QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə70/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   66   67   68   69   70   71   72   73   ...   94

 
154 
məlumatına  əsasən  çoxmənzilli  beton  binalarda,  ayrıca  tikilmiş  beton  evlərdə,  kərpic  və  taxtadan  tikilmiş 
çoxmənzilli və tək binalarda radonun konsentrasiyası orta hesabla 50, 130, 20, 30 və 10-30 Bk/m
3
-a çatır, bu 
isə  fon  göstəricidən  (10  Bk/m
3
)  xeyli  artıqdır.  Əhalinin  radonla  və  onun  törəmə  məhsulları  ilə  inhalyasiya 
hesabına şüalanma dozası əksər hallarda digər təbii və süni mənbələrdən ümumi şüalanma dozasının 50%-ni 
təşkil  edir.  Təbiətdə  radona  başlıca  olaraq  iki  əsas  izotop  –  radon  –  222 (uran  –  238-in  parçalanma 
məhsulunun əmələ gətirdiyi radioaktiv sırasının üzvü) və radon – 220 (torium – 232-nin parçalanma məhsulu) 
şəklində rast gəlinir. Radon – 222, radon 220 ilə müqayisədə 20 dəfə artıq şüalanma dozasında iştirak edir.  
Açıq  havada  radonun  miqdarının  sutkalıq  tərəddüdü  1-dən  100  Bk/m
3
  arasında  olur,  həm  də  yüksək 
təzyiqdə  və  açıq  (buludsuz)  havada,  xüsusilə  gecə  və  səhər  saatlarında  onun  konsentrasiyası  maksimuma 
çatır. Atmosfer havası hesabına radon 13%-ə qədər daxil ola bilər.  
Mənzil daxilində radonun miqdar səviyyəsi binanın altındakı qruntun növündən, evin və tikinti materialının 
tipindən, mərtəbədən, ventilyasiyanın mövcudluğundan, mənzildə döşəmənin hündürlüyündən və s. asılıdır.  
Radonun  əhalinin  sağlamlığına  təsiri.  MAİR-in  verdiyi  qiymətə  əsasən  radon  I  qrup  kanserogenə 
aiddir. Əsas kanserogen təsir α - aktiv törəmə palonium 
214
Po və polonium 
218
Po-dən baş verir. Bu parçalanma 
məhsulları çox xırda bərk hissəciklərdə möhkəmlənə və beləliklə, ağciyərlərdə çöküntü verə bilər.  İstehsalat 
şəraitində radonun təsiri nəticəsində ağciyərlərdə xərçəngin inkişafı riski Çexoslovakiya, ABŞ, Kanada, İsveç, 
Fransa,  Böyük  Britaniya,  Norveç,  Çin  və  Avstraliyada  müxtəlif  əhali  qrupları  arasında  aparılan  tədqiqatlarla 
təsdiq edilmişdir. Habelə 68000 nəfər dağ-mədən işçiləri arasında ağciyər xərçəngindən 2700 ölüm hadisəsi 
qeydə  alınmışdır.  Ağciyər  xərçəngi  xəstəliyinin  çox  olması  ilk  dəfə  Almaniya  və  Çexiyada  havada  radonun 
yüksək  miqdarı  şəraitində  işləyən  mədən  şaxtaçıları  arasında  qeydə  alınmışdır.  Ölüm  hadisələrinin  50%-dən 
çoxunun  (60-80%)  səbəbi  ağciyər  xərçəngi  olmuşdur.  Bu  xəstəlik  faktiki  olaraq,  gözləniləndən  30-50  dəfə 
artıq olmuşdur. Ağciyər xərçəngindən ölənlərin yaşı əsasən 50-55-i keçmir, çoxları isə daha cavan yaşlarında – 
40 yaşında dünyasını dəyişmişdir.  
 
Radonla  şüalanmanın  insan  sağlamlığına  təsiri  üzrə  tədqiqatlar  Rusiyada  S.P.Vereyko  (1998)  tərəfindən 
əvvəllər uran müəssisələri yerləşən Lermontov şəhərində (Stavropol ölkəsi) və O.A.Makarov (2000) tərəfindən 
uranmolibden  yataqlarının  mədəni  üzərində  tikilmiş  Çita  vilayətinin  Oktyabrsk  qəsəbəsində  aparılmışdır. 
Lermontovda  yüksək  səviyyəli  təbii  şüalanmadan  başqa,  insanın  sağlamlığına,  həm  də  əvvəllər  uran  emalı 
müəssisələrin  də  peşə  fəaliyyəti  təsir  göstərir. 1970-ci  ildə  burada  şəhər salarkən,  yüksək radioaktivli  tikinti 
materiallarından, o cümlədən uran istehsalı müəssisələrinin tullantılarından istifadə olunmasının, şüalanmanın 
cəm dozasının yüksəlməsində iştirakı da istisna edilmir. Lermontovda yerin səthində radon axınının sıxlığı orta 
dünya  qiymətindən  təxminən  15  dəfə  yüksəkdir.  Radonun  ən  yüksək  konsentrasiyası  əsasən  yerli  tikinti 
materialından tikilən xüsusi evlərdə aşkar edilmişdir (qazşəkilli radonun orta konsentrasiyası 1082 Bk/m
3
 təşkil 
etmişdir). Beləliklə, şəhər əhalisinin şüalanma dozası müəyyən olunmuş normativi xeyli keçir.  
1958-ci  ildən  1998-ci  il  daxil  olmaqla  Lermontov  şəhərində  ölüm  əmsalı  3  dəfə  yüksəlmşdir.  Kişilər 
arasında  ölüm  göstəricisi  qadınlara  nisbətən  xeyli  yüksəkdir,  həm  də  ağciyər  və  mədə  xərçəngindən  ölüm 
hadisəsinin  çox  olması  müəyyən  edilmişdir.  Lermontovda  ağciyər  xərçəngindən  ölüm  hadisəsinin  Stavropol 
ölkəsinin ümumi əhalisindən 2 dəfə artıq olması statistik təsdiq edilmişdir. Burada qadınlar arasında süd vəzi 
xərçəngindən, kişilərdə isə prostat vəzi xərçəngindən ölüm əmsalı yüksəkdir.  
Digər  radontəhlükəli  yaşayış  məntəqəsi  –  Çita  vilayətinin  Oktyabr  qəsəbəsində  radonun  konsentrasiyası 
400  Bk/m
3
-dan  yüksək  olan  mənzillərin  sakinlərində  tənəffüs  orqanları  (xroniki  bronxit),  ürək-damar  sistemi 
(hipertoniya  xəstəliyi,  ateroskleroz),  sinir  sistemi,  sümük-əzələ  sistemi  (artrit,  artroz,  osteoxondroz) 
xəstəlikləri, reproduktiv sağlamlığın pozulması, uşaqların inkişafının morfogenetik variantlarına 2 dəfə çox rast 
gəlinir.  
Əhalinin  radonun  təsirindən  mühafizə  olunması  zəruriliyi  onun  vurduğu  iqtisadi  ziyanı  qabaqcadan 
müəyyənləşdirmək və həyata keçirməyi qiymətləndirməklə təyin olunur. ABŞ-da yaşayış mənzillərini radondan 
mühafizə etmək tədbirləri 20 milrd. dollar təşkil edir. V.F.Demininin (1998) hesablamalarına görə Ruisya şəraiti 
üçün  radonun  1  Zv  səviyyəsində  adambaşına  təsiri  20  min  dollar  qiymətləndirilir  (Zv  –  zivert-  şüalanma 
dozasını  səciyyələndirir).  Bu  ədədə  əsaslanaraq  şüalanmadan  əhaliyə  dəyən  ziyan  Rusiyada  ildə  15  mld. 
dollara çatır.  
Ən çox ziyan yaşayış mənzillərində radonun mövcudluğu və insanların tibbi müayinə zamanı aldığı doza ilə 
əlaqədardır.  Əhalinin  radiasiya  mühafizəsini  optimallaşdırmaq  üçün  məhz  bu  mənbələr  mühüm  obyektlər 
hesab edilməlidir. 


 
155 
XII FƏSİL 
 
KİMYƏVİ MADDƏLƏRLƏ ÇİRKLƏNMƏ VƏ ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ 
 
Kimyəvi maddələrin canlı orqanizmlərə zərərli təsir göstərmə qabiliyyəti zəhərlilik adlanır. Hələ XVI əsrdə 
Parasels qeyd etmişdir ki, bütün maddələr zəhərlidr, onların zəhərliliyini yalnız doza (konsentrasiya) təyin 
edir. Bunu orqanizm üçün həyati zəruri hesab edilən mikroelementlərin (dəmir, mis, sink, kobalt, selen və b.) 
misalında  aydın  görmək  olar.  Bu  göstərilən  maddələrin  orqanizmə  kifayət  qədər  daxil  olmaması  anemiya, 
kardiomiopatiya və digər xəstəliklərin inkişafına səbəb ola bilər. Lakin onların izafi dərəcədə daxil olması toksiki 
(zəhərlilik) effekt yaradır.  
Davamlı  toksik  birləşmələrin  siyahısı  hələlik  tam  müəyyənləşdirilməyib.  İlkin  varianta  64  maddə,  o 
cümlədən  12  davamlı  üzvi  çirkləndiricilər  (DÜÇ)  aid  edilib  dövlətlərarası  Stokholm  Konvensiyasına  daxil 
edilmişdir. Bu konvensiyada bir sıra kimyəvi maddələrin (bəzi pestisidlər, PXB (polixlorbifenil) də daxil olmaqla) 
istehsalı və istifadəsinin ləğv edilməsi (qadağan olunması) üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.  
Təklif olunan davamlı toksik birləşmələrinin (DTB) siyahısına aşağıdakılar aiddir:  

 
Pestisidlər: aldrin, xlordan, DDT, dieldrin, eldrin, heptaxlor, mireks, toksafen, heksaxlorsikloheksan 
(lindan); 

 
Sənaye  maddələri:  heksaxlorbenzol,  PXB;  pentaxlorfenol,  ftalatlar  –  dietilheksilftalat,  dibutilftalat, 
bisftalat, heptaxlor, xlorbenzollar, sianidlər;  

 
Metallar: qurğuşun, civə, kadmium, arsen, nikel, xrom, berillium, civənin, qruğuşunun, qalayın üzvi 
birləşmələri; 

 
Əlavə (yardımçı) məhsullar; dioksinlər, furanlar, politsiklik aromatik karbohidrogenlər (PAK); 

 
Suyun dezinfeksiya məhsulları: xloroform, 1,1 – dixloretan, 1, 1, 1- trixloretan; 

 
Digər maddələr. 
Dünyanın bir sıra ölkələrində (ABŞ, Kanada, Meksika) ətraf mühitin DDT, xlordan, lindan, PXB və civə ilə 
çirklənməsinin azaldılması üzrə Milli fəaliyyət Planı (MFP) hazırlanmış və həyata keçirilir.  
Son  onilliklərdə  Avropada  bir  çox  ağır  metalların  və  davamlı  üzvi  birləşmələrin  (DÜB)  tullantıları 
azaldılmışdır.  ABŞ  və  digər  bəzi  ölkələrdə  etilləşdirilmiş  benzindən  istifadənin  qadağan  edilməsi  nəticəsində 
uşaqların qanunda qurğuşunun və İsveçdə ana südündə heksaxlorbenzol funqisidin miqdarı azalmışdır.  
Spesifik təsir xarakterinə malik olan kimyəvi maddələr haqqında aşağıda ətraflı məlumat verilir.  
 
12.1 Ağır metallarla çirklənmə və onun insan sağlamlığına təsiri 
Təbii mühitin çirklənməsinə həsr olunan ədəbiyyatlarda vanadium, nikel, dəmir, marqans, civə, kadmium, 
kobalt,  mis,  qurğuşun,  arsen,  qalay,  sürmə,  selen,  xrom  və  sink  şərti  olaraq  ağır  metallar  adlanır,  hərçənd 
kimyaçıların nöqteyi nəzərincə bu elementlərin hamısı həqiqi metal sayılmır.  
Təbiətdə ağır metalların əksəriyyəti yalnız çox az konsentrasiyada bitkilər və bakteriyalar üçün əlverişlidir. 
Dəmir, mis, sink, selen, marqans, molibden və bəzi digər elementlər mikrodozalarda canlı orqanizmlər üçün 
zəruridir. Onlar yalnız böyük, izafi dozalarda təhlükəlidir. Qurğuşun, kadmium, arsen, civə və onun birləşmələri 
istənilən  konsentrasiyada  əksər  ali  bitkilər  və  bir  çox  digər  bitkilər  üçün  zəhərlidir.  Lakin  son  tədqiqatlar 
göstərdi  ki,  hətta  civə  kimi  toksik  element  mikroorqanizmlərdə  leykositlərin  aktivliyini  və  maddələr 
mübadiləsini, həmçinin canlı orqanizmlərin dezintoksikasiyasını stimullaşdırır.  
Mədənlərdən ağır metalların sənayedə çıxarılması prinsip etibarilə onların giokimyəvi tsiklini dəiyşdirdi 
və təbiətdə bir çox metalların konsentrasiyası on və yüz dəfə çoxalmışdır.  
Aşağıda ayrı-ayrı ağır metalların ətraf mühitə düşməsi mənbələri və insanın sağlamlığına təsiri verilir. 
 
12.1.1. Qurğuşun (Pb) 
Ən  toksik  metallardan  biri  olub  bir  sıra  beynəlxalq  təşkilatların,  o  cümlədən  Ümumdünya  Səhiyyə 
Təşkilatının (ÜST), BTM-nin, toksik maddələrə və xəstəliklər üzrə Amerika agentliyi və digər ölkələrin analoji 
dövlət  təşkilatlarının  prioritet  çirkləndirici  maddələrin  siyahısına  daxil  edilmişdir.  Qurğuşun  ətraf  mühitə 
etilləşdirilmiş benzinlə işləyən avtomobillərin tullantıları ilə, metallurgiya müəssisələri, poliqrafiya müəssisələri, 
maşınqayırma  istehsalı,  akkumulyator  istehsalı  və  digər  qurğuşun  tərkibli  məhsullar  istehsal  edən 
müəssisələrin tullantıları ilə daxil olur. Etilləşdirilmiş benzindən bir çox ölkələrdə istifadə edilməsinin qadağan 
olunması ilə əlaqədar son illər atmosfer havasında qurğuşunun konsentrasiyası xeyli azalmışdır.  
Qurğuşunun yol verilən konsentrasiyası (YVK) atmosfer havasında           0,3 mkq/m
3
su mənbələri 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə