QəRİbov asəF ƏZİzov anar


-   praktiki  olaraq  bütün  istehsal  amilləri  beynəlxalq  mobilliyə  malikdir.  Ümumilikdə  isə mobillik dərəcəsi ayrı  -



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə28/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   112
Beynelxalq ticaret emeliyyatlari

  -
  praktiki  olaraq  bütün 
istehsal  amilləri  beynəlxalq  mobilliyə  malikdir.  Ümumilikdə 
isə mobillik dərəcəsi ayrı 

ayrı funksional növlərdən asılı olur
-
 
və ona müxtəlif amillər təsir edir. 
İstehsal amilləri öz mənşəyinə görə aşağıdakılara bolu-
nür: 
-  əsas  (bazis)-  buraya  ölkəyə  təbiət  tərəfindən  bəxş 
olunmuş və ya uzun tarixi inkişafın nəticəsi olan (coğrafi möv-
qe,  təbii  ehtiyatlar,  iqlim,  qeyri-ixtisaslı  iş  qüvvəsi,  borclar) 
istehsal  amilləri  aiddir.  Qeyd  olunduğu  kimi,  bunlar,  adətən 
ölkəyə  təbiət  tərəfindən  bəxş  olunmuş  və  ya  çox  da  böyük 
olmayan kapital qoyuluşu ilə əldə edilmişdir. 
-  inkişaf  etmiş  (developed)-  ölkə  ərazisində  fasiləsiz 
axtarışları  və  böyük  kapital  qoyuluşların  nəticəsində  (müasir 


44 
 
texnologiya,  ixtisaslı  kadrlar,  müasir  infrastrukturla)  əldə 
olunmuş amillər nəzərdə tutulur. 
İstehsal  amilləri  həm  də  müəyyən  istiqamətlərdə  ixti-
saslaşmaqla fərqlənir. İxtisaslaşma dərəcəsi aşağıdakı kimidir: 
-  ümumi  (generai)  -  müxtəlif  növ  məhsulların  (yüksək 
təhsilli  işçi  heyət,  elektrik  alınması  texnologiyası)  yaradılması 
üçün müxtəlif sahələrdə tətbiq edilmə
-  xüsusi  (special)  —  yalnız  bir  sahədə,  yeganə  yaxud 
çox  az  qrup  məhsulların  istehsalı  üçün  (vençur  kapitalı,  bərbər-
xana) tətbiq olunma və s. 
İstehsal  amillərinin  ixtisaslaşma  dərəcəsi  onun  tətbiq 
edilmə  miqyasına  əsasən  müəyyən  edilir.  Təbii  ki,  bu  yeganə 
şərt deyildir və bəzi istisnalar da mövcuddur. Məsələn, yüksək 
ixtisaslı  proqramçı  ixtisası  ümumi  inkişaf  etmiş  amillərə  aid 
edilir  ki,  bunun  da  əsas  səbəbi  onun  ən  müxtəlif  sahələrdə 
geniş  istifadə  olunmasıdır.  Eyni  zamanda,  istehsal  amillərinin 
ayrı-ayrı  növləri  müxtəlif  səviyyəli  beynəlxalq  mobilliyə 
malikdir. 
Araşdırmalardan  aydın  olur  ki,  texnologiyanın  inkişafı 
ilə  onun  strukturu  kimi  əhəmiyyəti  də  sürətlə  azalır.  Məsələn, 
transmilli  korporasiyalar  xarici  ölkələrdə  yerləşən  öz  filialları 
ilə,  çətinlik  çəkmədən  təbii  resurslara  yol  tapa,  xaricdən  iş 
qüvvəsi  gətirmədən  ucuz  daxili  ehtiyatlardan  istifadə  edə 
bilirlər.  Sadə  istehlak  əmtəələrinin  Cənub-Şərqi  Asiyadan 
Amerikaya və ya Rusiyaya axını buna əyani misaldır. 
İnkişaf  etmiş  amillərin  isə,  əksinə  beynəlxalq  mobil-
liyyi yüksəlməkdədir. Burada əsas məqsəd yeni texnologiyalar 
yaratmaqla  bərabər,  dünya  bazarına  çıxarılmış  aşağı  dəyərə 
malik  əmtəə  ilə  rəqibləri  sıxışdırmaqdır.  Məsələn,  ABŞ, 
kompüter istehsalı üzrə qabaqcıl dövlətlərdən olmasına baxma-
yaraq, daim dünyanın hər  yerindən kompüter sahəsində mütə-
xəssisləri  ölkəsinə  cəlb  edir,  Bank  kapitalı  bir  ölkədən  digər 
ölkəyə  daha  çox  gəlirli  sahələr  üçün  yönəlir.  Təbii  ki,  belə 


45 
 
halda hər bir ölkə inkişaf etmiş istehsal amillərini daxildə sax-
lamağa  cəhd  göstərir  və  başa  düşür  ki.  (məsələn,  yeni  texno-
logiyaların  aparılmasını  qadağan  edir,  alimlərin  axınını  məh-
dudlaşdırır;  valyuta  nəzarətini  həyata  keçirir  və  s.)  bu  proses-
lərlə  daxili  inkişafım  daha  da  sürətləndirə  və  dünya  bazarında 
qabaqcıl mövqe tuta bilər. 
Müşahidələr göstərir ki, ümumi amillər, xüsusi amillərə 
nəzərən  daha  yüksək  beynəlxalq  mobilliyə  malikdir  ki,  bu  da 
onun  tətbiqinin  məhsul  nomenklaturası  üzrə  universallığına 
əsaslanır.  Məsələn,  ixtisaslı  kadr  özünü  xaricdə  də  işləməklə 
göstərə bilər (təhsil verməklə, biznes, analitik, sahələrdə, publi-
sistikada və s. kimi). Eləcə də, hasil edilmiş neft, hansısa başqa 
bir  növ  məhsul  əldə  etmək  üçün  istehsal  amili  kimi  dünyanın 
istənilən  ölkəsində  lazımdır.  Kapital  pul  formasında  xarici 
ölkədə  belə  fəaliyyət  göstərən  müəssisənin  səhmlərini  əldə 
etməyə imkan verir və s. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə