşdur. Torpaqların ekoloji qiymət qruplaşması təklif edilmiş, bu da Lənkəran vilayəti torpaqlarının
bonitet kartoqramında öz əksini tapmışdır.
Dağlıq Şirvanın üzüməyararlı torpaqlarının aqroekoloji xüsusiyyətləri və bonitirovkası Ş.A.Bədəlov (1981)
tərəfindən tədqiq olunmuşdur. Üzümaltı torpaqlar onların daxili xassələrinə görə qiymətləndirilmiş, torpaqların
fiziki və kimyəvi xassələri əsasında şkala tərtib edilmiş, torpağın müxtəlif əlamətlərinə görə təshih əmsalları
müəyyən olunmuşdur.
Aqroekoloji əsasda üzüməyararlı torpaqların bonitirovkası S.M.Hüseynov (1985) tərəfindən Dağlıq
Qarabağ ərazisində aparılmışdır. Müəllif bonitirovka kriteriyalarını müəyyən etmiş və onlar əsasında torpaqların
bonitet şkalasını tərtib etmişdir.
Azərbaycanda meşəaltı torpaqların bonitirovkası F.L.Piriyevanın (1984) tədqiqatlarında öz əksini tapmışdır.
Müəllif Böyük Qafqazın meşə sahələrinin ekoloji səciyyəsini vermiş, meşələrdən səmərəli istifadənin yollarını
göstərmişdir.
Ə.Ə.Mikayılov (1986) Şirvan düzünün meliorasiya olunmuş suvarılan torpaqlarında aparlığı
tədqiqatlarında əvvəlki tədqiqatçıların suvarılan torpaqlar üçün təklif etdyii qiymət meyarlarından və təshih
əmsallarından istifadə etməklə kifayətlənməmiş, yeni qiymət göstəriciləri təklif etmişdir. Müəllif meliorasiya
14
edilmiş torpaqlarda taxıl və pambıq bitkilərinin məhsuldarlığı ilə sahənin hamarlığı arasındakı əlaqəni müəyyən
edərək, bundan qiymətləndirmədə təshih əmasalı kimi istifadə etmişdir.
S.Z.Məmmədova (1989) ilk dəfə respublikamızda çayaltı sarı dağ meşə, sarı-podzollu, sarı-podzollu-qleyli
torpaqların aqroekoloji münbitlik modellərini işləmişdir. Müəllif çay bitkisinin ekoloji tələblərini nəzəra almaqla
münbitliyi formalaşdıran amiləri yeddi blokda (aqroekologiya, torpaq tərkibi və xassələri, torpaq rejimi, torpaq
onurğasızları, biometriya, qiymət, aqromeliorasiya) qruplaşdırmış, bu göstəricilərin optimal parametrlərdən
tərəddüdünü müəyyən etmiş, münbitliyin yüksəldilməsi yollarını göstərmişdir.
F.D.Ayvazov (1989) Acınohur düzündə otlaqaltı torpaqların bioloji məhsuldarlığını tədqiq etmiş, qiymət
meyarlarından və təshih əmsallarından istifadə etməklə onların balla ifadə edilmiş qiymətini tapmış, Acınohur
qış otlaqlarının plastika metodu əsasında torpaq örtüyü strukturunu və bonitet kartoqramını (1:500000) tərtib
etmişdir.
S.R.Tağıyev (1991) Böyük Qafqazın şimal-şərq yamacında meşəaltı torpaqları qiymətləndirərkən, ənənəvi
qiymət meyarları ilə yanaşı, torpağın qranulometrmik tərkibindən də qiymət meyarı kimi istifadə etmişdir.
Tədqiqatlar nəticəsində Böyük Qafqazın şimal-şərq yamacının meşəaltı torpaqlarının bonitet şkalası, 1:200000
miqyasında bonitet kartoqramı tərtib edilmişdir.
M.M.Əsgərova (1990) Qarabağ düzü torpaqlarının kompleks aqronomik qiymətləndirilməsi və pambıq
bitkisinin ekoloji tələbi əsasında ərazi torpaqları münbitliyinin konseptual modellərini işləmişdir.
H.M.Hacıyev (1990) Mil düzü ərazisinin torpaq örtüyü strukturunu (TÖS) tədqiq etmiş, elementar torpaq
areallarının əmələ gətirdiyi birləşmələri plastika metodundan istifadə etməklə xəritələşdirmişdir (1:200000,
1:100000, 1:10000, 1:5000).
A.B.Cəfərov (1991) Lənkəran vilayətinin şimal hissəsində taxılaltı torpaqların aqroekoloji münbitlik
modellərini işləmiş, 1:50000 miqyasında plastika metodu əsasında torpaq-bonitet kartoqramını tərtib etmişdir.
L.C.Qasımov (1992) Lənkəran vilayətində subtropik bitkiləraltı (limon, portağal, naringi) torpaqların
yüksək münbitlik modelini işləmiş, bu bitkilərin məhsuldarlığına və münbitliyin səviyyəsinə təsir göstərən
amillərin səciyyəsini vermiş, onları idarə olunma dərəcəsindən asılı olaraq münbitlik modellərinin blokları
daxilində qruplaşdırmışdır. Müəllif rütubətli subtropik ərazinin 1:50000 miqyasında plastika metodu əsasında
torpaq xəritəsini tərtib etmiş, subtropik bitkiləraltı torpaqların münbitlik göstəricilərinin optimallaşdırılması üçün
kompleks aqrotexniki və meliorativ tədbirlər sistemi təklif etmişdir.
Ş.İ.İsgəndərov (1992) tərəfindən Böyük Qafqazın cənub-şərq yamacı torpaq örtüyü strukturunun plastika
metodu ilə 1:200000 miqyasında xəritəsi tərtib edilmişdir.
S.A.Hacıyev (1992) Naxçıvan Muxtar Respublikası ərazisində qış otlaq sahələrinin torpaqları münbitliyinin
ekoloji modellərini qurmuşdur. Müəllif bu torpaqların bonitet şkalasını və kartoqramını (1:100000) da tərtib
etmiş, otlaqların yaxşılaşdırılması üçün kompleks tədbirlər sistemi irəli sürmüşdür.
S.B.Rəcəbova (1994) Abşeron yarımadası daxilində zeytuna yararlı torpaqların geniş bonitet şkalasını
tərtib etmiş, Zığ zeytunçuluq təsərrüfatının 1:10000 miqyasında ekoloji qiymət xəritəsini hazırlamışdır.
A.H.Babayev (1995) respublikada ilk dəfə olaraq torpaq münbitliyinin riyazi modellərini işləmişdir.
M.M.Yusifova (2000) tərəfindən Arazboyu üzümaltı torpaqların ekoloji rayonlar üzrə bonitet balları
hesablanmış, 1:100000 miqyaslı ekoloji qiymət xəritələri tərtib edilmişdir.
V.A.Quliyev (2000) Azərbaycanın şimal-şərq əkinçilik zonasının 1:100000 miqyasında torpaq, torpaq-
kadastr rayonlaşdırılması xəritələrini hazırlamış, bonitet və aqroistehsalat qruplaşdırılması kartoqramlarını
tərtib etmişdir.
M.Ə.Bayramov (2002) Ceyrançöl qış otlaq torpaqlarının torpaq-ekoloji rayonlaşdırılması xəritəsini tərtib
etmiş, torpaqların bonitet və aqroistehsalat göstəricilərini xəritə (1:100000) üzərində yerəşdirmişdir.
N.K.Mikayılov (2003) tərəfindən Kür-Araz düzündə ağır gilli şoranların və şoran-şorakətlərin meliorativ
yaxşılaşdırılması məqsədilə kimyəvi meliorantlar tətbiq etməklə yuma işləri aparılmışdır. Meliorantlar
aparılmış sahələrdə torpaqların fiziki, fiziki-kimyəvi və su-fiziki xassələri xeyli yaxşılaşmış, yumadan sonra sahələr
müxtəlif kənd təsərrüfatı bitkiləri altında istifadə olunmuşdur (düyü, pambıq, arpa, yemlik noxud, taxıl, yonca və
b.).
A.İ.İsmayılov (2003) tərəfindən Azərbaycanda ilk dəfə olaraq torpaq informatikasının konseptual elmi
əsasları işlənib hazırlanmış, torpaq tədqiqatlarının operativ, obyektiv və riyazi əsaslarla araşdırılmasını təmin
edən informasiya sistemi yaradılmış, torpaq ekoloji sisteminin əsas informativ göstəricilərinə əsaslanan
məlumatların təsvir dili və müvafiq klassikatorlar tərtib olunmuş və torpaq təsnifatının informasiya bazası təşkil
olunmuş, torpaqda gedən proseslərin təbiətini nəzərə almaqla torpaqların münbitlik modellərinin qurulmasının
yeni üsulu təklif olunmuşdur.
Dostları ilə paylaş: |