148
gərginləşməsi, bronxit xəstəlikləri hadisələrinin çoxalması, tənəffüs orqanlarının və ürək-damar xəstəliklərindən
ölüm hallarının artmasına qədər təzahür olunur.
AH
10
(aslıı hissəciklərin) hissəciklərin qısamüddətli – 24 saat təsiri hər 10 mkq/m
3
PM
10
üzrə 0,8% (0,5-
dən 1,6%-ə qədər) sutkalıq ölüm dərəcəsinin artmasına səbəb olur. Bu zaman ölüm halları ən çox tənəffüs
orqanlarının xəstələnməsi ilə əlaqədar artır, bəzən ürək-damar xəstəliklərindən də ölüm halları çoxalır. Çox
vaxt xəstəxanalarda olanlarla müqayisədə evdə qalanlar daha çox ölür, çünki stasionar şəraitdə xəstələrə daha
yaxşı tibb yardımı göstərməyə imkan vardır.
PM
10
-nun ortasutkalıq konsentrasiyası 10 mkq/m
3
-a qədər yüksəldikdə tənəffüs orqanlarının
simptomlarının tezliyi 2,8% yüksəlir, bu hal həm yuxarı, həm də aşağı tənəffüs yollarına aiddir. PM
10
-nun
konsentrasiyası bir ay ərzində 10 mkq/m
3
yüksələrsə, uşaqlarda astma tutmaları 4,2% çoxalır.
Asılı hissəciklərin xroniki təsiri zamanı həm uşaqlarda, həm də yaşı 65-i keçmiş şəxslərdə bronxit xəstəliyi
hadisəsinin sayı artır. PM
10
-nun konsentrasiyasının hər 10 mkq/m
3
yüksəlməsi ilə əlaqədar bronxit xəstəliyinin
və xroniki öskürəyin baş verməsi hadisəsinin 10-25% artması müəyyən edilmişdir. PM
10
-nun
konsentrasiyasının artması ilə əlaqədar ümumi ölüm hadisələri və ürək-damar, tənəffüs sisteminin və ağciyər
xərçəng xəstəliyindən ölümün artması müşahilə olunur.
Atmosferdə xırda dispers tozun mövcud olduğu Rusiyanın ən çirklənmiş şəhərlərində 2 mln-luq əhalidə
aslıı hissəciklərin kəskin təsirindən əlavə ölüm hadisəsi 4 min, xroniki təsirindən isə əlavə ölüm 2 min təşkil
edir (cədvəl 11.1).
Cədvəl 11.1
1 mln. əhalisi olan şəhərdə PM
10
hissəciklərinin müxtəlif konsentrasiyada il ərzində təsiri
nəticəsində əlavə ölüm hadisələrinin sayı (Avaliani, 2002)
Təsirə məruz qalan
əhalinin sayı
mln. adam
PM
10
-nun
konsentrasiyası,
mkq/m
3
Əlavə ölüm hadisəsinin sayı
Tozun kəskin təsiri
zamanı
Tozun xroniki təsiri zamanı
2,4
≥165 və çox
1831
1237
20
83-165
1376
930
50
<83
670
450
Havanın yüksək səviyyədə asılı hissəciklərlə çirklənən şəhərlərdə yaşayan insanların ömrü təxminən 4 il
azalır.
Rusiyanın atmosfer havasının asılı hissəciklər və digər çirkləndiricilərlə yüksək səviyyədə çirklənən
şəhərlərinin əhalisində tez-tez faringit, konyuktivit, bronxit, bronxial astma və digər xəstəliklərə rast gəlinir.
Azot 2 - oksid. Azot 2 – oksidin (NO
2
) ayrılmasının başlıca mənbələri metallurgiya istehsalı, avtomobil
nəqliyyatı, istilik elektrik stansiyaları və müxtəlif qızdırıcı qurğuları hesab olunur. Azot 2-oksidi həmişə azot 1-
oksid (NO) müşayiət edir: onların məcmusu «N
x
» kimi ifadə olunur. Stasionar mənbələrdən azot 2-oksid
tullantılarının həcmi ilbəil azalır, bununla yanaşı, avtomobil nəqliyyatı ilə daima artır. Belə ki, son illər
avtomobillərin kəskin surətdə çoxalması azot oksidləri tullantılarının 30-40% artmasına səbəb olmuşdur.
Rusiyanın müxtəlif şəhərlərində atmosfer havasında azot 2-oksidin ortaillik miqdarı 40-70 mkq/m
3
təşkil
edir. Azot 2-oksidin ən yüksək konsentrasiyası, avtomobil nəqliyyatının buraxdığı NO-nun tullantısı ümumi
tullantıların 50-70%-ni təşkil edən iri şəhərlərdə qeydə alınır. Son illər atmosfer havasında azot 2-oksidin
miqdarı 20%-dən çox artmışdır. Dioksid azotla havası yüksək səviyyədə çirklənən şəhərlərdə 6 mln-a qədər
əhali yaşayır, o cümlədən onlardan 3,6 milyonu 60-70 mkq/m
3
, 2 milyonu isə 70 .. 120 mkq/m
3
konsentrasiyalı çirklənməyə məruz qalır. ABŞ-da analoji şəraitdə 9 mln əhali yaşayır.
Sağlamlığa təsiri. Azot 2-oksid selikli qişaya və tənəffüs orqanlarına qıcıqlandırıcı təsir göstərir. Çox
yüksək konsentrasiyada (məsələn, sənaye müəssisəsində qəza zamanı) NO
2
-nin təsiri ağciyərlərin dərhal ağır
zədələnməsinə səsəb olur.
NO
2
-nin sağlamlığa təsiri şəhərlərdə real müşahidə olunan xeyli aşağı konsentrasiyada da təzahür oluna
bilər. NO
2
-nin yüksək konsentrasiyasının uzun müddətli təsiri orqanizmin geniş spektrdə cavab reaksiyasına, ilk
növbədə respirator sistemində (məsələn, astmatiklərdə) müşahidə olunur. Bronxial astma xəstəliyi olan
şəxslərdə NO
2
-nin 380-560 mkq/m
3
konsentrasiyası ağciyərlərdə dəyişkənliyə səbəb olur. NO
2
-nin
149
konsentrasiyanın hər 10 mkq/m
3
səviyyədə yüksəlməsi, bronxial astmalarda tutmaları 6,5%, aşağı tənəffüs
yollarının xəstələnməsi tezliyini 6,6%, yuxarı tənəffüs yollarınınkını isə 3,8% artırır.
Kükürd 2-oksid. Tullantıların kütləvi miqdarına görə SO
2
digər atmosfer çirkləndiriciləri arasında ön
cərgədə durur. Bu maddə havaya yanacağın İES-də, qazanxanalarda, sobalarda yandırılmasından,
metallurgiya, dağ-mədən və digər istehsalatlardan, dizel mühərriklərindən daxil olur.
Müxtəlif ölkələrdə atmosfer havasında kükürd 2-oksidin miqdarı üçün aşağıdakı normativlər qəbul
edilmişdir: Rusiyada – ortasutkalıq YVK 50 mkq/m
3
, maksimal birdəfəlik YVK – 500 mkq/m
3
;
ABŞ-da ortaillik konsentrasiya kimi milli standart – 85 mkq/m
3
və 24 saata – 400 mkq/m
3
-dan istifadə edilir.
ÜST-nin tövsiyəsinə uyğun olaraq: 10 dəqiqə təsir zamanı – 500 mkq/m
3
, 24 saata – 125 mkq/m
3
və il ərzində
orta konsentrasiya 50 mkq/m
3
qəbul edilmişdir.
Sağlamlığa təsiri. Kükürd 2-oksid kəskin xoşagəlməz iyə malik olub, ilk növbədə tənəffüs orqanlarına,
gözə və dəriyə qıcıqlandırıcı təsir göstərir, mərkəzi sinir sistemini zədələyir, orqanizmdə gedən oksidləşmə
proseslərini məhv edir. Kükürd 2-oksidin sorulması onun burun və udlaq boşluğunun selikli qişası ilə kontaktda
olduqda dərhal başlayır. Kükürd 2-oksidin təsirindən yaranan zərərli effektin qiymətləndirilməsi ehtimalını
ümumi ölüm, ürək-damar xəstəlikləri, tənəffüs orqanları xəstəlikləri və astmatiklərin tutmalarının sayının
armtası ilə irəli sürmək olar. Kükürd 2-oksidin havadakı törəmə məhsulu sayılan sulfat turşusu əsasən tənəffüs
orqanlarına təsir göstərir. Kükürdün çoxnüvəli ammonyak duzları və ya sulfat üzvi maddələri alveollara
(ağciyərdə qovuqcuqlar) mexaniki təsir göstərir və sonradan suda asan həll olunduğundan tənəffüs yollarının
selikli qişası vasitəsilə sərbəst orqanizmə daxil olur.
Kükürd 2-oksidin kəskin təsiri (üç günə qədər) ümumi ölüm hadisəsini 0,6% artırır.
Karbon 1-oksid (karbon monooksid) – CO (dəm qazı) tullantıların kütləsinə görə asılı hissəciklər və
kükürd 2-oksiddən sonra üçüncü yerdə durur.
Rusiyada CO-nun atmosferdə ortasutkalıq YVK 3 mq/m
3
, maksimal birdəfəlik YVK – 5 mq/m
3
təşkil edir.
Digər ölkələrdə daha yumşaq normativlər müəyyən edilmişdir. ABŞ-da 8 saata 10 mq/m
3
və 1 saata
40 mq/m
3
, ÜST-nin tövsiyəsinə uyğun olaraq – YVK 15 dəqiqəyə 100 mq/m
3
, 30 dəq. 60 mq/m
3
, 1 saat – 30
mq/m
3
, 8 saata – 10 mq/m
3
müəyyən edilmişdir.
Sağlamlığa təsiri. Karbon 1-oksidin yüksək konsentrasiyası kəskin zəhərlənməyə səbəb olur. Xroniki
təsir zamanı qanda karboksihemoqlobinin miqdarının artması və uşaqlarda psixi hərəkət reaksiyasının
dəiyşməsi müşahidə olunur.
Cədvəl 11.2
İnsan qanında karboksihemoqlabinin konsentrasiyasının dəyişməsi ilə irəli gələn effektlər
COHv-in
konsentrasiyası,
%
Effekt
1
2
0-3
-
2,5-3,0
Stenokardiyadan əziyyət çəkənlərdə vaxt yükünün azalması
5,0
Ürək xəstəliyi olanlarda aritmiya tutmasının tezləşməsi
3,0-8,0
Siqaret çəkənlər üçün effekt yoxdur
5,1-8,2
Avtomobil sürmək qabiliyyətinin, koordinasiyanın, diqqətin zəifləməsi
5,0-20
Dərk etmə (tanıma) qabiliyyətinin zəifləməsi
10-20
Baş ağrıları, ürək bulanma, görmənin zəifləməsi, qıcıqlanma, nəfəs almanın
çətinləşməsi
20-30
Ürək döyüntüsü, baş ağrıları
30-40
Güclü baş ağrısı, taxikardiya, huşun itirilməsi
30-50
Baş gicəllənməsi, ürək bulanma, zəiflik
50-60
Koma, ölüm
Karbon 1-oksidin təsir indiaktoru qanda törəmə hemoqlobinin – karboksihemoqlobinin (COHb) təyin
edilməsidir. Bu metoddan həm ekoloji epidemiologiyada, həm də tibbi məhkəmədə geniş istifadə olunur. 11.2
83>
Dostları ilə paylaş: |