QəRİbov asəF ƏZİzov anar


Gömrük tariflərinin tətbiqinin iqtisadi nəticələri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə37/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   112
Beynelxalq ticaret emeliyyatlari

4.3. Gömrük tariflərinin tətbiqinin iqtisadi nəticələri 
 
Sərbəst  ticarətin,  istər  dünya  iqtisadiyyatı  üçün  bütöv-
lükdə, istərsə də ayrı-ayrı ölkələr üçün böyük faydalar verdiyi 
məlum  olduğu  halda  dünya  təcrübəsində  beynəlxalq  ticarətə 
maneçilik  törədən  vasitələrdən,  o  cümlədən  gömrük  rüsum-
larından nə üçün istifadə olunur? Gömrük rüsumlarının iqtisadi 
nəticələri nədən ibarətdir? 
Ticarət  sənədlərinin  (gömrük  rüsumları  və  s.)  tətbiq 
olunmasının  mənfi  və  müsbət  cəhətlərini  təhlil  edərək  ameri-
kan iqtisadçısı P.X.Lindert aşağıdakı nəticələrə gəlir: 
1. Gömrük tarifləri ticarət edən ölkələrdə demək olar ki, 
həmişə əhalinin rifah səviyyəsini aşağı salır. 
2.  Daha  dəqiq  deyilsə,  gömrük  tarifləri  ticarət  edən 
ölkələrdə,  o  cümlədən  onun  təşəbbüsçüsü  olan  ölkədə  rifah 
səviyyəsini çox vaxt aşağı salır. 
3.  Bir  qayda  olaraq  tariflərin  qoyulması  ilə  əldə  edilən 
nailiyyətlərə  başqa  yollarla,  özü  də  daha  yaxşı  nəticələrə  nail 
olmaq mümkündür. 
4.  Sərbəst  ticarət  siyasətindən  kənara  çıxmaq  isə 
aşağıdakı hallarda özünü doğruldur: 
a) "Optimal tarifdən" istifadə  olunduqda:  əgər ölkə  hər 
hansı bir malın dünya qiymətinə təsir göstərə bilirsə, tarifin elə 
bir səviyyəsini tapmaq olar ki, ölkə xalis mənfəət əldə etsin
b)  tarif  ən  optimal  qərar  kimi  qəbul  olunduqda;  yəni 
əgər  ölkə  iqtisadiyyatında  daxili  həll  olunmaz  problemlər 


72 
 
mövcuddursa,  tarifin  tətbiqi  bəzən  mövcud  iqtisadi  passiv-
likdən faydalı ola bilir; 
v)  ayrı-ayrı  xalis  xarici  ticarət  problemləri  həll 
edildikdə, bəzən gömrüklərin tətbiqi başqa iqtisadi tədbirlərdən 
daha səmərəli olur; 
q)  gömrük  rüsumları  idxalatla  rəqabət  aparan  istehsal-
çılar  üçün  həmişə  sərfəlidir,  baxmayaraq  ki,  millətin  ümumi 
rifah səviyyəsi bu zaman aşağı düşür. 
Gömrük  tariflərinin  istehlakçılara  təsiri  -  gömrük 
tariflərinin tətbiqindən ilk növbədə istehlakçılar ziyan çəkirlər. 
İstehlakçıların xarici malları satın alması onu göstərir ki, onlar 
məhz  bu  mallara  üstünlük  verirlər,  Lakin,  gömrüklərin  qoyul-
ması  ilə  əlaqədar  olaraq  istehlakçılar  bu  malların  alınmasına 
daha çox pul sərf edəcəklər və yaxud onlardan az miqdarda sa-
tın almağa məcbur olacaqlar. Ona görə də, gömrüklər istehlakı 
məhdudlaşdırır.  İstehlakın  azalması  idxal  olunan  malın  tələb 
elastikliyinə  təsir  göstərir  və  idxalı  da  azaldır.  İstehlakın 
azalması isə əhalinin rifah səviyyəsinə mənfi təsir göstərir. Nə-
zərə almaq lazımdır ki, idxal mallarının qiymətinin artması, son 
nəticədə yerli malların da qiymətinin artmasına səbəb olur. 
Gömrük  tariflərinin  himayəçilik  rolu  -  gömrük 
vergilərinin  idxal  mallarının  daxili  qiymətlərini  artırması  yerli 
istehsalçıları  xarici  rəqabətdən  qoruyaraq  istehsalın  genişlən-
məsi üçün şərait yaradır.  
Lakin müasir iqtisadçıların əksəriyyəti hesab edirlər ki, 
sərbəst  ticarətin  maddi  faydaları  daha  çoxdur.  Himayəçilik 
milli  istehsalçılara  rəqabət  təzyiqini  aşağı  salır  ki,  bu  da  son 
nəticədə istehsalın səmərəliliyini azaldır və məhdud mənbələrin 
israfçılığına yol açır. Çünki, hər bir vahid istehsal artımı daha 
yüksək real istehsal xərcləri ilə başa gəlir. Bundan başqa, əgər 
himayəçilik  siyasəti  uzun  müddət  və  birtərəfli  qaydada  izafi 
tətbiq  edilərsə  (məsələn,  60-70-ci  illərdə  Latın  Amerikası 
ölkələrində  olduğu  kimi)  izafi  qorunan  müəssisələr  gömrük 


73 
 
divarları  arxasında  istehsalın  məhsuldarlığının  artırılması 
qayğısına  qalmır,  onların  yeni  və  ən  yeni  texnologiyanın 
tətbiqinə marağı azalır. 
Onu  da  nəzərə  almaq  lazımdır  ki,  idxal  ilə  rəqabət 
vəziyyətində  olan  mal  istehsal  edən  yerli  istehsalçılar  tarifin 
tətbiqindən o zaman udurlar ki, tarif real olaraq idxalı azaltmış 
olsun.  İstehlakçıya  idxal  malı  nə  qədər  baha  gəlirsə,  o  bir  o 
qədər  çox  yerli  mala  üz  tutur.  Bu  zaman  isə  yerli  istehsalçılar 
həm  daha  çox  mal  satışından,  həm  də  yüksək  qiymət-lərdən 
faydalanırlar. 
Lakin,  ümumi  ölkə  miqyasında  götürülərsə  tarif  tətbi-
qindən  istehlakçıların  itkisi  yerli  istehsalçıların  əldə  etdiyi 
mənfəətdən  daha  çoxdur.  Çünki,  istehsalçılar  yalnız  yerli 
malların  qiymətinin  artmasından  mənfəət  əldə  etdikləri  halda, 
istehlakçılar həm  yerli, həm də xarici malları yüksək qiymətlə 
satın almağa məcburdurlar. 
Gömrük  tarifləri  dövlətin  gəlir  mənbəyi  kimi  -  tarifin 
idxalatçı ölkədə iqtisadi nəticələri yalnız istehsalçı və istehlak-
çıların  vəziyyətinə  təsiri  ilə  bitmir.  Gömrük  qadağanedici 
olmadıqda o, dövlətə gəlir gətirir və mühüm gəlir mənbələrin-
dən  birini  təşkil  edir.  Gömrük  gəlirindən  daxil  olan  verginin 
ümumi  miqdarı  idxal  edilən  malın  miqdarının  mal  vahidinə 
qoyulmuş vergi məbləğinə vurulması yolu ilə hesablanır. 
"Optimal"  gömrük  tarifləri  -  klassik  xarici  ticarət 
nəzəriyyəsinin  müəllifləri  "optimal"  gömrük  tariflərinin  tətbiq 
edilməsi  ilə  "sərbəst  ticarət"  ideyasından  müəyyən  qədər 
kənarlaşmağı  mümkün  hesab  edirlər.  Bunun  mahiyyəti  ondan 
ibarətdir:  əgər  ölkə  kifayət  qədər  böyükdürsə,  o  idxal  olunan 
malların qiymətini bu mallara olan tələbi azaltmaqla aşağı sala 
bilər.  Bu  halda  həmin  ölkə  "ticarət  şərtlərini"  yaxşılaşdırmaq, 
yəni  xarici  satıcıları  qiymətləri  aşağı  salmağa  məcbur  etmək 
üçün  gömrük  tarifləri  qəbul  edə  bilər.  Təcrübədə  belə  hal 


74 
 
istehlakı  az  elastiklik  səviyyəsinə  malik  olan  kənd  təsərrüfatı 
malları üçün xarakterikdir. 
Bu  halda  xarici  satıcı  idxal  rüsumu  tətbiq  edildikdən 
sonra mühüm ixracat bazarını itirməmək üçün qiymətləri, aşağı 
salmağa məcbur olur. 
Gömrük  rüsumunun  real  himayəçilik  (müdafiə)  səviy-
yəsi  -  hər  hansı  bir  mala  qoyulan  gömrük  tarifi  yalnız  həmin 
malı  istehsal edən firmaları himayə  etmir. O, həmçinin  həmin 
firmada işləyən fəhlə və qulluqçuların gəlirlərini himayə edir. 
İnkişaf etmiş  sənaye ölkələrində tariflər elə qurulur ki, 
vergiyə  cəlb  olunma  səviyyəsi  malın  emal  dərəcəsi  artdıqca 
çoxalır. Məsələn, emal olunmamış xam pambıq idxalına göm-
rük  rüsumu  qoyulmadığı  halda  pambıq  parça  ipliyi  üçün  bu 
tarif 7-9%, hazır məhsul üçün isə 20% səviyyəsində ola bilir. 
Bununla  da  hər  hansı  bir  ölkənin  pambıq-parça 
məmulatı istehlakçısı rüsumsuz xarici pambıq satın alaraq real 
müdafiə  səviyyəsinə  malik  olur  ki,  bu  da  gömrük  rüsumunun 
nominal  miqdarından  xeyli  çoxdur.  Təcrübədə  bu  miqdar  rü-
sumsuz və ya rüsumla idxal olunan xammalın xüsusi çəkisi ilə 
qədər yüksəkdirsə bir o qədər çox olur. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə