QəRİbov asəF ƏZİzov anar


Hekşer-Ohlinin istehsal amillərinin nisbəti



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə32/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   112
Beynelxalq ticaret emeliyyatlari

3.3. Hekşer-Ohlinin istehsal amillərinin nisbəti 
vəziyyəti və Leontyev təzadı 
 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  klassik  müqayisəli 
üstünlüklər  nəzəriyyəsi  ölkələr  arasında  müqayisəli  üstünlüyü 
izah edərkən əmtəələrin istehsalında olan yalnız əmək amilinin 
iştirakını  nəzərə  alırdı.  Başqa  sözlə  onlar  bu  üstünlüyü  məh-
sulun  istehsal  funksiyalarında  (istehsal  amillərinin  miqdarı  və 
alman məhsulun həcmi arasında olan nisbət) olan fərqdə görür-
dülər.  Əgər  istehsal  funksiyaları  ölkələr  arasında  eyni  olarsa, 
bu halda əmtəələrin istehsal xərcləri də eyni olacaq və nəticədə 
müqayisəli  üstünlüyə  görə  ixtisaslaşma  və  xarici  ticarət  də 
olmayacaqdır.  Klassik  iqtisadçilar  ölkələr  arasında  istehsal 
funksiyaları və istehsal xərclərinin nə üçün fərqli olduğu səbəb-
lərini izah etməmişlər. 
İsveç iqtisadçıları F.Hekşer və B.Ohlin XX əsrin 30-cu 
illərində  həmin  suallara  cavab  verməklə  beynəlxalq  ticarət 
axınlarının istiqamətləri və strukturunun hansı amillərlə müəy-
yən edilməsi haqqında müasir anlayışların əsasını qoydular. 
Hekşer  və  Ohlin  nəzəriyyəsinə  görə,  ölkələr  arasında 
istehsal  xərclərindəki  nisbi  fərqin  əsasını  istehsal  amillərinin 
dünyada qeyri-bərabər bölgüsü təşkil edir. Həmin nəzəriyyənin 
mahiyyəti  Ohlinin  öz  sözlərinə  görə  aşağıdakından  ibarətdir: 
"Hər  hansı  bir  ölkə  malik  olduğu  bol  istehsal  amillərindən 
intensiv  surətdə  istifadə  olunan  əmtəələrin  istehsalını  təşkil 
etməklə üstünlük qazanır. Digər tərəfdən, nisbətən az və ya heç 
olmayan  istehsal  amilləri  intensiv  istifadə  edilən  əmtəələrin 
istehsalında isə üstünlüyə malik deyildir". 
Başqa sözlə ölkələr bol amillərin intensiv istifadə olun-
ması  ilə  istehsal  edilən  əmtəələri  ixrac  və  onlar  üçün  kəsirli 


52 
 
istehsal amillərinin intensiv istifadəsilə hazırlanan əmtəələri isə 
idxal  edirlər.  Burada  hər  şeydən  əvvəl  bol  istehsal  amilləri  və 
ondan  intensiv  istifadə  olunma  anlayışmı  aydınlaşdırmaq 
lazımdır.  Yuxarıda  adları  çəkilən  alimlərin  fikrincə  məsələn, 
ölkənin malik olduğu işçi qüvvəsi o zaman izafi hesab edilir ki, 
onun  miqdarı  ilə  digər  istehsal  amilləri  arasında  nisbət  bütün 
başqa  ölkələrdən  yüksəkdir.  Məhsul  o  zaman  əməktutumlu 
hesab edilir ki, onun dəyərində işçi qüvvəsinə çəkilən xərclərin 
payı digər məhsul-ların dəyərində olduğundan çoxdur. 
Məlum  olduğu  kimi,  hər  hansı  iki  ölkədə,  qarşılıqlı 
ticarət  başlanana  qədər  bu  və  ya  digər  əmtəənin  qiymətindəki 
fərqlilik  çox  müxtəlif  səbəblərilə:  həmin  əmtəənin  istehsal 
texnologiyasındakı  fərqlə,  ona  olan  tələbatın  xarakteri,  iqlim 
fərqi  və  s.  ilə  izah  edilə  bilər.  Lakin,  Hekşer  və  Ohlin  hesab 
edirdilər  ki,  tələb  və  texnologiyada  olan  fərqlər  beynəlxalq 
aləmdə  qiymətlərdəki  bütün  fərqin  hamısını  real  həyatda  izah 
edə bilməz. Onlar göstərirdilər ki, müqayisəli xərclərin fərqinin 
mənbəyi istehsal amillərinin fərqidir. Əgər A ölkəsində 1 vahid 
mahud  istehsalı  2  vahid  buğdaya,  eləcə  də  başqa  ölkələrdə  1 
vahid  buğdadan  da  az  xərcə  başa  gəlirsə  bunun  səbəbi 
aşağıdakıdır: 
-  A  ölkəsində  başqa  ölkələrə  nisbətən  buğda  istehsa-
lında  intensiv  istifadə  olunan  amillər  çox,  mahud  istehsalında 
istifadə  olunan  amillər  isə  azdır.  Fərz  edək  ki,  buğda  istehsa-
lında intensiv istifadə olunan amil "torpaq", mahud istehsalında 
isə  -  "əməkdir".  Həmçinin  fərz  edək  ki

buğda  və  mahudun 
istehsal  xərcləri  yalnız  "kapital"  və  "əmək"  xərclərin-dən  iba-
rətdir.  Bu  halda  əgər  A  ölkəsi  buğdanı  ixrac  və  mahudu  idxal 
edirsə,  bu  Hekşer-Ohlin  nəzəriyyəsinə  görə  mahudun  əmək 
tutumlu, buğdanın isə "torpaq tutumlu" olmasının nəticəsidir. 
Belə  vəziyyət  (bütün  digər  eyni  şərtlər  daxilində)  onu 
göstərir  ki,  torpağın  icarəsi  başqa  ölkələrə  nisbətən  ucuz  başa 
gəlir,  bu  isə  işçilərə  başqa  ölkələrə  nisbətən  çox  əmək  haqqı 


53 
 
verilməsi üçün şərait yaradır. Torpağın ucuz olması əkinçilikdə 
xərclərin  mahud  istehsalına  nisbətən  az  olmasını  şərtləndirir. 
İşçi  qüvvəsinin  çatışmazlığı  isə  əksinə,  A  ölkəsində  mahud 
istehsalının bahalı olmasına səbəb olur. Hekşer və Ohlin ticarət 
əlaqələri  yaranana qədər qiymətlərdə olan fərqi məhz bununla 
izah edir. Həmin nəzəriyyəyə əsasən, istehsal amilləri ilə nisbi 
təmin  olunma  və  onlardan  istifadə  olunma  dərəcəsi  ticarət 
əlaqələri  yarandıqdan  sonra  A  ölkəsində  mahudun  deyil, 
buğdanın  ixracını  şərtləndirir.  Hekşer  və  Ohlin  nəzəriyyəsinə 
görə  hər  bir  ölkə  müqayisəli  üstünlüyə  malik  olduğu  əmtəə 
istehsalı üzrə ixtisaslaşaraq, onu ixrac edir.  İxrac bu  əmtəənin 
istehsalı  üçün  istifadə  olunan  amillərə  tələbatı  artırır.  Digər 
tərəfdən  ölkədə  nisbətən  az  olan  amillərlə  istehsal  edilən 
əmtəələr idxal edilir ki, bu da amillərə olan tələbin azalmasına 
səbəb olur. İxrac nəticəsində ölkədə bol olan istehsal amillərinə 
tələb  artdığı  üçün  onların  qiymətləri  də  artacaqdır.  Digər 
tərəfdən idxal ilə ölkədə qıt və bahalı olan amilə tələb azalacağı 
üçün qiymətlərdə azalma özünü göstərəcəkdir. Həmin nəzəriy-
yəyə görə xarici ticarət ölkələrin malik olduqları izafi amillərin 
qiymətini  aşağı  salaraq,  ölkələr  arasında  istehsal  amillərinin 
qiymətlərinin  tənzimlənməsinə  gətirib  çıxarır.  Məlum  şərtlər 
daxilində  istehsal  amilləri  qiymətlərinin  tənzimlənməsinə  yö-
nəlmiş  bu  proses,  əslində  qiymətlərdə  tam  bərabərlik  təmin 
edilənə  qədər  davam  etməlidir.  Lakin,  real  iqtisadi  həyatda 
özünü  qoruyub  saxlaya  bilməsi  ölkələr  arasında  istehsal  amil-
ləri qiymətlərinin tam olmasını təmin edə bilmir. Bundan başqa 
ölkələr  arasında  istehsal  funksiyalarının  fərqli  olması,  istehsal 
amillərinin eyni tipli olmaması, xarici ticarətin tarif və kvotalar 
ilə  məhdudlaşdırılması  və  inhisarların  mövcudluğu  kimi  amil-
lər qiymətlərin tam tənzimlənməsinə mane olur. 
Ümumi olaraq Hekşer-Ohlin nəzəriyyəsi xarici ticarətin 
aşağıdakı  sxemini  verirdi:  Xarici  ticarət  iqtisadi  strukturu 
maksimum fərqlənən (istehsal amillərinin qeyri-bərabər bölgü-


54 
 
sü nəticəsində) ölkələr arasında ən çox və xüsusən səmərəli ol-
malıdır.  Eyni  tipli  istehsalları  bir  ölkədə  cəmləşdirmək  lazım-
dır. Xarici ticarət o zaman səmərəli olur ki, o ayrı-ayrı dövlət-
ləri  eyni  tipli  məhsulların  istehsalından  imtina  etməyə  sövq 
edir, yəni istehsalın sahələrarası ixtisaslaşmasını artırır. 
Ölkələr  izafi  amillərdən  maksimum  istifadə  etdikləri 
malları  ixrac  etməlidirlər.  Bu  zaman  azad  ticarət  həmin  amil-
lərin  qiymətlərini  tənzimləməlidir.  Xarici  ticarət  həmçinin 
əmək haqqı,  faiz dərəcələri, renta ödəmələrini də tənzimləmə-
lidir. İstehsal  amillərinin qeyri-bərabər bölgüsü beynəlxalq in-
vestisiyaları təşviq etməlidir. Beynəlxalq ticarət və beynəlxalq 
investisiyalar qarşılıqlı şəkildə biri-birini əvəz etməlidir. 
Lakin,  beynəlxalq  ticarətin  sonrakı  inkişafı  qarşıya 
yeni-yeni suallar qoyurdu və Hekşer-Ohlin nəzəriyyəsində irəli 
sürülən  fərziyyələrin  real  həyatda  özünü  tam  göstərdiyini 
demək  mümkün  deyildir.  Yalnız  onu  göstərmək  kifayətdir  ki, 
bu nəzəriyyədə real həyatda güclü təsirə malik olan tələb amili 
nəzərə  alınmamışdır. Halbuki bu amil  nəticəsində nəzəriyyədə 
irəli  sürülən  əsas  müddəalar  ilə  əldə  edilən  nəticələr  tamamilə 
bu  müddəaların  əksinə  ola  bilər.  Xekşer-Olin  teoreminin 
şərhini  ümumiləşdirsək,  belə  nəticəyə  gəlmək  mümkündür  ki, 
ancaq  istehsal  faktorları  ilə  təmin  olunmanın  milli  xüsusiy-
yətləri nəzərə alınmaqla formalaşmış sahələrə malik olan səna-
yenin mövcudluğu şəraitində milli gəlirin artımına imkan verən 
maksimal təsərrüfat effektinə nail olmaq mümkündür. Bu ideya 
dövlətin beynəlxalq  mübadiləyə qarışmasının onun səmərəlili-
yini azaldacağı haqqında subyektiv nəticə çıxarılmasına gətirir. 
Müasir  iqtisadçıların  bir  çoxu  Xekşer-Olin  teoreminin 
müddəaları ilə razılaşır. Lakin bu teorem heç də həmişə ölkənin 
idxal  və ixracında müəyyən malların  üstünlük  təşkil etməsinin 
səbəblərinə tam cavab vermir. Belə ki, nobel mükafatı laueratı 
ABŞ iqtisadçısı Vasiliy Leontyev 1954-cü ildə ABŞ-ın idxal və 
ixrac  məhsullarına    çəkilən  əmək  və  kapital  xərclərinin  təhlili 


55 
 
haqqında  məqalə  dərc  etdirmişdir.  O,  Xekşer-Olin  nəzəriyyə-
lərini təkzib etmir. Lakin sübut edirdi ki, ABŞ-da kapital isteh-
sal  amili  kimi  digər  amillərdən  o  qədər  də  çox  deyildir.  İxrac 
olunan  əmtəələrdə  becərilən  torpaq  və  ixtisaslı  əmək  amilləri 
daha artıqdır. 
Eləcə  də  o,  belə  nəticəyə  gəlir  ki,  ixracda  elmi  tədqiqat 
sahələrinin əlaqələndirilməsi üzrə yüksək dərəcədə təmərküzləş-
miş  sahələrdə  istehsal  olunan  məhsulların  xüsusi  çəkisi  daha 
çoxdur. Buradan da «elmtutumlu sahələr» anlayışı yaranmışdır. 
Ona  görə  də,  elmtutumlu  əmtəə  dedikdə  elə  əməktutumu  başa 
düşülür. O, əsaslandırır ki, ABŞ daha çox kapitaltutumlu deyil, 
əməktutumlu məhsul ixrac edir. O, göstərir ki, müəyyən miqdar 
kapital  ilə  ABŞ-ın  bir  adam  ili  başqa  ölkələrin  üç  adam  ilinə 
bərabərdir. ABŞ- ın yüksək əmək məhsuldarlığı yüksək ixtisaslı 
ABŞ fəhlələri ilə bağlıdır. 
Bütün  bunlar  «Leontyev  ziddiyyəti»  adlanır.  Bunun 
əsasında  da  «ixtisaslı  işçi  qüvvəsi»  modeli  yaranmışdır.  Bu 
modelə  əsasən  istehsalda  üç  amil  deyil,  dörd  amil  iştirak  edir: 
kapital, torpaq, ixtisaslı  əmək və ixtisassız əmək.Buradan, belə 
bir nəticəyə gəlmək olar ki, beynəlxalq ixtisaslaşmanın əsasın-
da təkcə ölkələrin hər hansı bir istehsal faktoru ilə təmin olun-
masındakı  müxtəliflik  durmur,  burada  bu  və  ya  digər  istehsal 
faktorlarından daha səmərəli istifadə edilməsi məsələsi də mey-
dana çıxır. Məsələn, ABŞ iqtisadçısı R.Ridker “Cənubi Asiya-
da  məşğulluq”  əsərində  bu  ölkədə  işsizlik  səviyyəsinin  möv-
cudluğunu onunla izah edir ki, bu ölkələrdə istehsalın strukturu 
istehsal amillərinin bölgüsünün tələblərinə uyğun gəlmir. 
Bu  dövrlərdə  C.Keyns  beynəlxalq  ticarət  və  beynəlxalq 
kapital  hərəkətinin  alternativ  olması  haqqında  mühüm  bir 
müddəanı ortaya atdı. O, göstərdi ki, istehsal amillərinin hərəkəti 
müəyyən şərtlər daxilində beynəlxalq ticarəti əvəz edə bilər.   
Beynəlxalq  iqtisadi  münasibətlərin  dərinləşməsi  ilə 
əlaqədar olaraq yeni yaradılan texnologiyalar və onların ölkələr 


56 
 
arasında hərəkəti də xarici iqtisadi əlaqələrdə özünə məxsus rol 
oynamağa  başladı.  ABŞ  iqtisadçısı  Maykl  Poznerin  «texnoloji 
uyğunsuzluq modeli»nə əsasən yeni texnologiyanın yaradılması 
ölkəyə  bu  texnologiyaya  əsaslanan  məhsulun  istehsalında  və 
ixracında  müvəqqəti  üstünlük  verir.  Bunun  əsasında  ölkə 
texnologiya (yaxud, biliklər) kimi istehsal faktorunda müqayisəli 
üstünlüyə  malik  olur.  Bu  fikir  həm  də  Vernon  tərəfindən 
yaradılan  «məhsulun  həyat  dövrü  modeli»nin  ana  xəttini  təşkil 
edir. 
Vernonun  fikrincə,  hər  hansı  bir  məhsulun  istehsalında 
istifadə edilən müxtəlif istehsal amillərinin müqayisəli üstünlüyü 
ayrı-ayrı  ölkələrdə  müxtəlifdir.  Bu  səbəbdən  məhsulun  həyatı 
boyunca ona sərf edilən istehsal xərclərinin dəyişməsinə paralel 
surətdə  onun  müqayisəli  üstünlüyü  də  dəyişir.  Belə  ki,  hər  bir 
əmtəənin  həyatı  3  mərhələdən  ibarətdir:  yeni  məhsul,  yetkin 
məhsul və standart məhsul. 
Xarici iqtisadi  əlaqələrin, beynəlxalq ticarətin mahiyyəti 
və strukturunun daha aydın başa düşülməsində «məhsulun həyat 
dövrü  nəzəriyyəsi»nin  gətirdiyi  yenilik  ondan  ibarətdir  ki,  bu 
nəzəriyyə  ilə  artıq  təhlil  obyekti  kimi  ayrı-ayrı  ölkələr  deyil, 
transmilli korporasiyalar ön plana çəkilmişdir. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə