QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə74/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   70   71   72   73   74   75   76   77   ...   94

 
162 
edilməsilə də bağlıdır. Arsen üç və beşvalentli halda, həmçinin üzvi formada ola bilər. Üçvalentli birləşmələri 
adətən beşvalentlilərdən daha toksik olur.  
Rusiyanın  sənaye  rayonlarının  torpağında  arsenin  orta  konsentrasiyası  1.1-dən  37  mq/kq  arasında 
tərəddüd edir, lakin onun ən yüksək miqdarı Karabaşda və Plastada (Çelyabinsk vilayəti) misəridən zavodun 
yaxınlığındakı torpaqda aşkar edilmişdir.  
Arsenin sağlamlığa təsiri. Arsen birləşmələrinin toksikliyi, onun orqanizmdən ayrılması sürəti və orqan 
və  toxumalarda  toplanma  dərəcəsindən  asılıdır.  İşçilərdə  xroniki  arsen  intoksasiyası  aşağıdakı  simptomların 
kombinasiyası  ilə  səciyyələnir:  əsəb,  mədə-bağırsaq,  kardiovaskulyar  və  respirator  pozuntuları,  hemolit 
kənarlaşma, dəri zədələnməsi, qaraciyər və böyrəklərin funksional pozulması.  
Arsen birinci, ən təhlükəli kanserogen maddələr qrupuna aiddir. Arsenin 10-100 mkq/m
-3
 dərəcəsində xroniki 
təsiri  (1 ildən artıq) ağciyərdə xərçəng xəstəliyinin baş vermə tezliyini artırır. Bu hala metallurgiya zavodları və 
arsentərkibli  pestisidlər  istehsal  edən  müəssisələrin  işçilərində  daha  çox  rast  gəlinir.  Siqaretçəkmə  arsenin 
kanserogen effektini dərinləşdirir.  
Su  ilə  daxil  olan  konsentrasiyalı  arsenin  mövcudluğu  şəraitində  əhalinin  ümumi  qrupunun  sağlamlıq 
vəziyyətinin  dəyişməsi  bir  sıra  ölkələrin  tədqiqatçıları  tərəfindən  qeyd  edilmişdir.  Məsələn,  dəridə  xərçəng 
xəstəliyinin baş verməsi bununla izah edilir. Belə ki, Tayvan adasında dəridə xərçəng xəstəliyinin yayılması ilə 
quyu suyunda arsenin miqdarında müəyyən asılılıq aşkar edilmişdir. Məhz, bu adanın sakinlərində «qara ayaq» 
və ya «qara daban» xəstəliyi peyda olmuşdur. Bu, 400-600 mkq/l səviyyəsində olan sudan istifadə olunması 
ilə  bağlıdır.  Qanq  körfəzində  (Hindistan)  dərin  olmayan  artezian  quyularından  çıxan  tərkibində  yüksək 
konsentrasiyalı  arsen  olan  içməli  sudan  istifadə  edən  əhalidə  qaraciyər  və  dalağın  böyüməsi,  dərinin 
hiperpiqmentasiyası aşkar edilmişdir, bu arsenlə zəhərlənmə üçün səciyyəvidir.  
Müəyyən  edilmişdir  ki,  bu  xəstəliyin  yayılması  insanın  yaşı  artdıqca  çoxalır  və  uzun  müddət  arsenlə 
çirklənmiş sudan istifadə olunması ilə müəyyənləşdirilir. «Qara ayaq» xəstəliyi içməli suda arsenin miqdarı 600 
mq/l olan Şimali Çilidə qeydə alınmışdır. Əhali bu sudan 15 ildir ki, istifadə edirdi. Hazırda dünyanın müxtəlif 
ölkələrində  (Hindistan,  Banqladeş,  Çili,  Argentina,  Rumıniya)  orqanizmə  içməli  su  ilə  daxil  olan  müxtəlif 
dozalarda arsenin əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi üzrə ekoloji-epidemioloji tədqiqatlar yerinə 
yetirilir.  Belə ki,  Banqladeşdə  tərkibində  10000  mkq/l  olan  içməli sudan  istifadə  olunması  ilə  əlaqədar  daxili 
səbəblərdən törəyən abortların, ölü doğulmuş uşaqların və qadınlar arasında vaxtından qabaq doğumla bağlı 
ölkələrin sayı artmışdır.  
Sidikdə və saçlarda arsenin konsentrasiyasının öyrənilməsi diaqnostik əhəmiyyətə malikdir. Orqanizmə 
daxil  olan  arsen  saçın  strukturuna  daxil  olur,  onun  yüksək  dərəcədə  toplanmasını  saçlarda  olan  keratinin 
miqdarının çox olması təsdiq edir. Çex tədqiqatçıları tərəfindən (V.Bencho, 1977), tərkibində yüksək miqdarda 
arsen olan yerli kömürlə uşaqlarda eşitmənin pozulması aşkar edilmişdir. Saçlarda arsenin yol verilən miqdarı 
1  mkq/q  olması  tövsiyə  olunmuşdur.  Rusiyada  uşaqların  saçlarında  arsenin  miqdarı  01-03  mkq/q-ı  keçmir. 
Tərkibində arsenin miqdarı yüksək (220 mkq/l) olan sudan istifadə etdikdə onun saçlarda konsentrasiyasının 
çox  olması  (Alyaska,  Ferbensk  şəhəri) aşkar  olunmuşdur.  Beləliklə,  saçlarda  və  suda  arsenin  miqdarı  ilə  sıx 
korrelyasiya mövcuddur. Saçlarda arsenin toplanması içməli suyun tərkibində arsenin miqdarı 10 mkq/l (yəni 
YVK  səviyyəsində)  olduqda  başlayır.  Tərkibində  500  mkq/l  arsen  olan  (50  YVK)  içməli  sudan  istifadə  edən 
adamlarda dərinin spesifik zədələnməsi (arsenli melanoz və keratoz) baş verir.  
Arsenin  təsirinin  effektinin  təyin  edilməsində  bu  elementin  sidikdə  analizindən  də  istifadə  olunur. 
İstehsalat şəraitində arsenin təsirinə məruz qalmayan şəxslərin sidiyində onun miqdarı 10-50 mkq/l arasında 
olmalıdır.  ABŞ  əmək  gigiyenstlər  Assosiasiyası  tərəfindən  sidikdə  arsenin  miqdarının  normativ  səviyyəsi  70 
mkq/l tövsiyə olunur; arsenin miqdarı iş həftəsinin sonunda ölçülür.                      
12.1.5. Nikel (lat. niccolum, Ni)  
Nikel  atmosfer  havasına  metallurgiya  zavodlarının,  mədənçıxarma  müəssisələrinin,  daş  kömür  və 
mazutla işləyən energetik qurğuları tullantıları ilə daxil olur. Rusiyada nikel zavodundan (Monçeqorsk, Norilsk, 
Orsk, Yuxarı Ufaley, Nikel, Zapolyarnıy) hava hövzəsinə hər il 3,5-4,0 min ton nikel daxil olur. Norilskdə 1,0-
2,5  mkq/m
-3
 konsentrasiyalı  nikelə  200 min,  Ural  və Kola  yarımadasının  metallurgiya  zavodları  yerləşən beş 
şəhərində isə 0,4 mln-a qədər adam məruz qalır.  
Torpaqda nikelin ən yüksək miqdarı (orta – 350 mq/kq, maksimum 1000 mq/kq-a qədər) əridici istehsalı 
yerləşən  Rey  şəhərində  qeydə  alınmışdır.  Monçeqorskda  (Kola  yarımadası)  nikel  metallurgiya  zavodunun 
ərazisindəki  torpaqda  nikelin  orta  konsentrasiyası  170  mq/kq,  maksimal  isə  5200  mq/kq  təşkil  edir.  Bu 
göstərici Kamensk-Uralsk, Zlatous, Alapayevsk, Polevsk şəhərləri ərazisində nikelin konsentrasiyası yüksəkdir.  
Normalaşdırmanın  mövcud  nəzarət  metodlarına  uyğun  olaraq,  atmosfer  havasında  nikel  metalının 


 
163 
miqdarı  təyin  edilir.  Onun  YVK-sı  1  mkq/m
-3
  təşkil  edir.  Nikel  kanserogen  maddə  (I  qrup)  sayılır.  ÜST-nin 
Avropa Bürosunun tövsiyəsinə uyğun olaraq nikelin ömürlük kanserogen riski 3,8⋅10
-4
-ə bərabərdir. Nikelin və 
onun  birləşmələrinin  suda  YVK-ı  100  mkq/l;  torpaqda  təxmini  yol  verilən  konsentrasiyası  (TYK)  torpağın 
tipindən asılı olaraq 20-60 mq/kq arasında dəyişir.  
Nikelin  insan  sağlamlığına  təsiri.  Orqanizmdə  nikel  zəruri  elementlərdən  biridir.  Bitkilərdə  miqdarı 
(yaş halda çəkisinə görə hesablandıqda) 5⋅10
-5
%, heyvandarlıqda 1,0⋅10
-6
%-dir. Heyvanların qaraciyəri, dərisi 
və  endokrin  vəzilərində  olur.  Müəyyən  edilmişdir  ki,  o,  arginaza  fermentlərini  aktivləşdirir  və  oksidləşdirmə 
proseslərinə müsbət təsir göstərir. Lakin normadan artıq olduqda insanda müxtəlfi xəstəliklərə səbəb olur.  
Nikelə  xroniki  intoksikasiya  burun-udlaq  və  ağciyər  peşə  xəstəliklərinin  baş  verməsinə  səbəb  olur, 
bədxassəli yeni törəmələrin əmələ gəlməsinə risk yaranır, dərinin allergiya zədələnməsi (dermatit və ekzema) 
müşahidə edilir. İşçilərin ağciyər xərçəngindən ölüm riskinin artması havada nikelin konsentrasiyası 500-1000 
mkq/m
-3
  olduqda  başlayır.  Rusiyada  –  Norilskidə  nikel  istehsalı  ilə  məşğul  olan  işçilərdə  ağciyər  xərçəngi 
xəstəliklərinin  və  onunla  əlaqədar  ölüm hallarının  olması  hələ  30  il  əvvəl  (1970-ci  illər)  müəyyən  edilmişdir. 
Həm  də  nikel  istehsalı  işçilərində  ağciyərin  xərçəngi  xəstəlikləri  tez-tez  baş  verməklə,  eyni  zamanda  cavan 
yaşlarından başlayır. Hazırda Şimali Qafqaz  gigiyena və cəmiyyətin sağlamlığı Elmi Mərkəzinin əməkdaşları, 
işçilərin  və  dünyada  ən  iri  metallurgiya  kombinatı  «Severonikel»  yerləşən  Kola  yarımadası  əhalisinin 
sağlamlığına nikelin təsirinin müəyyənləşdirilməsi üzrə dəqiq tədqiqatlar aparır.  
1996-cı ildə yerinə yetirilən tədqiqatların nəticəsi göstərir ki, Nikel qəsəbəsində (əhalisi 17 min nəfər) və 
Zapolyarnı  şəhərində  (əhalisi  19  min  nəfər)  kükürd  2  oksidinin  atmosferdə  konsentrasiyası  YVK-dan  12-20 
dəfə çoxdur. SO
2
-nin və nikelin həllolunmayan birləşmələrinin miqdarı küləksiz havada daha yüksək olur; belə 
ki, kükürd dioksidinin konsentrasiyası 1500 mkq/m
3
-ə çata bilər, bu isə YVK-dan 30 dəfə artıqdır. Kombinatı 
əhatə edən ərazi mis, nikel və kobaltla intensiv çirklənmişdir. A.V.Yevseyenin (1996) məlumatına görə ərazidə 
nikelin torpaqda miqdarı 1500-4000 mq/kq təşkil edir, TYK isə müxtəlif torpaq tipləri üçün 20-80 mq/kq-dır; 
mis  –  3000-4000  mq/kq  (TYK  –  33-132  mq/kq);  kobalt–  200  mq/kq  təşkil  edir.  Metallar  göbələk  və 
giləmeyvələrdə (-mərcangilə, cır mərsin, sarı böyürtkən) toplanır, onlar isə yerli əhali tərəfindən yığılıb istifadə 
edilir.  
Kola  yarımadası  əhalisində  sidikdə  nikelin  miqdar  səviyyəsi  ora  yaxın  yerləşən  Norveçin 
əhalisindəkindən  yüksəkdir.  Rusiya  –  Norveç  layihəsinin  (T.Smith-Siversten  et  al., 1998) nəticələrinə  görə 
nikelin ən yüksək konsentrasiyası Nikel qəsəbəsi əhalisinin sidiyində aşkar edilmişdir (3,4 mkq/l), bu, atmosfer 
havasının  nikellə  çirklənməsinin  lokal  effektini  təsdiq  edir,  sonrakı  yerləri  Umba  (2,7),  Zapolyarnı  (2,0)  və 
Apatıtı (1,9) tutur.   
     
12.2. Davamlı üzvi çirkləndiricilər (düç) və onların  
insanın sağlamlığına təsiri  
Davamlı üzvi çirkləndiricilər (persistent organic pollutants) xlor üzvi birləşmələr sinfinə daxildir. Onun əsas 
xüsusiyyəti  ətraf  mühitdə  on  və  yüz  illərlə  dəyişilmədən  qalması  qabiliyyətidir.  Onların  bəziləri  canlı 
orqanizmlərin toxumalarında toplanır, həm də onların konsentrasiyası qida zənciri ilə hərəkət etdikcə artır. Son 
zamanlar  xlor  üzvi  çirkləndiricilərin  öyrənilməsinə  diqqətin  artması,  onun  hətta  sənaye  istehsalı  və  insan 
fəaliyyətinin  təsiri  olmayan  ərazilərdə  (məsələn  Arktikada)  aşkar  olunmasıdır.  Dünyada  ən  təhlükəli  DÜÇ-in 
siyahısına  aşağıdakı 
12  birləşmə  daxildir:  arzu  olunmayan  əlavə  üzvi  məhsullar  – 
polixlordibenzodioksinlər  (PXDD)  və  polixlordibenzofuranlar  (PXDF),  sənaye  məhsulları 
polixlorbifenillər  (PXB)  və  heksaxlorbenzol  (HXB),  həmçinin  8  pestisidlər  (DDT,  aldrin,  dieldrin, 
endrin, xlordan, mikers, toksafen və heptaxlor).  
2002-ci  ildə  dünyanın  bir  çox  ölkələri  DÜÇ  üzrə  Stokholm  konvensiyasını  təsdiq  etdilər.  Konvensiyanın 
tərəfləri müəyyən məqsədlə DÜÇ-nin istehsalı və istifadəsi nəticəsində əmələ gələn tullantıların azaldılması və 
ya  ləğv  edilməsi,  bu  istiqamətdə  tədqiqatların  aparılması,  bu  məsələlər  ilə  cəmiyyəti  məlumatlandırmaq  və 
xəbərdarlıq etmək üzrə əsas fəaliyyətlərin (işlərin) yerinə yetirilməsi haqqında sazişə gəldilər.  
DÜÇ-lərin  əksəriyyəti  kanserogen  maddələrdir  (cədvəl  12.5).  Onlardan  ən  toksikləri  dioksin  2, 3, 7, 8, 
TXDD (tetraxlordibenzo-n dioksin) MAİR I qrup maddələrə aid edilib, onun bədxassəli yeni törəmələr əmələ 
gətirməsi  tam  təsdiqini  tapmışdır.  Ekoloji-epidemioloji  tədqiqatlar  göstərir  ki,  DÜÇ  politrop  təsirə  malikdir, 
aqrar rayonlarda o, pestisidlərin təsiri ilə, sənaye mərkəzlərində və tikinti yerlərində isə – dioksinlər və PXB-in 
tullantıları ilə əlaqədardır.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə