QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə35/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   31   32   33   34   35   36   37   38   ...   94

 
75 
 
Şəkil 5.5. Su hövzəsinin qidalanma zənciri 
 
Lakin  müxtəlif  ekosistemlərdə  say  piramidası  formasına  görə  olduqca  fərqlənir,  ona  görə  sayın  cədvəl 
formasında  verilməsi  daha  yaxşı  olar.  Bioloji  kütlənin  isə  qrafik  şəklində  göstərilməsi  məqsədəuyğundur.  O, 
müəyyən  trofik  səviyyədə  canlı  maddənin  miqdarını  aydın  göstərir,  məsələn,  vahid  kütlənin  vahid  sahədə 
yerləşməsi – q/m
2
 və ya həcm – q/m
3
 və s. ilə ifadə olunur.  
Yerüstü  ekosistemlərdə  biokütlənin  aşağıdakı  piramida  qaydası  fəaliyyət  göstərir:  bitki  kütləsinin  cəmi 
bütün  otyeyənlərin  kütləsindən  artıqdır,  otyeyənlərin  kütləsi  isə  bütün  yırtıcıların  biokütləsindən  yüksəkdir 
(şəkil 5.6.). 
şəkildə bəzi biosenozlarda biokütlə piramidaları göstərilir. 
  
 
Şəkil 5.6. Bəzi biosenozların biokütləsinin piramidası (F.Dre, 1976) P – 
produsentlər; BK – bitki konsumentləri; ƏK  ətyeyən konsumentlər; F 
– fitoplankton; Z – zooplankton 
  
Şəkildən görünür ki, yuxarıda göstərilən biokütlənin piramida qaydası okean üçün gerçək (uyğun) olmayıb 
çevrilmiş (döndərilmiş) şəkildədir. Okean ekosistemi üçün yırtıcıların biokütləsinin yüksək səviyyədə toplanması 
xarakterikdir.  Yırtıcılar  uzun  illər  ömür  sürür,  onların  generasiya  dövriyyəsinin  sürəti  aşağıdır,  lakin 
produsentlərin  –  fitoplankton  yosunlarının  dövriyyə  qabiliyyəti  biokütlənin  ehtiyatını  yüz  dəfələrlə  ötüb  keçə 
bilər.  Bu  o  deməkdir  ki,  təmiz  məhsul  burada  da  konsumentlərin  yediyi  məhsuldan  da  artıqdır,  yəni 
produsentlər səviyyəsindən keçən enerji bütün konsumentlərdən keçən enerjidən yüksəkdir.  
Buradan məlum olur ki, trofik əlaqələrin ekosistemə təsirinin daha mükəmməl əksi məhsulun (və ya enerjinin) 
piramida qaydası olmalıdır: vahid zaman ərzində hər özündən əvvəlki trofik səviyyədə biokütlənin (və ya enerjinin) 
miqdarı özündən sonrakından artıqdır. Məhsul piramidası trofik zəncirlərdə enerjinin sərfi qanununu əks etdirir. 5.7. 
şəkildə enerji piramidası göstərilir (Y.Odum, 1986).  
Nəticədə, piramidanın hər üç qaydası ekosistemdə enerji əlaqələrini əks etdirir, məhsul (enerji) piramidası 
isə universal xarakter daşıyır. 
  


 
76 
 
Øÿêil 5.7. Åëòîíóí ñàäÿëÿøäèðèëìèø ïèðàìèäà ñõåìè (Ã.À.Íîâèêîâ, 1979) 
Təbiətdə stabil sistemlərdə biokütlə az dəyişir, yəni təbiət ümumi məhsulu tam istifadə etməyə cəhd edir. 
Ekosistemin enerjisi və onun kəmiyyət (say) göstəriciləri haqda əldə edilən məlumat məhsuldarlığı pozmadan 
(dağıtmadan)  təbii  ekosistemlərdən  hər  hansı  bir  miqdarda  bitki  və  heyvan  biokütləsini  götürmək 
mümkünlüyünü dəqiq nəzərə almağa imkan verir.  
İnsan  təbii  sistemlərdən  kifayət  qədər  çox  məhsul  götürür,  buna  baxmayaraq  onun  üçün  əsas  yem 
mənbəyi kənd təsərrüfatı hesab olunur. Aqrosistem yaradaraq insan daha çox təmiz bitki məhsulu götürməyə 
çalışır, lakin otyeyən heyvanları, quşları və s. yemləmək üçün bitki kütləsinin yarısı sərf edilməlidir, məhsulun 
çox  hissəsi  sənayeyə  gedir  və  tullantılarda  itirilir,  yəni  burada  təmiz  məhsulun  90%-i  itir  və  yalnız  10%-i 
bilavasitə insan tərəfindən istifadə olunur.  
 


 
77 
 
 
Təbii  ekosistemlərdə  enerji  axınları  da  öz  intensivliyi  və  xarakteri  üzrə  dəyişir,  lakin  bu  proses  ekoloji 
faktorların təsiri ilə nizamlanır, bu isə bütövlükdə ekosistemin dinamikasında təzahür olunur.  
 
5.5. Ekosistemin dinamikası  
Ekosistem də ona daxil olan sistemlərdə (populyasiya, qruplaşma və s.) olduğu kimi dinamiki prosesləri 
(tsikllik, populyasiyanın və biosenozun dəyişməsi və s.) keçirir.  
 
5.5.1.  Tsikllik  dəyişmə.  Xarici  şəraitin  sutkalıq,  mövsümi  və  çoxillik  dövriliyi  və  orqanizmlərin  daxili 
(endogen) ritmlərinin təzahürü, populyasiyaların fluktuasiyası bütün qruplaşmaların – biosenozların tsiklliyində 
kifayət qədər sinxron (eyni zamanda baş vermə) əks olunur.  
Sutkalıq  tsikllər  gündüz  və  gecə  temperaturları  arasında  böyük  fərq  olan  yüksək  kontinental  iqlim 
şəraitində  daha  kəskin  keçir.  Məsələn,  Orta  Asiyanın  qum  səhralarında  qızğın  günorta  çağında  bir  çox 
heyvanlar  ya  yuvalarında gizlənir,  yaxud  da  yayda  gecə  həyat  tərzi,  bəziləri  isə  (ilanlar,  hörümçəklər  və  s.) 
qışda gündüz həyat tərzi keçirir. Lakin sutkalıq ritmlər bütün coğrafi zonalarda müşahidə edilir, hətta tundrada 
qütb günündə bu ritmə uyğun olaraq bitkilərin çiçəkləri açılır və bükülür. İ.A.Şilov (2001) qeyd edir ki, sutka 
ərzində  qanunauyğun  ritmik  dəyişmələrdə  biosenotik  sistemlərdə  növ  tərkibində  və  əsas  qarşılıqlı  əlaqə 
formalarında prinsipial dəyişiklik  baş vermir.  Buna əsaslanaraq o, bu prosesi biosenozun sutkalıq dinamikası 
deyil,  biosenozun  sutkalıq  aspekti  adlandırılmasını  təklif  edir.  O,  qeyd  edir  ki,  sutkalıq  aspekt  növlərin 
sutkalıq ritm həyat fəaliyyətində aktivliyi ilə təyin olunur. Məsələn,  mülayim qurşaq meşələrində biosenozun 
gündüz aspektində gündüz aktivliyi ilə seçilən həşəratlar, quşlar və bəzi digər heyvanlar üstünlük təşkil edir: 


 
78 
burada çiçəkli bitkilər arasında bitkilərin əksəriyyəti gündüz çiçək açdığından çiçəkləmə dövründə gözəl gündüz 
aspekti yaranır. Gecə vaxtları gecə heyvan növləri (gecə kəpənəkləri, bir çox məməlilər, quşlardan keçisağan, 
bayquş və b.) və gecə heyvanları ilə tozlanan bitkilərin aktivliyi ilk sıraya çıxır.  
Balıqlar  arasında  da  gündüz  və  gecə  aktivliyi  olan  formalar  mövcuddur.  Planktonun  və  planktonla 
qidalanan heyvanların sutkalıq şaquli miqrasiyası məlumdur.  
Biosenozların sutkalıq aspektləri onların «sığınacaq strukturunu» əks etdirir. Vaxta görə aktivlik dövrlərinin 
bölünməsi birbaşa (bilavasitə) rəqabətin səviyyəsini aşağı salır (zəiflədir) və bununla da, eyni bioloji tələbatı 
olan  növlərin  bir  yerdə  yaşamağına  şərait  yaradır.  Ümumiyyətlə,  sutkalıq  aktivliyin  ayrılması  biosenozu 
mürəkkəbləşdirir, onun bioloji müxtəlifliyini və mühit resurslarının tam istifadəsinə imkan yaradır.  
 
5.5.2.  Mövsümi  tsikllər.  Mövsümi  dəyişkənlik  ekosistemin  daha  fundamental  xarakteristikasına 
toxunur. İlk növbədə bu, biosenozun növ tərkibinə aiddir. İlin əlverişsiz mövsümlərində bir sıra növlər yaxşı 
yaşayış şəraiti olan rayonlara miqrasiya edir. Belə hadisə köçəri quşlar, bir sıra dırnaqlı məməlilər və b. üçün 
xasdır. Oturaq növlər biosenozun əsas nüvəsini təşkil edir, onun mövsümi görünüşünü və ayrı-ayrı dövrlərdə 
biosenotik əlaqələrini təyin edir. Bir sıra növlər ilin müəyyən vaxtında qruplaşmanın həyatından praktiki olaraq 
kənarlaşır  və  dərin  sükutluq  halına  (poykiloterm  heyvanların  donuşluğu,  homoyoterm  heyvanların  qış-yay 
yuxusu. həşəratların diapauzası) keçirir və ya digər biotoplara və coğrafi rayonlara köçürlər.  
Bitki qruplaşmalarında da mövsüm üzrə həm struktur (yarpaqların tökülməsi, birilliklərin sıradan çıxması, 
ot örtüyünün quruması), həm də funksional (fotosintezin intensivliyinin dəyişməsi, bioloji kütlənin toplanması 
və s.) dəyişiklik keçirir.  
Biosenozların  mövsümi  aspektləri  landşaft  –  iqlim  zonalarında  daha  yaxşı  təzahür  olunub  mühitin  fiziki 
parametrlərinin yayda və qışda kəskin dəiyşməsi ilə ayrılır. Qismən bu tundrada da yaxşı təzahür olunur – yay 
dövründə  bura  çoxlu  quş,  həşərat  və  digər  heyvan  növləri  gəlir,  qış  dövründə  onların  əksər  hissəsi  cənuba 
miqrasiya  edir  (quşların  çoxu,  şimal  maralı),  digərləri  donuşluğa  qərq  olaraq  aktiv  həyatdan  kənarlaşır 
(həşəratlar, digər onurğasızlar). Uzun qütb gecəsi fotosintez imkanının qarşısını alaraq tundra ekosistemlərinin 
mövsümi dinamikasının funksional əhəmiyyətini daha da ağırlaşdırır.  
Tropikada biosenozların mövsumi fəaliyyəti o qədər də ritmik olmasa da müşahidə edilir. Burada onun 
ən geniş yayılan forması – quraqlıq və rütubətli dövrlərin dəyişməsi olub bioloji cəhətdən müəyyən əhəmiyyətə 
malikdir.  
Su mühitində mövsümi bioloji proseslər hidroloji mövsümlərlə əlaqədardır. Müxtəlif zonalarda onlar bir-
birinə  uyğun  gəlmir  və  su  orqanizmlərinin  növ  tərkibinin,  onların  biokütləsinin  və  bioloji  aktivliyinin 
qanunauyğun  dəyişməsi  ilə  xarakterizə  olunur.  Belə  ki,  dəniz  plankton  qruplaşmaları  vaxta  görə  inkişaf 
fazasının dəyişməsini aydın nümayiş etdirir. «Bioloji yaz» fitoplanktonun kütləvi inkişafı («dənizin çiçəkləmə 
dövrü»)  ilə  xarakterizə  olunur,  halbuki  zooplanktonların  əksəriyyət  növlərinin  bu  fonda  çoxalması  başlanır. 
«Bioloji yay», əksinə, zooplanktonun kütləvi artımı, plankton yosunlarının isə azalması ilə fərqlənir. «Bioloji 
payız» Arktika dənizlərində planktonun ümumi azalması, mülayim zona dənizlərində isə «payız çiçəkləməsi» - 
plankton  orqanizmlərinin  sayının  ikinci  partlayışı  ilə  əlamətdardır.  Qış  planktonun  biokütləsinin  minimum 
vaxtıdır, bununla belə bu mövsümi bir çox növlər sükut mərhələsində keçirir. Ayrı-ayrı mövsümlərin uzunluğu 
geniş  miqyasda  dəyişir:  tropiklərdə  vegetasiya  mövsümü  praktiki  olaraq  ilboyu  davam  edir,  Arktika 
dənizlərində isə adətən 2-3 aydan artıq çəkmir.  
Qeyd  edildiyi  kimi,  biosenozun  sutkalıq  və  mövsümi  aspektləri  növlərin  sayının  dəyişməsindən  asılı  ola 
bilər,  lakin  həmin  biosenoz  tipinin  parametrlərinə  prinsipial  toxunmur.  Belə  hallarda  sistemin  kəmiyyət 
dəyişkənliyindən söhbət açmaq olar, sistemin keyfiyyət xarakteristikası isə dəyişməmiş qalır.  
 
5.5.3. Çoxillik dəyişkənlik (tsikllik). Bütün biosenozlar üçün normal hadisə hesab olunur. O, illər üzrə 
meteoroloji  şəraitin  (iqlimin  fluktuasiyası)  və  ya  digər  xarici  faktorların  (məs.,  çay  daşqınının  sürətindən) 
dəyişməsindən asılıdır. Bununla yanaşı, çoxillik dövriyyəlik edifikator bitkilərin həyat tsikllərinin xüsusiyyətləri 
ilə,  heyvanların  (o  cümlədən  həşəratların)  kütləvi  çoxalmasının  təkrar  olunması  və  ya  bitki  üçün  xəstəlik 
törədən (patogen) mikroorqanizmlərin kütləvi artması ilə bağlı ola bilər.  
Fıstıq meşələrində yetişmiş yaşında ağacların sıx çətirlərinin kölgəsi altında meşəaltı kollar və canlı örtük 
(ot  örtüyü)  sıxışdırılaraq  məhv  edilir.  Məlum  olduğu  kimi,  fıstıq  kölgəyə  davamlı  ağac  sayılsa  da,  onun 
yeniyetmələrinin (cücərtiləri) böyüməsi və inkişafı üçün az da olsa müəyyən miqdarda işıq tələb olunur. Odur 
ki, qalın meşə döşənəyi üzərində və işıqsız şəraitdə fıstıq cücərtilərinin əmələ gəlməsinə şərait yaranmır. Lakin 
müəyyən vaxt keçdikdən sonra yaşı ötmüş (qoca) ağaclar yıxılır, «pəncərələr» yaranan işıq düşən sahələrdə 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə