QəRİbov asəF ƏZİzov anar


III FƏSİL.Beynəlxalq ticarət nəzəriyyələri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə29/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   112
Beynelxalq ticaret emeliyyatlari

                     III FƏSİL.Beynəlxalq ticarət nəzəriyyələri
 
3.1. Merkantilizm doktrinası 
 
      Beynəlxalq  ticarət  özünü  tarixin  ən  qədim  dövrlərindən 
göstərməyə  başlamışdır.
 
Tarixi  faktlar  göstərir  ki,  bu  fəaliy-
yətin ilkin forması olan xarici ticarət əlaqələri qədim dövlətlər 
arasında  da  mövcud  olmuşdur.  İlk  dövrlərdə  xarici  ticarət 
əlaqələri  ölkələrin  təbii-iqtisadi  ehtiyatlarla  təmin  olunma 
səviyyəsinin müxtəlifliyinə  əsaslanırdı. Belə  ki,  bu müxtəliflik 
ayrı-ayrı  ölkələrin  üstünlüyə  malik  olduqları  təbii-iqtisadi 
ehtiyatlara müvafiq şəkildə məhdud sayda məhsul istehsalında 
ixtisaslaşmalarını  və  həmin  məhsulların  istehsalında  yüksək 
əmək  məhsuldarlığına  nail  olmalarını  şərtləndirirdi.  Bu  isə 
onların digər məhsullara olan tələbatlarını ödəmək məqsədi ilə 
bu  məhsullara  xarici  ticarət  vasitəsilə  özlərində  istehsal 
olunmayan  və  ya  az  istehsal  olunan  məhsullara  dəyişdir-


46 
 
mələrinə şərait yaradırdı. 
Lakin  xarici  ticarət  haqqında  müasir  anlayışlara  uyğun 
ilk  sistemli  fikirlər  yalnız  XV  əsrdən  sonra  merkantilistlər 
tərəfindən  yaradılmışdır.  Ticarət  kapitalı  ideologiyasını  əks 
etdirən  merkantilizm  ideyaları  Avropada  yaranmış  mərkəzi 
milli dövlətlərin iqtisadi siyasət prinsiplərini müəyyən etmişdir. 
"Siyasi  iqtisad"  termini  da  ilk  dəfə,  məhz  merkantilistlər 
tərəfindən  ortaya  atılmışdır.  Belə  ki,  orta  əsrlərin  sonlarında 
Qərbi  Avropada  özünü  göstərən  siyasi  dəyişikliklər,  yəni 
feodalizmin  dağılması  və  mərkəzi  milli  dövlətlərin  yaranması 
prosesi  yeni  ehtiyacların  ortaya  çıxmasına  səbəb  oldu.  Güclü 
mərkəzi  dövlətlərdə  nizami  ordu  və  donanmalar  təşkil  olun-
ması  ilə  əlaqədar  dövlət  xərcləri  xeyli  yüksəlmişdir.  Getdikcə 
artan vergilərin toplanması  da  yeni nəqliyyat  və  rabitə sistem-
lərinin  yaradılmasını  tələb  edirdi  ki,  bunlar  da  əlavə  dövlət 
xərcləri ilə  əlaqədar idi. Milli  dövlətlərin və  ticarət  kapitalının 
pula  olan  kəskin  ehtiyacı  müvafiq  ideologiyanı  da  yaratdı: 
merkantilizm öz iqtisadi görünüşündə pulu və xarici ticarəti ön 
plana  çəkdi.  Onlar  "Milli  sərvət"  anlayışını  da  ticarət  kapita-
lının  mənafeyinə  uyğunlaşdırdılar.  Merkantilistlərə  görə  «in-
sanlar  dövlətin  gücünü  sərvətdə  görür  və  sərvəti  isə  qızıl-
gümüşdən ibarət hesab edirdilər. İqtisadi imkanlar pul ilə eyni-
ləşdirilmişdir.  Onlar  hesab  edirdilər  ki

  yeni  dövlətlərin  yeni 
ehtiyacları  ancaq  qızıl  yığmaqla  ödənilə  bilərdi.  Qızıl  yığımı 
isə,  ancaq  xarici  ölkələrə  əmtəə  satışını  artırmaq  və  onlardan 
əmtəə alınmasını məhdudlaşdırmaq yolu ilə, yəni xarici ticarət 
balansının müsbət qalığı hesabına mümkün idi. Bu zaman onlar 
hesab  edirdilər  ki,  hər  hansı  bir  ölkənin  beynəlxalq  ticarətdən 
əldə  etdiyi  mənfəət,  hər  hansı  digər  ölkənin  ziyanı  hesabına 
yarana bilər. Buna görə də, onlar müxtəlif ölkələrin xarici tica-
rət sahəsində mənafelərinin toqquşduğu haqqında ideyanı qəbul 
edirdilər. Onlar ölkəyə mümkün qədər çox qızıl və gümüş gəti-
rilməsini  təmin  etmək  məqsədi  ilə  xarici  ticarətin  dövlət  tərə-


47 
 
findən  nizamlanması  və  himayə  edilməsi  ideyasını  müdafiə 
edirdilər. 
Təqribən  300  il  merkantilizm  siyasətini  əsas  götürən 
Avropa  dövlətləri  ixracat  yolu  ilə  qızıl-gümüş  toplamaq  üçün 
biri-biri  ilə  bir  növ  yarışa  girmişdilər.  Həmin  dövrün  ən  mü-
hüm  istehsal  amili  xammal  və  ucuz  işçi  qüvvəsi  idi.  Ucuz 
xammal  üçün  Asiya  və  Afrika  torpaqları  fəth  olunmuş,  ucuz 
işçi qüvvəsi probleminin həlli üçün isə Afrikadan külli miqdar-
da əsirlər gətirilmişdir. 
Ticarət  kapitalının  mənafeyini  əks  etdirən  belə  bir 
məhdud  fikir  axını  və  iqtisadi  siyasət  sənaye  kapitalizminin 
inkişafı  üçün  şərait  yaratsa  da,  yavaş-yavaş  iflasa  uğramağa 
başladı. İstehsalatda məhsuldarlıq azaldı, siyasi və iqtisadi böh-
ranlar  başladı.  Lakin,  merkantilizmə  ən  ciddi  zərbəni  bütün 
Avropanı  sarsıdan inflyasiyalar  vurdu.  Bir tərəfdən məhsuldar 
istehsalın  mühüm  hissəsinin  qızıl  almaq  üçün  ixrac  edilməsi, 
digər  tərəfdən  isə  coğrafi  kəşflərlə  daha  da  artan  "qızıl  axını" 
tələb  və  təklif  arasındakı  tarazlığı  pozmuş  və  qiymətlərin 
sürətlə yüksəlməsinə səbəb olmuşdur. Bununla da başda Portu-
qaliya  və  İspaniya  olmaqla  merkantilist  ölkələrin  iqtisadi 
vəziyyəti yeni iqtisadi baxış tələb etməyə başlamışdır. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə