QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə48/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   44   45   46   47   48   49   50   51   ...   94

 
108 
uyğunlaşan  diatomit  (trepel) yosunların  kütləvi  inkişafı  ilə,  yayda  yaşıl  yosunların,  payızda  isə  azot  fiksə  edən 
göy-yaşıl yosunların inkişafı ilə bağlıdır. Zooplankton bitki ilə qidalanan xərçəngkimilər və rotatorilərdən ibarətdir, 
qalanlar isə yırtıcılardır. Limnik zonanın nektonu yalnız balıqlardır.  
Profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. Buranın fauna və florası bakteriya və göbələklərdən 
(redusentlər),  həmçinin  bentos  formalardan  –  həşəratların  sürfələri,  molyusklar,  həlqəli  qurdlardan  ibarətdir 
(konsumentlər). 
Su hövzələrinin çirkab suları ilə çirklənməsinin artması nəticəsində qırmızı həlqəli qurdların miqdarı çoxalır, 
yəni bu göstərici ilə su hövzəsinin çirklənmə dərəcəsi haqqında fikir yürütmək olar.  
Durğun  su  hövzələrinin  qruplaşmalarında  oksigenin  miqdarı,  temperatur,  işıqlanma  kimi  limitləşdirici 
faktorların təsiri bu su hövzələrinin spesifik xüsusiyyətlərindən (göl, xırda göl – prud və süni su anbarı) asılıdır.  
Göllər – təbii şirinsulu su hövzələri olub geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min 
illərdə əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü). Göllərin əksəriyyətində 
profundal  zonanın  mövcudluğu  su  qatının  temperatur  rejiminə,  onun  «qarışmasına»  və  orada  oksigenin 
paylanmasına təsir göstərir. Bu proseslər gölün temperatur rejimi kimi mövsümi xarakter daşıyır (şəkil 6.14.). 
Mülayim qurşağın göllərində yay dövründə şaquli kəsikdə üç zona ayırmaq olar: epilimnion – suyun konveksiya 
(sirkulyasiya)  etdiyi  dərinliyə  qədər;  termoklin  –  aralıq  zona,  burada  su  yuxarı  (üst)  zonanın  suyu  ilə  qarışmır; 
hipolimninon – soyuq su sahəsi, burada sirkulyasiya getmir (Şəkil 6.16).  
 
 
Øÿêil 6.14. Ýþëöí ö÷ ÿñàñ çîíàñû 
Termokilın adətən işıq düşən sərhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış hipolimnionda 
tükənir. Yayda – durğunluq dövrü başlayır. Payızda – temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması 
və hipolimnionun oksigenlə zənginləşməsi baş verir. Qışda – buzun altında suyun temperaturu +4
0
C-dən aşağı olur, 
bu onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən 
sonra suyun temperaturu 4
0
C-yə çatır, o, ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və 
Şimali Amerika gölləri üçündür. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə – qışda, tropikada isə daim 
və qeyri müntəzəm olur. 
Məhsuldarlığına görə göllər iki qrupa bölünür: 1) Oliqotrof (biogen maddələr və plankton az olan) və 2) 
evtrof  (biogen  maddələrlə  zəngin)  göllər.  Lentik  ekosistemlərin  məhsuldarlığı  həm  də  ətraf  mühitdən  və 
gölün dərinliyindən daxil olan maddələrdən asılıdır. Kiçik göllər daha məhsuldar olur. 
Prudlar  –  yaxşı  inkişaf  etmiş  litorala  malik  olub  stratifikasiya  praktiki  olaraq  mövcud  deyildir.  Prudlar 
müxtəlif çökəkliklərdə əmələ gəlir, çox vaxt müvəqqəti hal daşıyır – yayda və ya quraqlıq dövründə quruyur. 


 
109 
Prudların faunası quraqlıq dövründə sükutluq vəziyyətində yaşamağa qabildir və ya digər su hövzəsinə (qışda 
suyu olan) köçür. Təbii prudlar yüksək məhsuldar olur. Süni prudlarda balıqları insan özü yemləndirir.  
Su anbarları – hidroenergetik və hidromeliorasiya kompleksləri yaradılarkən insan tərəfindən tikilir. Bu təbii 
sistem olmayıb təbii-texniki sistem sayılır. Burada istilik və biogenlərin paylanması su anbarı bəndinin tipindən 
asılıdır. Əgər su bəndin dibindən buraxılırsa, bu zaman su anbarı istilik toplayır və biogen maddələr xaric 
olunur, su bəndin üstündən axıdıldıqda isə istilik xaric olunur, biogen maddələr toplanır. Birinci halda su 
hipolimiondan, ikinci halda isə epilimiondan axıdılır (buraxılır). Dərin şlüzlərdən çaya daha duzlu sular da axır, 
biogenlər isə çay sahəsini evtrofikasiyaya uğradır. 
 
7.2.2. Lotik ekosistemlər – çaylar – Durğun su hövzələrindən üç əsas şəraiti ilə fərqlənir: 1) axın – 
mühüm  limitləşdirici  və  nəzarətedici  faktordur; 2) su  ilə  quru  arasında  mübadilə  daha  aktivdir; 3) praktiki 
olaraq stratifikasiya olmadığından daha bərabər paylanır.  
Axının  sürəti  çayda  balıqların  paylanmasına  təsir  göstərir  –  onlar  daşların  altında,  növbəli  dayazlıqların  alt 
hissəsində yaşaya bilir, bunlar müxtəlif növlər olub konkret şəraitlərə adaptasiya olunurlar. Çay açıq ekosistem 
olub, ora ona bitişik sahələrdən çoxlu miqdarda üzvi maddələr daxil olur. 
Detrit qidalanma – lotik ekosistemlərin trofik zəncirinin əsasını təşkil edir: konsumentlər enerjinin 60%-
dən çoxunu gətirmə materiallarından alır, lakin çaylarda oksigen kifayət qədərdir və onun miqdarı daimidir.  
 
 
 
Øÿêil 6.15. Ëåíòèê ãðóïðàøìàëàðûí áÿçè ïðîäóñåíòëÿðè: ñó ùþâçÿëÿðèíèí äèáèíÿ áÿðêèìèø 
ñàùèëéàíû áèòêèëÿð (1-7), ñàïøÿêèëëè éîñóíëàð (8-9) âÿ  ôèòîïëàíêòîí (10-20). 
Ôèòîïëàíêòîíóí òÿðêèáèíäÿ éàøûë (10-13), äèàòîì (14-17) âÿ ýþé-éàøûë (18-20) éîñóíëàð 
1  -  Úèéÿí; 2 -  ãàìûø; 3 -  îõéàðïàã; 4-  ñóçàíáàüû; 5âÿ 6 -  ñó÷è÷ÿéèíèí èêè íþâö; 7 - 
Chara. 
  
  
Növbəli  dayazlıqların  və  növbəli  dərinliklərin  lotik  qruplaşmaları  ayrılır.  Növbəli  dayazlıqlarda  substrata 
bərkimək  (yapışmaq)  qabiliyyəti  olan  orqanizmlər  (sapvari  yosunlar)  və  ya  yaxşı  üzücülər  (alabalıq) 
məskunlaşır. Dərinlik qruplaşmaları prud qruplaşmalarını xatırladır. 
 


 
110 
 
Øÿêtl  6.16.  Øèìàl  éàðûìêöðÿñèíèí ìöëàéèì çîíàñûíûí ýþëöíäÿ òåìïåðàòóð 
ñòðàòèôèêàñèéàñû (Ëèíñëè ýþëö, Êîííåêòèêóò, ÀÁØ É.Îäóìà ýþðÿ, 1975) 
 
 
Øÿêil  6.17.  Êè÷èê âÿ èðè ýþëëÿðèí ëèòîðàë çîíàñûíûí ôàóíàñûíûí òèïèê íöìàéÿíäÿëÿðè 
(Ï.Ïåííàê, 1950-53) 1-4 - îòéåéÿíëÿðèí ôîðìàëàðû èëêèí êîíñóìåíòëÿð; 5-8 - éûðòûúûëàð 
(èêèíúè êîíñóìåíòëÿð); 1-  ãàðûíàéàãëû ìîëéóñêà; 2 -  õûðäà áóüóìàéàãëûëàð; 3 - 
òðèàåíîäåñèí ñöðôÿñè; 4 - ìèë÷ÿéèí ñöðôÿñè; 5-6 - áèðýöíëöê áþúÿéèí íèìôàñû; 5 - éûðòûúû 
áþúÿê ùîâóçãóðäó; 6 -  éûðòûúû òàõòàáèòè; 7 -  ýþçÿëãûç èéíÿúÿíèí íèìôàñû; 8 - 
èyíÿúÿëÿðèí íèìôàñû 
 Böyük  çaylarda  uzununa  zonallıq  izlənir:  çayın  yuxarılarında  növbəli  dayazlıqların  aşağı  və  delta 
hissəsində  dərinliyin  qruplaşmaları  məskunlaşır,  orta  hissədə  isə  hər  iki  zonanın  orqanizmlərinə  rast  gəlinə 
bilər.  Uzununa  zonallıqda  balıqların  növ  tərkibinin  dəyişməsi  nəzərə  çarpır.  Aşağıya  doğru  növ  tərkibi 
kasatlaşır, lakin balıqların ölçüsü artır.  
Bataqlaşmış  şirinsulu  sahələr,  adətən  –  alt  və  üst  bataqlıqlar.  Alt  bataqlıqlar  bir  qayda  olaraq 
yeraltı  sularla,  üst  bataqlıqlar  isə  atmosfer  yağıntıları  ilə  qidalanır.  Üst  bataqlıqlara  istənilən  çökək  yerlərdə, 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə