QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə47/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   43   44   45   46   47   48   49   50   ...   94

 
106 
 
 
Şəkil 6.13. Bir neçə yaruslu Mərkəzi Amazon «Yağışlı meşə» 
 
Belə ki, Barro-Kolorado rayonunun 15 km
2
 sahəsində, 20000-dən artıq həşərat təsvir olunmuşdur, lakin 
Avropanın bu qədər sahəsində onların sayı cəmi bir neçə yüzə çatır. Tropik meşələrin iri heyvanlarından ən 
məşhurları meymunlar, yaquarlar, qarışqayeyənlər, ərincək, kaquar, insanabənzər meymunlar, kəl, Hindistan 
fili, kondor, karol keçəl kərkəsi, tovuzquşu, tutuquşu və b. göstərmək olar. Heyvanların əsas qidası meyvə və 
termitlərdir.  
Yağışlı meşələr məhv edilən yerlərdə çox vaxt törəmə tipli ağaclıq yaranır, onların tərkibinə iynəyarpaqlı 
cinslər (Afrikada – Musanga; Amerikada – Cecropia; Malaziyada - Macoranga) daxil olur. Törəmə tipli meşə 
çox sıx olub ilkin meşəlikdən ekoloji və floristik baxımdan fərqlənir. «Klimaks» meşə örtüyü çox tədricən bərpa 
olunur. «Klimaks»  vəziyyətinə  çatmaq  üçün  uzunmüddətli  suksessiya  tsiklləri  tələb  olunur.  Bu  prosesi 
tezləşdirmək məqsədilə xüsusi meşəçilik tədbirləri həyata keçirmək lazımdır.  


 
107 
 
7.2. Şirinsulu ekosistemlər  
Şirin sular kontinentin səthində çay, göl və bataqlıqlar əmələ gətirir. İnsan öz ehtiyacı üçün süni göllər və 
su anbarları yaradır. Deməli, şirin sular axar və nisbi hərəkətsiz (durğun) vəziyyətdə ola bilər. Bəzi su hövzələri 
bir vəziyyətdən digərinə keçə bilər. Bununla əlaqədar olaraq şirinsulu ekosistemlər aşağıdakılara bölünür:  
lentik (latınca: lentes - sakit) ekosistemlər. bura göllər, nohurlar, yəni durğun sular aiddir; 
lotik (latınca: Lotus – yuyucu, yuyulan) ekosistemlər. Bura çeşmələr, çaylar – axar sular daxildir; 
bataqlaşmış ərazilər, ilin mövsümləri üzrə səviyyəsi dəyişir. Bura marşlar və bataqlıqlar daxildir.  
Şirinsulu ekosistemlər bütün ekosistemlərin olduqca kiçik hissəsini təşkil edərək aşağıdakı xüsusiyyətlərinə 
görə insanlar üçün daim böyük əhəmiyyət kəsb edir: 
1)  Şirin  sular  praktiki  olaraq  məişət  və  sənaye  ehtiyaclarını  ödəmək  üçün  yeganə  mənbə  sayılır; 2) 
Şirinsulu  ekosistemlər  tullantıları  yenidən  işləmək  üçün  ən  əlverişli  və  ucuz  sistem  sayılır; 3) Suyun  nadir 
termodinamik xassəyə malik olaraq mühitin temperatur tərəddüdünü azaltmağa imkan verir.  
Qeyd  edildiyi  kimi  su  mühitinin  limitləşdirici  faktorları,  temperatur,  şəffaflıq,  axın,  duzluluq  və  b.  hesab 
olunur.  Suda  yaşayan  heyvanların  əksəriyyəti  stenoterm  sayılır,  ona  görə  də  mühitin  az  da  olsa,  istilik 
çirklənməsi onlar üçün təhlükəlidir. Su hövzələrində suyun şəffaflıq dərəcəsi həyat üçün çox vacib sayılır, bu 
günəş işığının daxil olaraq fotosintez prosesinin mümkün olduğu dərinlik zonası ilə ölçülür. Şəffaflıq dərəcəsi 
müxtəlif olub çox bulanlıq su hövzələrində bir neçə santimetr dərinlikdən, şəffaf dağ göllərində 30-40 metrə 
çata  bilər.  Lotik  ekosistemlərdə  axım  da  mühüm  limitləşdirici  faktor  olub  orqanizmlərin  yayılmasına,  qaz  və 
duzların miqdarına təsir göstərir. 
Su  ekosistemlərində  oksigenin  konsentrasiyası  da  mühüm  limitləşdirici  faktor  hesab  olunur.  Biogen 
duzlardan nitratlar və fosfatlar da adətən limitləşdirici olur, bəzən kalsium və digər elementlərin çatışmazlığı 
hiss olunur.  
Ekoloji baxımdan və su hövzəsində tutduğu yerə görə su orqanizmlərini aşağıdakı təsnifata ayırmaq olar.  
Bentos  –  hövzənin  dibinə  yapışıb  lil  çöküntülərində  yaşayır  və  orada  sakit  dayanır;  Perifiton  –  su 
bitkilərinin yarpaq və budaqlarına və ya su hövzəsinin digər çıxıntısına yapışmış heyvan və bitkilər; Plankton 
– Üzən orqanizmlər, zooplankton hətta özü aktiv yerini dəyişə bilir, lakin əsasən onlar axının köməyi ilə qarışır 
(hərəkət edir); Nekton – suda sərbəst hərəkət edən orqanizmlər – balıqlar, amfibiyalar və b.  
Su  hövzələrinin  üç  zonasında  məskunlaşan  orqanizmlərin  yayılması  xüsusi  əhəmiyyət  daşıyır.  Litoral 
zona – günəş şüasının suyun dibinə qədər düşən su qatı. Limnik zona – günəş işığının yalnız 1%-i daxil olan 
və fotosintez prosesinin söndüyü (dayandığı) su qatı. Evfotik zona – litoral və limnik zonalarda işıqlanan (işıq 
düşən) su qatı. Profundal zona – günəş şüası düşməyən su qatı və suyun dibi.  
Axar  su  hövzələrində  son  üç  zona  nəzərə  çarpmır,  lakin  onların  elementlərinə  rast  gəlinir.  Növbəli 
dayazlıqlar  –  sürətli  axını  olan  dayaz  sahələr;  dibi  lilsiz  olur,  əksəriyyət  halda  perifiton  və  bentos  yapışır. 
Növbəli  dərinlik  (quytul)  –  dərin  sulu  sahələr,  axın  sürəti  yavaşdır,  dibində  yumşaq  lil  substratı  və  eşici 
heyvanlar olur.  
Yuxarıda  verilən  təsnifat  qruplaşmalarda  hər  hansı  bir  orqanizmin  ekoloji  vəziyyətini  təyin  etməkdə 
mühüm rol oynayır.  
 
7.2.1. Lentik ekosistemlər (göllər, nohurlar) 
Litoral  zonada  iki  produsent  tipi  vardır:  hövzənin  dibinə  bərkimiş  çiçəkli  bitkilər  və  üzən  yaşıl  bitkilər  – 
yosunlar,  bəzi  ali  bitkilər  (su  çiçəyi).  Hövzənin  dibinə  bərkimiş  bitkilər  üç  konsentrik  zona  əmələ  gətirir: 1) 
suüstü (susəthi) vegetasiya zonası – bitkinin fotosintezedən hissəsi suyun üzərində yerləşir (qamış, ciyən və 
b.), biogen elementlər isə dib çöküntülərindən alınır; 2) yarpaqları su səthində üzən dibə bərkimiş bitkilər (su 
zanbağı) zonası, bu bitkilərin rolu birinci zonada olduğu kimidir, lakin onlar suyun aşağı qatlarını kölgələndirə 
bilir; 3) sualtı vegetasiya zonası – tamamilə suyun altına (dibinə) köklənmiş və bərkimiş bitkilər, fotosintez və 
mineral mübadiləsi sü mühitində yerinə yetirilir (su çiçəyi və yapışmış yosunlar - xaralar).  
Litoral zonada heyvanlar, konsumentlər su hövzəsinin digər zonalarına nisbətən daha çox müxtəlifliyi ilə 
seçilir.  Perifiton  molyuska,  rotatorilər,  mşanka,  həşəratların  sürfələri  və  s.  ibarətdir.  Nektonun  bir  çox 
heyvanları atmosfer havası ilə nəfəs alır (qurbağa, tısbağalar, salamandr-səməndər və b.). Balıqlar həyatının 
çox hissəsini litoralda keçirir və orada da çoxalırlar. Zooplankton xərçəngəbənzərlərdən ibarət olub balıqların 
qidalanmasında böyük əhəmiyyət kəsb edir.  
Limnik  (göl)  zonasının  qruplaşmalarında  fitoplankton  produsent  hesab  olunur.  Mülayim  qurşağın  su 
hövzələrində  onun  populyasiyasının  sıxlığı  mövsüm  üzrə  kəskin  dəyişir. Yazda  suyun  «çiçəkləməsi» sərin  suya 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə