117
növlərə ayrılır.
Şəkil 8.2. Bərpa olunmasına görə təbii resursların təsnifatı
Bərpa oluna bilməyən resurslara demək olar ki, bütün mineral və qismən torpaq resursları aiddir.
Faydalı qazıntılar yer qabığının dərinliklərində daim filizyaranma prosesləri nəticəsində əmələ gəlir. Lakin bu
resursların əmələ gəlməsinə olduqca uzun dövr (on və yüz milyon illər) tələb olunur. Odur ki, onların
təsərrüfat baxımından hesablanması praktiki olaraq qeyri mümkündür. Bununla əlaqədar olaraq bütün mineral
resurslar tükənən, eyni zamanda bərpa olunmayan resurslar hesab olunur.
Torpaq resursları təbii halında insan cəmiyyəti fəaliyyətinin maddi bazisi sayılır. Ərazinin
mənimsənilmə mümkünlüyünə və təsərrüfat fəaliyyətinə relyef şəraiti əhəmiyyətli dərəcədə təsir göstərir.
Karxana üçün və ya iri sənaye və mülki tikinti zamanı süni surətdə relyefin dəyişilməsilə pozulmuş ərazi
(torpaq) bir daha təbii halında bərpa oluna blməz.
Кейфиййятъя
Бярпа
Файдалы
Нисби бярпа
олунан
Чох йашлы
Торпаьын
Бязи минерал
Битки юртцйц
Щейванат алями
Бярпа олунан
Эцняш енержиси
Су енержиси
Кцляк енержиси
Йер тякинин
Су
Атмосфер щавасы
Кямиййятъя
Т
ц
к
я
н
я
н
Т
ц
к
я
н
м
я
й
я
н
Т
я
б
и
и
р
е
с
у
р
с
л
а
р
118
Bərpa olunan resurslara bitki örtüyü və heyvanat aləmi daxildir. Hər iki resurs az bir zaman ərzində
(bir-iki insan nəsli dövründə) bərpa oluna bilir.
Nisbi bərpa olunan və ya məhdud bərpa olunan resurslara olduqca defisit sayılan aşağıdakı təbii
sərvətlər aiddir: a) məhsuldar əkinə yararlı torpaqlar olduqca az sahə tutur. Müxtəlif məlumatlara əsasən
quruda cəmi 1,5-2,5 milyard ha təşkil edir. Birinci münbitlik sinfinə aid olan ən məhsuldar torpaqlar 400 mln.
ha sahə tutur (E.P.Romanova və b., 1993). Məhsuldar torpaqlar çox tədriclə əmələ gəlir: məsələn,
qaratorpaq tipinin 1 mm humus horizontunun əmələ gəlməsinə təxminən 100 il vaxt lazımdır. Bununla
belə, torpaqdan səmərəsiz istifadə edilməsi ilə əlaqədar güclü eroziya prosesi nəticəsində yalnız bir il ərzində
torpağın ən qiymətli üst şum qatının bir neçə santimetr dağılmasına səbəb olur. Son 50 il ərzində əksər
dövlətlərin ərazisində torpağın dağılması prosesi olduqca intensiv gedir. Bu torpaqların bərpa olunmasına 1000
illərlə vaxt tələb olunur. Bu, torpaq resurslarını «nisbi bərpa olunan» resurslar qrupuna aid etməyə əsas
verir.
Hazırda sənaye əhəmiyyətli yetişmiş yaşlı meşələr intensiv istismar edilir. Bu hal ən çox tropik
meşələrdə müşahidə olunur. Bir çox inkişaf etməkdə olan ölkələrdə (Nigeriya, Kosta-Rike, Filippin, Tailand,
İndoneziya, Vyetnam və Rusiyada) yetişmiş yaşlı meşələrin sahəsinin azalması çox sürətlə gedir. Belə
meşələrin bərpasına azı bir-iki əsr vaxt tələb olunur və onların olduğu kimi təbii halında bərpa olunması qeyri-
mümkündür.
Bitki örtüyünün intensiv antropogen təzyiq nəticəsində deqradasiyaya uğraması və məhv edilməsi
onların bərpa olunmayan resurs qrupuna keçməsinə səbəb ola bilər. Bioloji növ (bitki, yaxud heyvan) nə qədər
mövcuddursa, o, planetin bərpa olunan hissəsi sayılır. Növün yoxa çıxması ilə o, əbədi olaraq Yer üzərindən
silinmiş olur.
Tükənməyən təbii resurslara okeanın su resursları, iqlim resursları, yer təkinin enerjisi, dəniz
qabarması və dalğaları daxildir.
Planetar miqyasda su resursları praktiki olaraq tükənməyən resurs hesab edilməsi faktı məlumdur.
Lakin Yer səthində su istifadəsi sistemində şirin su ehtiyatı qeyri-bərabər paylanmışdır. Arid və subarid
rayonlarda geniş ərazilərdə suyun çatışmazlığı xüsusilə müşahidə olunur. Sudan qeyri-səmərəli istifadə
olunması nəticəsində regionlar səviyyəsində və lokal səviyyədə su ehtiyatının faciəli azalması baş verir.
Məlum olduğu kimi, Yerin hidrosferinin su obyektlərində suyun ümumi həcmi 1390 mln. km
3
-a
yaxındır. Lakin onun 96,4%-i Dünya okeanının duzlu suları və yalnız 2,6%-i (36 mln. km
3
) şirin suların payına
düşür.
Duzlu dəniz suyunun şirinləşdirilməsi texnologiyası artıq məlumdur. Odur ki, Dünya okeanı, duzlu
göllər və duzlu yeraltı sular gələcəkdə potensial su resursları kimi istifadə oluna bilər. Bərpa olunan şirin suyun
illik miqdarı o qədər də böyük olmayıb müxtəlif məlumatlara görə 41 …. 45 min km
3
təşkil edir. Dünya
təsərrüfatına öz ehtiyacını ödəmək üçün 4,5 min km
3
-ə yaxın su tələb olunur. Bu isə bərpa olunan su
resursunun təxminən 10%-i qədərdir. Deməli, təbiətdən, su resurslarından səmərəli istifadə etmək şəraitində,
bu su resursları tükənməz resurs kimi qiymətləndirilə bilər. Lakin bu prinsiplər pozulduqda ekoloji vəziyyət
olduqca kəskinləşə bilər və hətta planetar miqyasda təmiz şirin su defisiti yarana bilər. Hələ ki, təbii mühit
müxtəlif məqsədlər üçün öz ehtiyaclarını ödəmək üçün hər il bəşəriyyətə 10 dəfə çox su «bəxş» edir.
İqlim resursları dedikdə, konkret ərazi və regionun malik olduğu istilik və rütubət ehtiyatı başa
düşülür (E.P.Romanova və b., 1993). Mövsüm və ərazi üzrə istilik, xüsusilə rütubətlik qeyri-bərabər
paylanmışdır. Havanın temperaturu -90
0
C-dən +80
0
C arasında tərəddüd edir, hərçənd Yer üçün orta
temperatur təxminən +15
0
C təşkil edir.
Quru, bütövlükdə atmosfer rütubətliyi ilə də pis təmin olunmayıb: onun səthinə hər il orta hesabla 119
min km
3
yağıntı düşür. Lakin bəzi rayonlara ildə 12000 mm-dən artıq yağıntı düşdüyü halda, elə geniş ərazilər
də vardır ki, ora 50 … 100 mm-dən də az yağıntı düşür.
Ətraf mühitdə su və havanın miqdarı praktiki olaraq azalmır, lakin insan fəaliyyəti nəticəsində onlar
keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn, suyun miqdarı azalmasa da, içməli suyun miqdarı
azalır. Bu təbii resurslar yalnız müasir texnika və texnologiyanın köməyi ilə (suyun, tozun, qazın təmizlənməsi,
həmçinin səhiyyə-gigiyena işləri) tükənməz qala bilər.
Dostları ilə paylaş: |