QƏRİB MƏMMƏDOV, MAHMUD XƏLİLOV
EKOLOGİYA, ƏTRAF MÜHİT VƏ İNSAN
Ali məktəblər üçün dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurası
«Biologiya bölməsinin» 29.06.2006-cı il tarixli 14 saylı iclas protokolu ilə
ali məktəb tələbələri üçün dərslik kimi təsdiq edilmişdir.
BAKI – «ELM» – 2006
2
Elmi redaktor: akademik B.Ə.Budaqov
Rəyçilər: Şəhvələd Xəlilov – AMEA-nın müxbir üzvü, c.e.d.
Məcnun Babayev – b.e.d., professor, Rusiya Ekologiya Akademiyasının üzvü, Beynəlxalq
Noosfer Akademiyasının həqiqi üzvü
Məmmədov Q.Ş., Xəlilov M.Y.
«Ekologiya, ətraf mühit və insan»
Bakı, «Elm» nəşriyyatı – 2006, 608 s.
ISBN 5 – 8066 – 1765 - 3
Kitabda dünyada, o cümlədən Azərbaycanda ekologiya elminin inkişaf tarixi, müxtəlif səviyyələrdə
(populyasiya, biosenoz, ekosistem, biosfer) təbii sistemlərin funksiyalarının əsas qanunauyğunluqları, insan
ekologiyası; insan tərəfindən təbii ekosistemlərin fəaliyyət prinsiplərinin pozulması və onun ekoloji nəticələri;
ətraf mühitin (atmosfer, hidrosfer, litosfer, o cümlədən torpaq) əsas çirkləndiricilərinin ətraflı xarakteristikası
və onların insanın sağlamlığına təsiri; energetika və ekologiya; iqlimin qlobal dəyişməsi və onun təbii-sosial-
iqtisadi nəticələri, istilik (parnik) effekti, ozon təbəqəsini dağıdan səbəblər, turş yağışlar, litosferə, o cümlədən
torpağa antropogen təsir, nitrat və nitritlərin insan sağlamlığına təsiri, səhralaşma, bitki örtüyünə antropogen
təsirin nəticələri, təbii otlaqların vəziyyəti, bioloji müxtəliflik və onun deqradasiyasının səbəbləri, dərman
bitkilərindən istifadə, təbiətin müxtəlif istiqamətli dəyişdirilməsi və insan sağlamlığı; səs və elektromaqnit
çirklənməsinin insan sağlamlığına təsiri; kütləvi qırğın silahları, müharibələr, nüvə silahları, texnogen ekoloji
qəzaların ətraf mühitdə nəticələri, təbii fəlakətlərin nəticələri, ətraf mühitin zərərli sosial faktorlarının insanın
sağlamlığına təsiri.
«Ekologiya, ətraf mühit və insan» kitabı ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, torpaqşünaslar, meşəçilər,
kənd təsərrüfatı, həmçinin təbii ehtiyatlardan istifadə problemləri və onların mühafizəsi məsələləri ilə məşğul
olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Ecology, Environment and Man
Garib Shamil oglu Mammadov
Mahmud Yusuf oglu Khalilov
The development history of the science of ecology, basic principals of general ecology, studies on bios-
phere, man ecology, anthropogenic influence on biosphere and questions of its influence on human health are
widely elucidated in the book.
The book is intended for wide reader mass.
© «Elm» nəşriyyatı, 2006
3
GİRİŞ
İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. İnsanın həyatında və fəaliyyətində təbiətin rolunu
qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin
rifah və inkişaf səviyyəsini təyin edir.
Hələ XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii
sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət
hüdudunda qaldı. Ekoloqların fikrincə əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra
onu fəlakət gözləyir.
XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya
proseslərinin əlamətlərini yaratdı. Milyon illər ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz
qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü.
XX əsrin əvvəlində Yer üzərində əhalinin sayı cəmi bir milyarda yaxın idi, əsrin sonunda isə, yəni bir əsr
ərzində bu rəqəm 6 dəfə artaraq 6 milyarda çatdı. Ekoloqların əksəriyyəti belə hesab edirlər ki, təbii resursların
tükənməməsi və texnogen fəaliyyət nəticəsində dəyən ziyanın təbii yolla bərpa olunması üçün Yer üzərində
əhalinin sayı 1-1,5 mlrd. nəfər hüdudunda olmalıdır.
Elmi-texniki inqilab həyatda məlum olmayan və ağıla sığmayan çox böyük gərginliklər yaratdı: aviasiya və
avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və s. Bu və digər sahələr təbiət üçün zərərli olmaqla
yanaşı, həm də təbii resursların azalmasına, bəzən tükənməsinə səbəb oldu. Belə ki, materiallardan və
enerjidən istifadə XX əsrdə son dərəcə sürətlə artaraq, hətta əhali artımını da keçdi. Enerjidən istifadə 10
dəfə, materiallardan istifadə isə 9 dəfə çoxaldı.
İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı əlaqəsi bu gün dünya əhalisinin əksəriyyətinin həyat şəraitinin
dəyişməsinə səbəb oldu. Antropogen fəaliyyətin nəticələri aşağıdakı kimi təzahür olunur.
•
Meşələrin məhv edilməsi, bozqırların (çöllərin) şumlanması, meliorasiya, süni göllərin və dənizlərin
yaradılması, meqapolislərin salınması, yol, kanal və trasların tikilməsi nəticəsində yer səthinin landşaftı dəyişir.
Təbii ekosistemlərin sahəsi hər il 1 % sürətilə azalır, o cümlədən meşələrin (xüsusilə tropik meşələrin) sahəsi
ildə 200 min ha azalır, səhraların sahəsi isə ildə 60 min km
2
genişlənir. Hazırda pozulmayan (təbii)
ekosistemlərin yalnız 40 %-ə qədəri qalmışdır.
•
Atmosferdə parnik (istilik) effekti yaradan toz və qazların toplanması nəticəsində yerin istilik balansı
dəyişir, qlobal istiləşmə baş verir.
•
Ozon təbəqəsinin ildə 1-2 % nazilməsi, ozon «bacalarının» (deşiklərinin) əmələ gəlməsi müşahidə
edilir.
•
Torpağın deqradasiyası (şorlaşma, şorakətləşmə, eroziya, münbitliyin aşağı düşməsi) baş verir.
•
Torpaqda, suda, havada zərərli maddələr toplanır.
•
Okeanın səviyyəsi qalxır (ildə 2 mm-dən 1 sm-ə qədər)
•
Bitki və heyvanların bilavasitə məhv edilməsi və antropogen mühitin onlara mənfi təsiri, həmçinin
yeni heyvan cinslərinin və bitki çeşidlərinin yaradılması və onların yeni sahələrə köçürülməsi, nəticəsində
növ, populyasiya və ekosistemlər səviyyələrində növ müxtəlifliklərinin aşağı düşməsi (kasatlaşması) hesabına
bitki örtüyü və heyvanat aləminin tərkibi dəyişir.
•
Zərərli fiziki sahələrin (səs, infrasəs, elektromaqnit sahəsi) təsiri yaranır və intensivliyi yüksəlir.
•
Texnogen qəzaların və təbii fəlakətlərin sayı, onların vurduğu ziyanlar, ölümün sayı hər il 5-10 %
artır.
•
Həyatın (yaşayışın) keyfiyyəti (genetik və yeni xəstəliklər, immun statusu) müəyyən dərəcədə
pisləşir.
Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə sıxı bağlı mexanizmlərini, ətraf mühitin (təbiətin) insanın
təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən
təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı (davamlı) halda
saxlamağı proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekologiya elminə tələbat və maraq günü-gündən
artır.
Dostları ilə paylaş: |