152
Karbon-sulfid (CS
2
). Bu qazın atmosfer havasına atılma mənbələri süni lif instehsalı müəssisələri
(Rusiyada 26 belə müəssisə vardır) və koks-kimya zavodları hesab olunur.
Karbon-sulfid dəriyə və selikli qişaya güclü qıcıqlandırıcı təsirə malikdir, ferment sisteminə, vitamin
mübadiləsinə, lipidlərə, endokrin və reproduktiv sistemlərə də təsir göstərir. İyinin (qoxusunun) hüdudu 200
mkq/m
3
təşkil edir, yəni o, birdəfəlik maksimal YVK-nı (30 mkq/m
3
) 7 dəfə ötdükdə hiss olunur.
Karbon-sulfidin istehsalat şəraitində uzun müddətli təsiri damarlı aterosklerotik dəyişkənliyə səbəb olur.
Karbon-sulfidin yüksək konsentrasiyasının təsirinə 10 ildən artıq müddətdə məruz qalan fəhlələr arasında ölüm
hadisəsinin artması aşkar edilmişdir.
Karbon-sulfidin təsir indikatoru onun sidikdə olan miqdarı sayılır. Süni (kimyəvi) lif müəssisələri (və koks-
kimya zavodu) yaxınlığında yaşayan uşaqların sidiyində karbon-sulfidin yüksək miqdarda toplanması müəyyən
olunmuşdur.
Digər maddələr. Stirol (vinilbenzol) – Atmosfer havasına plastmass, sintetik kauçuk, texniki rezin
məmulatı tullantıları, həmçinin avtomobil nəqliyyatının atıntıları, otağın havasına isə polimer materiallarının
destruksiyası zamanı daxil olur. Stirolun şəhərlərin atmosfer havası ilə daxil olması 6 mkq; sitirol tullantıları
mövcud olan şəhərlərin havası ilə – 400 mkq; otağın havası ilə – 6-1000 mkq; içməli su ilə – 2 mkq; 20
siqaretin çəkilməsi ilə – 400-600 mkq təşkil edir.
Atmosfer havasında stirolun aşağıdakı normativləri müəyyən edilmişdir: orta sutkalıq YVK 2 mkq/m
3
,
maksimal birdəfəlik YVK 40 mkq/m
3
; ÜST Avropa Bürosunun tövsiyəsi ilə 30 dəqiqəyə 70 mkq/m
3
.
İri kimya istehsalı olan şəhərlərin havasında stirolun ortaillik konsentrasiyası normativ ölçüsünü keçir.
Rusiyanın ərazisində atmosfer havasında stirolun yüksək miqdarına 2 mln. adam, o cümlədən 2-3 mkq/m
3
konsentrasiyalı havaya 0,6 mln., 4-5 mkq/m
3
konsentrasiyaya 1,1 mln., 6-7 mkq/m
3
-a 0,2 mln., 10
mkq/m
3
-dan yüksək konsentrasiyaya isə 0,1 mln. adam məruz qalır (Reviç və b, 2004).
Stirol ümumi toksik təsirli zəhərdir, o, qıcıqlandırıcı mutagen və konserogen effektə malik olub, çox
xoşagəlməz qoxusu vardır (iybilmə hissiyyatı hüdudu – 70 mkq/m
3
). Xroniki intoksikasiyası zamanı fəhlələrdə
mərkəzi və periferik sinir sistemi, qanəmələgətirən sistem, həzm traktı zədələnir, azot-zülal, xolestrin və lipid
mübadiləsi, qadınlarda reproduktiv funksiya pozulur. Stirol orqanizmə əsasən inhalyasiya yolu ilə daxil olur.
Burun, göz və udlağa stirolun buxarı və aerozolu düşdükdə onları qıcıqlandırır.
Hidrogen xlorid (HCl). Ətraf mühitə xlortərkibli bitki tullantıları, o cümlədən xlortərkibli bitki mühafizəsi
vasitələri, sellüloz-kağız kombinatları, kondensator istehsalı, kimya-metallurgiya və zibilyandıran zavodların
tullantıları ilə daxil olur.
Hidrogen-xloridin yüksək konsentrasiyasının təsiri zamanı aşındırıcı qoxu peyda olur, göz və yuxarı
tənəffüs yollarının qıcıqlanması hiss olunur, yüksək konsentrasiyalı qazşəkilli HCl və xlor suyu, bəzi halda
ekzemaya keçən kəskin dermatit yarada bilər.
Hidrogen-xloridin uzun müddətli təsiri yuxarı tənəffüs yollarının katarına, dişlərdə qəhvəyi ləkələrin və
eroziyanın, burunun selikli qişasının izharına, bəzən deşilməsinə səbəb olur. HCl-un 15 mq/m
3
konsentrasiyası
yuxarı tənəffüs yollarının və gözlərin selikli qişasını zədələyir.
Ammonyak (NH
3
). Bu qaz spesifik çirkləndirici maddələr qrupunda liderlik edir. Amonyak havaya
metallurgiya müəssisələrinin, mineral gübrələr və digər kimyəvi istehsalın tullantıları ilə daxil olur. Onun
ortasutkalıq YVK-sı 40 mkq/m
3
və maksimum birdəfəlik YVK 200 mkq/m
3
təşkil edir. Ammonyakın daha yüksək
konsentrasiyası mineral gübrələr istehsal olunan müəssisələr yerləşən şəhərlərin havasında aşkar edilmişdir.
Rusiya şəhərlərinin havasının kimya istehsalı ilə çirklənmə səviyyəsi digər ölkələrlə müqayisədə yüksəkdir.
Rusiyada yüksək konsentrasiyalı ammonyaklı çirklənmiş hava şəraitində 1,3 mln., o cümlədən 50-80 mkq/m
3
konsentrasiyada 0,8 mln., 90-120 mkq/m
3
-da 2,6 mln., 180-200 mkq/m
3
NH
3
konsentrasiyasında 0,3 mln.
adam yaşayır.
Ammonyakın göstərilən istehsalatların fəhlələrinə uzun müddətli təsiri zamanı onlarda xroniki bronxit
inkişaf edir.
Metilmerkaptan. Bu maddə başlıca olaraq sellüloz-kağız sənayesi müəssisələri tullantılarında olur. Bu
müəssisələr yerləşən yaşayış məntəqələrində metilmerkaptan uşaqların sağlamlığına neqativ təsir göstərməsi
aşkar edilmişdir. Uşaqlarda əsasən tənəffüs orqanları, dəri xəstəlikləri və otit müşahidə olunur. Bəzi şəhərlərdə
bəzən qadınlarda reproduktiv funksiyanın pozulması qeydə alınır. Göstərilən müəssisələrin çirklənmə zonasında
yaşayan, lakin orada işləməyənlərdə toksikozların sayı kontrol qrupa nisbətən 2 dəfə çoxdur.
Fenol (C
6
H
5
OH). Fenolun ətraf mühitə düşməsinin əsas mənbələri metallurgiya və koks-kimya zavodları,
fenolformaldehid qətranı, kley, müxtəlif plastiklər, dəri və mebel sənayesi hesab olunur. Atmosfer havası ilə
153
fenolun orqanizmə daxil olması havada onun konsentrasiyası 200 mkq/m
3
olduqda 4 mq/sut., hisdə
qurudulmuş qida ilə – 2 mq/sut. və içməli su ilə (300 mkq/l kensentrasiyada) – 0,6 mkq/sut. təşkil edir. Çəkisi
70 kq olan adam üçün fenolun orta sutkalıq dozası 100 mkq/kq bədəninin kütləsi qədər təşkil edir.
Fenol sinir sistemini zədələyir, ağız, burun-udlaq, yuxarı tənəffüs yollarının selikli qişasına, mədə-bağırsaq
traktına qıcıqlandırıcı təsir göstərir, qusma, baş ağrıları, başgicəllənməsi, tərləmək, yuxunun pozulması, ürək
döyüntüsü əmələ gətirir. Fenol dəriyə, tənəffüs yolları və mədə-bağırsaq traktı tərəfindən tez hopur, sonra isə
böyrəklərdə və qaraciyərdə toplanır.
ABŞ-ın Gigiyena Əmək Assosiasiyasının tövsiyəsinə əsasən fəhlələrin sidiyində fenolun miqdarı iş gününün
sonunda 250 mq/q kreatini keçməməlidir.
Fenol içməli suya çirkab suların mənbəyindən daxil olur və ya su kəməri sistemində işlədilən polimer
materiallarından miqrasiya edir.
Formaldehid, qarışqa aldehidi (CH
2
O) – kəskin iyli rəngsiz qazdır. Formaldehidin emissiya mənbələri
kimyəvi və metallurgiya zavodları, tikinti materialları və polimerlər istehsalı, mebel fabrikləri, avtomobil
nəqliyyatının işlənmiş qazları hesab olunur.
Yeni tikilmiş mənzillərdə formaldehidin miqdarı 160-240 mkq/m
3
-a çatır və yüksək konsentrasiya bir neçə
il ərzində qalır. Daima siqaret çəkilən mənzillərdə formaldehidin miqdarı 100 mkq/m
3
-a çatır.
Formaldehidin insan orqanizminə sutkalıq daxil olması atmosfer havası ilə – 0,02; yaşayış və ictimai
binalarından – 0,5-2,0; su ilə 0,2; qida ilə – 1,5-14; 20 ədəd çəkilən siqaretlə – 1,0 mq təşkil edir. Formaldehid
ümumi toksik təsirli olub, qıcıqlandırıcı, allergik, mutagen və konserogen (2A qrupu) təsirə malikdir. O, digər
kimyəvi konserogenlərin, qismən benz(a)pirenin əmələ gətirdiyi konserogenezi gücləndirir.
Vinilxlorid (CH
2
=CHCl). Zəif xloroform iyli rəngsiz qazdır, keyidici narkotik maddədir. Havada az
miqdarda olduqda insanın başı gicəllənir, çox olduqda isə insan şüurunu tamam itirir, çəng olur və dərin
yuxuya gedir.
Vinilxlorid mühitə üzvi sintez müəssisələri, polimer materialların istehsalı, tullantıları ilə daxil olur.
Dünyada vinilxloridin tullantıları təxminən ildə 3000 tona çatır.
Vinilxlorid orqanizmə toksik-immun təsir göstərərək mərkəzi sinir sisteminin pozulması, damarların
patologiyası, sümük sisteminin zədələnməsi, birləşdirici toxumaların sistemli zədələnməsi, immun dəyişməsi,
şişlərin inkişafı şəklində təzahür olunur. O, yalnız kanserogen deyil, həm də mutagen, embriotoksik və
teratogen təsirə malikdir. Fəhlərlərdə qaraciyərdə angiosarkom və hemanqiosarkomun inkişafı, beyində
neftroblastom, neyroblastom və digər bədxassəli yeni törəmələr, ağciyərdə alveolyar şişlər, mədədə
adenokarsinom, süd vəzilərində karsinoma, birləşdirici toxumalarda müxtəlif şiş növləri qeydə alınmışdır.
Yüksək konsentrasiyalı vinilxloridin uzun müddətli təsiri ilə əlaqədar sənaye fəhlələrinin ömrünün kəskin
qısalması qeydə alınmışdır.
Ftalatlar. Son illər bu toksik maddələrdən geniş istifadə olunduğundan onlara diqqət artmışdır. Ftalatlar
sintetik polimerlərdən müxtəlif qab-qacaqlar, oyuncaqlar, tibb avadanlıqlarının (qanın köçürülmə sistemi)
hazırlanmasında plastifikator kimi, həmçinin lak, parfyumeriya, həşəratlara qarşı repellentlər istehsalında
istifadə edilir. Bu maddələr həm bilavasitə daxil olduqda, həm də hava və dəri vasitəsilə düşdükdə insanın
bağırsağında asan absorbsiya olunur. Ftalatların təsir indikatoru kimi onun sidikdə miqdar göstəricisindən
istifadə olunur. Ftalatlar ətraf mühitin çirklənməsinin və əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi üzrə
ABŞ-ın Milli Proqramına daxil edilmişdir. Bu tədqiqatların məlumatına görə, aşağı gəlirli və təhsili aşağı
səviyyədə olan şəxslərin sidiklərində ftalatların sintetik materiallardan hazırlanan qablardan daha çox istifadə
etməsi ehtimalı ilə aydınlaşdırılır.
Radon (Ra) - Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab
olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m
3
təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1
dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun
gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya
olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində
radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi,
havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və
qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan
yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən
asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və
zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır. Belə şəraitdə yaşayan insanların başlıca
olaraq ağciyərlərinin şüalanma dozası yüksək olur. BMT-nin atom radiasiyasının təsiri üzrə Elmi Komitəsinin
Dostları ilə paylaş: |