115
Beləliklə, ilkin genofondun təxminən 50%-i sonrakı nəsillərdə təzələnmir, bu hadisənin əksər hissəsi
genetik cəhətdən asılı olur.
Bütün digər növlər kimi insan da mühitdən asılı olduğu kimi, özü də mühitə təsir göstərir. Heyvandan
fərqli olaraq insan zehni inkişafa (intellektə) malikdir. Onun intellekti mühüm faktor sayılan qida məhsullarının
çatışmazlığını kənd təsərrüfatı – maldarlıq və əkinçilikdən istifadə etməklə tənzimləməkdir. Bu, təxminən 10
min il əvvəl baş vermişdir. İnsan özünün müstəqil (xüsusi) ekoloji sistemini qurmağa başladı.
İnsanın düşüncə qabiliyyəti, lazımi əmək alətlərini yaratması müvəqqəti də olsa, adi abiotik və biotik
faktorların təsirinin qarşısını almaqda ona köməklik göstərdi. B.Nebel (1993, I cild) qeyd edir ki, bu təsirlərin
qarşısının alınmasında insan aşağıdakılara nail olmuşdur:
1) Bol ərzaq məhsulu əldə etmək;
2) Su anbarları yaradaraq, onun suyunu yaşayış məntəqələrinə və tarlalara çıxarmaq;
3) Yırtıcı və bir sıra xəstəliktörədən orqanizmlərə qarşı vasitələr yaratmaq;
4) Yaşayış yeri tikməklə onu öz istəyinə uyğun qızdırmaq və ya soyutmaq üsullarını öyrənmək;
5) Digər növlərlə rəqib mübarizəsində qalib çıxmaq.
İnsan limiti təyin edilmiş (həddini aşmış) faktorların təsirinin qarşısını almağı öyrənsə də, ona 100% qalib
gəlməyə qadir deyildir. Y.Odum (1975) qeyd edir ki, insan öz mənzilini, öz iş yerini kondensionerləşmiş hava
ilə təchiz edə bilər, lakin özünün iqlimdən asılı olmadığını zənn edə bilməz, əks halda kondensionerləşdirilmiş
hava ilə tarlalarını, ev heyvanlarını və s.-ni də kondensionerləşmiş hava ilə təchiz edə bilərdi. Deməli, insan
hələ də iqlim hadisələrindən – isti və soyuqdan, quraqlıq və yağışdan və digər hadisələrdən asılı olaraq qalır.
Beləliklə, insan sosial varlıq olsa da, əslində təbiət həmişə onun varlıq faktoru olaraq qalacaq və insanı
əhatə edən mühitin ayrılmaz hissəsini təşkil edəcəkdir. Bura həmçinin insanın yaratdığı süni mühit və ictimai
əlaqələr də daxildir. Süni məskunlaşma mühiti də insana təsir göstərir, yaxud burada əks əlaqə yaranır, bu
əlaqə insan populyasiyalarında baş verən həm bioloji, həm də sosial proseslərə təsir edir.
8.3. İnsan populyasiyası
İnsan populyasiyası, yaxud xüsusi növün populyasiyası – Homo sapiyens, heyvan populyasiyalarının
xassələrinə malikdir, lakin süni mühitin, sosial-iqtisadi şəraitin və sairə faktorların, yəni sosiumun (bu
faktorların cəmi sosium adlanır) təsiri nəticəsində bu xassələrin təzahürünün forma və xarakteri olduqca
fərqlənir.
Yer üzərində bütün insanlar bəşəriyyət populyasiyası sistemini əmələ gətirir. Bu populyasiyanın
artması təbii resurslar, həyat şəraiti sosial-iqtisadi və genetik mexanizmlərlə məhdudlaşır (Reymers, 1994).
İnsan bu məhdudlaşdırıcı faktorların əhəmiyyətini artıq kifayət qədər dərk edir. Sosial-iqtisadi faktorlar artıq
müəyyən dərəcədə nizamlayıcı kimi görünsə də, bu faktorlara hələ ki, az əhəmiyyət verilir. Bu baxımdan, əgər
insan həqiqətən düşünərək ağılla hərəkət edərsə, Y.Oduma (1975) görə o, aşağıdakılara əməl etməlidir:
1) Şəxsi populyasiya artım formasını öyrənməli və dərk etməli;
2) Müəyyən sahənin həcmi ilə əlaqədar əhalinin miqdarca optimum ölçüsünü və konfiqurasiyasını təyin
etməli;
3) «Təbii tənzimlənmə» fəaliyyətdə olmayan yerdə «mədəni tənzimləmə»ni qəbul etməyə hazır olmalıdır.
8.4. Yerin təbii resursları – insanın həyat faktoru kimi
Resurs dedikdə öz ehtiyacını və arzularını təmin etmək üçün insanın təbii mühitdən əldə etdikləri hər bir
şey nəzərdə tutulur. İnsanın tələbatını maddi və mənəvi tələbata bölmək olar. Təbii resurslardan istifadə
etdikdə o, müəyyən qədər insanın mənəvi tələbatını da ödəyir. Məsələn, estetik («təbiətin gözəlləyi»),
rekreasiya və s. Lakin onun əsas təyinatı, məqsədi – insanın maddi tələbatını ödəməkdir, yəni maddi
nemətlər yaratmaqdır.
Beləliklə, təbii resurs dedikdə, o, təbii obyektlər və hadisələr olub, insan onlardan maddi nemət kimi
istifadə edir. Bu isə bəşəriyyətin mövcudluğunu saxlamaqla yanaşı, həm də tədricən həyatın keyfiyyətinin
yüksəlməsini təmin edir.
İnsan tərəfindən istifadə edilən təbii resurslar olduqca müxtəlif olub, onların təyinatı, mənşəyi, istifadə
üsulları müxtəlifdir. Bu isə onları müəyyən istiqamətdə sistemləşdirməyi tələb edir. Təbii resursları
təsnifatlaşdırmaq üzrə bir neçə yanaşmalar mövcuddur. Onlar aşağıdakılardır.
Mənşəyinə görə təbii resurslar bioloji, mineral və energetik resurslara bölünür.
Bioloji resurslar – bura biosferin bütün canlı mühitəmələgətirən komponentləri (produsentlər,
konsumentlər və redusentlər və onlarla bağlı genetik resurslar) daxildir (Peymers, 1990). Onlar insanların maddi
116
və mənəvi nemətlərinin mənbəyi sayılır. Bura mədəni bitkilər, ev heyvanları, mənzərəli landşaftlar,
mikroorqanizmlər, bitki resursları, heyvanat aləmi resursları və s. aiddir. Genetik resurslar xüsusi əhəmiyyət
kəsb edir.
Mineral resurslar – Bura litosferi təşkil edən istifadə üçün yararlı bütün maddələr daxildir. Onlar
təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal filiz halında olub ondan
metal alınır və qeyri filiz halında olub, ondan qeyri metal komponentlər (fosfor və b.) əldə edilir, yaxud da
tikinti materialı kimi istifadə olunur.
Mineral ehtiyatlar yanacaq kimi (daş kömür, neft, qaz. qaynar şistlər, torf, oduncaq, atom enerjisi) istifadə
edilməklə yanaşı, buxar və elektrik əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar
yanacaq-energetik resurslar adlanır.
Energetik resurslar. Günəş və kosmos, atom-energetikası, yanacaq- energetikası, termal və digər
enerji mənbələrinin məcmusu energetik resurslar adlanır.
İstehsalatda istifadə olunmasına görə təbii resursları aşağıdakı təsnifata ayırırlar:
- Torpaq fondu. Hər hansı bir ölkə, rayon, yaxud bütün dünya ərazilərindəki torpaqlar öz təyinatına görə
aşağıdakı qruplara daxil olur: kənd təsərrüfatı, yaşayış məntəqələri, qeyri kənd təsərrüfatı təyinatlı (sənaye,
nəqliyyat, dağ-mədən və b.). Dünyanın torpaq fondu – 13,4 milyard hektar təşkil edir. Kənd təsərrüfatı
istehsalı resurslarına aid olan təbii elementlər kənd təsərrüfatı məhsulu əldə etməkdə iştirak edir: a) aqroiqlim
resursları – mədəni bitkilərin böyümə və inkişafına lazım olan istilik və rütubətlik; b) torpaq resursları.
- Bitki örtüyü fondu – Qurunun torpaq fondunun bir hissəsi olub bura meşə fondu və otlaqlar daxildir.
Bu ərazilərdə kənd təsərrüfatı istehsalı və xüsusi mühafizə olunan obyektlər (qoruq və b.) təşkil olunur və
bunlar bioloji resursların bir hissəsi sayılır.
- Su resursları - Təsərrüfatda müxtəlif məqsədlər üçün istifadə edilən yeraltı və yerüstü suların
məcmusu (əsas mənbəyi çay suları hesab edilən şirin su resursları xüsusi əhəmiyyət kəsb edir).
- Hidroenerji resursları – Çay suları və okeanın qabarma – çəkilmə fəaliyyəti və b.
- Fauna resursları – Ekoloji tarazlığı pozmadan insan tərəfindən istifadə olunan su, meşə və başqa
yerlərdə məskunlaşan heyvanlar.
- Faydalı qazıntılar (filiz, qeyri-filiz, yanacaq-energetik) – Təsərrüfatda istifadə oluna bilən Yer
qabığında mineralların təbii toplanması. Toplanan faydalı qazıntılar, onların yataqlarını əmələ gətirir, onların
ehtiyatı sənaye əhəmiyyəti daşımalıdır.
İnsan tərəfindən istifadə edilmə vaxtına görə təbii resurslar real və potensial resurslara bölünür. Real
resurslara hazırda insanların istehsalat prosesində istifadə etdiyi resurslar aiddir. Bunlara misal olaraq ilk
növbədə istifadə olunan torpaqlar, müxtəlif bitkilər, ov balıqları, istehsal olunan neft, daş kömür, qaz, elektrik
enerjisi və s. daxildir. Məlum olduğu kimi, insanlar özünün ilk inkişaf dövründə torpaq, bitki və heyvanat
aləmindən primitiv istifadə etmiş, sonralar isə insan texnika ilə silahlanaraq heyvan, quş, balıq, ovlamış,
meşələri qırmış, torpağı becərmiş, daha sonra neft, daş kömür, qaz istehsal etmiş, yaxın zamanlarda isə atom
enerjisindən istifadə etməyə başlamışdır.
Potensial təbii resurslar isə müəyyən səbəblərdən insan tərəfindən (əsasən texniki səbəbdən) ya
istifadə edilmir, yaxud da kifayət dərəcədə istifadə olunmur. Bura Günəş enerjisi şüaları, dəniz qabarma –
çəkilmələri, külək və b. aiddir. Bura insan tərəfindən mənimsənilə bilməyən planetləri, məsələn, Ay planetini
də aid etmək olar.
Təbii resurslar elementar və ya sadə və kompleks və mürəkkəb resurslara ayrılır. Elementar
resurslar tərkibinə görə yekcins (oksigen, hidrogen, dəmir, külək enerjisi və s.), kompleks resurslar isə bir
neçə elementdən təşkil olunur, məs. atmosfer havası, torpaq, su, filiz, daş kömür və b.
Məlum olduğu kimi, insan öz təsərrüfat fəaliyyətində təbii resurslara təsir göstərir. Bu səbəbdən onların çoxu
azalır və son nəticədə tamamilə tükənə bilər. Odur ki, təbii resursların uçotu aparıldıqda və onlar təsərrüfat üçün
əldə edildikdə onların ehtiyatının tükənməsi anlayışından istifadə olunur. Buna görə təbii resursların belə təsnifatı
ekoloji təsnifat da adlanır.
Bütün təbii resurslar tükənmə dərəcəsinə görə iki qrupa bölünür: tükənən və tükənməyən (şəkil
8.2).
Tükənən təbii resurslar. Yer qabığında və ya landşaft mühitində əmələ gəlir, lakin onların həcmi və
yaranma sürəti zamanın geoloji şkalası ilə ölçülür. Bununla belə, insan tərəfindən onların istifadəsinin həcmi
təbii bərpası sürətini olduqca keçir. Bunun nəticəsində bu təbii resursların tükənməsi qaçılmazdır.
Tükənən resursların qrupuna müxtəlif sürətlə və müxtəlif həcmlə əmələ gələn resurslar daxildir. Bu
baxımdan, tükənən resurslar bərpa oluna bilməyən, bərpa olunan və nisbətən bərpa oluna bilən
Dostları ilə paylaş: |